Məhkəmə qərarları › İş №2(105)-94/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-94/2025

31.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-94/2025 31.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə və Cavabdeh1nə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin, ödəncin tutulması) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə və Cavabdeh1nə qarşı "ödənilməmiş əmək haqqı və ödənilməmiş məzuniyyətlərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona Cavabdeh1 MMC ilə müqaviləsinə xitam verilərkən istifadə olunmamış 6 ilin 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərə görə görə 1800 manat məzuniyyət pulunun, "xxxx" MMC ilə müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 ilin 10800 manat məbləğində əmək haqqı və 3 ilin, 2018, 2019, 2020-ci illərin 900 manat məzuniyyət pulunun, cəmi 13500 manat olmaqla qanunauyğun şəkildə digər ödənişlərlə birlikdə ona ödənilməsi, Cavabdeh1 MMC-dən ona çatacaq sonuncu ayın 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib ödədiyinə görə bir günə görə 2,96 manat bir faizi 127 gecikdirilmiş gün = 375,92 manat ödəncin, Cavabdeh1 MMC və "xxxx" MMC-dən gecikdirilmiş əmək haqqı və məzuniyyətlərə görə 13500 manatın bir faizi 135 manat, xx.xx.2018-ci il tarixdən 03,12.2021-ci il tarixinə kimi verilməmiş əmək haqqı və verilməmiş məzuniyyətə görə 13500 manatın xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi 223 gecikdirilmiş gün olmaqla, 135*223=30105 manat ödəncin, 375,92+30105=30480,92 manat ödənc olmaqla, 13500 manat (əmək haqqı və məzuniyyətlərə görə)+30480,92 (gecikdirilmiş mələğin bir faizi)= 43980,92 manat (qırx üç min doqquz yüz səksən) ödəncin və 50 manat mediasiya haqqı olmaqla cəmi 44030,92 manat pulun cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-dən alınıb ona veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə iddiaçı tərəf iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəni məhkəməyə təqdim edərək iddia tələbinin təmin olunması, ona Cavabdeh1 MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən, ödənilməmiş əmək haqqının, istifadə olunmamış 6 ilin, 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019, 2019-2020, 2020-2021- ci illərə görə, istifadə olunmamış məzuniyyət pulunun və xx.xx.2021- ci il tarixindən başlayaraq istifadə olunmamış əmək haqqının və 6 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 (üç) faiz məbləğində ödəncin hesablanaraq Cavabdeh1 MMC-dən tutulub ona ödənilməsi, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 il ərzində ona ödənilməmiş əmək haqqının və xx.xx.2021-ci il tarixindən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 (üç) faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutulub ona ödənilməsinə, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 ilin, 2018-2019, 2019-2020, 2020-2021-ci illərə görə, istifadə olunmamış məzuniyyət pulunun və xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunmamış 3 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutulub ona ödənilməsinə, Cavabdeh1 MMC-dən ona çatacaq 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 3 (üç) faizi olmaqla 296*3 faiz=8.88*127=1127.76 manat məbləğində ödəncin Cavabdeh1 MMCdən tutulub ona veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5 təsisçi və direktor olduğu Cavabdeh1 MMC-yə xx.xx.2015-ci il tarixində əsas iş yeri olaraq, "xxxx" MMC-yə isə xx.xx.2018-ci il tarixində əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifəsinə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin 74 saylı əmri və "xxxx" MMC-nin 06 saylı əmri ilə onunla bağlanmış hər iki əmək müqaviləsinə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. O, Cavabdeh1 MMC-dən işdən azad olunarkən 2021-ci ilin mart və aprel aylarının ona çatacaq əmək haqqını və 06 ilin məzuniyyət pulunu almamışdır. Eyni zamanda işdən çıxarkən ona məlum olmuşdur ki, o, Xaçmaz şəhəri, Bakı prospekti 20A ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də isə üç il 3 il hüquqşünas vəzifəsində işləmişdir. "SAA Trans” MMC-ni Xaçmaz Rayon Məhkəməsində dəfələrlə iddiaçı və cavabdeh qismində təmsil edib hüquqlarını müdafiə etmişdir. Lakin üç il ərzində o, "xxxx" MMC-dən heç bir məbləğ əmək haqqı və məzuniyyət pulu almamışdır. "Uğurlu Yol” MMC-dən ona çatacaq son ayının əmək haqqı yalnız xx.xx.2021-ci il tarixində ona ödənilmiş, Cavabdeh1 MMCdə işlədiyi 6 il 3 ay 3 günür məzuniyyət pulu bu günə qədər ona ödənilməmişdir. Bundan başqa, "xxxx" MMC-də işlədiyi 3 il müddətində, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi olan müddət ərzində işlədiyinə görə ona əmək haqqısı və 3 ilin məzuniyyət pulu ödənilməmişdir. Dəfələrlə Cavabdeh1 MMC və "xxxx" MMC-nin ofisinə gedərək ona çatacaq əmək haqqını və məzuniyyət pullarının, ödənclərinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ona verilməsini tələbi etsə də bu günə kimi cavabdeh onun haqqı olan əmək haqqını və məzuniyyət illərinə görə kompensasiyanı, ödəncini ona müxtəlif bəhanələrlə ödəməkdən imtina edir.

4. Cavabdeh1 MMC-nin və "xxxx" MMC-nin əvvəlki nümayəndəsi və vəkili X4 etiraz ərizəsində göstərmişdir ki, İddiaçı hüquqşünas olmasına baxmayaraq məhkəmədə yalan iddia qaldırması təəssüf doğurur. Onun iddia ərizəsində yazdığı təsdiq və inkar cümlələri, məhkəmədə verilən suallara cavabdları bir müəssisənin “hüquqşünası” üçün utancverici olması və aşağıda qeyd olunan təkzibedilməz sübutlar onun verdiyi iddiasının tamamilə əsassız və yalan olduğunu təsdiq edir. İddia ərizəsinin 1-ci vərəqi 1-ci abzasında İddiaçı yazir ki, "nəzərinizə çatdırıram ki, mən X6 təsisçi və baş direktor olduğu "xxxx" MMC-nə xx.xx.2015-cl il tarixdə əsas iş yeri oiaraq, "xxxx" MMC-nə isə xx.xx.2018-ci il tarixdə əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə huquqşünas vəzifəsinə qebul olunmuşam. Bundan sonra, İddiaçı elə həmin abzasda 11-cl sətirdə yazir "Eyni zamanda işdən çixarkən mənə məlum olmuşdur ki, mən Xaçmaz şəhəri, Baki prospekti 20A ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də isə 3 il hüquqşünas vəzifəsində işləmişəm". Baxin 1-cl yazir ki, "xxxx" MMC-də əmək müqaviləsi bağlayaraq işə qəbul oİunmuşam, sonra yazir ki, işdən çıxarılandan sonra bilib ki, "sən demə ondan xəbərsiz", "xxxx" MMC onu hüquqşünas vəzifəsinə işə götürüb. O, məhkəmə başlanan zaman bildirmişdir ki, iddiaçı işdən çıxarılarkən onun tərəfindən həm onun özünə aid, həm də bir sira başqa sənədləri yoxa çıxartmışdır. Araşdırma və yoxa çıxan sənədləri axtaran zaman sürücülərin şəxsi işlərinin içində, bir sıra sənədiər, habele iddiaçıya aid sənədlərin gizlədildiyi aşkar olunmuşdur. Onda İddiaçı elə bilmişdir ki, şəxsi işlərini və digər gizlətdiyi sənədləri tapa bilməyəcəklər. Çətin olsa da onlar bir sıra sənədləri, o cümiədən onun şəxsi imzası ilə təsdiq etdiyi "xxxx" MMC llə onun arasında bağlanmış əmək müqaviləsinin əslini tapmış və 09 dekabr 2022-ci il tarixdə məhkəmə iclasında həmin Muqaviləni məhkəməyə təqdim etmişdir. Lakin, yalniz işdən çıxarılandan sonra "xxxx" MMC-də hüquqşünas oidugunu bildiyini deyən İddiaçı bu muqaviləyə aid heç bir fikir blidirməmişdir. İndi desin görək bu müqavilədəki imza onundurmu?. Xahiş edir ki, imza ona göstərilsin və imzanın ona məxsus olub-olmamasını bildirsin. Elə həmin iclasda 09 dekabrda İddiaçı şəxsi imzasi ilə 2016 və 2017-ci illərdə "xxxx" MMC-nə məzuniyyətinin bitməsi və işə çıxması üçün öz imzası ilə təsdiq etdiyi ərizəsini taqdim etmişdir. 20 il Polisdə işləmiş "hüquqşünas" blidirmişdir ki, "bəll bu imzalar mənə məxsusdu, işə götürülən zaman "xxxx" MMC-nin direktoru Sadiq Agayev mənə bu 2 ədəd ağ hazır blanklara qol çəkdirdi". Hazırda yenə bir sıra sənədlər tapmışlar ki, onun da ikisi Rôvşən Turabovun öz imzası ilə elə 2016 və 2017ci illərdə "xxxx" MMC-nə məzuniyyətə getmək barədə ərizəsidir. Artıq belə çıxır ki, "xxxx" MMC-nin direktoru Sadiq Ağayev onu işə götürəndə 2 blanka yox, 4 blanka qol çəkdirib. Bu suala da cavab versin ki, 2016 və 2017- ci illərdə "xxxx" MMC-nə məzuniyyətə getmək barədə ərizəsindəki imzalar onundurmu? Cavabdehin 2016 və 2017-ci illərdə "xxxx" MMCnə məzuniyyətə getmək barədə ərizələrini məhkəməyə təqdim edir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-də iddiaçıya əmək haqqı əlbəəl verilib. Ona görə cinayətləri varsa cərimə oluna bilərlər. "xxxx" MMC-dən iddiacı İddiaçı maaş hər ay əlbə-əl, dəftərə şəxsən özünə imza çəkdirilməklə icraçı direktorun müavini Nümayəndə3, o, olmayanda isə, ya kassir operator X18 oglu, ya da kassir operator X12 tərəfindən verilmişdir. Onların hər üçünün şahid qismində dindirilməsi hesab edir ki, vacibdir. Həmin dəftərləri də məhkəmə sübut kimi qəbul etməlidir. Həmin dəftərlərə baxanda icraçı direktorun müavini Nümayəndə3 oglundan nə səbəbdən pulu alan şəxslərdən yalnız İddiaçı qol cəkməsini soruşduqda, o, bildirmişdir ki, İddiaçı "xxxx" MMC-dən verilən maaşını ala-ala 2 dəfə danmışdır ki, pulu almamış və buna görə, müdir onlara göstəriş vermişdir ki, bundan sonra İddiaçı hər ay maaşını verəndə tarixini mutləq yazılmaqla şəxsən özünə qol çəkdirməklə versinlər. Bundan başqa hesab edir ki, müəssisənin təsisçisi X21 oglunun da dindirilmasi vacibdir. İddiaçı "xxxx" MMC-də işləyəndə 2020-ci ildən 2021-ci ilin sonunadək ona əlbəəl verilən əmək haqlarını almasına görə dəftərlərə imza atıb. Həmin dəftərlərin sübut kimi qəbul edilməsini xahiş edir. Qeyd olunan hal mühasibin təqsiri ilə baş verib. Onlar da istəyirlər ki, o, cinayət məsuliyyətinə cəlb edilsin. İddiaçının maaşı "xxxx" MMC-nə oturulub, vergini, sosial müdafiə fonduna ödənişləri müəssisə ödəyib. Bu barədə sənədləri də təqdim edəcək. "xxxx" MMC-də iddiaçının maaşı 190 manat olub, amma ona hər ay qol çəkdirməklə 400 manat əmək haqqı ödəmişlər. İddiaçı Cavabdeh1 MMC-dən maaşını kartla alıb, "xxxx" MMC-də isə hər ay əlbəəl imza edib alıb. İşdən xx.xx.2021-ci ildə çıxarılan iddiaçıya hər iki müəssisədən son haqq hesabı hesablanıb əlbəəl verilməsinə baxmayaraq, mühasib tərəfindən sistemə vaxtında işİənməmişdir. İşdən çıxarılan gün şəxsi hesab vərəqəsinə şəxsən özü imza edərək əslini almışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Quba regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişlərinin alt sisteminə baxış keçirilən zaman məlum olmuşdur ki, X6 təsisçi və baş direktoru olduğu “UĞURLU YOL" MMC-yə xx.xx.2015-ci il tarixdə əsas iş yeri olaraq, "xxxx" MMC-yə isə xx.xx.2018-ci il tarixdə əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifəsinə qəbul edilmisiniz. Lakin xx.xx.2021-ci il tarixdə “UĞURLU YOL" MMC-nin 74 nömrəli əmri, "xxxx" MMC-nin 06 nömrəli əmri ilə bağlanılmış hər iki müqviləyə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Bildiririk ki, sizin tərəfinizdən təqdim edilmiş Paşa Bankın əmək haqqı hesabından çıxarış cədvəlinə və müəssisə tərəfindən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixdə işdən azad olunarkən sizə çatacaq son haqq-hesab gecikdirilərək xx.xx.2021-ci il tarixdə ödənilmiş, lakin, "xxxx" MMC-dən isə həmin tarixdə işdən azad olunarkən sizə çatacaq son haqq-hesab ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4cü hissəsinin tələbləri pozulduğundan 'UĞURLU YOL” MMC və "xxxx" MMC-nin baş direktoru X14 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.

6. İT-İ № ******* saylı əmək kitabçasından müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MMC-yə hüquqşünas vəzifəsinə qəbul edilmiş xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə hüquqşünas vəzifəsinə qəbul edilmiş xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad edilmişdir.

7. Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən 200 manat aylıq əmək haqqı, xx.xx.2019-cu il tarixdən 270 manat aylıq əmək haqqı, xx.xx.2019-cu il tarixdən 300 manat aylıq əmək haqqı təyin edlib. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilib. İddiaçı işlədiyi dövrdə məzuniyyətə çıxıb, məzuniyyət pulu və əmək haqqısı tam ödənilib. İddiaçı əmək haqqını xx.xx.2019-cu il tarixədək nağd şəkildə almış, xx.xx.2019-cu il tarixdən əmək haqqı kartı hesabına ödənilmişdir.

8. "xxxx" MMC -nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən 180 manat aylıq əmək haqqı, xx.xx.2019-cu il tarixdən 190 manat aylıq əmək haqqı, xx.xx.2019-cu il tarixdən 270 manat aylıq əmək haqqı təyin edlib. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilib. İddiaçı işlədiyi dövrdə məzuniyyətə çıxıb, məzuniyyət pulu və əmək haqqısı tam ödənilib. İddiaçı əmək haqqını nağd şəkildə almışdır.

9. Əmək müqaviləsindən (kontrakt) müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında ilə xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır.

10. Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli 4 nömrəli əmri ilə Cavabdeh1 MMC-nə verdiyi ərizə və müqaviləyə əsasən xx.xx.2015-ci il tarixdən hüquqşünas vəzifəsinə qəbul edilmişdir.

11. İddiaçı Cavabdeh1 MMC-yə ərizəsindən görünür ki, xx.xx.2016-cı il tarixdən əmək məzuniyyətinə getməsinə icazə verilməsini xahiş etmişdir.

12. İddiaçı Cavabdeh1 MMC-yə xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, 01 noyabr 2017-ci il tarixdən əmək məzuniyyətinə getməsinə icazə verilməsini xahiş etmişdir.

13. İddiaçı "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, hüquqşünas vəzifəsinə qəbul edilməsini xahiş etmişdir.

14. 13.04.2018-ci il tarixli 5 nömrəli əmrdən görünür ki, İddiaçı "xxxx" MMC-nə hüquqşünas vəzifəsinə qəbul edilmişdir.

15. 01.05.2019-cu il tarixli 9 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin hüquqşünası İddiaçı 32 günlük (30 gün əsas 2 gün əlavə) əmək məzuniyyətinə buraxılmışdır.

16. 02 iyun 2019-cu il tarixli 11 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin hüquqşünası İddiaçı əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir.

17. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.

18. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.

19. Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2016-ci il tarixli 32 nömrəli əmri ilə xx.xx.2016-cı il tarixdən əsas məzuniyyəti 27 gün növbəti əmək məzuniyyətinə buraxılmışdır.

20. xx.xx.2016-ci il tarixli 36 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2016-ci il tarixdən əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir.

21. Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2017-ci il tarixli 125g04 nömrəli əmri ilə 27 günlük əmək məzuniyyətinə buraxılmışdır.

22. 28.11.2017-ci il tarixli 129g02 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMCnin hüquqşünası İddiaçı əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir.

23. Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2018-ci il tarixli 67g2 nömrəli əmri ilə xx.xx.2018-ci il tarixdən 30 günlük növbəti əmək məzuniyyətinə buraxılmışdır.

24. xx.xx.2018-ci il tarixli 74g2 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2018-ci il tarixdən əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir.

25. Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2020-ci il tarixli 179 nömrəli əmri ilə 30 günlük əmək məzuniyyətinə göndərilmişdir.

26. 18.09.2020-ci il tarixli 237 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir.

27. Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2019-cu il tarixli 120 nömrəli əmri ilə 30 günlük əmək məzuniyyətinə buraxılmışdır.

28. 19.09.2019-cu il tarixli 155.1 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMCnin hüquqşünası İddiaçı xx.xx.2019-cu il tarixdən işdə hesab edilmişdir.

29. Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2021-ci il tarixli 74 nömrəli əmri ilə AR ƏM-nin 68.2a bəndinə əsasən işdən azad edilmişdir.

30. xx.xx.2015-ci il tarixli 04 nömrəli əmrdən görünür ki, İddiaçı Cavabdeh1 MMC-nə hüquqşünas vəzifəsinə qəbul edilmiş, əmək haqqı əmək müqaviləsinə uyğun hesablansın.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9042 nömrəli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Uğurlu Yol” MMC-də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 9.419,19 manat, "xxxx" MMC üzrə xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 8.592,92 manat, ümumilikdə isə 2 müəssisə üzrə yaranmış fərqin 18012,11 manat məbləğdə olması müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən Cavabdeh1 MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 230697,29 manat məbləğində müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 223467,86 manat məbləğində müəyyən edilir. - Həmin rəydə göstərilmişdir ki, X5 təsisçi və baş direktor olduğu “Uğurlu Yol MMC-yə xx.xx.2015-ci il tarixində əsas iş yeri olaraq, "xxxx" MMC-yə isə xx.xx.2018-ci il tarixində əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifəsinə qəbul olunmuşdur. (Əmək müqavilələri iş materiallarında mövcuddur). xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin 74 saylı əmri və "xxxx" MMC-nin 06 saylı əmri ilə tərəflər arasında bağlanmış hər iki əmək müqaviləsinə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a”’bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Əmək müqviləsinə əsasən İddiaçı aylıq əmək haqqısı Cavabdeh1 MMC-də 200 manat məbləğində müəyyən edilmişdir. Sonrakı müddət ərzində İddiaçı əmək haqqısı artırılaraq 270 manat və 300 manat olduğu müəyyən edilir. Əmək müqaviləsində İddiaçı əsas məzuniyyət günləri 30 gün qeyd edilmiş, lakin əmək stajına görə əlavə 6 gün nəzərə alınmadığı müəyyən edilir. Əmək müqviləsinə əsasən İddiaçı aylıq əmək haqqısı "xxxx" MMC-də isə 180 manat məbləğində müəyyən edilmişdir. Sonrakı müddət ərzində İddiaçı əmək haqqısı artırılaraq 190 manat və 270 manat olduğu müəyyən edilir. Əmək müqaviləsidə İddiaçı əsas məzuniyyət günləri 30 gün qeyd edilmiş, lakin əmək stajına görə əlavə 6 gün nəzərə alınmadığı müəyyən edilir. - Rəydən görünür ki, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Cavabdeh1 MMC-də işlədiyi xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş, Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, əmək haqqı üzrə 15.917,55, məzuniyyət və son haqq- hesab üzrə 171 gün üçün 1301,25 manat, ümumilikdə hesablanmış məbləğ 17218,80 manat olduğu və hesablanmış əmək haqqı üzrə ələ çatacaq məbləğ isə 16.173,02 manat ödənilməli olduğu müəyyən edilir. - İş materiallarında olan ödəniş sənədlərində əmək haqqı, məzuniyyət və son haqqhesab üzrə 7787,08 manat təşkil etdiyi müəyyən edilir. Bu səbəbdən əmək haqqı üzrə ələ çatacaq məbləğdə yaranmış fərq 8385,94 manat təşkil etdiyi müəyyən edilir. - Məzuniyyət və son haqq-hesab üzrə İddiaçı Cavabdeh1 MMC-də işlədiyi xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 222 gün hesablanmalı halda, cəmi 171 gün məzuniyyət və son haqq hesab hesablandığı müəyyən edilir və bu səbəbdən arada yaranmış gün fərqi 51 gün olaraq 503,29 manat hesablanmalı və ödəniləcək məbləğin 459,15 manat təşkil etdiyi müəyyən edilir. - Həmçinin iddiaçıya 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqı 445,04 manat məbləğində hesablanmış lakin xx.xx.2021-ci il tarixində ödənilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək haqqının ödənilməsində olan gecikmələrə görə iddiaçıya 1% cərimə (129 gün üzrə) 574,10 manat təşkil etdiyi müəyyən edilir. - Həmin rəydə göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı "xxxx" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş, Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, əmək haqqı üzrə 8185,78, məzuniyyət və son haqq- hesab üzrə 50 gün üçün 357,96 manat, ümumilikdə hesablanmış məbləğ 8543,74 manat olduğu və hesablanmış əmək haqqı üzrə ələ çatacaq məbləğ isə 8123,15 manat ödənilməli olduğu müəyyən edilir. Lakin iş materiallarında olan ödənişlər haqqında mühasibatlıq sənədləri olmadığı səbəbindən yaranmış fərq 8123,15 manat təşkil etdiyi müəyyən edilir. - Məzuniyyət və son haqq-hesab üzrə İddiaçı Cavabdeh1 MMC-də işlədiyi xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 108 gün hesablanmalı halda, cəmi 50 gün məzuniyyət və son haqq hesab hesablandığı müəyyən edilir və bu səbəbdən arada yaranmış gün fərqi 50 gün olaraq 515,13 manat hesablanmalı və ödəniləcək məbləğin 469,77 manat təşkil etdiyi müəyyən edilir. Beləliklə, iş materiallarında olan məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 9.419,19 manat, "xxxx" MMC üzrə xx.xx.2018-ci ildən xx.xx.2021- ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 8.592,92 manat, ümumilikdə isə 2 müəssisə üzrə yaranmış fərqin 18.012,11 manat məbləğdə təşkil etdiyi müəyyən edilir. - Cavabdeh1 MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 230.697,29 manat məbləğində müəyyən edilir, o cümlədən: 8385,94 x 917 gün x 3% =230.697,29 manat. - Cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 223.467,86 manat məbləğində müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

32. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq 9419,19 manat pulun Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq 8592,92 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunmamış əmək haqqının və 6 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödəncin hesablanaraq tutulması və İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi 3 il ərzində iddiaçıya ödənilməmiş əmək haqqının və xx.xx.2021-ci il tarixdən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödəncin hesablanaraq tutulması və İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi 3 ilin 2018-2019, 2019-2020, 2020-2021 illərə görə, istifadə olunmamış 3 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödəncin hesablanaraq tutulması və İddiaçı ödənilməsi, Cavabdeh1 MMC-dən İddiaçı çatacaq 2021-ci ilin aprel ayına hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda, yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 1 (bir) faiz olmaqla 375,92 məbləğində ödəncin tutulması və İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri 250 manat məbləğində pulun Cavabdeh1 MMC və "xxxx" MMC-dən müştərək qaydada alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 42, 45, 68-ci maddələri, 172-ci maddəsinin 5-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 218.3, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

34. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla Xaçmaz Rayon Məhkəməsinə qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

35. "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərqə münasibətdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9042 nömrəli ekspert rəyində gəlinən nəticə ilə əsaslandırılmış, 1% ödənclərə münasibətdə isə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndi ilə əsaslandırılmışdır. Hesab edir ki, qətnamə qanunsuz olduğundan ləğv edilməli və icraata qəbul qərardadı ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, qətnamə ciddi prosessual pozuntularla çıxarılmışdır. Belə ki, qətnamədən görünür ki, iddia tələbi 2 müxtəlif cavabdehə qarşı irəli sürülmüşdür, həmin tələblər bir-biri ilə əlaqədar deyildir və bu da onunla bağlıdır ki, cavabdehlərin iddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İddiaçının tələbindən göründüyü kimi, 2 müxtəlif cavabdehin onun qarşısında birgə borclu olmasına əsas verən nə müqavilə müddəası, nə qanunun müddəası vardır, nə də iddianın obyekti (iddiaçının əldə etməyə çalışdığı pul məbləği) bölünməz deyildir. Belə olan halda isə 1-ci və 2-ci cavabdeh iddiaçı qarşısında birgə borclular qismində çıxış edə bilməz və bundan irəli gələrək onların müştərək (birgə) məsuliyyəti yarana bilməz. MPM-in 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, müxtəlif cavabdehlərə qarşı işlər bir-biri ilə əlaqəli olan o halda sayılır ki, cavabdehlərin iddiaçı qarşısında məsuliyyəti müştərək olsun. Cavabdehlərin isə iddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud olmadığı halda hakim iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan 2 tələbə 1 iddia çərçivəsində baxmışdır. Halbuki, MPM-in 152.1.7 və 152.2-ci maddələrinə əasən bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Göründüyü kimi, iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan iddialar üzrə, yəni onların birgə borclu qismində çıxış etmədiyi və və birgə (müştərək) məsuliyyət daşımadığı iddialar üzrə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul etmək əvəzinə, kobud prosessual pozuntuya yol verərək qanunsuz olaraq işi icraata qəbul edərək baxmış və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, hakim qeyri-müəyyən tələbləri təmin etmişdir. Belə ki, iddiaçının iddiasından görünür ki, iddia tələbi qeyri-müəyyəndir, yəni iddiaçının cavabdehdən nə qədər məbləğdə pul tutulması konkret göstərilməmişdir. Belə olan halda isə, iddia tələbinin (iddiaçının əldə etməyə çalışdığı maddi nemətin) müəyyən olunmadığı aydın olur. Çünki MPM-in 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının tələbi, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyri-müəyyən iddia tələbi isə rədd edilməli olduğu halda, hakim tərəfindən əsassız olaraq təmin edilmiş, mülki prosesin təməl prinsipi olan dispozitivlik prinsipi ilə uzlaşmayan prosessual pozuntuya yol verilmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında mülki prosesdə dispozitivlik prinsipinin əhəmiyyətindən bəhs edərək göstərmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən icraata qəbul edilmiş qeyri-müəyyən iddia tələblərinin rədd edilməsinə dair qətnamə çıxarılır. Göründüyü kimi, icraaat qəbul edilmiş qeyri-müəyyən iddia tələbi üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarmaq əvəzinə hakim dispozitivlik prinsipini pozaraq qanunsuz və əsassız olaraq, habelə məhkəmə təcrübəsinin vahidliyini gözləmədən iddianı təmin etmişdir.

36. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

37. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz olduğundan ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. İlk növbədə qeyd edir ki, qətnamə ciddi prosessual pozuntularla çıxarılmışdır. Belə ki, qətnamədən görünür ki, iddia tələbi iki müxtəlif cavabdehə qarşı irəli sürülmüşdür, həmin tələblər bir-biri ilə əlaqədar deyildir və bu da onunla bağlıdır ki, cavabdehlərin iddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İddiaçının tələbindən göründüyü kimi, iki müxtəlif cavabdehin onun qarşısında birgə borclu olmasına əsas verən nə müqavilə müddəası, nə qanunun müddəası vardır, nə də iddianın obyekti (iddiaçının əldə etməyə çalışdığı pul məbləği) bölünməz deyildir. Belə olan halda isə 1-ci və 2-ci cavabdeh iddiaçı qarşısında birgə borclular qismində çıxış edə bilməz və bundan irəli gələrək onların müştərək (birgə) məsuliyyəti yarana bilməz. MPMin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qanunvericiliyin tələbindən göründüyü kimi, müxtəlif cavabdehlərə qarşı işlər bir-biri ilə əlaqəli olan o halda sayılır ki, cavabdehlərin iddiaçı qarşısında məsuliyyəti müştərək olsun. Göründüyü kimi, iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan iddialar üzrə, yəni onların birgə borclu qismində çıxış etmədiyi və və birgə (müştərək) məsuliyyət daşımadığı iddialar üzrə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul etmək əvəzinə, kobud prosessual pozuntuya yol verərək qanunsuz olaraq işi icraata qəbul edərək baxmış və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, hakim qeyri-müəyyən tələbləri təmin etmişdir. Belə ki, iddiaçının iddiasından görünür ki, iddia tələbi qeyri-müəyyəndir, yəni iİddiaçının tələbinin (iddiaçının əldə etməyə çalışdığı maddi nemətin) müəyyən olunmadığı aydın olur. Göründüyü kimi, icraaata qəbul edilmiş qeyri-müəyyən iddia tələbi üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarmaq əvəzinə hakim dispozitivlik prinsipini pozaraq qanunsuz və əsassız olaraq, habelə məhkəmə təcrübəsinin vahidliyini gözləmədən iddianı təmin etmişdir.

38. "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə3 xx.xx.2024-cü il tarixində apellyasiya şikayətinə əlavə ünvanlayaraq göstərmişdir ki, İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdeh1 MMC-yə (VÖEN: **********) (bundan sonra – “1-ci Cavabdeh”) və "xxxx" MMC-yə (VÖEN: **********) (bundan sonra – “2-ci Cavabdeh”) qarşı Xaçmaz Rayon Məhkəməsində (bundan sonra – “Məhkəmə”) iddia qaldırmışdır və iddia tələbi (dəqiqləşdirilmiş iddia tələbi) aşağıdakılardan ibarət olmuşdur: 1-ci Cavabdehə münasibətdə: (İ) Ödənilməmiş əmək haqqı, istifadə olunmamış 6 iş ili (2015-2016, 2016-2017, 2017-2018, 2018-2019, 2019-2020, 2020-2021-ci iş ili) üzrə məzuniyyət pulunun və həmin pulun gecikdirilməsinə görə hər günə 3% ödəncin ödənilməsi; (İİ) 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının 127 gün gecikməsinə görə hər günə 3% olmaqla 1127.76 manatın ödənilməsi; 2-ci Cavabdehə münasibətdə: (İ) xx.xx.2018-xx.xx.2021-ci illərdə (3 il ərzində) ona ödənilməmiş əmək haqqının, xx.xx.2021-ci il tarixindən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər günə 3% ödəncin ödənilməsi; (İİ) xx.xx.2018-xx.xx.2021-ci illərdəki iş ilinə (2018-2019, 2019-2020, 2020-2021-ci iş ilinə) görə istifadə olunmamış məzuniyyət pulunun və həmin pulun gecikdirilməsinə görə hər günə 3% ödəncin ödənilməsi. Məhkəmənin hakimi X7 tərəfindən xx.xx.2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnamə ilə iddia tələbi qismən təmin edilmiş və aşağıdakı məbləğlərin ödənilməsi qət edilmişdir: 1-ci Cavabdehdən tutulmalı məbləğ: (İ) Əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq olan 9419,19 manat; (İİ) Əmək haqqı və 6 il gecikdirilmiş məzuniyyət pulunun ödənilməsinə qədər hər gün üçün 1% ödənc; (İİİ) 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının 127 gün gecikməsinə görə hər günə 1% olmaqla 375,92 manatın ödənilməsi. 2ci Cavabdehdən tutulmalı məbləğ (İ) Əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq olan 8592,92 manat; (İİ) xx.xx.2018-xx.xx.2021-ci il tarixlərdə ödənilməmiş əmək haqqı və həmin əmək haqqının ödənilməsinə qədər hər gün üçün 1% ödənc; (İİİ) xx.xx.2018-xx.xx.2021-ci il tarixlərdə 3 iş ilinin (2018-2019, 2019-2020, 2020- 2021-ci iş ili) məzuniyyət pulunun gecikdirilməsinə görə hər günə 1% ödənc. Qətnamə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərqə münasibətdə Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9042 nömrəli ekspert rəyində gəlinən nəticə ilə əsaslandırılmış, 1% ödənclərə münasibətdə isə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndi ilə əsaslandırılmışdır. Qətnamədən hər 2 Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir və şikayət aşağıdakı dəlillərlə əsaslandırılmışdır: (İ) İddia tələbi 2 müxtəlif cavabdehə qarşı irəli sürülmüşdür, həmin tələblər bir-biri ilə əlaqədar deyildir və bu da onunla bağlıdır ki, cavabdehlərin İddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud deyildir. Cavabdehlərin isə İddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud olmadığı halda Hakim 2 cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan 2 tələbə 1 iddia çərçivəsində baxmışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 152.1.7 və 152.2-ci maddələrinə əasən bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. İİ) Bununla yanaşı, iddia tələbi qeyri-müəyyən olduğu halda, Hakim iddianı təmin etmişdir. Belə ki, İddiaçı Cavabdehdən nə qədər məbləğdə pul tutulması konkret göstərməmişdir. Belə olan halda isə, iddia tələbinin (iddiaçının əldə etməyə çalışdığı maddi nemətin) müəyyən olunmadığı aydın olur. Hakim qeyri-müəyyən iddia üzrə tələbin rədd edilməsinə dair qətnamə çıxarmaq əvəzinə iddianı təmin etmişdir. B. İddiaçı mübahisənin məhkəmədənkənar həlli qaydasına əməl etməmişdir Qeyd edilənlərə əlavə olaraq bildiririk ki, Hakim iddianın baxılmamış saxlanılması haqqında qərardad qəbul etmək əvəzinə kobud prosessual pozuntuya yol verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarmışdır. Belə ki, iş materiallarında olan 2-ci Cavabdehlə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarının pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəkdir. Oxşar müddəa 1-ci Cavabdehlə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 10.1-ci bəndində təsbit edilmişdir. Göründüyü kimi, İddiaçı müqavilə ilə nəzərdə tutulmuş mübahisənin məhkəmədənkənar həlli qaydasına əməl etməmiş və məhkəmədə iddia qaldırmışdır. Belə iddia ərizəsi isə MPM-in 259.0.1cimaddəsinə əsasən baxılmamış saxlanılmalı idi. Belə ki, həmin maddəyə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində [...] tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Buna baxmayaraq, Hakim prosessual normalarının kobud pozuntusuna yol verərək, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Qeyd edilməlidir ki, iddiaçının mediasiyaya müraciəti də vəziyyəti dəyişmir. Belə ki, mediasiya proseduruna riayət etməmə halı mübahisənin qabaqcadan məhkəmədən kənar həlli halından fərqli prosessual əsas kimi (MPM, 259.0.13-cü maddə) MPM-də ərizənin baxılmamış saxlanılması əsası kimi təsbit edilmişdir. Bu o deməkdir ki, mediasiyaya müraciət etməsindən asılı olmayaraq, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasına da əməl etməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-ci maddəsinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməlidir. C. Hakim həqiqətə nail olmaq prinsipini pozmuşdur Bununla yanaşı, qeyd edirik ki, hər hansı bir səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılması mümkün olmazsa, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Hakim həqiqətə nail olmaq üçün 1-ci və 2-ci Cavabdehin qanuni təmsilçilərinin dindirilməsi halında həqiqətə nail olmağın mümkünlüyünü, onlar dindirilmədiyi halda, bunun hüquqi nəticələri barədə Cavabdehləri xəbərdar etməmiş, Cavabdehin qanuni təmsilçilərinin və mühasiblərinin şahid qismində dindirilməsi barədə vəsatət vermək imkanlarını gözləmədən qanunsuz qətnamə çıxarmışdır. Halbuki, MPM-in 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin mülki prosessual qanunvericilik baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarındakı hüquqi mövqeyi). Məhkəmə Cavabdehlərin qanuni təmsilçilərinin və mühasiblərinin şahid qismində dindirilməsini təmin etsəydi, müəyyən edərdi ki, həqiqətən də Cavabdehlər İddiaçıya əmək haqqı və məzuniyyət pulunu tam ödəmişdir, Cavabdehlərin İddiaçıya əmək münasibətlərindən irəli gələn hər hansı borcu yoxdur. 4 Həmin halların müəyyən edilməsinə imkan yaratmadan və həqiqətə nail olmaq prinsipini gözləmədən Hakim qanunsuz və əsassız qətnamə çıxarmışdır. Odur ki, yuxarıda göstərilənlər faktiki və hüquqi halları nəzərə alaraq, xahiş edir: (1) Apellyasiya şikayəti (həmin apellyasiya şikayətinə dair əlavələr nəzərə alınmaqla) təmin edilsin. (2) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsi ləğv edilsin və iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilsin. (3) Hər hansı bir səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul etmək mümkün olmazsa, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunsun.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

39. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

40. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 öz apellyasiya şikayətini müdafiə etdi, digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin apellyasiya şikayətinə etiraz etmədiyini bildirdi ə hər iki apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

41. İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

42. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

43. İş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edilərək, qətnamə tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Maddə 37. İ. Hər kəsin istirahət hüququ vardır. İİ. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

46. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; Maddə 83. 4-cü hissə. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 154. 1-ci hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157. 3-cü hissə. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 173. İşçilərin haqq-hesab sənədləri

1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.

5. Əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları

1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 110. İşçilərin məzuniyyət hüququ

1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili

1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. Maddə 143. 1-ci hissə. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır.

49. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əmək qanunvericiliyindən irəli gələn hüquq münasibətləri olmuş, bağlanılmış əmək müqaviləsinə əsasən İddiaçı əsas iş yeri üzrə Cavabdeh1 MMC-də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək, "xxxx" MMC-də isə əlavə iş yeri üzrə xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə müvafiq əmrlərlə hər iki MMC ilə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı işlədiyi müddətdə işəgötürən Cavabdeh1 MMC və "xxxx" MMC tərəfindən əmək hüquq münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilmədiyini, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl edilmədiyini, əmək hüquqlarının pozulduğunu iddia edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

50. İddia predmetindən görünür ki, iddiaçı aşağıdakı tələblərlə məhkəməyə müraciət etmişdir: birinci tələb –Cavabdeh1 MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş əmək haqqının, ikinci tələb - 6 ilin - 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019, 2019-2020, 2020-2021-ci illərə görə istifadə olunmamış məzuniyyət pulunun, üçüncü tələb - xx.xx.2021-ci il tarixdən başlayaraq istifadə olunmamış əmək haqqının və 6 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 (üç) faiz məbləğində ödəncin hesablanaraq Cavabdeh1 MMCdən tutulub ona ödənilməsi; dördüncü tələb - "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixdən xx.xx.2021-ci il tarixə kimi 3 il ərzində ona ödənilməmiş əmək haqqının, beşinci tələb - xx.xx.2018-ci tarixdən xx.xx.2021-ci il tarixə kimi 3 ilin - 2018-2019, 2019-2020, 2020-2021-ci illərə görə istifadə olunmamış məzuniyyət pulunun, altıncı tələb - xx.xx.2021-ci il tarixdən başlayaraq ödənilməmiş əmək haqqına görə və istifadə olunmamış 3 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMCdən tutulub ona ödənilməsi; yeddinci tələb - Cavabdeh1 MMC-dən ona çatacaq 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 3 (üç) faizi olmaqla 296*3 faiz=8.88*127=1127.76 manat məbləğində ödəncin Cavabdeh1 MMC-dən tutulub ona veriməsi;

51. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, yuxarıda göstərilən nəticəyə gəlinmişdir (bənd 32).

52. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti və Cavabdeh1 qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişlər.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini qismən əsaslı hesab edir.

54. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

55. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

56. Kollegiya vurğulayır ki, hər iki cavabdeh tərəfindən verilmiş şikayətin məzmunca oxşar olmaqla, eyni dəlillərə əsaslandığını nəzərə alaraq kollegiya hər iki şikayət üzrə ümumilikdə qiymətləndirmə aparılmasını mümkün hesab edir.

57. Apellyasiya şikayətlərindən göründüyü kimi apellyatorun əsas dəlili – iddia tələbinin iki müxtəlif cavabdehə qarşı irəli sürülməsi, həmin tələblərin bir-biri ilə əlaqədar olmaması, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin bir iddia ərizəsində birləşdirilməsinin qanunvericiliyin tələblərinə zidd olması, iddia tələbinin qeyri-müəyyən olması ilə bağlıdır.

58. Apellyasiya instansiyası qeyd olunan dəlillərin əsaslığını prosessual qanunvericiliyin tələbləri baxımından araşdıraraq, məhkəmə çəkişməsinin dörd ildir davam etməsini, məhkəmə araşdırmasının uzun müddət davam etməsinin iddiaçının mənafeyinə uyğun olmamasını, xüsusən də məhkəmə çəkişməsinin uzun müddət davam edəcəyi halda bunun prosessual qənaət prinsipi ilə uzlaşmamasını nəzərə alaraq işə baxılıb yekun qərar qəbul edilməsini mümkün hesab edir.

59. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. İş üzrə sübutlar hərtərəfli araşdırılmamış, prosessual hüquq normalarının tətbiqində səhfə yol verilmişdir.

60. İddiaçının tələbinin qısa xülasəsini versək görərik ki, tələb ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və ödəncin tutulması ilə bağlıdır.

61. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Xüsusi ilə qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyində edilən dəyişikliklərə görə iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər haqlıdır. Qeyd olunan dəyişikliklər tərəflərin intizamlandırılmasına, mülki işlərə baxılmasında süni vaxt itkisinin qarşısının alınmasına, habelə işdə iştirak edən şəxslərin prosessual hüquqlarının müdafiəsinə yönəldilmişdir.

62. Hazırkı işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddia tələbindən kənara çıxılmış, iddiaçının son haqq-hesab ödənilməsinə dair tələbi olmadığı halda məhkəmə aktında son haqq-hesab üzrə ödəniş ödənilməsi qət edilmişdir.

63. Bundan başqa, məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməməklə səhvə yol verilmişdir.

64. İş üzrə mübahisə doğuran halların araşdırılması üçün təyin edilmiş ekspert rəyindən görünür ki, iddiaçının Cavabdeh1 MMC-də işlədiyi müddətdə əmək haqqı üzrə ələ çatacaq məbləğdə yaranmış fərq 8385,94 manat təşkil etdiyi müəyyən edilir. Məzuniyyət və son haqq-hesab üzrə xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 222 gün hesablanmalı halda, cəmi 171 gün məzuniyyət və son haqq hesab hesablandığı müəyyən edilir və bu səbəbdən arada yaranmış gün fərqi 51 gün olaraq 503,29 manat hesablanmalı və ödəniləcək məbləğ 459,15 manat təşkil edir. Həmçinin iddiaçıya 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqı 445,04 manat məbləğində hesablanmış, lakin xx.xx.2021-ci il tarixində ödənilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək haqqının ödənilməsində olan gecikmələrə görə iddiaçıya 1% cərimə (129 gün üzrə) 574,10 manat təşkil etdiyi müəyyən edilir.

65. Qeyd olunanlardan görünür ki, əmək haqqı, məzuniyyət və son haqq-hesab, həmçinin əmək haqqının ödənilməsində olan gecikmələrə görə iddiaçıya 1% cərimə üzrə ümumilikdə yaranmış fərq 9419,19 (8385,94 manat+459,15 manat+574,10 manat) müəyyən edilmişdir.

66. Birinci instasiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqına görə 1% cərimə üzrə yaranmış fərq də daxil olmaqla 9419,19 manat tutulmasını qət etmiş, həm də eyni tələb üzrə (Cavabdeh1 MMCdən ona çatacaq 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 3 (üç) faizi olmaqla 296*3 faiz=8.88*127=1127.76 manat məbləğində ödəncin Cavabdeh1 MMC-dən tutulub ona veriməsi;) təkrarən 375,92 manat tutulmasını qət etmiş, bununla iş üzrə sübutların qiymətləndirilməsində pozuntuya yol vermiş, iddia tələbindən kənara çıxaraq düzgün olmayan nəticəyə gəlmişdir.

67. Bundan başqa, kollegiya hesab edir ki, istifadə edilməmiş məzuniyyətə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilən gün üçün ödəncin tutulması hissəsəsində iddianın qanuniliyinin qiymətləndirilməsində və maddi hüqüq normasının tətbiqində məhkəmə pozuntu etmişdir.

68. Qeyd olunan hissədə iddia tələbinin hüquqi əsası olaraq birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinad edilmişdir.

69. Məhkəmə kollegiyası hesab edir ki, istifadə edilməmiş məzuniyyətə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilən gün üçün 1% ödəncin tutulması hissəsində iddia tələbi əsaslı və qanuni deyildir. Kollegiya gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır:

70. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

71. Qeyd olunmalıdır ki, göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir.

72. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin müddəalarının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tutulması tələbinə tətbiqi ilə razılaşmır.

73. Belə ki, istinad olunan normada konkret olaraq «əmək haqqı» anlayışı ifadə olunmuşdur.

74. Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

75. Eləcə də Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

76. Göründüyü kimi qeyd olunan normada son haqq-hesab dedikdə işçiyə ödənilməli əməkhaqqı ifadəsi ilə yanaşı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ifadəsi ayrıca qeyd olunmuş, bununla da əmək haqqı və məzuniyyətə görə pul əvəzi fərqləndirilmişdir.

77. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 140-ci maddəsinin 5-ci hissəsinə əsasən İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

78. Əmək Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

79. Hüquq normalarının təhlilindən göründüyü kimi aylıq əmək haqqının ödənilməsi konkret vaxtla məhdudlaşdığı halda, məzuniyyət hüququnun başlama vaxtını müəyyən etmək və bu konteksdən gecikdirilmiş hər günə görə ödəncin hesablanmasının hansı tarixdən başlamasını müəyyən etmək mümkün deyildir.

80. Qeyd olunanlara əsasən kollegiya istifadə edilməmiş məzuniyyətə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilən gün üçün ödəncin tutulmasını əmək qanunvericiliyin göstərişlərinə uyğun hesab etmir. Kollegiyanın qənatincə Əmək Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsi yalnız ödənilməsi gecikdirilmiş əmək haqqı üzrə ödəncin ödənilməsini nəzərdə tutur, araşdırılan tələb üzrə tətbiq edilə bilməz. Odur ki, iddia tələbi həmin hissədə qanuni əsası olmadığından təmin edilməməlidir.

81. Məhkəmə kollegiyası qalan hissədə iddia tələbinin əsaslığına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla qismən təmin edilməlidir.

82. Kollegiya qeyd edir ki, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlar bu nəticəyə gəlməyə əsas verir ki, iş üzrə cavabdehlər olan – işəgötürənlər tərəfindən işçiyə (iddiaçıya) işlədiyi müddətdə müvafiq olaraq əmək haqqı, məzuniyyət pulunun ödənilməməsi öz təsdiqini tapmışdır.

83. Cavabdeh tərəf istər birinci intsansiyada, istərsə də apellyasiya araşdırması zamanı mübahisələndirilən ödənişlərin iddiaçıya ödənildiyini bildirsə də, etirazlarını istinad etdiyi hallara dair heç bir tutarlı mötəbər sübut təqdim edə bilməmişlər.

84. Cavabdeh tərəfindən ödənişlərin ödənilməsinə dair təqdim edilmiş müxtəlif kağız parçaları isə iddianın rədd edilməsi üçün, sübut standartlarına cavab verən sübut növü olaraq qəbul edilə bilməz.

85. Əvvəla məhkəmə qeyd edir ki, əmək qanunveriveriliyinin tələbinə əsasən mühasibat hesablamaları haqq-hesab sənədlərində öz əksini tapmalıdır. Belə bir sənədləşmə isə məhkəməyə təqdim edilməmişdir.

86. Bundan başqa, kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

87. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

89. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqı 445,04 manat məbləğində hesablanmış, lakin xx.xx.2021-ci il tarixdə ödənilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək haqqının ödənilməsində olan gecikmələrə görə iddiaçıya 1% cərimə (129 gün üzrə) 574,10 manat təşkil edir.

90. Lakin iddia tələbindən görünür ki, iddiaçının tələbi həmin hissədə 375,92 manat tutulmasından ibarətdir.

91. Məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinin göstərişlərindən çıxış edərək hesab edir ki, qeyd olunan hissədə iddia, tələbə uyğun – yəni, 375,92 manat həddində təmin edilməlidir.

92. Bundan başqa, məhkəmə kollegiyası mübahisə doğuran bir hala da aydınlıq gətirilməsini zəruri hesab edir.

93. Belə ki, qeyd olunduğu kimi iddiaçının son haqq-hesabın ödənilməsinə dair tələbi yoxdur. Bununla yanaşı ekspert rəyindən görünür ki, məzuniyyət və son haqq-hesab üzrə yaranmış fərq hesablanaraq cəm şəkildə göstərilir.

94. Məhkəmə kollegiyası qeyd edir ki, son haqq-hesab anlayışına digər ödənişlərlə yanaşı - istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi də daxildir.

95. Ekspert rəyinin verilməsinə əsas olan tədqiqat obyektləri təhlil edilərkən görünür ki, son haqq-hesab ödənişlərinə yalnız istifadə edilməmiş əmək məzuniyyət günləri və buna görə pul əvəzi hesablanmışdır.

96. Odur ki, kollegiya hesab edir ki, qeyd olunan hissədə ziddiyyət doğuran hal yoxdur və müəyyən edilmiş ödəniş miqdarları ödənilməmiş məzuniyyətə görə pul əvəzi olaraq nəzərə alınmalıdır.

97. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)- 16/2024 nömrəli qətnaməsi madi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2015- ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə ödənilməmiş əmək haqqına görə 8385,94 manat və istifadə olunmamış məzuniyyətə görə 459,15 manat haqq Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməli, İddiaçı cavabdeh "xxxx" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə ödənilməmiş əmək haqqına görə 8123,15 manat və istifadə olunmamış məzuniyyətə görə 469,77 manat haqq cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 MMC-dən xx.xx.2021ci il tarixindən başlayaraq ödənilməmiş olunmamış əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənc hesablanıb tutularaq İddiaçı ödənilməli, cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənc hesablanıb tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 MMC-dən İddiaçı çatacaq 2021 -ci ilin aprel ayına hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda, yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 1 (bir) faiz olmaqla 375,92 məbləğində ödənc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

98. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 250 manat məbləğində pul Cavabdeh1 MMC və "xxxx" MMC-dən birgə qaydada alınaraq X2 ödənilməlidir.

99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2015- ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə ödənilməmiş əmək haqqına görə 8385,94 manat və istifadə olunmamış məzuniyyətə görə 459,15 manat haqq Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı cavabdeh "xxxx" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə ödənilməmiş əmək haqqına görə 8123,15 manat və istifadə olunmamış məzuniyyətə görə 469,77 manat haqq cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixindən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənc hesablanaraq tutulsun və İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənc hesablanaraq tutulsun və İddiaçı ödənilsin. Cavabdeh1 MMC-dən İddiaçı çatacaq 2021 -ci ilin aprel ayına hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda, yalnız xx.xx.2021 -ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 1 (bir) faiz olmaqla 375,92 məbləğində ödənc tutulsun və İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 250 manat məbləğində pul Cavabdeh1 MMC və "xxxx" MMC-dən birgə qaydada alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar