Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-940/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1850/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı X6 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı Azəriqaz İB-yə vurulmuş 2749.40 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 2779.40 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1850/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, X1 istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə 431,7 manat dəymiş ziyan məbləğində pul vəsaitinin X3 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı X6 apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(012)-1850/2021 saylı qərardadına əsasən iddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1850/2021 saylı qətnaməsindən İddiaçı İB-yi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı İBirliyi Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1850/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı X3 Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Azəriqaz İB tərəfindən Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1850/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə və mülki işin apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1850/2021 saylı qətnaməsindən iddiaçı X3 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı İB-nin nümayəndəsi Ç.Dibirov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə 11.08.2021-ci il tarixli qərardadı qəbul edərkən mübahisələndirdikləri qətnamənin 05.07.2021-ci il tarixdə rəsmi qaydada alındığına, qətnamədən apellyasiya şikayəti vermə müddətinin 05.08.2021-ci il tarixdə qurtarmasına baxmayaraq, həmin qətnamədən verilmiş apellyasiya şikayətinin 06.08.2021-ci il tarixdə Azəri Express sürətli poçt daşıma xidmətinə təqdim edilməsinə əsaslanmışdır. Göründüyü kimi, apellyasiya şikayəti çox hesab olunmayan müddət, yəni 1(bir) gün ötürülməsi ilə vermişdir. 20.10.2021-ci il tarixli qərardadı əsassız, hüquqlarını pozan qərardad kimi qəbul edir və hesab edir ki, həmin qərardad ləğv edilməli, mübahisəli hesab etdiyikləri qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir. Məhkəmələrdə həm iddiaçı kimi, həm də cavabdeh kimi tərəf olaraq iştirak etdikləri işlərin çox olması səbəbi ilə apellyasiya şikayəti çox hesab olunmayan 1 (bir) gün müddətin ötürülməsi ilə verilmişdir. Mübahisələndirdikləri qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı kimi qanunvericiliklə qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə buraxılmış prosessual müddətin bərpasından imtina etmişdir. Abşeron Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(012)-1850/2021 saylı müddətin bərpasından imtina edilməsinə dair qərardadını ləğv edib, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-1850/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan AZ1025 saylı poçt xəbərnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1850/2021 saylı qətnaməsi iddiaçı X3 “Paşayeva” soyadlı nümayəndəsi tərəfindən 05.07.2021-ci il tarixdə rəsmi şəkildə qəbul edilmiş, apellyasiya şikayəti isə Azəri Express sürətli poçt daşınma xidmətinə 06.08.2021-ci il tarixdə təqdim edilmiş, 09.08.2021-ci il tarixdə isə şikayət məhkəmənin dəftərxanası tərəfindən təhvil alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi üçün ərizədə qeyd etdiyi hal, yəni iş yükü ilə əlaqədar apellyasiya şikayətinin bir gün ötürülməklə Azəri Express sürətli poçt daşınma xidmətinə verilməsi buraxılmış prosessual müddətin bərpası üçün əsas verdiyindən, həmin hal üzrlü hesab edilməməlidir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdı. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı nümayəndəsi X5 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(012)-1850/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-940/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-940/2022
14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver