Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-944/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-402/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 12000 (on iki min) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 22-də yerləşməklə yaşayış sahəsi 39.6 kv.m. olan 3 otaqdan ibarətdir. Bu mənzil üzərində onun mülkiyyət hüquqları DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsində qeydə alınmış və iddiaçının adına xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarış da verilmişdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə cavabdehin həyat yoldaşı və azyaşlı Şahin, Zümrüd və Nərmin isə onun övladlarıdır. Dəfələrlə cavabdehlərlə iddiaçı arasında mübahisələr baş verir, onların birgə yaşayışları mümkünsüzdür. Onu da qeyd edir ki, cavabdehlər mülkiyyətində olan bu mənzili banka girov qoyaraq 25000 ABŞ dolları məbləğində pul götürmüş, lakin həmin borcu ödəməmiş və nəticədə iddiaçı və bu mənzildə yaşayan digər yaşayışçılar bu mənzili itirmək qorxusu ilə qarşılaşmışlar. Bunun baş verməməsi üçün oğlu Natiq Əhmədov Cavabdeh1 20000 ABŞ dolları məbləğində kredit borcunu ödəmiş və lakin cavabdeh həmin pulu oğluna qaytarmamışdır. Cavabdehlər dəfələrlə bəyan etmişlər ki, onlar bu mənzilə köçürülməklə onlara mənzildə normal yaşamağa imkan verməyəcək və onların günlərini qara edəcəklər, bunun baş verməməsi üçün iddiaçı bu mənzili satıb onlara istədikləri məbləğdə pul verməlidir. Halbuki bu şəxslər 2011-ci ildən bu mənzili daimi olaraq tərk etmiş, köçmüş, müxtəlif ünvanlarda yaşamış və öz daimi yaşayış evlərini də sataraq hazırda bu mənzilə göz qoymuşlar. İddiaçı təqaüdçüdür, bu yaşında rahat sakit yaşamaq istəyir, cavabdehlər mənzili girov qoyub götürdükləri krediti ödəmədikləri və həmin kreditidə oğlu Natiqə ödətdirdikləri halda bu gün yenə də onları rahat buraxmır. Buna görə də iddiaçı hazırda cavabdehlərə 15000 manat kompensasiya ödəməyi məqsədəuyğun bilir, belə ki, bu tip mənzillərin aylıq kirayə haqqının 200 manat olmasını nəzərə alaraq, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən düzgün maddi hüquq normasına istinad etməmiş və təqdim olunan sübutlara qiymət verməmişdir. Belə ki, iş üzrə digər cavabdeh olan Cavabdeh1 onun həyat yoldaşı və iddiaçının oğludur. Mübahisəli mənzil ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil həyat yoldaşının ata evidir. Qeyd olunan mənzil 1986-cı il tarixdə satın alınmış və ilkin sənəd olaraq qayınatanın adına order alınmışdır. Yəni həyat yoldaşı 1986-cı il tarixdən valideynləri ilə mübahisəli mənzildə yaşayır və həmin evdə qeydiyyatdadır. Həmin orderə həyat yoldaşı atası ilə bərabər ailə üzvləri olaraq əlavə olunmuşdur (Order məhkəməyə təqdim edilmişdir). Qeyd olunan tarixdən həyat yoldaşının mübahisəli mənzilə köçdüyü üçün hüquq münasibətləri 1986-cı il tarixdən yaranmış hesab olunur. Həmin dövrdə bu məzmunlu mübahisələrin həlli 1982-ci il qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd olunan mübahisəli mənzil onun ata evidir. Uzun müddətdir həmin mənzildə yaşamış, qeydiyyatdadır və 1982-ci il qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən ailə üzvü olduğu üçün istifadə hüququ yaranmışdır. Yuxarıda qeyd olunan normaların şərhindən aydın olur ki, cavabdehin övladı olaraq onun ailə üzvü sayıldığı üçün mübahisəli mənzildə birbaşa istifadə hüququ yaranır. İddiaçı bildirir ki, iş üzrə mülkiyyətçi dəyişmişdir. Ancaq qeyd etmək istəyir ki, mübahisəli mənzil vərəsəlik qaydasında yəni iş üzrə digər cavabdehin razılığı ilə iddiaçının mülkiyyətinə keçmişdir. Mənzildən istifadə hüququ qayınatasının ölümü ilə mənzilin mülkiyyətçisinin dəyişməsi halında da itirilməmişdir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Eyni zamanda Mülki Məcəllənin 255.7-ci maddəsinə əsasən servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğinin Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmununa əsasən o, qətnaməni özünə aid hissədə mübahisələndirmiş, digər Cavabdeh1 isə iddianın ona aid təmin olunmuş hissəsindən qətnamədən apellyasiya şikayəti verməmişdir. Hazırki iş üzrə apellyasiya baxışının predmeti qətnamənin yalnız Cavabdeh2 aid hissəsidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 22 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur və bu mənzil üzərində onun mülkiyyət hüquqları DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsində qeydə alınmış və iddiaçının adına xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarış verilmiş və cavabdehlərin həmin evdə istifadə hüquqları mövcuddur. Baxılan iş üzrə iddia tələbi yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılma barədədir. İddia tələbinin qanuni əsasını da Mülki Məcəllənin 228-ci maddəsi təşkil edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi). R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İşdən göründüyü kimi cavabdehin həmin mənzildə istifadə hüququ yaranmış olsa da, mülkiyyətçi olaraq iddiaçının təklif etdiyi kompensasiya məbləği yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında göstərilən əvəzləşdirməyə uyğundur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-944/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-944/2024
23.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver