Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-945/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı3 və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-356/2023 nömrəli qətnaməsindən iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bağ evinin uzunmüddətli icarəsi haqqında xx.xx.1977-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağ İddiaçı5 Alı oğluna icarəyə verilmişdir.
2. İddiaçı5 Alı oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir.
3. Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı5 Alı oğlunun ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə arxiv məlumatları xx.xx.2002-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı5 Alı oğlunun nikahı haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.2002-ci ildə vəfat etmiş İddiaçı5 Alı oğlunun ölümü xx.xx.2002-ci il tarixdə 846 nömrəli akt qeydi ilə Sumqayıt şəhər qeydiyyat şöbəsində alınmışdır.
4. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 İddiaçı5 Alı oğlunun övladlarıdır. İddiaçı5 isə İddiaçı5 Alı oğlunun xx.xx.2014-cü ildə vəfat etmiş oğlu İsmayılov Vidadi Teymur oğunun övladıdır.
5. İddiaçılar miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktublarında mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Sumqayıt şəhər 3 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum ataları İddiaçı5 Alı oğlundan miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsələri kimi onlar tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağ ataları İddiaçı5 Alı oğluna məxsus olmuş və o, xx.xx.2002-ci ildə ölmüşdür. Onlar atalarının qanun üzrə 1-ci növbə vərəsələridirlər. Atalarının vəfatından sonra onlar miras əmlakı faktiki qəbul etmiş və bu bağ onların istifadələrində olmuşdur. Lakin mirasın qəbulu ilə bağlı sənədləri qaydasında olmadığı üçün (belə ki, iddiaçılardan İddiaçı1 və S.Baxşəliyevanın doğum haqqında şəhadətnamələri itmişdir) məhkəməyə müraciət olunmuş, qətnamələr qəbul edildikdən sonra həmin vərəsələr yeni doğum haqqında şəhadətnamə almış və qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələrin verilməsi ilə bağlı cavabdehə müraciət etmişlər. Lakin notariat kontoru tərəfindən idiaçılara imtina məktubu verilmiş və izah olunmuşdur ki, mirasın qəbulu ilə bağlı müddət tərəflərindən ötürülmüşdür.
8. İddiaçı (digər İddiaçı4 nümayəndəsi) İddiaçı3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçılar İddiaçı1onun qardaşı, İddiaçı4 və İddiaçı2 onun bacıları, İddiaçı5 isə vəfat etmiş qardaşı Vidadi İsmayılovun oğludur. Ataları 2003-cü ildə vəfat edib. Bundan sonra o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsində işləyən bir tanışına müraciət etmiş və bağ evinə çıxarış almaq istədiyini bildirmişdir. Həmin şəxsin köməkliyi ilə fərdi yaşayış evinə təkcə öz adına çıxarış almış, torpağa dair isə sənəd verilməmişdir. Bundan sonra o, "xxxx" BOKT MMC-dən kredit götürmüş və evi ipotekaya qoymuşdur. Krediti ödəyə bilmədiyi üçün ev hərraca çıxarılmış və "xxxx" BOKT MMC evi almışdır. Lakin, hərrac evlə bağlı keçirilib. Torpağın isə sənədi olmadığı üçün onunla bağlı hərrac keçirilə bilməzdi. 2011-ci ildə yanğın baş vermiş və ev yanmışdır. Sığorta şirkətindən dəymiş zərəri tam ala bilməmişlər. Hal-hazırda kredit təşkilatına 90000 manat borcu qalmışdır.
9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4834 ünvanındada yerləşən bağ evi üzərində "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 07/06 nömrəli hərracın yekunları barədə protokolu, xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında “TBC Kredit" BOKT MMC-nin mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hal-hazırda mülkiyyətindədir.
10. İş materiallarına açıq hərracın keçirilməsinə dair 1 nömrəli bildiriş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4834 ünvanındada yerləşən bağ evinin qiymətləndirilməsi barədə hesabat əlavə edilmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-356/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağ evinə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin uzadılmasını xahiş edirlər. Öncə qeyd edilməlidir ki, mübahisəli bağ evinin icarədarı olan İddiaçı5 Alı oğlu 2002-ci ildə vəfat etmişdir. İddiaçılar isə onun vəfatından təxminən 20 il sonra mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmişlər. Ötən bu müddət ərzində mirası qəbulu üçün notariat orqanına müraciət etməmələrinin səbəblərini əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.
13. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçılardan İddiaçı3 mübahisəli bağ evini öz adına sənədləşdirərək ipoteka kreditinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Sonradan krediti ödəyə bilmədiyi üçün evə tutma yönəldilmiş və ev "xxxx" BOKT MMC-nin mülkiyyətinə keçmişdir. İddiaçı3 öz izahatında mübahisəli bağ evi ilə bağlı hər hansı vərəsəlik işinin açılmadığını, bir tanışının vasitəsilə evi öz adına sənədləşdirdiyini bildirmişdir. Bütün bu prosedurlardan digər iddiaçıların ötən müddət ərzində məlumatsız olmaları məntiqli və inandırıcı görünmür. Həmçinin mübahisəli bağ evi hal-hazırda "xxxx" BOKT MMC-nin mülkiyyətindədir və digər bir şəxsin mülkiyyətində olan əmlakla bağlı mirasın əqbul edilməsi müddətinin uzadılması qanuni hesab edilə bilməz.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1246, 1248.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
15. Qətnamədən iddiaçıların vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, vərəsələr tərəfindən torpaq sahəsində yeni fərdi yaşayış evi inşa edilmişdir. İpoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evi baş vermiş yanğın hadisəsi zamanı yanaraq məhv olmuşdur. Digər 1 mərtəbəli fərdi yaşayış evi vərəsələrin vəsaiti hesabına təmir olunmuşdur. Hazırda da həmin fərdi yaşayış evindən vərəsələr tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Uzun illər və hazırda da əvvəllər miras qoyana icarə hüququ ilə məxsus olmuş bağ sahəsindəki ağaclara və üzüm bağına vərəsələr tərəfindən qulluq göstərilmişdir. Beləliklə, vərəsələr miras əmlaka sahiblik etmiş və əmlakı idarə etmişlər. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununa da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1143.2-ci maddəsi). Lakin məhkəmə yanlış olaraq belə nəticəyə gəlir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrsüz səbəbdən keçmişdir. Halbuki, miras vərəsələr tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə maddi hüquq normasını tətbiq edərkən onu düzgün təfsir etməmişdir. Həmin normaya əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikmənin səbəbini üzrlü sayarsa uzada bilər. Buna görə də, məhkəmə tərəfindən tətbiq edilməli olmayan hüquq norması tətbiq edilərək maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Məhkəmə miras əmlaka sahiblik edilməsi, onun idarə olunmasına dair vərəsələrin izahatlarını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" BOKT MMCnin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisinə və İddiaçı5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)
Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (...)
Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1977-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağ İddiaçı5 Alı oğluna icarəyə verilmişdir. İddiaçı5 Alı oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 İddiaçı5 Alı oğlunun övladlarıdır. İddiaçı5 isə İddiaçı5 Alı oğlunun xx.xx.2014-cü ildə vəfat etmiş oğlu İsmayılov Vidadi Teymur oğunun övladıdır. İddiaçılar miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktublarında mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
27. Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
28. Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
29. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı).
30. Qanunvericilik mirasın qəbul edilməsi üçün altı ay müddət müəyyən etmişdir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı isə iki qayda müəyyən etmişdir. Bunlardan birincisi mirası qəbul etmiş vərəsələrin razılaşması ilə, ikinci isə bu razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilməlidir.
31. Hazırkı iş üzrə miras əmlakı qəbul etmiş vərəsələr olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məhkəmə qaydasında həll edilir. Məhkəmə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
32. İddiaçı tərəf mirasın qəbul edilməsi müddətinin üzrlü səbəbdən ötürüldüyünü göstərsə də, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı3 (ipoteka qoyan) ilə “SOA Kredit” bank olmayan kredit təşkilatı arasında bağlanmış xx.xx.2008-ci il tarixli AZBA-000880 nömrəli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,25 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 3 otaqlı, 62,48 kv.m yaşayış, 116,93 kv.m köməkçi sahədən ibarət 4834 nömrəli bağ evini xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka qoymuşdur.
33. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı3 "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə kredit üzrə 147736,44 ABŞ dolları əsas borc, 41171 ABŞ dolları faiz borcu və 40261,49 ABŞ dolları dəbbə pulu, cəmi 229168,93 ABŞ dollarının qətnamə icra olunan günə manata nisbətlə tutulması, cavabdehdən iddiaçının xeyrinə 20 manat dövlət rüsumunun tutulması, tələbin İddiaçı3 məxsus olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 4 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsinin üstündə inşa edilmiş, 1 və 2 mərtəbəli 3 otaqlı 62,48 kv.m yaşayış, 116,93 kv.m köməkçi sahədən ibarət 4834 nömrə bağ evi və X1 məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestrində 58 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində qeydiyyata alınan, Sumqayıt şəhəri, 29-cu məhəllədə, 0.094 ha torpaq sahəsində inşa edilmiş, 1/16 saylı, 4 mərtəbəli binanın 4-cü girişinin 3-cü mərtəbəsindəki 53,89 kv.m ümumi, 39,91 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 43 saylı mənzilinə yönədilməsi, cavabdehlər İddiaçı3, X2, X4, X6, X3 Sumqayıt şəhəri, 29-cu məhəllə, 1/16 saylı evdə yerləşən 43 saylı mənzilə olan pasport qeydiyyatlarının ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları, İddiaçı3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi üzərində inşa edilmiş, 1 və 2 mərtəbəli 3 otaqlı, 62,48 kv.m yaşayış, 116,93 kv.m köməkçi sahədən ibarət 4834 nömrəli bağ evi və X1 məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestrində 58 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində qeydiyyata alınan, Sumqayıt şəhəri, 29-cu məhəllədə, 0,094 ha torpaq sahəsində inşa edilmiş, 1/16 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişinin 3-cü mərtəbəsindəki 53,89 kv.m ümumi, 39,91 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 43 saylı mənzilinin açıq hərracdan satılmaları və əldə edilən pul vəsaitindən iddiaçıya olan borcun ödənilməsi, əlavə pul vəsaiti qalarsa əmlaklarının dəyərinə mütənasib olaraq cavabdehlərə qaytarılması qət edilmişdir.
34. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı3, S.İsmayılova, A.İsmayılova və A.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi qismən - dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, İddiaçı3 "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 15055 ABŞ dolları 64 sent dəbbə pulu tutulmuş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)-2117/12 nömrəli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci tarixli qətnaməsi dəbbə pulunun tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır.
36. İddiaçılar İddiaçı5 Alı oğlunun ölümündən 20 il sonra mirasın qəbul edilməsi ilə bağlı notariusa müraciət etmişdirlər. Keçən müddət ərzində mirası faktiki qəbul etdiklərini bildirsələr də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4834 ünvanında yerləşən bağ evi üzərində "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 07/06 nömrəli hərracın yekunları barədə protokolu, xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" BOKT MMC-nin mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hal-hazırda mülkiyyətindədir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsələri kimi iddiaçılar tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə mövcud iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-356/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.