Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-950/2023 24.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən Çıxarışın ləğvi, miras əmlaka vərəsəlik hüququnun tanınması, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X31 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iddiaçının nümayəndə və vəkili Nümayəndə, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının nümayəndə və vəkili Vəkil3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(060)-187/2023 saylı qətnaməsindən cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsinə, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinə və ünvan 1 ünvanında yerləşən bağ evinə onun (X14) vərəsəlik hüququnun tanınaraq, müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə verərək X32, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 cavabdeh qismində işə cəlb edilməsini və 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və «Mülkiyyət hüququ haqqında» Şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilmələrinə, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinə və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının (X14) vərəsəlik hüququnun tanınaraq, müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6533/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X32, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 cavabdeh qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Azimi Einollah ilə anası X11 faktiki nikah münasibətlərində olmuş və birgə nikahlarından xx xxxxxxxx 2002-ci il tarixdə iddiaçı X25 doğulmuşdur. ünvan 1 ünvanında yerləşən bağ evi iddiaçının anası X6 atası X4 məxsus olmuşdur. Belə ki, sözügedən bağ evinin yerləşdiyi 0,16 ha torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat X21 Sahəsi ilə bağlanmış 25 iyun 2004-cü il tarixli, 4309 saylı Müqaviləyə əsasən 10 il müddətinə babası A.Ağayevin istifadəsinə verilmişdir. Bundan sonra babası tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Tikilmiş tikililərdən - bağ evindən birinin ümumi sahəsi 45,52 kv.m, digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur. 2007-ci il tarixdə atası Əzimi Eynullah bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün onun mülkiyyətində daşınmaz əmlakın olması zəruridir. Bu səbəblə babası A.Ağayev atası Ə. Eynullah ilə alğısatqı müqaviləsi bağlayaraq, ümumi sahəsi 45,52 kv.m olan bağ evini Ə.Eynullaha satmışdır. Sözügedən alğı-satqı müqaviləsi bağlanılarkən atası Əzimi Eynullah tərəfindən Ağakişi Ağayevə (babasına) hər hansı bir məbləğdə pul ödənilməmişdir. Ağakişi Ağayev 2008-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl həmişə bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən bağ evini nəvəsi - Əzimi Eynullahın oğlu, X19 vermək niyyətindədir. A.Ağayevin özünə məxsus olmuş bağ evini nəvəsinə vermək niyyətinin olmasını mərhum atası Ə.Eynullah da bilmişdir. 2017-ci ildə atası ilə anası Firəngiz Ağayeva arasında belə bir razılaşma olmuşdur ki, bağ evinin bütövlükdə atasının adına qeydiyyata alınmasına razılıq verilir, o, (atası Ə.Eynullah) isə həmin bağ evini oğluna bağışlayır. Müvafiq sənədləşmə işlərinin aparılması üçün atası Ə.Eynullah tərəfindən yaxın münasibətlərdə olduğu, eləcə də Ə.Eynullahın özünün də bütün məsələlərdə etibar etdiyi X12 adına etibarnamə verilmişdir ki, mübahisəli bağ sahəsinə dair bütövlükdə mülkiyyət hüququnu təsdiq edən Çıxarış əldə edildikdən sonra bağ sahəsinin oğlu X19 bağışlanmasını həyata keçirsin. Bundan sonra 16 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən bağ evi Ə.Eynullahın oğlu olaraq iddiaçıya (X19) bağışlanmışdır. Lakin hazırkı mülki iş üzrə cavabdeh Roqhayeh Hassanzadeh və digərləri tərəfindən iddiaçıya bağışlanmış və mülkiyyətində olmuş ünvan 2 ünvanındakı bağ evinə dair bir sıra məhkəmə mübahisələri açılmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roqhayeh Hassanzadehin cavabdehlər X9, iddiaçıya (X19) və qeyrilərinə qarşı “bağışlama müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun etibarsız hesab edilməsi və mənzildən çıxarma barədə” iddiaları ilə bağlı 2(060)- 9286/2019 saylı mülki iş olmuşdur. İddiaçılar sözügedən iddia ilə məhkəməyə müraciət edərək, Azimi Einollah tərəfindən ünvan 1 ünvanında yerləşən bağ evinin cavabdeh İddiaçı hədiyyə edilməsinə dair 16 aprel 2018-ci il tarixli, 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinin bağ evinin 5/10-nə aid hissədə ləğv edilməsinə, iddiaçıların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınmasına, evə köçürülmələrinə, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsinə, cavabdeh X6 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və onun bağ evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roqhayeh Hassanzadehin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək, ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9286/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Ali Aziminin, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Roqhayeh Hassanzadehin cavabdehlər İddiaçı, X9, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat kontoruna və DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair” iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçıların nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən mülki iş üzrə icraat bir neçə əsasla dayandırılmışdır. Bundan əlavə iddiaçılar X33, Hassanzadeh Roqhayeh Norouzalı qızı, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızı tərəfindən cavabdehlər X16, X19 və üçüncü şəxs Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna qarşı “etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddiasının qismən təmin edilməsi, iddiaçılar X22, Hassanzadeh Roqhayeh Norouzalı qızının, Cavabdeh6 Einollah qızının, Cavabdeh7 Einollah oğlunun və Cavabdeh5 Einollah qızının Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X16 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, Azimi Einollaha məxsus ünvan 1-nin X19 bağışlanması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X14 adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən X23 tərəfindən apellyasiya şikayəti verilərək, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən - iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsinə, iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2021-ci il tarixli, 2(105)-755/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X23 və X25 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(102)-4174/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-755/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə bağlı mülki iş üzrə icraat təzələnmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Roqhayeh Hassanzadehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Roqhayeh Hassanzadehin ünvan 1 ünvanında yerləşən bağ evinə köçürülməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roqhayeh Hassanzadehin cavabdehlər X9, iddiaçıya və qeyrilərinə qarşı “bağışlama müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun etibarsız hesab edilməsi və mənzildən çıxarma barədə” iddiaları ilə bağlı 2(060)-9286/2019 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilməmiş və beləliklə də Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa da götürülməmişdir. Buna baxmayaraq bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsi cavabdeh Hassanzadeh Roqhayehin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, 1/12 hissəsi isə açıq pay kimi saxlanılmışdır. Bundan sonra 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müvafiq sorğu verilmişdir. Əldə edilmiş sorğuya cavab əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsinə Hassanzadeh Roqhayehin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, həmin bağ evinin ½ hissəsinə dair isə Hassanzadeh Roqhayehin və digər şəxslərin adına xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş və digər şəxslər öz miras paylarını Hassanzadeh Roqhayehə bağışlamışlar. Beləliklə də Hassanzadeh Roqhayeh ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(060)-187/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Mülkiyyət hüququ haqqında Şəhadətnamənin, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi” etibarsız hesab edilmiş, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarış (müvafiq qeydiyyat yazısı) ləğv edilmiş və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququ tanınmış, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, X32, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39.1, 139.3, 139-1.1, 139-1.1.4, 354.2, 337.1, 404.1, 404.2, 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1, 1159.1.1, 1159.1.3-cü maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikasının Qanunun 58,60-cı maddələrinə, «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın tələblərinə istinad etməklə iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, vərəsəlik işi düzgün aparılmadığından 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Mülkiyyət hüququ haqqında Şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməli, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməli və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququ tanınmalı, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, X32, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat Ofisinin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Belə ki, həmin vəzifənin qoyulması məhkəmənin səlahiyyətinə aid deyildir və gələcəkdə bu məsələ ilə iddiaçı Notariat kontoruna müraciət etmək iqtidarındadır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(060)-187/2023 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-187/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi təmin edildiyi hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbləri təmin edilməməlidir. Sumqayıt Şəhər Məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, həmçinin mülki qanunvericiliyin vərəsəlik hüququ münasibətlərini tənzimləyən normalarını düzgün tətbiq etməmiş, nəticədə səhv nəticəyə gəlmişdir. Belə ki, ünvan 3 ünvanda yerləşən bağ evi Cavabdeh4 mərhum əri Azimi Einollaha məxsus olmuş, həmin ev Cavabdeh4 ilə mərhum Azimi Einolahın birgə nikahları dövründə, 2007-ci ildə əldə edilməklə onların ümumi birgə mülkiyyətində olmuşdur. Həmin şəxslər 1979-cu ildən etibarən rəsmi nikahda olmuşlar və Azimi Einollah vəfat edənədək həmin nikah pozulmamışdır. Həmin şəxslərin birgə nikahlarından X33, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu, Cavabdeh5 Einollah qızı adlı uşaqları anadan olmuşdur. Həmin bağ evinə dair ilkin olaraq Azimi Einollahın adına xx.xx.2007-ci il tarixli, ********* saylı Çıxarış verilmiş, sonradan həmin Çıxarış xx.xx.2018-ci il tarixli, ********** saylı Çıxarışla əvəz edilmişdir. 2017-ci ildə Azimi Einollahın səhhətində problemlər yaranmış, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. 2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəlmişdi, xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum idi. Cərrahiyyə əməliyyatından sonra - 2017-ci ilin dekabrında «X40» diaqnozu ilə Tehran şəhərində müalicə olunmuş, sonradan ağ ciyər infeksiyasi və kəskin nəfəs darlığı ilə yanaşı həmçinin həkim tərəfindən şüurunun arabir dayanması diaqnozu da qoyularaq «Arad» xəstəxanasına yerləşdirilmişdir. Müalicələrin təsiri olmamış və Azimi Einollah 10 may 2018-ci ildə vəfat etmişdir. Sumqayıt Şəhər Məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, cavabdehlər mirası qəbul etmək üçün 3 ay ərzində notariat orqanına müraciət etməmişlər. Lakin yuxarıda qeyd edildiyi kimi Azimi Einollahın mirası açılan vaxt mübahisəli bağ evi həmin şəxsin mülkiyyətində deyildi və qanunsuz yolla Abbas Əziminin adına rəsmiləşdirilmişdi. Belə olan halda miras açıldığı vaxtdan, yəni Azimi Einollahın vəfat etdiyi vaxtdan 3 ay ərzində mirasın onun qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına müraciət etməklə qəbul edilməsi mümkün deyildi. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Abbas Əzimi mirası faktiki qəbul etmişdir. Məhkəmənin həmin qənaəti də düzgün deyil, çünki Abbas Əzimi miras açılan vaxt mübahisəli bağ evi qanunsuz yolla mülkiyyətinə keçirmişdi və həmin şəxs vərəsə kimi evə sahiblənmək üçün deyil, evin mülkiyyətçisi kimi yaşayırdı. Bundan başqa qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən Abbas Əzimi vərəsəlik hüququndan məhrum edilməmişdi, əksinə payı açıq saxlanılmışdı və onun həmin payını qəbul etməyə heç kim mane olmurdu. Azimi Einollahın həyat yoldaşı və övladları daima həmin evə gəlib orda qalırdılar, hətta Ali Aziminin əmlakları (soyuducular, televizorlar və digər məişət əşyaları) hazırda da həmin evdə yerləşir. Evin təmir-tikinti işlərində də mərhum Azimi Einollahın rəsmi nikahdan olan övladları yaxından iştirak etmişlər. Bununla da Azimi Einollahın qeyd olunan 5 nəfər vərəsələri mübahisəli bağ evini miras əmlak hesab edərək vərəsə kimi həmin mirası mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul edərək ona sahiblənmək və yiyələnmək, mirasın mülkiyyətçisi olmaq niyyətlərini ifadə etmişlər. Azimi Einollahın vəfatından sonra onun yuxarıda adları qeyd olunan 5 qanun üzrə vərəsəsi mirası onun qəbul edilməsinin formal üsulu ilə qəbul etmək istəyərkən mübahisəli bağ evinin qanunsuz və saxtakarlıq yolu ilə mənimsənildiyini müəyyən etmişlər və bundan sonra məhkəmə çəkişmələri olmuşdur. Ona görə də məhkəmənin həmin vərəsələrin mirası qəbul etməmələri, mirasa dair vərəsəlik hüquqlarının olmaması, mirasa dair yalnız Abbas Əziminin vərəsəlik hüququnun tanınmalı olması barədə gəldiyi qənaət tamamilə qanunsuz və əsassızdır. Bundan başqa məhkəmə miras kütləsinin həcmini də düzgün müəyyən etməmiş, mübahisəli bağ evinin mərhum X24 Hassanzadehin ümumi birgə nikahları dövründə əldə olunmaqla onların birgə mülkiyyətlərində olduğunu, buna görə də Cavabdeh4 mülkiyyət payının Azimi Einollahın miras kütləsinə daxil olmadığını nəzərə almamış, heç bir qanuni əsas olmadan həmin şəxsin adına həmin evin ½ hissəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmişdir. Qətnamədə qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Beləliklə qeyd edilənlərə əsasən hesab edir ki, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”, həmçinin Cavabdeh4 Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarış tam qanuni və əsaslıdır, Mülki Məcəllənin hər hansı tələbləri pozulmadan, o cümlədən Abbas Əziminin vərəsəlik hüququ pozulmadan verilmişlər. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmənin qətnaməsi qanunui və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamənin iddianın təmin olunmuş hissəsindən narazıdırlar. İş üzrə məhkəmə Mülki Məcəllənin 1243, 1246-cı maddələrinin tələblərini pozmaqla qətnamə çıxarmışdır. Cavabdehlər mübahisəli evdə əvvəllər yaşayıblar. Mirasqoyan mərhum Əzimi Eynullah cavabdeh müvəkkili ilə 1979-cu ildən rəsmi nikahdadır, nikahları pozulmamışdır. Eynullah Əziminin rəsmi nikahdan 4, qeyri-rəsmi nikahdan 1 (hazırki iş üzrə iddiaçı) övladı olmuşdur. İstər rəsmi, istərsə də qeyri-rəsmi münasibətdə olan xanımların mehriban münasibəti olub. xx.xx.2018-ci ildə Eynullah Əzimi ölmüşdür. Amma bundan əvvəl mübahisəli evdə yaşayan işçisi Nicat Novruzova xx.xx.2021-ci il tarixdə etibarnamə verir. O, etibarnamənin ilkin verilmə məqsədini bilmir. Mirasqoyan şəxs onkoloji xəstə idi və etibarnamə verəndən sonra müalicə üçün İran İslam Respublikasına gedir. Müvəkkili miras əmlak üçün notariusa müraciət edəndə məlum olub ki, Nicat Novruzov həmin evi etibarnamə əsasında Əzimi Abbasa bağışlayıb. Halbuki mirasqoyanın belə bir niyyəti olmayıb. Nicat Novruzov notariusda ərizə yazır ki, Eynullah Əzimi subaydır. Halbuki onun nikahda olduğunu və övladlarının olduğunu bilirdi. Notarius Roqhayeh Hassanzadehə məlumat verib ki, bağ evi başqasının mülkiyyətindədir, miras əmlakın kütləsinə daxil deyil. Bu səbəbdən məhkəmə mübahisəsi başlayır. Bağışlama müqaviləsi məhkəmə qaydasında ləğv olunur və məhkəmə qətnaməsi qanuni qüvvəsini alır. Eynullah Əziminin adına olan çıxarış bərpa olunur. Bundan sonra tərəflər notariusa müraciət edirlər və miras əmlakı qəbul edirlər. Sumqayıt Şəhər Məhkəməsi qətnamə qəbul edərkən nəzərə almayıb ki, həmin evin 50 faizi ümumən miras əmlakın kütləsinə daxil deyil və mərhumun birgə nikahda olduğu arvadının mülkiyyətidir, bu barədə Çıxarış mövcuddur. Yerdə qalan 50 faiz kütlə 6 vərəsə arasında bölünməli idi. Bunlar mərhumun beş övladı və müvəkkilidir. 4 övlad əmlakdan analarının xeyrinə imtina edib. Əzimi Abbas vərəsə kimi tanınmışdı. Amma gəlib əmlakı qəbul etmədiyindən notarius ona münasibətdə payı açıq saxlayıb. Məhkəmə qeyd edir ki, iddiaçı miras əmlakı faktiki qəbul edib. Amma iddiaçı həmin əmlakdan vərəsə kimi yox, mülkiyyətçi kimi istifadə edirdi. Çünki ləğv olunmuş çıxarış əsasında o, mülkiyyətçi idi. Apellyasiya şikayətinə notariusun məktubu əlavə edilib. Məktubdan görünür ki, notariat əməliyyatı aparılan dövrdə əmlak üzərində hər hansı həbsin olması barədə sistemdə məlumat olmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(060)-187/2023 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e- 2(060)-187/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mübahisəli ev formal olaraq iddiaçının atası Əzimi Eynullahın adında olub. Evin yerləşdiyi torpaq sahəsi iddiaçının babası Ağakişi Ağayevə məxsus olub. İddiaçının anası ilə Əzimi Eynullah faktiki nikah münasibətlərində olublar və həmin münasibətdən Əzimi Abbas doğulmuşdur. 2005-2006-cı illərdə Əzimi Eynullah Ağakişi Ağayevə bildirib ki, Azərbaycanda daimi yaşamaq icazəsi almaq üçün mülkiyyətində əmlak olmalıdır. Bu zaman Ağakişi Ağayev mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi tikililərdən birini - həmin torpaq sahəsində 2-3 mərtəbəli bir tikili və 45.52 m2 sahəsi olan ev olub, hər iki tikili də iddiaçının babası tərəfindən tikilib - formal alğı-satqı ilə Eynullah Əzimiyə satır. Ağakişi Ağayevin niyyəti mənzili qızından olan nəvəsi Əzimi Abbasa vermək olub. Bundan mirasqoyanın da məlumatı olub. 2017-ci ildə Firəngiz Ağayeva (iddiaçının anası) ilə atası Əzimi Eynullah arasında belə bir razılaşma olur ki, torpaq sahəsində yerləşən digər tikili də Əzimi Eynullahın adına keçirilsin və iddiaçıya bağışlanılsın. Nicat Novruzov işçi olmayıb, Əzimi Eynullahın qonşusu olmaqla, etibar etdiyi şəxs olub. Ona mirasqoyan tərəfindən başqa etibarnamələr də verilib. Notariusda da Nicat Novruzov bildiyi qədərilə mirasqoyanın subay olduğunu deyib. Mirasqoyanın etibarnamə verərkən psixi probleminin olması sübut olunmur. Onun xəstəliyi onkoloji olub və psixikası sağlam olub. Nicat Novruzovun mənzili ələ keçirmək niyyəti olsa idi, mənzili öz adına keçirərdi. Amma mənzili Eynullah Əziminin iradə ifadəsi əsasında iddiaçının adına keçirib. Qubadlı Rayon Məhkəməsində cavabdehlərin iddiasının təmin olunmasının yeganə əsası həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasıdır. Miras əmlak 2018-ci ilin may ayında açılıb. Qarşı tərəf məhkəmədə iddianı 2019-cu ilin noyabr ayında qaldırıb. Deməli qarşı tərəf mirasın qəbul edilməsi ilə bağlı hər hansı addım atmayıb, qanunla müəyyən olunmuş müddət ərzində mirası nə hüquqi, nə faktiki qəbul etməyib. Cavabdehlərin həmin mənzildə yaşaması barədə heç bir sübut yoxdur. Məhkəmə qaydasında mülkiyyətçi olduğuna görə yalnız Roqhayeh Hassanzadeh Norouzali qızının mənzilə köçürülmək hüququ tanınıb, digər şəxslərə münasibətdə həmin iddia rədd olunub və qətnamə mübahisələnidirilməyib. Əmlakın üzərində həbs olub. Notarius şəhadətnamə verərkən qüvvədə olan qətnamələrə istinad edib. Amma həmin qətnamələr təkcə əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak statusunu müəyyən edir. Daha sonra bildirdi ki, Sumqayıt İnzibati Məhkəməsinə yeni iddia ilə müraciət ediblər. Bunu bildirməkdə məqsədi hazırkı işin icraatının dayandırılması xahiş etmək deyil, sadəcə məlumat verir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(060)-187/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehlər X34, Cavabdeh7 Eynullah oğlu, Cavabdeh6 Eynullah qızı, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci və 139-1.1.4-cü maddələrinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 1133.1 və 1133.2-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar: 1159.1 və 1159.1.3-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı miras qoyanın nəvəsi o halda birinci növbə vərəsə hesab edilir ki, mirasın açıldığı zaman miras qoyanın vərəsəsi olacaq valideyn sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”ın tələblərinə görə də şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olub-olmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Prosessual Məcəllə 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə müzakirə edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(060)-187/2023 saylı qətnaməsi qismən - mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə qismən təmin edilməli, iddia tələbi mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməli, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarış (müvafiq qeydiyyat yazısı) ləğv edilməli, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 mərhum X7 miras qalmış ½ hissə əmlaka vərəsəlik payı müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş matariallarında olan: xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X8 vərəsələri: Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olan Azimi Ali-(MY10******, xx.xx.2021-DMX FİN xxxxxxx, d/txx.xx.1986), arvadı-ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh4-(MY10541506, xx.xx.2021-DMX, FİNxxxxxxx, d/i: xx.xx.1961), qızı-Tehran şəhəri, Tehranpars rayonu, Serac küçəsi, 104-cü küçə, ev 43, mərtəbə 3 ünvanında qeydiyyatda olan Cavabdeh6 Einollah (A/15513278, xx.xx.2000-Kəhrizək, FİN:0000000, d/t xx.xx.1980), qızı Tehran şəhəri, Tehranpars rayonu, Serac küçəsi, 104-cü küçə, ev 43, mərtəbə 3 ünvanında qeydiyyatda olan, Cavabdeh5 Binollah (N11875, xx.xx.2020-Tehran şəhəri, FİN 0068375, d/t: xx.xx.1984), oğlu-Tehran şəhəri, Tehranpars rayonu, Serac küçəsi, 104-cü küçə, ev 43, mərtəbə 3 ünvanında qeydiyyatda olan Cavabdeh7 Einollah (N8524, xx.xx.2020- Tehran şəhəri, FİN0065811, d/t xx.xx.1982) və onların hər biri miras əmlakdan miras almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, X10 verilmiş **********0-11801 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evindən ibarətdir. xx.xx.2022-ci il tarixli “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 qalmış arvadı ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh4 (MY10541506, xx.xx.2021-DMX, FİN xxxxxxx, d/t xx.xx.1961) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh4 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Əzimi Eynullah Ezzatollah oğluna verilmiş 3**********0-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evindən ibarətdir. O, cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsindən ibarətdir. Mirasın ½ hissəsinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, Azimi Ali, Cavabdeh7 Einollah, Cavabdeh5 Einollah və Cavabdeh6 Einollah Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu A.S.Hacıyev tərəfindən verilmiş “26” yanvar 2022-ci il tarixli, 2V-125 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Cavabdeh4 bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında Əzimi Eynullanın adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1210577 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında Əzimi Einollahın adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Tehran şəhərində ölmüşdür. İşdə olan “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Ali Azimi xx.xx.1986-cı il tarixdə Tehran şəhərində anadan olmuş, ata qrafasında Eynollah, ana qrafasında Roghayyeh qeyd edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Eimollahh Azimi ilə Cavabdeh4 ilə xx.xx.1979-cu il tarixdə nikaha girmişlər. Qubadlı Rayon Məhkəməsinin 2(028)-346\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçılar X33, Cavabdeh4 Norouzalı qızı, Cavabdeh6 Einollah qızı, X29, Cavabdeh5 Einollah qızının Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X16 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edlməsi barədə iddia tələbinin təmin edilməməsi, Azimi Einollaha məxsus ünvan 1-nin İddiaçı bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən İddiaçı adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)755/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh N.N.Novruzovun apellyasiya şikayəti təmin edilməyərək, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4174/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, cavabdehlər X23 və İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9286/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Ali Aziminin, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Roghieh Hassanzadehin cavabdehlər İddiaçı, X9, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat kontoruna və DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə” dair iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Roghieh Hassanzadehin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Roghieh Hassanzadeh ünvan 1 ünvanında yerləşən bağ evinə köçürülməsinin təmin edilməsi və iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3, bağ evinin 11/12 hissədə Həsənzadeh Roghayehin adına qeydə alınmışdır. Notariat işinin materiallarından görünür ki, notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən olunması və razılığının alınması istiqamətində iş düzgün aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”ın tələblərinə görə də şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olub-olmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. Müəyyən edilmişdir ki, miras qoyan E.Əzimi vəfat etdikdən sonra iddiaçı ünvan 7 ünvanında yerləşən bağ evində faktiki yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirası nə faktiki olaraq, nə də 3 ay ərzində sözügedən mirası qəbul etmələri üçün notariat orqanına müraciət etməmişlər. İşin faktiki halları ilə təsdiq olunur ki, mirasın açıldığı zaman - 26 yanvar 2022-ci il tarixdə miras qoyan X8 övladı X25 birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almış vərəsələr bu barədə notariat kontoruna doğru məlumat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişlər. Mirasın açılmasından xeyli müddət, 3 il 8 ay keçdikdən sonra notariat ofisinin notariusu tərəfindən Roqhayeh Hassanzadeh Norouzali qızının və digərlərinin adına «Qanun üzrə vərəsəlik haqqında» Şəhadətnaməsinin verməsini məhkəmə tamamilə qanunsuz hesab edir. Həmçinin məhkəmə qeyd etmişdir ki, miras əmlak ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə qadağa mövcud olmuşdur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab etmişdir ki, vərəsəlik işi düzgün aparılmadığından 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Mülkiyyət hüququ haqqında Şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilmələrinə, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinə və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququ tanınmalı və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, X32, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat Ofisinin üzərinə qoyulması hissəsində təmin etməmişdir. Belə ki, həmin vəzifənin qoyulması məhkəmənin səlahiyyətinə aid deyildir və gələcəkdə bu məsələ ilə iddiaçı Notariat kontoruna müraciət etmək iqtidarındadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X8 vərəsələri: arvadı Cavabdeh4, övladları Azimi Ali, Cavabdeh6 Einollah, Cavabdeh5 Einollah, Cavabdeh7 Einollahdır və onların hər biri miras əmlakdan miras almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, X10 verilmiş **********0-11801 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evindən ibarətdir. Müəyyən edilmişdir ki, miras qoyan E.Əzimi vəfat etdikdən sonra iddiaçı ünvan 1 ünvanında yerləşən bağ evində yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirası nə faktiki olaraq, nə də 3 ay ərzində sözügedən mirası qəbul etmələri üçün notariat orqanına müraciət etməmişlər. Bundan başqa iş materiallarından görünür ki, mirasın açıldığı zaman, yəni 26 yanvar 2022-ci il tarixdə miras qoyan X8 övladı X25 birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almış vərəsələr bu barədə notariat kontoruna doğru məlumat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərə mirasın açılmasından 3 il 8 ay keçdikdən sonra «Qanun üzrə vərəsəlik haqqında» Şəhadətnaməsinin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa iddiaçı birinci növbəli vərəsə olduğu halda onun barəsində notariat orqanına məlumat verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. İş materiallarından görünür ki, bağışlama müqaviləsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verilmişdir. Belə ki, cavabdehlər X32, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 miras əmlakı qəbul etdikdən sonra öz paylarını Cavabdeh4 bağışlamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunduğundan onun əsasında verilmiş bağışlama müqaviləsi də etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu barədə gəlmiş olduğu nəticə iə razılaşır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququ tanınmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Cavabdeh4 ilə xx.xx.1979-cu il tarixdə nikaha girmişlər. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1210577 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında Əzimi Einollahın adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Tehran şəhərində ölmüşdür. Yəni iş materiallarından müəyyən olunur ki, miras əmlak birgə nikah dövründə əldə olunduğudan həmin əmlakın ½ hissəsi Cavabdeh4 məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Ona görə də iddia tələbi xx.xx.2022-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsinə dair düzgün nəticəyə gəlsə də bunu əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, qeyd edilən çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş bağışlama müqaviləsinin əsasında verilmişdir. Şəhadətnamə və müqavilə etibarsız hesab olunduğundan onların əsasında verilmiş çıxarış ləğv olunmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququnun tanınmasına dair düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iddianı həmin hissədə təmin edərkən miras əmlakın kütləsini düzgün müəyyənləşdirməmiş, ünvan 1 ünvanında yerləşən bağ evinə dair tam şəkildə İddiaçı vərəsəlik hüququnu tanımışdır. Halbuki həmin ev mərhum X13 ilə Cavabdeh4 nikah dövründə əldə etdikləri birgə əmlak olduğundan həmin əmlakın ½ hissəsi Cavabdeh4 məxsusdur. Belə olduqda isə X5 qalan miras əmlak həmin evin ½ hissəsindən ibarətdir ki, məhz həmin əmlaka da iddiaçının vərəsəlik payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası vərəsəlik hüququnun tanınmasını vərəsəlik payının müəyyən edilməsi kimi hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyd edilən hissələrdə əsaslı olduğu üçün təmin edilməli, qalan hissələrdə isə öz təsdiqini tapmadığı üçün təmin edilməməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 2(102)-1505 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-43/2922 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə dair mülki işin icraatı hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır. Bundan başqa iddaiçının vəkilinin məhkəmə kollegiyasının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı X35 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 9 ünvanındakı Əzimi Eynullaha məxsus bağ evinin sahəsinə müvafiq düzəliş edilərək, 45,52 ev.m kimi qeydiyyata alınmasına, eləcə də bu barədə müvfiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qəraor qəbul edilməsini xahiş etmişdir. Həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadıfr. Məhkəmə kollegiyasının iclasında iddaçının vəkili bildirdi ki, həmin sənədləri təqdim etməkdə məqsədi iş üzrə icraatın dayandırılmasını xahiş etmək deyil. Məhkəmə kollegiyası hesab edir ki, həmin işə baxılması ilə əlaqədar olaraq hazırkı mülki işin icraatının dayandırılmasına lüzum yoxdur. Belə ki, işlər üzrə tərəflər başqadır. Bundan başqa ərizədən görünür ki, iddiaçının mübahisələndirdiyi əmlakın ümumi sahəsi 307,7 kv.m-dir. Hazırkı mülki iş üzrə mübahisəli miras əmlakın ümumi sahəsi isə 167.1 kv.m-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(060)-187/2023 saylı qətnaməsi qismən - mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə qismən təmin edilməli, iddia tələbi mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməli, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarış (müvafiq qeydiyyat yazısı) ləğv edilməli, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 mərhum X7 miras qalmış ½ hissə əmlaka vərəsəlik payı müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının apellyasiya şikayəti qsmən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(060)-187/2023 saylı qətnaməsi qismən - mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissələrdə qismən təmin edilsin. İddia tələbi mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsin. Cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarış (müvafiq qeydiyyat yazısı) ləğv edilsin. ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 mərhum X7 miras qalmış ½ hissə əmlaka vərəsəlik payı müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-950/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-950/2023
24.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver