Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-953/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Group MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3133/2025 nömrəli qərardadından iddiaçı tərəfindən tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Group MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında 14-cü mərtəbə, 111 saylı mənzilin kooperativ binada mənzil alqı-satqısı üçün 0174 saylı, xx.xx.2025-ci il tarixli payçı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3133/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, xx.xx.2025ci il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). İddiaçı vəkili-nümayəndəsi Nümayəndə qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək işin icraata götürülməsinə dair qərardad çıxarılmasını qeyd etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3133/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə göndərərək şikayəti geri götürdüyünü bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətindən imtina barədə ərizə qəbul edilməli, apellyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətdən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, şikayətdən imtina qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 3133/2025 nömrəli qərardadından verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçı vəkili-nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3133/2025 nömrəli qərardadından verdiyi şikayətdən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3133/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-953/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-953/2025
25.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver