Məhkəmə qərarları › İş №2(105)-955/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-955/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-955/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, X4 14 markalı kompüter üçün 5754,96 manat ödənilməmiş hissə, 861,04 manat cərimə olmaqla, ümumilikdə, 6616 manat borcun və 86,16 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1310/2024 saylı qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli, 03983482 saylı müqaviləyə əsasən X4 14 markalı kompüter üçün 5754,96 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə, 5774,96 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,16 manatın Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1310/2024 saylı qətnaməsindən xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)1310/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və əlavə təqdim olunmuş sübutlar əsasında iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini və saxta sənədlərdən istifadə edilməklə qanunsuz əməllərə yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1310/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə tərəflərə, o cümlədən, Cavabdeh ünvanına göndərilmiş, Cavabdeh ünvanlanmış zərf Sevinc Abdullayeva adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermə müddətinin axımı xx.xx.2024-cü il tarixdən başlamış, həmin müddət xx.xx.2024-cü ildə qurtarmış, qeyd olunan qətnamədən apellyasiya şikayəti isə 01 il 01 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə təqdim edilməklə cavabdeh tərəfindən müddət ötürülmüş və məhkəməyə üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim olunmamışdır. Həmçinin, sorğu əsasında Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş icra işi materiallarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1310/2024 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, eyni tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və sözügedən qərar tərəflərə, o cümlədən icra sənədini qəbul etmiş məhkəməyə göndərilmişdir. Bundan əlavə icra işi materiallarından aydın olur ki, icra sənədində göstərilmiş tələbin könüllü icrasının təmini məqsədilə xx.xx.2024-cü il tarixdə borclu Cavabdeh ünvanına müvafiq bildiriş, eyni zamanda borcluya məxsus telefon nömrələrinə icra şöbəsinə çağırış barədə SMS bildirişləri göndərilmişdir. Sevinc Abdullayeva adlı şəxsin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1310/2024 saylı qətnaməsini heç bir səlahiyyəti və hüququ olmadan cavabdehin əvəzinə qəbul etməsi faktının öz təsdiqini tapması halında belə, icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus mobil nömrələrinə icra şöbəsinə çağırış barədə SMS bildirişlərin göndərilməsi Cavabdeh həmin tarixdən, yəni xx.xx.2025-ci il tarixdə sözügedən qətnamənin mövcudluğundan xəbərdar olduğunu bir daha sübut edir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadından xx.xx.2025-ci il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1310/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə özü etiraf edir ki, bəhs edilən mülki iş üzrə qətnamə başqa şəxs, özü də heç bir səlahiyyəti və hüququ olmayan Sevinc Abdullayeva adlı şəxs tərəfindən alınmışdır. Başqa sözlə deyilsə, bəhs edilən mülki iş üzrə apellyasiya şikayəti verilməli olan əsas yekun məhkəmə aktı - qətnamə ona rəsmi qaydada verilməmişdir. Belə olduğu halda ortaya belə bir haqlı və əsaslı bir sual çıxır ki, cavabdeh tərəf nəinki rəsmi qaydada almadığı, ümumiyyətlə, mövcudluğundan məlumatı və xəbəri olmadığı qətnamədən necə apellyasiya şikayəti verə bilərdi? Digər tərəfdən məhkəmə hüququ və səlahiyyəti olmayan həmin şəxsin bu işə və cavabdehə hansı aidiyyətinin olduğunu aydınlaşdırmamış və araşdırmamış, nə üçün hüququ və səlahiyyəti olmayan həmin şəxsin qanunsuz və əsassız olaraq qətnaməni aldığı tarixin cavabdeh üçün apellyasiya şikayəti vermə müddətinin axımının xx.xx.2024-cü il tarixdən başlamış olduğunu, həmin müddətin xx.xx.2024-cü ildə qurtarmış olduğunu izah etməmiş və əsaslandırma aparmamışdır. Cavabdeh tərəf cavabdehin ağır və fasiləsiz olaraq davam etdiyi və stasionar müalicə aldığı çoxsaylı xəstəlikləri ilə əlaqədar olaraq bəhs edilən mülki iş üzrə icraatdan məlumatı və xəbəri olmadığını təsdiq edən çoxsaylı və mötəbər tibbi sənədləri apellyasiya şikayətinə əlavə etmişdir və bu tibbi sənədlər cavabdeh tərəfin apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmədiyini təsdiq edir və buna görə də müddətin bərpası barədə ərizənin verilməsinə əsas və səbəb olmamışdır. Birinci instansiya məhkəməsinin irəli sürdüyü digər “dəlil” bundan ibarətdir ki, sorğu əsasında Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş icra işi materiallarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)1310/2024 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, eyni tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və sözügedən qərar tərəflərə, o cümlədən icra sənədini qəbul etmiş məhkəməyə göndərilmişdir. Bundan əlavə icra işi materiallarından aydın olur ki, icra sənədində göstərilmiş tələbin könüllü icrasının təmini məqsədilə xx.xx.2024-cü il tarixdə borclu Cavabdeh ünvanına müvafiq bildiriş, eyni zamanda borcluya məxsus telefon nömrələrinə icra şöbəsinə çağırış barədə SMS bildirişləri göndərilmişdir. Sevinc Abdullayeva adlı şəxsin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1310/2024 saylı qətnaməsini heç bir səlahiyyəti və hüququ olmadan cavabdehin əvəzinə qəbul etməsi faktının öz təsdiqini tapması halında belə, icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus mobil nömrələrinə icra şöbəsinə çağırış barədə SMS bildirişlərin göndərilməsi Cavabdeh həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdə sözügedən qətnamənin mövcudluğundan xəbərdar olduğunu bir daha sübut edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Akif Həsənovun Azərbaycana qarşı işində (Akif Həsənov Azərbaycana qarşı - 7268/10 Qərar, 19.9.2019) qeyd etmişdir ki, hətta Bakı Apellyasiya Məhkəməsi ərizəçini məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Odur ki, yuxarıda qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır....” Məhkəmənin irəli sürdüyü bu “dəlil” də qanunsuz və əsassızdır. Belə ki, məhkəmə “Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1310/2024 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icra olunması üçün xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilməsindən, həmin icra sənədinin xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmasından, eyni tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsindən və sözügedən qərarın tərəflərə, o cümlədən icra sənədini qəbul etmiş məhkəməyə göndərilməsindən, bundan əlavə, icra sənədində göstərilmiş tələbin könüllü icrasının təmini məqsədilə xx.xx.2024-cü il tarixdə borclu Cavabdeh ünvanına müvafiq bildirişin, eyni zamanda borcluya məxsus telefon nömrələrinə icra şöbəsinə çağırış barədə SMS bildirişləri göndərilməsindən bəhs edildiyi halda, həmin sənədlərin borclu tərəfindən şəxsən alınıb-alınmamasından ümumiyyətlə bəhs etməmişdir. Çünki icra məmuru tərəfindən həmin sənədlər cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Eyni zamanda məhkəmə icra məmuru tərəfindən bəhs edilən icra sənədi üzrə hansı icra hərəkətlərinin həyata keçirilməsindən, əgər hər hansı bir icra hərəkətləri icra edilmədiyi halda bunun səbəblərindən, ümumiyyətlə bəhs etməmiş, icra sənədi 1 ilə yaxın müddətdə icra edilmədiyi halda borclunun nə üçün icra şöbəsinə könüllü və ya məcburi gətirilməməsindən, borcludan nə üçün izahat alınmamasından və qeyd edilən icra sənədlərinin bilavasitə şəxsən cavabdehə təqdim olunmamasından və bunun səbəblərindən bəhs edilməmişdir. Çünki birinci instansiya məhkəməsi bilmişdir ki, bəhs edilən icra sənədi üzrə heç bir icra hərəkəti həyata keçirilməmişdir. Əgər qeyd edilən icra hərəkətləri icra məmuru tərəfindən vaxtında, tam və lazımi qaydada icra edilmiş olsa idi, cavabdeh (borclu) qeyd edilən mülki işdən və mübahisələndirilən qətnamədən vaxtında məlumat əldə etmiş və dərhal məhkəməyə müraciət edib müvafiq qətnaməni əldə etmiş və qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermiş olardı. Əlavə olaraq bildirir ki, ***-***-**-** mobil nömrə cavabdehə məxsus deyildir, həmin nömrənin kimə məxsus olması cavabdeh tərəfə məlum deyildir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1310/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə tərəflərə, o cümlədən, Cavabdeh ünvanına göndərilmiş, Cavabdeh ünvanlanmış zərf Sevinc Abdullayeva adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermə müddətinin axımı xx.xx.2024-cü il tarixdən başlamış, həmin müddət xx.xx.2024-cü ildə qurtarmış, qeyd olunan qətnamədən apellyasiya şikayəti isə 01 il 01 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə təqdim edilməklə cavabdeh tərəfindən müddət ötürülmüş və məhkəməyə üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim olunmamışdır. Həmçinin Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş icra işi materiallarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1310/2024 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, eyni tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və sözügedən qərar tərəflərə, o cümlədən icra sənədini qəbul etmiş məhkəməyə göndərilmişdir. Bundan əlavə icra işi materiallarından aydın olur ki, icra sənədində göstərilmiş tələbin könüllü icrasının təmini məqsədilə xx.xx.2024-cü il tarixdə borclu Cavabdeh ünvanına müvafiq bildiriş, eyni zamanda borcluya məxsus telefon nömrələrinə icra şöbəsinə çağırış barədə SMS bildirişləri göndərilmişdir. Sevinc Abdullayeva adlı şəxsin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1310/2024 saylı qətnaməsini heç bir səlahiyyəti və hüququ olmadan cavabdehin əvəzinə qəbul etməsi faktının öz təsdiqini tapması halında belə, icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus mobil nömrələrinə icra şöbəsinə çağırış barədə SMS bildirişlərin göndərilməsi Cavabdeh həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdə sözügedən qətnamənin mövcudluğundan xəbərdar olduğunu bir daha sübut edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, ümumiyyətlə qətnamənin Sevinc Abdullayeva adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edilməsi də iş materialları ilə təsdiq olunmur. Belə ki, mülki iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsinə dair xəbərnamədə qətnamənin Sevinc Abdullayeva adlı şəxsə təqdim edilmsi göstərilsə də həmin şəxs tərəfindən xəbərnaməyə imza edilməklə, qəbul edilməsi müəyyən edilmir. Belə ki, həmin şəxa xəbərnaməyə imza etməmişdir. Bundan başqa icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, eləcə də bildirişlərin cavabdehə göndərilməsi qeyd edilsə də həmin sənədlərin cavabdehə rəsmi qaydada verilməsinə dair hər hansı sübutlar da mövcud deyildir. Həmçinin icra şöbəsi tərəfindən borcluya sms bildirişin göndərilməsi cavabdehin qətnamədən məlumatlı olmasını təsdiq etmir. Belə ki, qeyd olunan smslərdə şəxsin icra şöbəsinə dəvət edilməsi ilə bağlı məlumatlar olmaqla, hansı məsələ ilə bağlı icra şöbəsinə dəvət edilməsi müəyyən edilmir. Digər tərəfdən smslər müxtəlif nömrələrə göndərilmişdir ki, həmin smslərin cavabdeh tərəfindən alınması, o cümlədən həmin nömrələrin onun tərəfindən istifadə edilməsi də iş materialları ilə müəyyən edilmir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilənlərə əsasən gəldiyi nəticəni əsassız hesab etmişdir. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdən ona əlilliklə əlaqədar pensiya təyin edildiyini, xx.xx.2025-ci il tarixdə pensiyasından 180 manat tutulmasından sonra bank müraciət etdiyini, banka daxil olan qətnamə əsasında tutulmaının aparılması bildirildikdən sonra qətnamənin, iddia ərizəsinin və müqavilənin ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixdə vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə tərəf kimi əlavə edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qətnaməsindən məlumatlı olduğu gündən 1 ay müddəti ötürülməməklə apellyasiya şikayəti vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.3, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 2(012)-1310/2024 saylı qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1310/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiysaına təqdim edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar