Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-963/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X3, Cavabdeh: Cavabdeh1, Cavabdehin nümayəndəsi: X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO «xxxx» ASC-nin ləğvedicisi ƏSF-nun nümayəndəsi S.Muradzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, “xxxx” ASC ilə “xxxx” MMC-nin direktoru X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06 saylı ipoteka müqaviləsinin Cavabdeh1 dair hissəsinin etibarsız hesab edilməsi, Maraqlı şəxs1nin hərracın yekunları barədə xx.xx.2011ci il tarixli, Y-634 saylı protokolu, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2011-ci il tarixli müqavilə, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli MA seriyalı ******* saylı və ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışların ləğv edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə “xxxx” MMC-nin direktoru X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06 saylı ipoteka müqaviləsinin Cavabdeh1 dair hissədə etibarsız hesab edilməsi, hərracın yekunları barədə xx.xx.2011-ci il tarixli, Y-634 saylı protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2011-ci il tarixli müqavilənin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı və ********** qeydiyyat nömrəli, xx.xx.2012ci il tarixli, MA seriyalı, ******* saylı Çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx xxxx 1979-cu il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahda olduqları dövrdə, xx.xx.2002-ci ildə Alekseyevka kənd sakini Cəlaləddin Məmmədova və onun ailə üzvlərinə məxsus olmuş həmin kənddə yerləşən, ümumilikdə 1,02 ha torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi bağlayaraq onlardan satın almışlar. Torpaq sahəsi əri Cavabdeh1 adına qeydə alınmışdır. Həmin vaxtdan indiyə kimi torpaq sahəsi onların istifadəsindədir. Fasiləsiz olaraq oradan istifadə etmişlər. Lakin bir neçə ay qabaq ona məlum olmuşdur ki, torpaq sahəsinin təzə mülkiyyətçisi vardır. Araşdırma nəticəsində məlum olmuşdur ki, əri tərəfindən torpaq sahəsi onun xəbəri olmadan xx.xx.2006-cı ildə ipotekaya qoyulmuşdur. Halbuki həmin müqavilə bağlanarkən onun razılığı alınmalı idi. Sonradan ipotekaya qoyulmuş həmin əmlak hərrac yolu ilə “xxxx” ASC-yə satılmış və sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verilmişdir. Torpaq sahəsi hazırda da, istifadələrində olduğundan və bank tərəfindən ona əmlakın boşaldılması barədə hər-hansı bir bildiriş göndərilmədiyindən onun qeyd olunan proseslərdən xəbəri olmamışdır. Sonradan əri tərəfindən ona bildirilmişdir ki, torpaq sahəsi artıq bankın mülkiyyətindədir. Hesab edir ki, qeyd olunan hərəkətlərlə onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və ya qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Arvadın və ya ərin bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqdlər etibarsız hesab edilməlidir. Həmçinin birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə həmin mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığının olmasını tələb edilməli idi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh LPO xxxxın nümayəndəsi S.Muradzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində yalnız tərəflərin şifahi mülahizələrinə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamədə məhkəmənin istinad etdiyi yeganə dəlil tərəflərin şifahi izahatları olmuşdur. Məhkəmə notariat işini notariat kontorundan tələb etməmiş, iddiaçının razılıq ərizəsinin notariat işində olub-olmamasını araşdırmamışdır. İddiaçının ipoteka müqaviləsinin etibarsız olduğunun heç bir hüquqi və faktiki əsası yoxdur. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələriniin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd edilən müddət kəsici müddətdir və iddia müddətindən fərqli olaraq kəsici müddət qarşı tərəfin bu barədə ərizə veribverməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. İddiaçı məhkəmənin və hərracın keçirilməsindən xəbərdar idi və onun ipotekanın etibarsızlığını mübahisələndirmək üçün kifayət qədər vaxtı olmuşdur. Bankın hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edilən hazırkı qətnamə üzrə baxılan işə məhkəmə tərəfindən cəlb edilməmiş və həmin qətnamədən onların xəbəri olmamışdır. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-834/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi V.İ.Qədirova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi M.Z.Mahmudov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Maraqlı şəxs1-nin və Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, ipoteka müqaviləsi bağlanan zaman qanunun tələblərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı N.M.Ağarəhimovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə G.T.Nəcəfova arasında xx xxxx 1979-cu il tarixdə nikah bağlanmış və sonuncuya Muradova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1mk4357/04 nömrəli qətnaməsində qeyd edilmişdir ki, Quba rayonu, Zizik kəndində yerləşən 1,02 ha torpaq sahəsi Quba rayonu, Alekseyevka kənd sakini Məmmədov Cəlaləddin və onun 6 nəfər ailə üzvlərinin mülkiyyətinə xx.xx.2000-ci il tarixli, YN-220 saylı Dövlət aktına əsasən verilmişdir. Həmin şəxslərlə Cavabdeh1 arasında xx.xx.2002-ci il tarixdə Quba DNK-da qeyd olunan torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh1 həmin torpaq sahəsini iddiaçıya sata bilməzdi, bunun üçün onun həyat yoldaşının razılığı tələb olunacaqdı. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxxxx 2005-ci il tarixli, 6k-357 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşə əlavə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-768 seriyalı, kod 30304018 saylı Dövlət Aktından görünür ki, Cavabdeh1 mülkiyyətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 6k-357 saylı qərarı ilə Quba rayonu, Alekseyevka kəndi ərazisindən 1,02 ha torpaq sahəsi verilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli, 2(027)-08/2010 saylı qətnaməsindən görünür ki, xx xxxx 2006-cı il tarixli, 06 saylı ipoteka müqaviləsinə əsasən “xxxx” ASC ilə “xxxx” MMC-nin direktoru G.A.İsayev arasında bağlanmış həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 1,02 ha torpaq sahəsi girov qoyulmuşdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 1,02 ha torpaq sahəsi “xxxx” ASC-nin Quba filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin qətnaməyə əsasən kredit müqaviləsi üzrə öhdəliyin Cavabdeh1 və digər şəxslərə məxsus əmlakların üzərinə yönəldilməsi təmin edilmişdir. İşdə olan Maraqlı şəxs1nin Hərracın yekunları barədə xx.xx.2011-ci il tarixli, Y-634 nömrəli protokolunun surətindən görünür ki, “xxxx” ASC Cavabdeh1 məxsus Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 1,02 ha torpaq sahəsini 7803 manata hərrac vasitəsilə satın almışdır. İş materiallarından görünür ki, hərracın yekunları üzrə əmlakın (Cavabdeh1 məxsus Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 1,02 ha torpaq sahəsinin) alğısatqısı barədə xx.xx.2011-ci il tarixdə “xxxx” ASC ilə Quba rayon İcra Bölməsinin böyük icra məmuru Ə.Mirzəyev arasında müqavilə bağlanmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxx” ASC-nin mülkiyyətində Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsi vardır. İşdə olan ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxx” ASC-nin mülkiyyətində Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsi vardır. İddiaçı məhkəməyə müraciət edərək ipoteka müqaviləsinin etibarsız olduğunu iddia edir. Məhkəmə kollegiyası iddiaçının bu dəlilinin heç bir hüquqi və faktiki əsasın olmadığını bildirir. Belə ki, Torpağa Mülkiyyət hüququna dair JN-768 seriyalı, kod 30304018 saylı Dövlət Aktından görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 6k-357 saylı qərarı ilə Quba rayonu, Alekseyevka kəndi ərazisindən 1,02 ha torpaq sahəsi verilmişdir. LPO «xxxx» ASC ilə “xxxx” ASC ilə “xxxx” MMC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən “xxxx” MMC-yə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 1,02 ha torpaq sahəsini xx.xx.2006ci il tarixli 06 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi DNK-da təstiq edilmişdir. AR ƏMDK yanında DƏDRX-nin ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 1,02 ha torpaq sahəsi LPO “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası MM-nin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Eyni Məcəllənin 144.2-ci maddəsində görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Eyni Məcəllənin 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Beləliklə, Cavabdeh1 xüsusi mülkiyyəti kimi tam dövlət qeydiyyatına alınmış torpaq kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmiş, sözügedən ipoteka müqaviləsi X6 təsdiq edilmiş, Ərazi İdarəsi tərəfindən həmin mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Göründüyü kimi, LPO “xxxx” ASC ilə Cavabdeh1 ipoteka müqaviləsini bağlayarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət olunmuşdur və onun etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçının ipoteka müqaviləsinin qanun pozuntusu ilə bağlanmış əqd hesab etməsi və sözügedən müqavilənin etibarsız olması qənaətinə gəlməsi qanunvericiliyin müddəalarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən müddət kəsici müddətdir və iddia müddətindən fərqli olaraq kəsici müddət qarşı tərəfin bu barədə ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə LPO “xxxx” ASC arasında 2006-cı il tarixində kredit müqaviləsi imzalanmışdır. “xxxx” MMC tərəfindən kredit ödənişləri həyata keçirilmədiyindən Bank tərəfindən Quba rayon məhkəməsinə müraciət olunmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-08/2010 saylı qətnaməsi ilə borcun “xxxx” MMC-dən tutulması və ipoteka predmet olan Quba rayonu, Alekseyevka kəndi ərazisindən 1,02 ha torpaq sahəsinə tutma yönəldilmişdir. Daha sonra Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-08/2010 saylı qətnaməsi icraya yönəldilmiş və əmlak satılması üçün Quba rayon İcra qrupunun sifarişinə əsasən hərraca çıxarılmışdır və “xxxx” ASC ilə Maraqlı şəxs1 arasında hərracın yekunları barədə xx.xx.2013-cü il tarixli, Y-371 saylı protokol və alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, mübahisələndirilən müqavilə iddiaçının istinad etdiyi və onun mövqeyinə əsasən hüquqlarını pozan və iddia ərizəsinə əsasən müqavilənin etibarsızlığını şərtləndirən hal ona ən gec 2010-cu ildən artıq məlum olmuşdur. İddiaçı yaranmış hal üzrə mülki hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini yalnız yuxarıda göstərilmiş halının ona məlum olmasından təqribən 10 (on) il sonra irəli sürmüşdür. Belə ki, AR Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Belə ki, Mülki Məcəllənin 357-358-ci maddələrinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Belə olan halda, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisələndirməmiş, qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslı deyil, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(027)-834/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-963/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-963/2021
29.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver