Məhkəmə qərarları › İş №2(105)-966/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-966/2021

22.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-966/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın təmin olunması, İddiaçı adına qeydiyyata alınmış abonent kodu **********0 olan sayğac üzrə hesablanmış 1308,6 manat borc məbləğinin İddiaçı abunə hesabından silinməsi, cavabdehlər “xxxx” ASC və xxxx ASC-nin X8 Enerji təchizatı və satış idarəsinin Şamaxı elektrik şəbəkəsindən birgə qaydada 30 manat dövlət rüsumunun tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər xxxx ASC, xxxx ASC-nin xxxx RETSİ-nin X2rşı “əsassız hesablanmış borcun silinməsinə dair” iddia qaldıraraq, abonent kodu **********0 olan sayğac üzrə adına qeydə alınmış 1308 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə Şamaxı şəhəri, Qanlı 20 Yanvar küçəsi, 34 A ünvanında yerləşən ümumi səhəsi 25.2 kv.m olan qeyri yaşayış sahəsini alqı-satqı yolu ilə almış və hal-hazırda mülkiyyətindədir. Həmin sahəni icarəyə vermək istəyir. Götürmək istəyən var. Lakin gözlənilmədən adına borc gəlmiş və elektrik enercisinin verilməsini dayandırmışlar. Maraqlanaraq “xxxx” istehsalat birliyinin “xxxx” RETSİ-nin X5 getmiş, müəyyən olmuşdur ki, aldığı qeyri yaşayış sahəsinin əvvəlki sahibinin adına bir kod altında bir neçə sayğac olmuşdur. Aldığı sahənin sayğacını ayırmaq istəyən zaman bir kod altında olan bir neçə sayğac onun adına qeydə alınmış əvvəldən qalmış 1308.6 manat borc və 74 manat sayğac quraşdırma pulu da ona hesablanmışdır. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər etmiş, hamısı cavab vermişdir ki, məsələnin belə alınmağında onun heç bir günahı yoxdur. Bu borclar silinməlidir. Dəfələrlə bu idarələrə gedib gəlsə də heç bir nəticəsi olmamış, məsləhət bilinmişdir ki, məhkəməyə müraciət etsin. Cavabdeh borc ödənilməzsə, elektrik enerjisinin verilməsini dayandıracağını bildirdiyindən, məcburiyyət qarşısında qanunsuz hesablanmış borcun bir hissəsini ödəmişdir. Odur ki, abonent kodu **********0 olan sayğac üzrə adına qeydə alınmış 1308.6 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi S.N.Ağayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi R.S.Kərimovun adına olmaqla Şamaxı EŞ-nin enerji satış bazasında **********9157 (**********0) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İddiaçının “əsassız hesablanmış borcun silinməsi” tələbi ilə Şamaxı Rayon Məhkəməsində iddia qaldırması tamamilə əssasız olmuş və məhkəmə aidiyyatı ilə bağlı prossesual normalar pozulmuşdur. Belə ki, İddiaçı məxsus obyekt Şamaxı EŞ-nin enerji satış bazasında **********9157 (**********0) saylı kod altında qeyri-yaşayış sahəsi kimi qeydiyyatdadır. Bu səbəbdən də iş iqtisadi iş olduğu üçün iddia rayon məhkəməsində deyil Kommersiya məhkəməsində qaldırılmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında Kommersiya məhkəməsinə aiddir. Həmin məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları S.Şirinov və S.Xəlilov tərəfindən Şamaxı şəhərində yerləşən iddiaçının alqı-satqı müqaviləsinə əsasən aldığı qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına abonent İlqar İsrəfılovun iştirakı ilə “X1 Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının baxış şüşəsinin yararsız hala düşdüyü, yəni sayğacın rəqəmlərinin oxumadığı və sayğacın baxış şüşəsinin saraldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2018-ci il tarixli, R018227 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktın doğruluğu abonent İlqar İsrəfılov tərəfindən imzalanmaqla təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixdə Şamaxı EŞ-nin əməkdaşları tərəfindən müdaxilə olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 958125 saylı protokol tərtib olunaraq rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2019-cu il tarixli, 139034 saylı protokolu ilə elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən sayğacın ekranının açılmadığı barədə rəy verilmişdir. xx.xx.2018-ci il tarixli, R018227 saylı akta əsasən Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2019-cu il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 292 gün üçün 0.xx xxxxxxx 14540 kvts, dəyəri 1308.60 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı iddia ərizəsində silinəcək məbləği 1382.60 manat göstərmişdir. xx xxxx 2020-ci il tarixinə iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 640.42 manatdır. Göründüyü kimi iddiaçı borcla razılaşmış və iddiasında qeyd etdiyi məbləğin 742.18 manatını “xxxx” ASC-nin hesabına ödəmişdir. İddiaçı iddia ərizəsində 74 manat sayğac quraşdırma pulunun silinməsini qeyd etmişdir. Həmin obyektə quraşdırılmış sayğac üzrə vurulmuş sayğac quraşdırma bədəli 74 manat **********9157 (**********0) saylı koddan silinmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(074)-665/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi S.N.Ağayevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AN-İ № ******* saylı xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 25,2 kv.m olan qeyriyaşayış sahəsini İddiaçı satmışdır. İşdə olan Azərbaycan Respublikasinin Energetika Nazirliyi enerji məsələlərini tənzimləmə agentliyinin Kürdəmir filialının xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli ünvan 3 A ünvanında yaşayan X3 ünvanlanmış məktublardan görünür ki, əvvəllər İ.İsrafilov adlı şəxsə məxsus olan obyektlərdən biri tərəfinizdən alınmış və müraciətinizə əsasən “ASAN Xidmət” Mərkəzində addəyişmə reallaşmışdır. Lakin əvvəlki sahibin adına eyni kod altında iki ticarət obyekti olduğundan hər ikisi İddiaçı adına rəsmiləşmişdir. Qeyd etmək lazımdır ki, hazırda iki fərqli ticarət obyekti ayrı-ayrı hesabat elektrik sayğacı olduğu halda eyni kod altında fəaliyyət göstərir ki, bu da sayğaclar üzrə sərf olunan enerjinin haqqının ödənilməsində çətinlik yaradır. Obyekt satın alınmamışdan əvvəl işləmədiyi dövrdə, yəni xx.xx.2018-ci il tarixdə şəbəkənin əməkdaşları tərəfindən küçədə quraşdırılmış ***-**** tipli, ********** nömrəli sayğaca baxış keçirilən zaman sayğacın göstərişinin oxunmadığı əsas götürülərək 018227 saylı akt tərtib olunmuş, xx.xx.2018-ci il tarixdə sayğac yenisi ilə əvəz olunaraq çıxarılan sayğac yoxlanılması ücün laboratoriyaya göndərilmişdir. xx.xx.2019-ci il tarixdə laboratoriya sayğacın daxili sxemində yaranmış qüsur səbəbindən ekranının açılmadığı barədə 139034 saylı rəy vermişdir. Göründüyü kimi, uçotun pozulmasında istehlakçının təqsiri olmamışdır. Dövriyə blankından göründüyü kimi həmin dövrdə sözügedən sayğacın hər ay oxunmasına baxmayaraq 292 günlük hesabat aparılaraq 1308,6 manat itmiş enerji və 74 manat sayğac bədəli olmaqla, cəmi 1382.6 manat məbləğ dövriyə blankına əlavə olunmuşdur. Bununla da “X1 Qaydaları”nın 7.6 və 8.16-cı bəndlərinin tələbləri pozulmuşdur. Digər tərəfdən ETAİS-dən qalan (hər bir sayğac üzrə 68,03 manat) 136,06 manat dəyərində borcun enerjitəchizatı müəssisəsi tərəfindən tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü bəndinə ziddir. Yuxarıda göstərilənləri nəzərə alaraq ETAİS-dən qalan 136,06 manat məbləğin dondurulması, sayğac bədəli kimi hesablanmış 74 manat məbləğin hesabınızdan silinməsi və 018227 saylı aktın hesabatına yenidən baxılması üçün tərfimizdən “xxxx” RETSİ-yə məktub göndərilmişdir. İş materiallarında olan xxxx ASC-nin AKT R № 018227 saylı, xx xxxxxxxx 2018-ci il tarixli aktından görünür ki, EEİQ-na uyğun olaraq abonentin elektrik sayğacına baxış keçirilmiş, Yoxlama zamanı məlum olmuşdur ki, sayğacın baxış şüşəsi yararsız hala düşmüş, baxış sayğacının rəqəmlərini oxumaq olmur. Sayğacın baxış şüşəsi saralmış, sayğac işləkdir. Sayğacın çıxarılıb yenisi ilə əvəz olunması, Çıxarılmış sayğacın yoxlanılaraq rəy verilməsi üçün laborotoriyaya göndərilmişdir. İşə əlavə olan abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı quraşdırılmış elektrik sayğac üzrə aktlar üzrə 1308,6 manat borcu vardır. İddiaçı 1308.6 manat borcun silinməsini tələb etmiş, tələbini borcun qanunsuz və əsassız hesablanması ilə əsaslandırmışdır. Cavabdeh iddiaçının abonenti olduğu ünvanda quraşdırılmış sayğacın baxış şüşəsinin yayarsız hala düşməsi, baxış sayğacının rəqəmlərinin oxunmaması, şüşəsinin saralmış vəziyyətdə olması əsası ilə iddiaya etiraz etsə də, qeyd edilən qüsurların iddiaçının təqsirindən yaranması halının təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İş üzrə olan sübutlarla, iddiaçının abonenti olduğu ünvanda quraşdırılmış sayğacdakı qüsurların iddiaçının təqsirindən yaranması halı təsdiq edilməmişdir. Məhkəmə, qeyd edilənlərə əsasən borcun qanunsuz və əsassız hesablandığına dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı borcla razılaşmış və iddiasında qeyd etdiyi məbləğin 742.18 manatını “xxxx” ASC-nin hesabına ödəmişdir. İddiaçı cavabdehin bu dəlilinə etiraz edərək, cavabdehin ona borc ödənilməzsə, elektrik enerjisinin verilməsinin dayandırılacağını bildirdiyi üçün məcburiyyət qarşısında qanunsuz hesablanmış borcun bir hissəsini ödədiyini bildirmişdir. Məhkəmə, tərəflərin bu barədə bildirdikləri üzrə onu qeyd etməyi zəruri sayır ki, mövcud borcu ödəməzsə, evinə elektrik verilişinin dayandırılması real olduğundan iddiaçının hesablanmış borcun bir hissəsini ödəməsi, onun həmin borcla razılaşması olaraq dəyərləndirilməsinə və həmin borcu mübahisələndirmək hüququnu itirməsinə səbəb ola bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçının abonenti olduğu ünvanda quraşdırılmış sayğacdakı qüsurların onun təqsirindən yaranması halı təsdiq edilmədiyindən, cavabdehin həmin hala görə iddiaçıya borc hesablaması qanunsuz olmuş və istehlakçıdan istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş alma xarakteri daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə mübahisə olan borcun qeyri-yaşayış sahəsinə hesablanması və bununlu həmin iddianın ümumi məhkəmə qaydasında baxılmasının düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, İddiaçı sahibkarlıq fəaliyyəti ioə məşgul olmur. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(074)-665/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar