Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-989/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi və Vəkil, Cavabdeh2 Rauf oğlunun, onun nümayəndəsi X2, Cavabdeh1 MMC-nin (hazırda “xxxx” MMC) nümayəndəsi X7, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 Rauf oğluna qarşı hərrac protokolunun və ondan irəli gələn alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020ci il tarixli, 2(060)-5216/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 Rauf oğlu və Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5216/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə ½ hissəsi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5/18 saylı evin 9 saylı mənzilinə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokol və onun əsasında bağlanmış 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir.(hakim G.Tanrıverdiyeva) Qətnamədən narazı qalan Cavabdeh2 Rauf oğlu apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5216/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 MMC də (hazırda “xxxx” MMC) qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 Rauf oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə keçirilən hərracın yekunları barədə tərtib edilmiş 41 saylı protokolun və həmin protokol əsasında tərtib olunmuş 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2-(060)-2178/2019 saylı qətnaməsi ilə Cavabdeh2 ona qarşı iddia ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.07.2017ci il tarixli, 2(105)- 2100/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 03.04.2003-cü il təvəllüdlü X5 və 30.07.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iki uşağa görə onun əmək haqqının üçdə bir hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Bundan sonra, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 21 yanvar 2020-ci il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 19.07.2017-ci il tarixli, 2(105)- 2100/2017 saylı qətnaməsi onun tərəfindən guya icra olunmadığına görə ½ hissəsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş 08 iyun 2020-ci il tarixli, 41 saylı hərracın yekunlarına dair protokol və həmin protokoldan irəli gələn əmlakın alqı-satqısı barədə 08 iyun 2020-ci il tarixli müqavilə ilə Cavabdeh2 Rauf oğluna satılmışdır. Həmin protokol və müqavilə əsassızdır, çünki 14 fevral 2019-cu il tarixindən oğlu Rauf və 20 mart 2020-ci il tarixindən qızı Nuray onun yanında qaldıqlarına görə aliment məbləğinin cavabdehə ödənilməsi üçün zərurət də qalmamışdır. Buna görə də, onun heç bir borcunun qalmamasına baxmayaraq, mülkiyyətində olan əmlak əsassız olaraq başqasına satılmışdır. Bundan əlavə, hərracın keçirilməsi barədə ona məlumat nə sifarişli poçt məktubu ilə, nə də elektron poçt vasitəsilə göndərilmişdir. Cavabdeh2 Rauf oğlu əmlakı hərraca çıxarılarkən onun mülkiyyətçi olduğunu və hərracın keçirilməsindən xəbəri olmadığını bilə-bilə əmlakı əldə etdiyinə görə vicdanlı əldə edən sayıla bilməz, bu səbəbdən də alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Sonradan İddiaçı məhkəməyə idda ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində yalnız 2 hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Halbuki, hazırki əmlakla əlaqədar 5 dəfə hərrac keçirilmişdir. İ hərrac - 24 fevral 2020-ci il, İİ hərrac - 06 mart 2020-ci il, İİİ hərrac - 06 aprel 2020-ci il, İV hərrac 11 may 2020-ci il, sonuncu hərrac isə 08 iyun 2020-ci il tarixində keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə 41 saylı protokolun və həmin protokol əsasında tərtib olunmuş 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısı barədə müqavilənin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 Rauf oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Bu qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, o, İddiaçıla 25.02.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan 03.04.2003-cü il təvəllüdlü X9 və 30.07.2006-cı il təvəllüdlü X8 adlı iki övladları olmuşdur. Nikahın ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan yaranan mübahisələrdən sonra münasibətlər pisləşmişdir. Bu səbəbdən də İddiaçı iddiasına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2011-ci il qətnaməsi ilə nikah pozulmuşdur. Ayrılandan sonra, hər iki övladı onun yanında qalmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)2188/2014 saylı, 27.11.2014cü il tarixli qətnaməsi ilə 03.04.2003-cü il təvəllüdlü X9 və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-121/2017 saylı 18.01.2017-ci il tarixli qətnaməsi ilə 30.07.2006-cı il təvəllüdlü X1 onun himayəsində olması faktları müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)3674/2017 saylı, 14.03.2017-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 136,60 manat, ümumilikdə 273,20 manat sabit pul məbləğində alimentin İddiaçı onun xeyrinə tutlması qət edilmişdir. Sonradan İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2100/2017 saylı, 19.07.2017-ci il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilmiş, iki uşağa görə tutulmalı olan aliment cəmi 200 manat müəyyən edilmişdir. Bir müddət sonra İddiaçı təkrar Sumqayıt Şəhər Məhkəməsinə aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2178/2019 saylı, 11.03.2019-cu il tarixli qətnaməsi ilə idia qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2100/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək 03.04.2003-cü il təvəllüdlü X9 və 30.07.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iki uşağa görə cavabdeh İddiaçı əmək haqqının 1/3 hissəsi miqdarında və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı həmin qətnaməni icra etməmiş borcu yaranmışdır. Bu səbəbdən də Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-ci il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu ilə tərəflərin birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair hərrac keçirilmişdir. Keçirilən hərracın yekunları barədə 41 saylı protokol və onun əsasında bağlanmış 08.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin evin 1/2 hissəsi ona satılmışdır. O, ilkin keçirilən hərraca dəvət olunsa da, orada iştirak etməmişdir. İş materiallarından da görünür ki, İddiaçı hərracın çağırış bildirişlərini almış, iştirak etmiş və özü şəxsən evi almaqdan imtina etmişdir. Sonradan sonuncu hərrac keçirilərkən yenə icra məmuru tərəfindən o, hərraca dəvət olunmuşdur. Hərraca çıxarılan obyektin satış qiyməti 30% endirimilə 19600 manat müəyyənləşdirilmişdir. Bu da onun maddi durumuna uyğun gəldiyinə görə evi almağa razılaşmışdır. Beləliklə, hərracda qalib gələrək 1/2 hissəsi İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilini 08.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 19600 manat ödəməklə almışdır. Onun tərəfindən heç bir qanun pozuntusu baş verməmişdir. Əksinə, İddiaçı bu iddianı qaldırmaqla üzərində olan aliment borcundan, valideynlik məsuliyyətindən boyun qaçırmaq istəyir. Həmçinin İddiaçı məhkəmə prosesi zamanı izahatında qeyd etmişdir ki, guya uşaqlar 2019-cu ildən onun yanında qalırlar və onun heç bir aliment borcu yaranmamışdır. Halbuki, uşaqların hər ikisi məhkəmə qətnamələri ilə onun himayəsinə verilmiş, faktiki onun yanında qalmışlar. Lakin oğlu Abdullayev Raufun anasının yanında olma faktı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2020 saylı, 27.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Bu qətnamədən apelyasiya şikayəti verdiyinə görə qətnamə qanuni qüvvəsini almamışdır. Buradan da aydın görünür ki, İddiaçı aliment borcu hələ qüvvədədir. Bunun nəticəsi olaraq da keçirilən hərracda heç bir qanuna uyğunsuzluq faktı yoxdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Digər Cavabdeh1 MMC (hazırda “xxxx” MMC) apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mübahisə üzrə çıxardığı qətnamə maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən, həmin qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh1 MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 20.05.2013-cü il tarixli, 2(105)-279/2013 saylı icra vərəqəsi və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-ci il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu əsasında 1/2 hissəsi X6, 1/2 hissəsi Cavabdeh2 Rauf oğluna məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin tam dəyəri kimi 28000 manata hərraca çıxarılımış, hərrac keçirilmiş, alıcı olmadığından 10 % endirimlə 25200 manata 2-ci hərrac keçirilmişdir. Yenə alıcı olmadığından 20% endirimlə 22400 manata 3-cü hərrac, 30 % endirimlə 19600 manata 4-cü hərrac keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsi yanlış olaraq “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə istinad edərək yalnız iki hərracın keçirilməli olduğunu vurğulamış, digər hərracların keçirilməsini qanuna zidd hesab etmişdir. Qeyd olunan əmlak ipoteka ilə yüklü edilməmiş və tərəflər arasında, eləcə də icraya yönəldilən məhkəmə aktında “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə hər hansı müddəa öz əksini tapmamış, yalnız “aliment” tələbi ilə bağlı borc əmlaka yönəldilmişdir. Əmlakın hərraca çıxarılmasını sifariş edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbələri ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrə və müqaviləyə əlavə olunmuş “Hərracın keçirilmə Qaydaları "na əsasən ipoteka və vergi ilə bağlı olmayan əmlaklar ilkin, 10%, 20%, 30% endirimlə hərraca çıxarılır. Hazırki işlə bağlı Sumqayıt Şəhər Məhkəməsi müvafiq qətnamədə 6 dəfə hərracın keçirilməsini qeyd etsə də, hərracın keçirilməsi ilə bağlı təyin olunmuş vaxtlara diqqət yetirilsə görünər ki, həmin hərraclardan ikisi pandemiya (ölkə ərazisində tətbiq edilmiş sərt karantin rejimi) dövrünə təsadüf etdiyindən onların keçirilməsi qeyrimümkün olmuşdur. Bu səbəbdən sözügedən hərrac predmeti üzrə 4 dəfə hərrac keçirilmişdir (ilkin, 10, 20, 30% endirimlə). Cavabdeh1 MMC tərəfindən hərracın təşkilatçısı olaraq, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Bütün bunlar onu göstərir ki, Sumqayıt Şəhər Məhkəməsi lazımi sübutları tam və dəqiq araşdırmadan, onlara hüquqi qiymət vermədən əsassız olaraq, iddianın təmin olunması ilə bağlı müvafiq qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan hallara qiymət verilməməsi və qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 Rauf oğlu, onun nümayəndəsi X10 və Cavabdeh1 MMC-nin (hazırda “xxxx” MMC) nümayəndəsi X12 hər iki şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X17 da təmsil etdiyi qurumun qətnaməni mübahisələndirmədiyini bildirdi, bununla belə o, apelyasiya şikayətlərini qəbul etdiyini, iş üzrə çıxarılmış qətnamənin qanunsuz olduğundan ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi və Vəkil şikayətlərlə razılaşmadı və onların təmin olunmamasını xahiş etdi. O, bildirdi ki, mübahisəli əmlakın hərracda satılması zamanı bir sıra pozuntular törədilmişdir və belə olan halda, həmin hərrac və əqd etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə 41 saylı protokoldan görünür ki, 08 iyun 2020-ci il tarixdə, saat 11:00-da ½ hissəsi X6, ½ hissəsi Cavabdeh2 Rauf oğluna məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair hərrac keçirilmiş, hərraca çıxarılan obyektin satış qiyməti 30% endirimlə 19600 manat müəyyən olunmuşdur. Hərracda Cavabdeh2 Rauf oğlu qalib gəlmişdir. Yenə iş materiallarında olan hərracın yekunları üzrə əmlakın 08.06.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Rauf oğlu ½ hissəsi X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili 19600 manat ödəməklə hərracdan almışdır. Yenə də iş materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki, ½ hissəsi X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair 24.02.2020-ci il, 06.03.2020-ci il, 18.03.2020-ci il, 24.04.2020-ci il, 11.05.2020-ci il və 08.06.2020-ci il tarixlərdə olmaqla 6 dəfə hərrac keçirilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(105)-2100/2017 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi hər uşağa görə 136,6 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmiş, həmin məbləğ 100 manat həddində, iki uşağa görə cəmi 200 manat məbləğində müəyyən edilmişdir. Qətnamədən görünür ki, alimentin tutulma vaxtı 13.02.2017-ci ildən hesablanmalıdır. Qətnamə dərhal qüvvəyə minmiş və icra vərəqəsi verilmişdir. Yenə işdə olan icraata başlamaq haqqında 04.12.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsi Sumqayıt Apelyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(105)-2100/2017 saylı icra sənədi üzrə icraata başlamışdır. Yenə də işdə olan RX ******* saylı, 09.07.2013-cü il tarixli reyestrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin 1/2 hissəsi X6, 1/2 hissəsi Cavabdeh2 Rauf oğluna məxsusdur. Mənzilə dair 06.07.2013-cü il tarixdə texniki pasport tərtib edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 8(105)-1471/2018 saylı qərardadından görünür ki, icra məmurunun təqdimatı təmin edilərək ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Yenə işə əlavə edilmiş Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin qiymətləndirilməsi üçün “xxxx” MMC-dən nümayəndə dəvət edilmişdir. Yenə də işə əlavə edilmiş “xxxx” MMC-nin 17 aprel 2019-cu il tarixli hesabatından görünür ki, mütəxəssis tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil 28000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, X4 12.04.2019-cu il tarixinə aliment borcu 5200 manat təşkil edir. Yenə iş materiallarında olan açıq hərracın keçirilməsi barədə 96 saylı bildirişdən görünür ki, hərracın təşkilatçısı Cavabdeh1 bildirmişdir ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-cu il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu ilə daxil olmuş “aliment” tələbinə dair Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 2( 105)-2100/2017 saylı, 19.07.2017-ci il tarixli icra vərəqəsi üzrə borclu X4 mülkiyyətində olan Sumqayıt səhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilin açıq hərracda satılması qərara alınmış və hərracın keçirilmə vaxtı 24 fevral 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın hərracdakı qiyməti 28000 manat müəyyən edilmişdir. Yenə də iş materiallarında olan açıq hərracın keçirilməsi barədə 96-1 saylı bildirişdən görünür ki, icra vərəqəsi üzrə borclu X4 mülkiyyətində olan Sumqayıt səhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilin açıq hərracda satılması qərara alınmış və hərracın keçirilmə vaxtı 06 mart 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın hərracdakı qiyməti 25200 manat müəyyən edilmişdir. İşdə olan açıq hərracın keçirilməsi barədə 96-1-2 saylı bildirişdən görünür ki, icra vərəqəsi üzrə borclu X4 mülkiyyətində olan Sumqayıt səhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilinin açıq hərracda satılması qərara alınmış və hərracın keçirilmə vaxtı 18 mart 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın hərracdakı qiyməti 22400 manat müəyyən edilmişdir. Yenə işdə olan açıq hərracın keçirilməsi barədə 96-1-2-3 saylı bildirişdən görünür ki, icra vərəqəsi üzrə borclu X4 mülkiyyətində olan Sumqayıt səhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilinin açıq hərracda satılması qərara alınmış və hərracın keçirilmə vaxtı 24 aprel 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın hərracdakı qiyməti 19600 manat müəyyən edilmişdir. Yenə də işdə olan açıq hərracın keçirilməsi barədə 96-1-2-3 saylı bildirişdən görünür ki, icra vərəqəsi üzrə borclu X4 mülkiyyətində olan Sumqayıt səhəri, İnşaatçılar qəsəbəsində yerləşən 18/5 saylı evin 9 saylı mənzilin açıq hərracda satılması qərara alınmış və hərracın keçirilmə vaxtı 08 iyun 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın hərracdakı qiyməti 19600 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş icraata xitam verilməsi haqqında 25 avqust 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsi Sumqayıt Apelyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(105)- 2100/2017 saylı icra sənədi üzrə icraata xitam vermişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5216/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, məhkəmə iddianı təmin edərkən mübahisəli mənzilin açıq hərracda 6 dəfə satışa çıxarılmasının qanunsuz olmasına, ipoteka qaydaları tənzimləyən “İpoteka haqqında” AR Qanununa və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli qərarında istinad etmişdir. Halbuki, mübahisədən görünür ki, açıq hərracda satılması sifariş edilmiş mənzil ipoteka ilə yüklü edilməmişdir və ipoteka predmeti deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasındakı münasibətlər “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənməlidir. Qeyd olunmalıdır ki, digər hallardan fərqli olaraq qanunvericilikdə ipoteka predmeti olan əmlakların hərracdan satışı üçün onun realizəsini daha asan edən prosedurun nəzərdə tutulması ipotekanın əvvəlcədən tərəflərin könüllü razılığı əsasında öhdəliyin icrasının təminatı vasitəsi kimi qoyulmasından, habelə verilmiş kreditlərin vaxtında geri qaytarılmasını təmin etməklə, dövlətin mühüm iqtisadi dayaqlarından biri olan bank sisteminin fəaliyyətinin sabitliyinin qorunmasına olan zərurətdən irəli gəlir. İpoteka predmeti olmayan əmlaklara icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə “İcra haqqında” Qanunun və Mülki Məcəllənin müvafiq müddəaları ilə tənzimlənir. Belə ki, “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Yenə həmin Qanunun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Mülki Məcəllənin 415-ci madfdəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. İstinad olunan maddələrin məzmunundan görünür ki, “İpoteka haqqında” Qanundan fərqli olaraq hərracın bir neçə dəfə keçirilməsi, habelə qiymətin azaldılması kimi şərtlər birbaşa nəzərdə tutulmamışdır. Bununla belə qanunverici hərracın keçirilməsinin vaxtını iki aylıq müddətlə məhdudlaşdırmışdır. Göründüyü kimi, Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53-cü maddələri ilə icra sənədi üzrə borcun icra qaydasında üzərinə həbs qoyulmaqla ipoteka predmeti olmayan əmlaka yönəldilməsi, habelə hərracın keçirilməsi proseduru “İpoteka haqqında” Qanundakı qaydalardan fərqlidir. Bu baxımdan icra icraatı qaydasında borclunun ipoteka predmeti olmayan əmlakına borcun yönəldilməsi zamanı “İpoteka haqqında” Qanunda müəyyən edilmiş şərtlərlə keçirilməməsi səbəbilə hərrac etibarsız sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı və cavabdehlərdən E.R.Abdullayev 25.02.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan 03.04.2003-cü il təvəllüdlü X9 və 30.07.2006-cı il təvəllüdlü X8 adlı iki övladları olmuşdur. Sonradan onların nikahları pozulmuş və hər iki uşaq atalarının yanında qalmışdır. Tərəflər arasında alimentlə bağlı mübahisələr olmuş və son nəticədə Sumqayıt Apelyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(105)- 2100/2017 saylı qətnaməsilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi hər uşağa görə 136,6 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmiş, həmin məbləğ 100 manat həddində, iki uşağa görə cəmi 200 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, alimentin tutulma vaxtı 13.02.2017-ci ildən hesablanmalıdır. Qətnamə dərhal qüvvəyə minmiş və icra vərəqəsi verilmişdir. Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 04.12.2017-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(105)-2100/2017 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin 1/2 hissəsi X6, 1/2 hissəsi Cavabdeh2 Rauf oğluna məxsusdur və bu barədə RX ******* saylı, 09.07.2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir. İcra sənədi üzrə borclu İddiaçı alimenti ödəmədiyindən onun Cavabdeh2 12.04.2019-cu il tarixinə 5200 manat borcu yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 8(105)-1471/2018 saylı qərardadı ilə icra məmurunun təqdimatı təmin edilərək ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin üzərinə həbs qoyulmuş, Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin qiymətləndirilməsi üçün “xxxx” MMC-dən nümayəndə dəvət edilmişdir. “xxxx” MMC-nin 17 aprel 2019-cu il tarixli hesabatı ilə mütəxəssis tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili 28000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunduğu kimi, mübahisəli mənzil bərabər paylı mülkiyyətdə olduğundan icra sənədi üzrə borclu İddiaçı bu mənzilindəki payına uyğun hissəsinin qiyməti də 14000 manat müəyyən olunur. Yaranmış aliment borcunun təmin edilməsi məqsədilə icra məmurunun Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-cu il tarixli, 341168/17641-15/1 saylı sifariş məktubu ilə mübahisəli mənzil tam şəkildə, yuxarıda qeyd olunmuş qiymətlə açıq hərraca çıxarılmış, hərrac proseduru Cavabdeh1 MMC-də həyata keçirilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, icra və hərrac prosesində bir sıra normalar pozulmuşdur. Belə ki, “İcra haqqında” Qanunun 53-cü maddəsinin şərtlərinə görə borcluya məxsus üzərinə həbs qoyulmuş əmlak ilk öncə tələbkara təklif edilməlidir. Hazırkı iş üzrə icra məmurunun tələbkar E.R.Abdullayevə belə bir təklifi, həmçinin onun bu təklifdən imtinası iş materiallarında mövcud deyildir. Bundan başqa, daha öncə qeyd olunduğu kimi İddiaçı mübahisəli mənzildəki payının üzərinə 21 dekabr 2018-ci il tarixində həbs qoyulmuş, 17 aprel 2019-cu il tarixdə qiymətləndirmə olmuş, icra məmuru mübahisəli əmlakın hərrac vasitəsilə satılmasını hərrac təşkilatına 21.01.2020-ci il tarixdə sifariş etmiş, hərrac təşkilatı isə onu 08.06.2020-ci il tarixdə reallaşdırmış, bununla da qanunda nəzərdə tutulmuş müddət və prosedur qaydalarına əməl edilməmiş, “İcra haqqında” Qanunun 53-cü maddəsinin daha öncə sadalanan tələbləri kobud surətdə pozulmuşdur. Digər tərəfdən, işdən görünür ki, mübahisəli mənzil məhz hərrac vasitəsilə tələbkara satılmışdır, halbuki “İcra haqqında” Qanunun 53-cü maddəsinin tələbinə görə əmlak hərracda satılmadığı təqdirdə tələbkara təklif edilməlidir. Qeyd olunanlarla yanaşı, hərrac keçirilərkən digər pozuntulara da yol verilmişdir. Hərracın yekunları üzrə əmlakın 08.06.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Rauf oğlu ½ hissəsi X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili 19600 manat ödəməklə hərracdan almışdır. Mənzilin yarısının mülkiyyətçisi olan E.R.Abdullayevin mənzilin tam qiymətini ödəməklə onu əldə etməsi absurddur. Çünki mülkiyyətçinin özünə məxsus payını yenidən satın alması ağlabatan sayıla bilməz. İcra sənədi üzrə tələbkar mənzilin hərracdakı qiymətinin yarısını, yəni 9800 manatı (19600/2) ödəməklə borclunun payını əldə etməli idi, lakin iş materiallarından görünür ki, hərrac təşkilatı paylı mülkiyyətdə olan əmlakın tam dəyərini mülkiyyətçiyə ödətməklə alqı-satqı etmişdir. Bu hal isə hərracın formal keçirilməsinə dəlalət edir. İş materialları ilə hərrac keçirilən zaman borclunun 5200 manat aliment borcu olduğu müəyyən edilir. Yarı hissəsi ona məxsus əmlakın hərrac vasitəsilə satılmasından sonra qalan vəsaitin borclu şəxsə qaytarılıb-qaytarılmaması barədə də işdə hər hansı məlumat yoxdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi üzrə tələbkar Cavabdeh2 qanuni prosedurlara riayət etməklə mənzili tamamilə öz mülkiyyətinə keçirərdisə, bu zaman ən azı 4600 manat pul keşmiş paylı mülkiyyətçi, yəni borclu İddiaçı qaytarılmalı idi. Mülkiyyətçinin öz mülkiyyətindən bu şərtlərlə məhrum edilməsi, məhkəmə kollegiyasının qənaətinə görə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı hazırda kirayədə yaşayır, onun yeganə yaşayış sahəsi isə paylı mülkiyyətçisi olduğu mübahisəli mənzildir. Onun digər yaşayış sahəsinə mənsub olması barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur. AR Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının” 1-ci bəndinə görə borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Həmin Siyahının qeyd hissəsində göstərilmişdir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik bunun qadağan etsə də, icra məmuru aliment borcu üzrə tələbi icra sənədi üzrə borclunun yeganə yaşayış sahəsinə yönəltmiş, onun hərracda satılmasını sifariş vermiş, hərrac təşkilatı isə şəxsin yeganə yaşayış sahəsini özgəninkiləşdirmiş, bunun nəticəsində isə İddiaçı yeganə yaşayış sahəsindən məhrum olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı paylı mülkiyyətində olan mübahisəli mənzil qanunsuz olaraq hərracda özgəninkiləşdirildiyindən, həmin mənzilə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokol etibarsız hesab olunmalıdır. Belə ki, Mülki Məcəllənin 416-cı maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə keçirilən hərracın yekunları barədə 41 saylı protokol etibarsız hesab edildiyindən, onun əsasında bağlanmış 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə də etibarsız sayılmalıdır. İşə baxan məhkəmə son nəticədə iddianı təmin etsə də, mübahisəyə səhv maddi hüquq normaları tətbiq etmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir və buna görə də onun iddiası təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə tərəflərə izah edir ki, hazırki qaydada keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi İddiaçı yığılmış aliment borcunu ödəməkdən azad etmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, apelyasiya şikayətlərinin verilməsi üçün cavabdehlərin ödədikləri dövlət rüsumları onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5216/2020 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunsun. Cavabdeh1 MMC tərəfindən 08 iyun 2020-ci il tarixdə ½ hissəsi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5/18 saylı evin 9 saylı mənzilinə dair keçirilən hərracın yekunları barədə 41 saylı protokol və onun əsasında bağlanmış 08 iyun 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MMC-dən (hazırda “xxxx” MMC) və Cavabdeh2 Rauf oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Apelyasiya şikayətlərinin verilməsi üçün cavabdehlərin ödədikləri dövlət rüsumları onların özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-989/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-989/2021
02.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver