Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1009/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X26 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət məhkəmə tərkibində, İddiaçı Masallı Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X12, X7, X13, X9, X17, X8, X14, X4, X10, X18 və Masallı rayon Mahmudavar bələdiyyəsi) qarşı notariusun imtinasının qanunsuz hesab edilərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(050)-226/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxıb M Ü Ə Y Y Ə N E T D İ: Fərəcov X15 Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X12, X7, X13, X9, X17, X8, X14, X4, X10, X18 və Masallı rayon Mahmudavar bələdiyyəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Regional Cavabdehndə Notariat ofisinin xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Masallı rayonu Mahmudavar kəndində yerləşən icarə torpaq sahəsi ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin torpaqla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin Masallı Regional Cavabdehndə Notariat ofisinə həvalə edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Masallı Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X12, X7, X13, X9, X17, X8, X14, X4, X10, X18 və Masallı rayon Mahmudavar bələdiyyəsi) qarşı notariusun imtinasının qanunsuz hesab edilərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Masallı rayonu Mahmudavar bələdiyyəsinə qarşı Masallı rayonu Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, İddiaçı Masallı rayonu Mahmudavar bələdiyyəsinə qarşı Masallı rayonu Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbi barədə iddia ərizəsinə dair iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı iş üzrə icraat dayandırılmalıdır. İddiaçı şikayət verərək, həmin qərаrdаdın ləğv edilməsini və iş üzrə məhkəmə iclаsının təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mаsаllı Rаyоn Məhkəməsinə iddiа ərizəsi ilə mürаciət еdərək Masallı regional Cavabdehndə Notariat Ofisinin xx.xx.2024- cü il tarixdə vəfat etmiş X2 miras qalmış Masallı rayonu Mahmudavar kəndində yerləşən icarə torpaq sahəsi ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin torpaqla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin Masallı regional Cavabdehndə Notariat Ofisinə həvalə edilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan Masallı rayon Mahmudavar bələdiyyəsinə qarşı bələdiyyənin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmə bu nəticəyə gələrkən miras əmlaka dair mübahisə olmasına istinad etmiş, lakin mübahisənin vərəsələr arasında olmamasını nəzərə almamış, nəticədə prosessual hüquq normalarının tələblərinin və hüquqlarının pozulmasına səbəb olan qərarad qəbul etmişdir. İddiа tələbinin əsаsını Mаsаllı rаyоnu Mаhmudаvаr bələdiyyəsi ilə аtаsı İlyаs Fərəcоv аrаsındа bаğlаnmış xx.xx.2015-ci il tаriхli tоrpаq icаrəsi müqаviləsinə əsаsən 0.70 hа tоrpаğın аtаsının icаrəsində оlması, həmin tоrpаğа dаir hüquqlаrının dаşınmаz əmlаkın dövlət rеyеstrində qеydə аlınması, аtаsının vəfаt еtməsi, bütün digər birinci növbəli vərəsələrin mirаs əmlаkdаn хеyrinə imtinа еtmələri təşkil еdir. Lаkin işə bахаn hаkim qеyd оlunаn sübutlаrın hеç birini nəzərə аlmаmış və оnlаrı qiymətləndirmədən əsаssız оlаrаq icrааtı dаyаndırmışdır. Birinci instаnsiyа məhkəməsi icrааtı dаyаndırаrkən MPM-in 254.1.4 və 256.0.3-cü mаddələrinə istinаd еtmişdir. Qеyd оlunаn mаddələr isə bаşqа məhkəmənin icrааtındа оlаn iş həll еdilməyincə işə bахmаq mümkün оlmаdığı təqdirdə, həmin iş üzrə yеkun məhkəmə аktının qаnuni qüvvəyə minməsinədək iş üzrə icrааtın dаyаndırılmаsını nəzərdə tutur. Qаnunvеriciliyin tələbinə əsаsən hаzırkı iş üzrə icrааt yаlnız о hаldа dаyаndırılа bilərdi ki, məhkəmənin icrааtındа mirаs əmlаkа dаir vərəsələr аrаsındа mübаhisə ilə bаğlı iş оlsun. Lаkin bеlə bir iş yохdur. Bələdiyyənin аtаsı ilə bаğlı icаrə müqаviləsinə хitаm vеrilməsi barədə qərarının ləğvi və icarə müqaviləsi bağlanması öhdəliyinin qoyulması tələbinə dаir işə gəlincə isə, həmin iş üzrə iddia tələbində dəqiqləşmə verilərək yalnız bələdiyyənin qərarının ləğvi tələbi qoyulmuşdur. Həmin mübahisə onunla bələdiyyənin arasındadır. Hazırkı mübahisə isə onunla Notariat ofisi arasındadır. Mərhum atasına aid çıxarış hazırkı tələbinin əsasını təşkil edir ki, həmin sənəd də mübahisələndirilməmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, qərardad qüvvədə saxlanılmış və şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş materialları yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə MPM-in 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Məhkəmə tərkibi hazırkı işin icraatının dayandırılmasının zəruriliyi baxımından diqqətə çatdırır ki, hazırkı tələb miras əmlak barədə olmaqla mübahisə vərəsələr arasındadır. Bundan əlavə, digər iş - Şirvan İnzibati Məhkəməsinin icraatında olan Masallı rayonu Mahmudavar bələdiyyəsinə qarşı Masallı rayonu Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə İddiaçı olaraq müvafiq subyektiv hüququnun mövcudluğu baxımından da hazırkı işə baxılması nəzərə alınmalıdır. Qeyd edilənlər hərtərəfli araşdırılmalı və mülki işin halları icraatın dayandırılması zərurəti üzrə tam şəkildə dəyərləndirilməlidir. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X1rşı” iş üzrə 28 may 1985-ci il tarixli və “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARVERDİ: Şikayət qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(050)-226/2025 saylı qərardadı ləğv edilsin və mülki iş materialları yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1009/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1009/2025
17.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver