Məhkəmə qərarları › İş №2(106)-1018/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1018/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1018/2024 17.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X6 və Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən xüsusi notarius X4 qarşı 07 dekabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən X5 adına verilmiş 12 dekabr 2015-ci il tarixli, RX ******* saylı daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışın ləğv olunması barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Masallı Rayon Məhkəməsinin 06 aprel 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 06 aprel 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş şikayətlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 06 aprel 2020-ci il tarixli qərardadından İddiaçı vəkili X2 tərəfindən verilmiş şikayət səlahiyyətli olmayan şəxs tərəfindən verildiyinə görə qeyri-mümkün hesab edilmişdir. İddiaçı Masallı Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə vəsatət vermiş, Masallı Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin olunmamış, İddiaçı apellyasiya şikayəti geri qaytarılmışdır. Sonuncu qərardaddan İddiaçı şikayət vermiş, qərardadın ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir Masallı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin iddiaçı tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Masallı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Masallı Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. qəraraaldı: Masallı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Masallı Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(050)-2252/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar