Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1039/2025 01.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(049)-1683/2025 saylı qərardadından verilmiş şikayətə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “qaz mühafizə zonasının əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə elektron qaydada Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə müvafiq etibarnamə təqdim edilməmiş, cavabdeh isə xx.xx.2025-ci il tarixli iddia ərizə etiraz göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(049)-1683/2025 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Qərardadda göstərilmişdir ki, İddiaçı qismində çıxış etməyə prosessual fəaliyyət qabiliyyəti yoxdur. Hazırkı iddia üzrə məhkəməyə müraciət etməli orqan, başqa sözlə iddiaçı qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi yox, onu yaratmış hüquqi şəxs çıxış edə bilər. İddiaçı qərardaddan şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(049)-1683/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya bildirir ki, məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınarkən İddiaçı Nizamnaməsinin olmasını nəzərə almamışdır. Həmin Nizamnamənin 2.6cı bəndinə görə idarə məhkəmələrdə tərəf kimi çıxış edə bilər. MPM-in 399-cu maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilərək mülki iş mahiyyəti üzrə baxılması üçün iş materialları Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARVERDİ: Şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(049)-1683/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qaz mühafizə zonasının əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1039/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1039/2025
01.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver