Məhkəmə qərarları › İş №2(106)-1055/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1055/2023

18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1055/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə (İB-yə) qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 30 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktının etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 35040 m3 qaz sərfiyyatına hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdır ki, o, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı evində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş və heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Qonşuluqda olan mərhun qaynının əvvəllər yaşadığı evdə təbii qaz olmamışdır. Mərhun qaynının yaşadığı həmin fərdi yaşayış evinin həyət darvazasının yaxınlığına kimi qaz xətti çəkmiş olsalar da, lakin həmin qaz xəttinə sayğac quraşdırmamışdırlar. Ötən ilin sonlarında Cavabdeh İB X4 İstismarı İdarəsinin əməkdaşları əvvələr mərhun qaynının yaşayış olan həyətyanı sahəsinin qapısının yanına qədər çəkmiş olduqları qaz xəttinin turbasına guya baxış keçirmişlər və onun sayğacdan kənar qeyri-qanuni xətt istifadə etdiyini qeyd etmişlər. Onların bu nəticəyə gəlməsinə səbəb isə həmin borunun başında təxminən yarım metr uzunluğunda polietilen şlanq olması olmuşdur. Bununla bağlı barəsində 30 dekabr 2022-ci il tarixdə, ******* nömrəli akt tərtib etmişlər. Həmin akt əsasında tələbnamə ilə itirilmiş qazın bərpasına görə dəymiş ziyan olaraq 35040 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Lakin o, həmin qaz borusundan heç bir vaxt istifadə etməmişdir. Ona məxsus olan fərdi yaşayış evi həmin boruya təxminən 200-300 metr uzaqlıqda yerləşir. Hesab edir ki, həmin akt etibarsız hesab edilməli və qaz sərfiyyatı silinməlidir. Çünki sayğacdan kənar xətdən istifadə etməmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ay iki dəfə baxış keçirilir. İddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edildiyi üçün akt tərtib olunmuşdur. Daha sonra isə 30 dekabr 2022-ci il tarixli akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, akta görə 365 gün üçün 35040 kub metr qaz sərfiyyatı hesablanmışdır. Belə çıxır ki, o, hər ay 500 manatlıq qaz işlətmişdir. Halbuki ilin cəmi 5 ayı ərzində istilik üçün qazdan istifadə olunur və onun evində cəmi 2 yerdə qaz var: biri yemək bişirmək üçün, digəri də qızdırıcı soba üçün. Onun evində kombi və s. yüksək qaz sərfiyyatına malik qurğu yoxdur, bu da onu sübut edir ki, hesablanmış ziyan saxtadır, akt qanunsuzdur və əsassız olaraq tərtib edilmişdir. Həmçinin, kənd evində 4200 manatlıq qaz işlətmək üçün 10 il vaxt lazımdır. İzahatlar P r o s e s s u a l mə sə l ə l ə r Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı Masallı rayonu, Qızılavar kəndində özünə məxsus fərdi yaşayış evinə yaşayır. Onun yaşayış ünvanında təbii qazdan istifadəyə görə sayğac quraşdırılmışdır və o, həmin sayğac əsasında istifadə etdiyi qazın haqqını ödəyir. Təqdim edilmiş sənədlərdən görünür ki, X4 İstismarı İdarəsinin əməkdaşları iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2022-ci il tarixli, akt tərtib etmişlər. Akta görə, sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edilir. Akta uyğun olaraq, sayğacın dəyişdirilməsindən əvvəlki 365 gün üzrə 35040 m3 qaz sərfiyyatına görə borc hesablanmışdır. İddiaçı həmin aktın və akta görə hesablanmış borcun qanunsuz sayılmaqla ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, onu əsassız hesab etmişdir. Kollegiya məhkəmənin gəldiyi qənaətlə razılaşmır. Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə ümumi şəkildə iddianı rədd edərək, akt əsasında hesablanmış borcu düzgün saysa da, gəldiyi nəticəni əsaslandırmamışdır. İddiaçının tələbinin əsasını o hal təşkil edir ki, qaz sayğacına onun tərəfindən müdaxilə edilməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Mübahisələndirilən akta görə, İddiaçı sayğacdan kənar xəttə qoşulmaqla qazdan istifadə etmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından görünür ki, mübahisəli akt əsasında, aktın tərtib edilməsindən əvvəlki 365 gün üzrə borc hesablanmışdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, aktın və bunun əsasında hesablanmış borcun həqiqiliyini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda aktın qanuniliyini, eləcə də akt əsasında hesablanmış borcun həqiqliyini, mübahisəli akt əsasında borcun hesablanması qaydasını və s. sübuta yetirmək cavabdehin üzərindədir. Bu hallardan birinin müəyyən edilməməsi hesablanmış borcun əsaslılığını şübhə altına alır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096- 1097-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kollegiya onu da qeyd edir ki, ərizəçi tərəfindən delikt törədilməsi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, kənar xətdən istifadə edilməsini, bunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində edildiyini, eləcə də akt üzrə tələb edilən borc məbləğinin hansı qaydada hesablanmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir. Bu hal da özlüyündə borcun əsassız hesab edilməsinə dəlalət edir. Ona görə də Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Əvvəla, cavabdeh tərəf sayğacdan kənar qoşulmanı əks etdirən video-disk təqdim etmişdir. Lakin həmin videgörüntüdə sayğacdan kənar qoşulma faktı müəyyən edilmir. Bundan başqa, sözügedən akt əsasında borc məbləğinin 365 gün ərzində hesablanması əsaslandırılmamışdır. Belə hesablanma qaydası qanuni deyil. Qazdan istifadə Qaydalarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, nəticədə iddianı əsassız olaraq rədd etmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(050)-715/2023 saylı qətnaməsi ləğv edilsin. İddia tam təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 35040 m3 qaz sərfiyyatına görə borc məbləği İddiaçı abonent hesabından silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar