Məhkəmə qərarları › İş №2(106)-1071/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1071/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1071/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-382/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh 9000 manat məbləğdə kirayə pulu, 110 manat ödənilmiş dövlət rüsumu və 800 manat ödənilmiş hüquqi yardım üçün, cəmi 9910 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-382/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən teleqram daxil olmuşdur. Həmin teleqramda iddiaçı iddia tələbinin dayandırılmasını və cavabdehə qarşı heç bir tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 149 №-li teleqramdan müəyyən edilir ki, İddiaçı istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasında iştirakının zəruriliyi bildirilmişdir. O üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və göndərdiyi teleqramdakı mövqeyini müdafiə etdiyini bildirdi. Ona iddiadan imtinanın iş üzrə icraata xitam verilməsinə səbəb olacağını və bunun doğuracağı hüquqi nəticələr izah edilmiş, bundan sonra o, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə icraata xitamın hüquqi nəticələri ona aydındır, hətta bu barədə məhkəməyə yeni bir teleqram ünvanlayacaqdır. Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən teleqram daxil olmuşdur. Həmin teleqramda iddiaçı hazırkı iş üzrə iddiasından imtina barədə məhkəməyə ünvanlandığı teleqramdakı mövqeyini müdafiə etdiyini və iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, imtinanın hüquqi nəticələrinin ona aydın olmasını qeyd etmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, məhkəmə iclasına gəlməzdən əvvəl iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Telefon danışıqları zamanı iddiaçı teleqramları məhkəməyə özü ünvanladığını və həmin teleqramdakı mövqeyi müdafiə etdiyini bildirmişdir. Nümayəndə izahatında iddiaçıya iddiadan imtinanın hüquqi nəticələrini izah etdiyini və onun mövqeyini müdafiə etdiyini göstərmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 52.1-ci maddəısinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış iddia tələbindən yazılı şəkildə imtina barədə teleqram İddiaçı iradə ifadəsi olmaqla, İddiaçı tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya iddiadan imtinanın hüquqi nəticələri izah edilmiş, hazırkı imtina qanuna zidd deyil və tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-382/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 191, 370 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-382/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar