Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1079/2025 15.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(055)-469/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İşdə olan: 31 may 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə 18 ay müddətinə olmaqla 1690 manat dəyərində Su təmizləyici sisteminin verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. 31 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh bir ədəd “İktech” markalı su təmizləyici sistemini təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31 may 2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-nə 1690 manat əsas borc, 270,4 manat cərimə borcu vardır. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1690 (min altı yüz doxsan) manat əsas borcun, 270,40 (iki yüz yetmiş manat qırx qəpik) manat cərimə borcu və ödənilmiş 40,01 manat məbləğində dövlət rüsumunun, cəmi 2000,41( iki min manat qırx bir qəpik) manat pulun alınıb iddaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 31 may 2022-ci il tarixdə “İktech” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC, ümumi dəyəri 1690 (min altı yüz doxsan) manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınmışdır. Hazırda onun əsas borc üzrə 1690 (min altı yüz doxsan) manat, cərimə üzrə 270.40 (iki yüz yetmiş manat qırx qəpik) manat borcu vardır. Saatlı Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Qasımov) iddianın qismən təmin edilməsi qərara alınmışdır. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında 31 may 2022-ci il tarixdə “İktech” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə” alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 (min altı yüz doxsan) manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun, malın dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Hal-hazırda müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı MMC-yə əsas borcu 1690 (min altı yüz doxsan) manat, cərimə borcu 270,40 (iki yüz yetmiş manat qırx qəpik) manat, ümumi borcu 1960,40 (min doqquz yüz altmış manat qırx qəpik) manat təşkil edir. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının göstərdiyi 31 may 2022-ci il tarixli MS21 saylı alğı-satqı müqaviləsi formal olaraq bağlanmış və həmin müqavilə üzrə satıcı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, satdığı su təmizləyici sistemi quraşdırmamışdır. Belə ki, 31 may 2022-ci il tarixdə iddiaçının təxminən 4 nəfər əməkdaşı cavabdehin yaşadığı evdə olmuşdur. Həmin vaxt evdə cavabdeh və arvadı olmuş, iddiaçı cavabdehə su təmizləyici system (su filtri) satmaq istəmişdir. İddiaçı cavabdehlə uzun müddət söhbət etmiş və özlərini səmimi göstərmiş, onlara öz səmimiyyətlərini göstərib filtri satmışlar. İddiaçı tərəf cavabdehə su filtrinin qiymətinin baha olduğunu, onu ödəmək imkanlarının olmadığını bildirmişdir. İddiaçı pulu hissə-hissə, hətta ayda 50 manat da ödəməyin mümkünlüyünü bildirmişdir. Cavabdeh evə qazanc gətirənin oğlu olduğunu, onun hazırda evdə olmadığını, axşam onunla məsləhətləşib növbəti gün konkret qərarını deyə biləcəyini bildirmişdir. İddiaçı cavabdehə bildirmişdir ki, su filtirini təhvil verib getsinlər, əgər oğlu razılaşsa sabah gəlib su filtrini aparacaqlar. Ona görə də, su filtrini sabaha qədər təhvil götürməsi barədə cavabdeh onların təqdim etdikləri sənədə imza atmalı və altından da onların dedikləri sözləri yazmalıdır. Cavabdeh da həmin şəxslərin səmimiyyətinə aldanıb təhvil-təslim aktına imza etmiş, altında öz xətti ilə onların dedikləri sözləri yazmışdır. Lakin cavabdeh alıcı olaraq satıcı ilə heç bir razılığa gəlməmiş və onunla müqavilə bağlamamışdır. Müqavilədəki imzalar ona məxsus olsa da, onun iradəsini ifadə etməmişdir, o yalnız təhvil-təslim aktına imza edərək su filtirini bir günlük saxlamaq üçün götürmüşdür. Odur ki, satıcı təşkilatın əməkdaşları vicdanlı davranmayaraq ona təhviltəslim aktını imza etdirib özlərini elə aparmışlar ki, guya o su filtiri almışdır. Satıcı əşyanı (su filtrini) cavabdehə təhvil versə də əşyanı quraşdırmamış, həmin su filtirinin işləyibişləmədiyini yoxlamamışdır. Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Habelə həmin gün işıqları yanmadığı üçün gələn əməkdaşlar su filtrlərini quraşdırıb yoxlaya bilməmiş vəgöstərmişlər ki, sabah gələndə əgər alsalar su filtrini quraşdırıb yoxlayarlar. Cavabdeh axşam oğlu ilə söhbət etmiş, oğlu bildirmişdir ki, su filtri çox bahadır. Cavabdeh xx.xx.2022-ci il tarixdə su filtrini gətirən əməkdaşların verdikləri ***- ***-**-** mobil nömrəsinə zəng etmiş, su filtrini götürməyəcəklərini və əşyanı aparmalarını xahiş etmişdir. Həmin əməkdaşlar da 2-3 günə gəlib su filtrini aparacaqlarını bildirmişdir. Beləliklə, su filtri o vaxtdan cavabdehin mənzilində qalmışdır. Evinə gələn şəxslər onun səmimiyyətindən və avamlılığımdan sui-istifadə edərək onu və ailəsini aldatmışdır. Əvvəla, onlar cavabdehə heç bir müqavilə şərtlərini izah etdirməyiblər, bundan başqa gətirdikləri su filtrini quraşdırmamış və onu yoxlamamışlar. Bundan əlavə, o ilkin olaraq onlara heç bir ödəniş də etməmişdir. Hazırda işlətmədiyi su filtrinə görə 1690 manat pul ödəməli deyil. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (və ya səlahiyyətli nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin (və ya nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə tərkibi Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, onun gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş və mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Habelə nəzərə alınmalıdır ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(055)-469/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1079/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1079/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver