Məhkəmə qərarları › İş №2(106)-1082/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1082/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1082/2025 07.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, İmişli Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(036)-971/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxsə qarşı “1972-1993-cü illərdə ərizəçinin Mincivan hissə xəstəxanasının nəzdində Qumlaq feldşer-mama məntəqəsinin müdiri işləməsi və əmək kitabçasının erməni işğalçılarının təcavüzü nəticəsində xəstəxanada qalması barədə arayışların ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi verdiyi şikayət geri qaytarılmışdır. Ərizəçi xx.xx.2025-ci il tarixdə yenidən şikayət verərək İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-971/2025 saylı qərardadının ləğv edilməsi, ərizəsinə mahiyyəti üzrə baxılması, əks təqdirdə şikayətinin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayət geri qaytarılmışdır. Ərizəçi yenidən İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsi və ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi şikayətinin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-128/2025 saylı qərardadı ilə MPM-in 261.0.1-ci maddəsinə əsasən Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizəsi iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş və həmin qərardad qüvvədədir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-971/2025 saylı qərardadı ilə eyni tərəflər arasında, eyni predmet haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğundan Ərizəçi “sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ərizəçinın iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də İmişli Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(036)-971/2025 saylı qərardadı qanuni və əsaslıdır. Bu baxımdan ərizəçi tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən və MPM-in 264, 398.0.1, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2(036)-971/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar