Məhkəmə qərarları › İş №2(106)-1090/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1090/2024

20.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1090/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlər Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbin direktoru X2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı əmrlərin ləğv edilməsi, dərs saatının bərpası və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(018)-205/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı Astara şəhəri 2 saylı tam orta məktəbinin 01 sentyabr 2023-cü il tarixli 135 saylı, 04 oktyabr 2023-cü il tarixli 164 saylı, 26 oktyabr 2023-cü il tarixli 178 saylı və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrlərin ləğv edilməsi, qanunsuz olaraq kəsilmiş 5 dərs saatının bərpa edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-205/2024 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia əsassız olduğundan təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh2ndə tarix müəllimi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində o, hər hansı nöqsana yol verməmişdir. O, Cavabdeh2ndən qanunsuz olaraq işdən çıxarılmasına görə işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Astara Rayon Məhkəməsin müvafiq qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh2 direktoru X4 ona qarşı qərəzli münasibət bəsləmişdir. Ona görə də, qeyd edilən qanunsuz əmrləri imzalamışdır. Belə ki, onun tərindən verilmiş 01 sentyabr 2023-cü il tarixli 135 saylı əmrdən onun 31 avqust 2023-cü il tarixdə işə çıxması, 28-30 avqust 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməməsi məlum olur. Halbuki, tədris ili 15 sentyabr 2023-cü il tarixdə başlamasına, onun saat hesabı işləməsinə görə o, qeyd edilən 28-30 avqust 2023-cü il tarixlərdə işə çıxmaya bilər. Bundan başqa, 04 oktyabr 2023-cü il tarixli 164 saylı əmrdə onun 04 oktyabr 2023-cü il tarixdə işə çıxması, 02-03 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə, 26 oktyabr 2023-cü il tarixli 178 saylı əmrdə onun 26 oktyabr 2023-cü il tarixdə işə çıxması, 24-25 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrdə onun, 01 noyabr 2023-cü il tarixdə işə çıxması, 30-31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə ona cəmi 687 manat, 86 qəpik məbləğdə əmək haqqının ödənilməməsi məlum olur. Halbuki o, həmin müddət ərzində müxtəlif dövlət orqanlarında Azərbaycan Respublikası Prezdent aparatında, Məhkəmə-Hüquq Şurasında qanunsuz intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı qəbullarda olmuşdur. Bundan başqa, o, Təhsil Nazirliyinin qiymətləndirilməsinə əsasən 51 bal toplamışdır. Ancaq belə olan halda ona verilən dərs saatlarının miqdarı 36 saatdan aşağı olmamalıdır. Buna baxmayaraq, Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbin drektoru qanunsuz olaraq onun dərs saatlarını azaltmışdır ki, bununla da ona ziyan dəymişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2ndə tarix müəllimi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində o, hər hansı nöqsana yol verməmişdir. O, Cavabdeh2ndən qanunsuz olaraq işdən çıxarılmasına görə işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin müvafiq qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh2 direktoru X4 ona qarşı qərəzli münasibət bəsləmişdir. Ona görə də, qeyd edilən qanunsuz əmrləri imzalamışdır. Belə ki, onun tərindən verilmiş 01 sentyabr 2023-cü il tarixli 135 saylı əmrdən onun 31 avqust 2023-cü il tarixdə işə çıxması, 28-30 avqust 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməməsi məlum olur. Halbuki, tədris ili 15 sentyabr 2023-cü il tarixdə başlamasına, onun saat hesabı işləməsinə görə o, qeyd edilən 28-30 avqust 2023-cü il tarixlərdə işə çıxmaya bilər. Bundan başqa 04 oktyabr 2023-cü il tarixli 164 saylı əmrdə onun, 04 oktyabr 2023-cü il tarixdə işə çıxması, 02-03 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə, 26 oktyabr 2023-cü il tarixli 178 saylı əmrdə onun, 26 oktyabr 2023-cü il tarixdə işə çıxması, 24-25 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrdə onun, 01 noyabr 2023-cü il tarixdə işə çıxması, 30-31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə ona cəmi 687 manat, 86 qəpik əmək haqqının ödənilməməsi məlum olur. Halbuki, o, həmin müddət ərzində müxtəlif dövlət orqanlarında Azərbaycan Respublikası Prezdent aparatında, Məhkəmə-Hüquq Şurasında qanunsuz intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı qəbullarda olmuşdur. Bundan başqa, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qiymətləndirilməsinə əsasən 51 bal toplamışdır. Ancaq belə olan halda, ona verilən dərs saatlarının miqdarı 36 saatdan aşağı olmamalıdır. Buna baxmayaraq, Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbin direktoru qanunsuz olaraq onun dərs saatlarını azaltmışdır ki, bununla da ona ziyan dəymişdir. Məhkəmə baxışı iclasında izahat verən Z. Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin direktoru X4 verilən iddianı qəbul etmədiyini və verilmiş əmrlərin qanuni və əsaslı olmasını bildirmişdir. Məhkəmə yalnız cavabdehin verdiyi izahatı əsas götürüb iddianı rədd etmişdir. Halbuki, məhkəmə həmin izahatın qanuni əsaslarını qətnamədə əks etdirməli idi. Məhkəmə kəsilmiş 5 saat dərs saatınında qanuni olmasını qəbul etmişdir. Halbuki, Təhsil Nazirliyinin qərarına əsasən 51 bal toplayan müəllimlərin dərs saatı 36 saatdan az olmamalıdır. Direktorun müəllimin dərs saatlarından 4 saat kəsib vakansiyaya çıxarması özü qanunsuzluqdur və buna görə, məktəb direktoruna Təhsil Nazirliyi tərəfindən töhmət elan edilmişdir. Lakin məhkəmə işəgötürənin bu hərəkətlərini qanuni və əsaslı saymışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hakim Müşviq Həsənovun qəbul etdiyi qətnamə ilə işə bərpa edilməyi və məcburi iş buraxma müddətinə əmək haqqının ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamə qüvvədə qalmışdır. Hazırda həmin qətnamə icra olunmamışdır. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etmiş, həmin qərardan şikayət vermiş, lakin şikayəti təmin edilməmişdir. Bu barədə Məhkəmə Hüquq Şurasına müraciət etmişdir. O sözügedən məktəbdə direktor vəzifəsini müvəqqəti olaraq icra etmişdir. Qanunvericiliyin tələblərinə əsasən əvəzçilik 3 aydan çox davam edirsə, artıq müddətsiz sayılır. O da məhktəbdə direktor vəzifəsini müvəqqəti olaraq 1 il icra etmişdir. Təhsil Nazirliyinin müəllimlərin qiymətləndirilməsinə dair imtanından 51 bal toplamışdır. Nazim müəllim məktəbə direktor gəldikdən sonra ona qərəzli münasibət sərgiləməyə başlamışdır. Belə ki, həmin məktəbdə yeganə tarix müəllimi odur və həmin ştat vakansiyaya çıxmamalıydı. Bununla bağlı müvafiq orqanlarda qəbullarda olub və Nazim müəllimə töhmət verilmişdir. Töhmət ona iddiaçının dərs saatlarını vakansiyaya çıxardığı üçün verilmişdir. 32 dərs saatının 10 saatını vakansiyaya çıxarmaq düzgün deyil. Vakansiya məzuniyyət dövründə ona məlumat verilmədən iclas zamanı elan edilmişdir. Təhsil Nazirinin müvafiq qərarına əsasən yalnız keçid olaraq 40 bal toplayan şəxslər vakant yerə götürülə bilərlər. Şahid3 isə işə qeyri-qanuni şəkildə gətirilmişdir. 40-dan aşağı bal yığaraq imtahandan keçməməsinə baxmayaraq, sentyabr ayından bu günədək dərslərini, əlavə olaraq məktəbdə coğrafiya və həyat bilgisi dərslərini də tədris edir. Həmin şəxs o halda işə götürülə bilərdi ki, bu barədə iddiaçıya zəng edilərdi və o öz dərslərindən imtina etdiyini bildirərdi. Bununla bağlı Prezident Administrasiyasına, Dövlət Agentliyinə və digər qurumlara müraciətləri olmuşdur. Qeyd edilən günlərdə işdə olmamışdır. Həmin günlər müvafiq orqanlarda qəbullarda olmuş və bunu təsdiq edən kifayət qədər sübutu var. Rəsmi qaydada işdə olmamağı barədə direktora məlumat vermiş və müvafiq xəbərnamələr var. Qeyri-iş günləri Bakıda olmuşdur. Ona qəbul barədə mesaj gəlib. Ərizəni kiməsə etibar etmədiyi üçün poçt vasitəsi ilə göndərmişdir. İcra Hakimiyyətinə müraciət etmişdir ki, məktəbə təqdim etmək üçün ona hər hansı bir sənəd təqdim edilsin. Oradan iddiaçıya bildiriblər ki, qəbul sistemdə qeyd olunur deyə xüsusi bir sənəd təqdim etmirlər. Əməkhaqqı kəsilib deyə maddi vəziyyəti pisləşib. Kreditlərini ödəyə bilmir. Haqsız şəkildə dərs saatları kəsilmişdir. 35 balla imtahanı keçən müəllimə həyat bilgisi və coğrafiya dərsləri, iddiaçının dərs saatları verilmişdir və həmin müəllim ümumilikdə 11 saat dərs tədris edir. O, müqavilə əsasında işə götürülmüş və onun sentyabr ayından dərs saatlarından 5 saatı kəsilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh2 direktoru N.A.Məmmədov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mövcud qanunvericiliyin - Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə dərs ili başa çatdıqdan sonra müəllimlər 56 gün əmək məzunuyyətinə buraxılır və sonra isə əmək fəaliyyətlərinə başlamalıdırlar. Dərs ilinin 15 sentyabr 2023-cü il tarixdə başlamasına baxmayaraq müəllimlərin əmək məzuniyyətləri 28 avqust 2023-cü il tarixdə başa çatmışdır. Buna baxmayaraq, İddiaçı 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə işə çıxmamışdır. Ona görə də, onun tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli 135 saylı əmrə əsasən onun 31 avqust 2023-cü il tarixdə işə çıxması, 28-30 avqust 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməməsi qeyd edilmişdir. Bundan başqa, İddiaçı heç bir əsas olmadan 02 oktyabr 2023-cü il-03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il-25 oktyabr 2023-cü il tarixlərdə və 30 oktyabr 2023-cü-31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə onun tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli 164 saylı, 26 oktyabr 2023-cü il tarixli 178 saylı və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrlərə əsasən İddiaçı işdə olmamasına görə ona əmək haqqının ödənilməmişdir. İddiaçı işdə olmadığı günlər isə əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmışdır. Həmçinin İddiaçı əlavə olaraq ona 5 dərs saat verilməsini tələb edir. Halbuki, Cavabdeh2ndə 2023-2024-cü dərs ilində tarix fənni üzrə həftəlik dərs saatı 26 saat olmuşdur ki, onun da həftəlik dərs saatının 22 saatını İddiaçı, qalan 4 saatını isə digər müəllim tədris edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq məsələni tənzimləyən qaydalarına əsasən müəllimlərin yeni dərs ili üçün dərs yükü müəsissə rəhbəri tərəfindən müəyyən edilir, müəllimlərin diaqnostik qiymətləndirilmələrinin nəticələri nəzərə alınır. Göründüyü kimi, İddiaçı diaqnostik qiymətləndirilmələrinin nəticələri nəzərə alınaraq, ona tarix fənni üzrə həftəlik 26 dərs saatının həftəlik 22 dərs saatı verilmişdir. Aybəniz Həsənovanın əmək müqaviləsinə 14 iyun tarixində yaşı ilə bağlı xitam verilmişdir. Sevinc Tahirova isə hazırda məktəbdə işləyir. Onların işdə olmamasına görə əməkhaqqından müvafiq tutulmalar edilmişdir. Bu barədə əmrlər var. Növbəti məhkəmə iclasında müvafiq əmrləri və işə davamiyyət jurnalını məhkəməyə təqdim edə bilər. Özü 13 sentyabr 2021-ci il tarixdə həmin məktəbdə müsabiqəni keçdikdən sonra direktor vəzifəsinə təyin olunmuşdur. Tədris ili zamanı müəllimlərə tələbat olmuşdur. O gedəndən sonra Astarada rus dili bölməsində yekun ixtisar getmişdir. O iddiaçıdan dərs saatı almamışdır. 21-22 saat vakansiya yerləşdirilsə də, təkcə tarix fənni yox, fizika fənni də vakansiyaya çıxarılmışdır. Əvəzedici müəllim olmadığı üçün iyun ayında vakansiyaya çıxarılmışdır. İddiaçının hansı əsaslarla 5 saat dərs istəməsi sual doğurur. Məktəbə gələn müəllim də Elm və Təhsil Nazirliyinin müsabiqəsi əsasında kadrlar İdarəsinin bildirişi ilə gəlmişdir və işlə təmin olunmaq üçün onunla müqavilə bağlanılmışdır. Məktəbdə hazırda rus dilində coğrafiya fənnini tədris edən müəllim yoxdur. 16 saat dərsi məcburiyyət qarşısında biologiya müəllimi tədris edir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh1 cavabdeh kimi cəlb edilməsi ödənişlərin onların tərəfindən həyata keçirilməsi ilə bağlıdır. Belə ki, məktəblərin öz maliyyə qurumları yoxdur və mərkəzləşmiş qaydada Baş İdarə ödənişləri kartlara köçürür. İddiaçının maaşının ödənilməməsinin izahını məktəbin direktoru vermişdir. Qeyd edilir ki, tabel kəsildiyi zaman sözügedən əmrlər mühasibatlığa təqdim edilir. İddiaçı MHŞ-da qəbulda olduğu gün üçün ona niyə maaş yazılmadığını soruşur. Halbuki, Əmək Məcəlləsinin tələblərindən də müəyyən edilir ki, ödənişlərin hansı əsaslar üzrə verilməsi öz əksini tapır. Bu barədə birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda ətraflı izah vermişlər. İddiaçının başqa orqanlarda qəbulda olmasına görə ona pul yazılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iş vaxtını buraxmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Qanunlarının tələbləri baxımından ona əmək haqqı hesablanmamış və həftəlik dərs saatı ilə təmin edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən və yaşayaış yerindən olan arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1978-ci ildə anadan olmaqla, Astara şəhəri H.Aslanov küçəsi ev 43-də yaşayır. İşdə olan Məhkəmə-Hüquq Şurası aparatının İddiaçı ünvanladığı 16 avqust 2023-cü il tarixli, 29 avqust 2023-cü il tarixli, 07 sentyabr 2023-cü il tarixli və 12 oktyabr 2023-cü il tarixli məktublarından məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş İdarəsinə müracət etməsi məsləhət bilinmişdir. İşdə olan Məhkəmə-Hüquq Şurası aparatının İddiaçı ünvanladığı 07 noyabr 2023-cü il tarixli və 15 noyabr 2023-cü il tarixli məktublarından məlum olur ki, Məhkəmə-Hüquq Şurası aparatında vətəndaşların qəbulu ilə əlaqədar məlumat verilmişdir. İşdə olan Cavabdeh2 drektorunun 01 sentyabr 2023-cü il tarixli 135 saylı əmrdən məlum olur ki, İddiaçı 31 avqust 2023-cü il tarixdə işə çıxması, onun 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməmə qeyd edilmişdir. İşdə olan Cavabdeh2 direktorunun 04 oktyabr 2023-cü il tarixli 164 saylı əmrdən məlum olur ki, İddiaçı 04 oktyabr 2023-cü il tarixdə işə çıxması, onun 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə əmək haqqının ödənilməməsi qeyd edilmişdir. İşdə olan Cavabdeh2 direktorunun 26 oktyabr 2023-cü il tarixli 178 saylı əmrdən məlum olur ki, İddiaçı 26 oktyabr 2023-cü il tarixdə işə çıxması, onun 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə əmək haqqının ödənilməməsi qeyd edilmişdir. İşdə olan Cavabdeh2 direktorunun 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrdən məlum olur ki, İddiaçı 01 noyabr 2023-cü il tarixdə işə çıxması, onun 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə əmək haqqının ödənilməməsi qeyd edilmişdir. İşdə olan Cavabdeh2ndə tərtib edilmiş aktlardan, təqdimatdan və çıxarışlardan məlum olur ki, İddiaçı 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə, 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə, 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamış, onun işdə olmadığı günlər isə əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “f” bəndinə əsasən isə əmək qanunvericiliyinin tələblərinə əməl etməkdir. ƏM-in 11-ci maddəsinin “c” bəndinə görə əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək əsas hüquqlarındandır. ƏM-in 89-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 118-ci maddəsinin, 1-ci hissəsinin “b” bəndinə əsasən bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa) əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. ƏM-in 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-in 179-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. “Təhsil haqqında” Qanunun 36.6-cı maddəsinə əsasən təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Belə ki, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı 01 sentyabr 2023-cü il tarixli 135 saylı, 04 oktyabr 2023cü il tarixli 164 saylı, 26 oktyabr 2023-cü il tarixli 178 saylı və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrlərin ləğv edilməsinə, qanunsuz olaraq tutulmuş 687 manat, 86 qəpik əmək haqqının, qanunsuz olaraq kəsilmiş 5 dərs saatının bərpa edilməsi və həmin dərslər üçün kəsilmiş 654 manat, 18 qəpik pul vəsaitinin ona ödənilməsi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq iddia tələbinin əsası kimi hər hansı halı sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübut qismində iş materiallarına əlavə edilmiş aktlar, təqdimatlar və çıxarışlara əsasən İddiaçı 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə, 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə, 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamış, onun işdə olmadığı günlər əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmış və həmin tədrisin də qarşılığında müvafiq əmək haqları ödənilmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə diqqətə çatdırır ki, Cavabdeh2 direktoru X4 tərəfindən onun barəsində əmrlərin qərəzli münasibət əsasında imzalanmaqla qanunsuz olmasına dair dəlili əsassızdır. Belə ki, iddiaçı adıçəkilən dəlillə bağlı məhkəməyə hər hansı mötəbər sübutunu təqdim etməmişdir. Bundan başqa, tədris ilinin 15 sentyabr 2023-cü il tarixdə başlamasına istinad etməklə 28-30 avqust 2023-cü il tarixlərdə işə çıxmasının məcburi olmadığı barədə iddiaçının dəlilinə dair nəzərə alınmalıdır ki, işdə olan 12 aprel 2023 – 04 yanvar 2024-cü il dövrünü əhatə edən Əmr kitabından aşkar olur ki, 64 nəfərlik pedoqoji işçi 56 günlük (03 iyul 2023 - 27 avqust 2023) məzuniyyətə buraxılmış, 28 avqust 2023-cü il tarixində işdə hesab edilmələri əmr edilmişdir. Həmin əmrdə iddiaçının adı 19-cu sıra nömrəsində qeyd edilmişdir. İddiaçı apellyasiya şikayətində və izahatında işdə olan digər aktların tərtib edilyi günlərdə müxtəlif dövlət orqanlarında qəbulda olduğundan onun qanunsuz intizam məsuliyyətinə cəlb edilməsini göstərmişdir. Ancaq o, həmin günlərdə hər hansı qəbulda olması, habelə həmin əsasların onun işdə olmaması üçün üzrlü səbəb hesab edilməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qiymətləndirilməsinə əsasən 51 bal toplamasına əsasən ona verilən dərs saatlarının miqdarının 36 saatdan aşağı olmaması, dərs saatlarından bir neçə saatı vakansiyaya çıxarması barədə dəlili haqqında diqqətə çatdırılmalıdır ki, Şahid3 MİQ müsabiqəsində uğur qazandığından 21 sentyabr 2023-cü il tarixdə müddətli əmək müqaviləsi əsasında ona 10 saat dərsin tədrisi verilmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(018)-205/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(018)-205/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar