Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1091/2025 09.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı müəyyən olunmuş cərimə borcunun qanunsuz hesab edilməsi və silinməsi tələbinə dair mülki işi üzrə Astara Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 2(018)-283/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsilə müraciət edərək, Cavabdeh İB-nin Lənkəran rayon Regional şöbəsının əməkdaşları tərəfindən Akt № ******* saylı 2023-cü il tarixli akta əsasən müəyyən olunmuş 600 manat məbləğində borcun qanunsuz hesab edilməsi və silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2023-cü il aprel may aylarında qaz sayğacında problem yarandığına görə 500-600 manat yaxın əlavə borc yaranmışdır. Arvadı ilə birlikdə yaşayır. Həmin vaxt oğlu və nəvələri başqa yerdə yaşayırdılar. Bu görə də, bu məbləğdə qazın istifadəsinin mümkün olmadığını bilib Astara rayon Qaz idarəsinin mütəxəssilərinə müraciət etdi. Onlar da gəlib baxış keçirib sayğacın düz işləməməsini, normadan çox ışləndiyini, təqribən müəyyənləşdirdilər. O biri sayğacı laboratoriyaya göndərdilər. Qaz sayğacı dəyişdirildikdən sonra yenə də sərfiyyat 12-13 manata düşdü. Astara Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 2(018)-283/2025 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: **********01950 nömrəli abonent istehlakçı İddiaçı aid abonentin saldosu sənədinin surətindən görünür ki, GCZ0030918 nömrəli qaz sayğacı ilə bağlı № ******* saylı 2023-cü il tarixli akta əsasən hər hansı bir cərimə məbləğinin hesablanması qeyd edilməmişdir. Astara RİHB-nin Siyəkü KİƏDN-nin xx.xx.2024-cü il tarixli 819 saylı arayışından görünür ki, Zaidov X1 rayonu Siyəkü kəndində yaşayır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çaxararkən maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə qeyri qanuni qərar vermişdir. İddiaçı 2023-cü ilin aprel-may aylarında qaz sayğacında problem yarandığına görə 500-600 manat məbləğində qaz sərfiyyatı yaranmışdı. Bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş və əməkdaşlar tərəfindən qaz sayğacına baxış keçirilmiş və şifahi olaraq ona bildirrmişlər ki, qaz sayğacında problem yaranmışdır. Ona görə də, düz işləmir və nəticədə sərfiyyat artıq göstərilir. Qaz sayğacı yenisi ilə dəyişdirilərək problemli qaz sayğacı laboratoriyaya göndərilmişdir. Qaz sayğacı dəyişdirildikdən sonra evdə qazın sərfiyyatı əvvəlki həddə - 12-13 manata düşdü. Bir ilə yaxın müddətdə laboratoriyaya götürülmüş sayğacdan və artıq göstəricinin silinməsindən heç bir xəbər olmadığı üçün aidiyyəti üzrə idarələrə şikayət ərizəsi ilə müraciət etmiş və nəticədə cavabdeh iddiaçıya 600 manat qaz sərfiyyatı borcunun olması barədə qəbz göndərmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş **********01950 abonentin saldosuna istinad edilərək göstərilir ki, GCZ0030918 nömrəli qaz sayğacı ilə bağlı ******* saylı 2023-cü il tarixli akta əsasən hər hansı bir cərimə məbləğinin hesablanması qeyd edilməmişdir. Hazırkı mülki iş üzrə mübahisənin predmeti hesablanmış cərimənin deyil, sayğacın düzgün, standartlara uyğun işləməməsi nəticəsində sayğacda göstərilən böyük məbləğdə, 600 manat məbləğində qaz sərfiyyatı məbləğinin silinməsidir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.3-cü maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 2(018)-283/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1091/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1091/2025
09.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver