Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1094/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün 260,92 (iki yüz altmış manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 26,08 (iyimri altı manat səkkiz qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən NAQİLSİZ TOZSORAN GORENJE üçün 238,11 (iki yüz otuz səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə və 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən RADİATOR HOFFMANN üçün 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 642 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-353/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün 260,92 (iki yüz altmış manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 26,08 (iyimri altı manat səkkiz qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən NAQİLSİZ TOZSORAN GORENJE üçün 238,11 (iki yüz otuz səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə və 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən RADİATOR HOFFMANN üçün 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə, 642 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Borclu Cavabdeh iddia tələbinə etiraz edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3443/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet, NAQİLSİZ TOZSORAN GORENJE, RADİATOR HOFFMANN almış və nəticədə 642 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 363.06 manat (18 ay x 20.17 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün ümumilikdə 287 manat olmaqla, ondan 260.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.08 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 359.92 manat (18 ay x 19.94 manat + 1 manat ilkin ödəniş) NAQİLSİZ TOZSORAN GORENJE üçün, ümumilikdə, 262 manat olmaqla ondan 238.11 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.89 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 171 manat (18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) RADİATOR HOFFMANN üçün ümumilikdə 93 manat olmaqla, ondan 84.63 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.37 manat cərimə; Cəmi ödədiyi məbləğ 310.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığında, həmçinin göndərilmiş xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün 260,92 (iki yüz altmış manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 26,08 (iyimri altı manat səkkiz qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən NAQİLSİZ TOZSORAN GORENJE üçün 238,11 (iki yüz otuz səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə və 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən RADİATOR HOFFMANN üçün 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə, 642 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərk ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə “Kontakt Home” Nəsimi filialından Hoffman Elektirik qızdırıcını 1 il qızıl zəmanət ilə almış, lakin 3 ay ərzində həmin qızdırıcını “Kontakt Home” Əcəmi filialına geri qaytararaq qızıl zəmanətdən yararlanaraq digər məhsul almaq istəmiş, lakin digər məhsula ilkin ödəniş tələb olunduğundan əldə edə bilməmişdir. Əcəmi filialinda Hoffman qızdırıcını ondan təhvil alan əməkdaşlar daha sonra da qızıl zəmanətdən yararlana biləcəyini ona bildirmişlər. Bir müddət keçəndən sonra o, həmin filiala yaxınlaşıb adına rəsmiləşən məhsul haqda məlumat alarkən, filialın müdiri ona bildirmişdir ki, “məhsulu başqa birinə satmışıq, əcəb edib-yaxşı etmişik, sən ödənməyən pulu, borcunu da ödəyəcəksən”. O, bununla bağlı “Kontakt Home” qaynar xətti olan *6060* qaynar xəttinə şikayət etmişdir. Lakin “Kontakt Home” dəfələrlə etdiyi müraciətlərə, şikayətlərinə tutarlı cavab verməmiş və hər dəfəsində “inzibatçılarımız sizə geri dönüş edib problemin həlli istiqamətində kömək ediləcək” bildirsələr də, heç bir zəng və kömək olunmamışdır. O, kreditlə götürdüyü məhsulların ödənişlərini qrafik üzrə ödəmişdir. “Kontakt Home” onun adına rəsmiləşdirilən məhsulu başqa bir adama satmışdır. Onun etirazı əsassız hesablanmış faizlərə və onun adına rəsmiləşdirilmiş məhsulu başqa bir adama satmasıdır. Odur ki, əsassız hesablanmış faizləri və Hoffman qızdırıcının ödənişini nəzərə almadan qərardad çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər məhsulların əsas borclarını ödəməkdən imtina etmir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-353/2025 saylı qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilə üzrə 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 16651885 saylı müqavilə üzrə 238,11 (iki yüz otuz səkkiz manat on bir qəpik) manat ödənilməmiş hissə və 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 13903054 saylı müqavilə üzrə 260,92 (iki yüz altmış manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 26,08 (iyimri altı manat səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə, 642 (altı yüz qırx iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat vəsaitin alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" MMC ilə bağladığı müqavilə çərçivəsində əldə etdiyi radiator məhsulunu 3 ay sonra zəmanət hüququndan istifadə edərək “Kontakt Home” Əcəmi filialına təhvil vermişdir. Əməkdaşlar məhsulun istənilən vaxt başqa məhsulla əvəz oluna biləcəyini bildirsələr də, sonradan məlum olmuşdur ki, məhsul başqa şəxsə satılmış və buna baxmayaraq onun üzərində borc saxlanılmışdır. Həmçinin onun təkrar müraciətləri, qaynar xəttə etdiyi şikayətlər cavabsız qalmış, ona isə heç bir əvəz verilməmişdir. Qanuna zidd olaraq birinci instansiya məhkəməsi bu halları araşdırmamış, nə onun şikayətlərini, nə də məhsulun faktiki vəziyyətini qiymətləndirməmiş, nəticədə, haqsız yerə onun üzərinə ödənilməmiş borc və faiz tələbi saxlanılmışdır. Bu səbəbdən hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 2024-cü il tarixli qətnaməsi qanunsuz və əsassızdır, nəticələri işin real faktiki hallarına uyğun gəlmir və ona görə də Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməlidir. Satıcı ilə bağlanmış müqavilə çərçivəsində o, zəmanət hüququndan istifadə edərək məhsulu təhvil vermişdir. Bu, müqavilə üzrə ona düşən öhdəliyin yerinə yetirilməsidir. Qarşı tərəf isə müqavilə üzrə öz öhdəliyini – məhsulu əvəz etməyi və ya ödənişi ləğv etməyi yerinə yetirməmişdir. Satıcı məhsulu üçüncü şəxsə satmaqla, müqavilənin predmeti olan əşyanı itirmiş və müqavilə strukturunu birtərəfli şəkildə dəyişmişdir. Bu dəyişiklik nə onun razılığıyla, nə də qanuni əsasla həyata keçirilməmişdir. Bu isə qanunsuz, birtərəfli dəyişiklikdir və hüquqi nəticə doğurmamalıdır. Zəmanət müddətində nasaz məhsul təhvil verildikdə, istehlakçıya yeni məhsul təqdim edilməli, ya da dəyəri qaytarılmalıdır. Lakin o nə yeni məhsul almış, nə də pul vəsaiti və ya borcun ləğvini görmüşdr. Əvəzində, onun məhsulu başqasına satılıb, o isə borclu saxlanılmışdır. Bu, qanunla qorunan hüququ olan zəmanət mexanizminin formal şəkildə pozulmasıdır. Onun məhsulu hüquqi əsas olmadan satılmış və qarşı tərəf həmin satışdan gəlir əldə etmişdir. Ona isə nə gəlirin hissəsi, nə kompensasiya, nə də borcun silinməsi təmin edilməmişdir. Bu, açıq-aşkar əsassız varlanma halıdır. Məhsul artıq satıldığına görə bu halda məhsulun dəyəri cavabdehə qaytarılmalı, ya da ən azı borc öhdəliyi ləğv edilməli idi. O, məhsulu qaytardıqda qarşı tərəfin müqavilə öhdəliyini yerinə yetirəcəyinə əsaslı inamı vardı. Lakin nəticə əldə olunmayıb və o aldadılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2024-cü il tarixli, 2(073)-3443/2024 nömrəli mülki iş üzrə çıxardığı qətnaməsinin ləğv edilməsini və cavabdeh olaraq onunla bağlanmış müqavilə üzrə məhsulun geri qaytarılmasına, onun üçüncü şəxsə satılmasına və buna baxmayaraq borc öhdəliyinin onun üzərində əsassız saxlanılmasına dair halların hüquqi cəhətdən qiymətləndirilməsini nəzərə alaraq, iddianın təmin edilməməsi və onun adına yazılmış borc və faizlərin tam ləğv edilməsi barədə yeni və ədalətli qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı "xxxx" MMC məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, 2(073)-353/2025 saylı mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə tanış olmuş, orada göstərilən müddəalarla razı olmamışlar. Cavabdehlə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, BLACKVİEW TAB 7 10.1-İNCH 3/32GB-GREY markalı planşet, NAQİLSİZ TOZSORAN GORENJE SVC219FMW markalı və RADİATOR HOFFMANN 0H9111 (BLACK) markalı əşyaları cavabdeh, yəni Cavabdeh tərəfindən tam və qüsursuz şəkildə təhvil alınmış və imzası ilə təsdiq edilmişdir. Eyni zamanda, bildirmişdir ki, RADİATOR HOFFMANN 0H9111 (BLACK) hal-hazırda məişət cihazları anbarındadır, cavabdeh cihazı istənilən vaxt götürə bilər. Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(073)-353/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" ilə bağlı verdiyi apellasiya şikayətinə nəticə hissəsi olaraq Cəlilabad Rayon Məhkəməsinin qətnaməsini ləğv edib bağlanmış müqaviləyə xitam verilərək ödədiyi pulun ona qaytarılması, iddiaçının ona satılmış məhsulun başqa birinə satılaraq adında qalan müqaviləyə görə ona hesablanmış faizlərin və qalıq borcun silinməsi və MKR-ə onun təqsiri üzündən olmadığı üçün gecikmələrin silinməsi üçün məlumat ötürülməsi haqda əsaslı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi keçirilən məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, mübahisələndirilən hissədə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-353/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini iş materiallarında olan sübutlarla əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində cavabdeh olaraq onunla bağlanmış müqavilə üzrə məhsulun geri qaytarılmasına, onun üçüncü şəxsə satılmasına və buna baxmayaraq borc öhdəliyinin onun üzərində əsassız saxlanılmasına dair halların hüquqi cəhətdən qiymətləndirilməsini nəzərə alaraq, iddianın təmin edilməməsi və onun adına yazılmış borc və faizlərin tam ləğv edilməsi barədə yeni və ədalətli qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçı təşkilatdan İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet, NAQİLSİZ TOZSORAN GORENJE və RADİATOR HOFFMANN almış və nəticədə 642 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 363.06 manat (18 ay x 20.17 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********16626 BLACKVİEW TAB 7 markalı planşet üçün ümumilikdə 287 manat olmaqla, ondan 260.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.08 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023- cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 359.98 manat (18 ay x 19.94 manat + 1 manat ilkin ödəniş) NAQİLSİZ TOZSORAN GORENJE üçün ümumilikdə 262 manat olmaqla, ondan 238.11 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.89 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 170,94 manat (18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) RADİATOR HOFFMANN üçün ümumilikdə 93 manat olmaqla, ondan 84.63 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.37 manat cərimə; Cəmi ödədiyi məbləğ 310.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığında, həmçinin göndərilmiş xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya, ümumilikdə, 642 manat borcu yaranmışdır Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilə üzrə 84,63 manat ödənilməmiş hissə və 8,37 manat cərimə, xx.xx.2023-cü il tarixli, 16651885 saylı müqavilə üzrə 238,11 manat ödənilməmiş hissə və 23,89 manat cərimə, xx.xx.2023- cü il tarixli, 13903054 saylı müqavilə üzrə 260,92 manat ödənilməmiş hissə və 26,08 manat cərimə olmaqla, ümumilikdə, 642 manat alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, "xxxx" MMC ilə bağladığı müqavilə çərçivəsində əldə etdiyi radiator məhsulunu 3 ay sonra zəmanət hüququndan istifadə edərək “Kontakt Home” Əcəmi filialına təhvil vermişdir. Sonradan məlum olmuşdur ki, məhsul başqa şəxsə satılmış və buna baxmayaraq onun üzərində borc saxlanılmışdır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli bildirişdən və ona edilmiş təhvil-təslim aktından görünür ki, cavabdeh “RADİATOR HOFFMANN OH9111” markalı məhsulu xx.xx.2022-ci il tarixdə iddiaçı təşkilatdan tam qüsursuz halda təhvil almışdır. İddiaçı "xxxx" MMC məhkəməyə ünvanladığı etirazda qeyd etmişdir ki, RADİATOR HOFFMANN 0H9111 (BLACK) hal-hazırda məişət cihazları anbarındadır, cavabdeh cihazı istənilən vaxt götürə bilər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin tələblərindən göründüyü kimi, satıcının əşyanı alıcının mülkiyyətinə vermək, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək vəzifəsi vardır. Məhsulun iddiaçıda olduğu (hazırkı işdə olduğu kimi) şəraitdə sonuncunun cavabehdən pul məbləğini tələb etmək hüququ yoxdur. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2022-ci il tarixli, 03472650 saylı müqavilə üzrə 84,63 (səksən dörd manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 8,37 (səkkiz manat otuz yeddi qəpik) manat cərimə” hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-353/2025 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 84,63 manat ödənilməmiş hissə və 8,37 manat cərimə hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-353/2025 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 84,63 manat ödənilməmiş hissə və 8,37 manat cərimə hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1094/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1094/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver