Məhkəmə qərarları › İş №2(106)-1096/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1096/2023

26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1096/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X22 iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(048)-206/2023 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Arxiv arayışının verilməsi üçün əsas olan sənədlərin Ərizəçi məxsus olması və Xanmədov-Mehtiyev İsa-İsabala Oruc oğlunun Ərizəçi ilə eyni şəxs olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(048)-206/2023 saylı qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) ərizə təmin edilərək, Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 sentyabr 2022-ci il tarixli 81/2 saylı arayışın Ərizəçi məxsus olması və Xanmədov-Mehtiyev İsa-İsabala Oruc oğlunun Ərizəçi ilə eyni şəxs olma faktının müəyyən edilməsi qət edilmişdir. Lerik Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(048)-206/2023 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 228-ci maddəsinə uyğun olaraq Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(048)- 206/2023 saylı qətnaməsinin giriş, əsalandırıcı və nəticə hissəsində “Xanmədov-Mehtiyev İsa-İsabala Oruc oğlunun Ərizəçi ilə eyni şəxs olma faktının müəyyən edilməsi” ifadəsinin yanlış olması səbəbindən qətnamədən xaric edilməsi qərara alınmışdır. Qətnamədən maraqlı şəxs DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il 2(048)- 206/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. İşinhalları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı ildə Lerik rayonunun Əvilə kəndində anadan olmuş və hazırda Lerik rayonunun Əvilə kəndində yaşayır.X14, anası X11 olmuşdur. Ailədə 12 uşaq olmaqla doğum akt qeydlərində onun doğum tarixi 1956-cı təvəlüdlü Ərizəçi, qardaşı 1959-cu il təvəllüdlü X32, bacısı 1961-ci il təvəllüdlü X3 analarının soyadı X1 ilə eyni, yəni Xanmədov digər bacı və qardaşlarının soyadı bacısı 1963-cü il təvəllüdlü X20, qardaşı 1965-ci il təvəllüdlü X46, qardaşı 1966-cı il təvəllüdlü X47, qardaşı 1968-ci il təvəllüdlü X24, bacısı 1969-cu il təvəllüdlü X21, qardaşı 1970-ci il təvəllüdlü X33, bacısı 1972-ci il təvəllüdlü X34, qardaşı 1974-cü il təvəllüdlü X40 qardaşı 1981-ci il təvəllüdlü X2, atası X4 kimi, yəni Mehtiyev kimi qeyd edilmişdir. Müxtəlif illərdə 1 may kolxozunda fəhlə sonradan birqadir vəzifələrində işləmişdir. İşlədiyi vaxtlarda soyadı atası X5 kimi qeyd olunmuşdur. Onun soyadının Mehtiyev kimi qeyd edilməsi onun üçün çətinliklər yaradır. Lerik rayon Əvilə kəndində Xanmədov-Mehtiyev İsa-İsabalaOruc oğlu adlı ikinci bir şəxs yoxdur, sadəcə onun soyadı atası X5 kimi qeyd edilmişdir. Bunu onunla birlikdə işləmiş həmkəndliləri 1952-ci il təvəllüdlü X16, 1945-ci il təvəlldülü X17 və 1962-ci təvəllüdlü X48 adlı şahidlərdə təsdiq edir. Apellyasiyaşikayətinindəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Fondun 1 saylı Lənkəran-Astara regional filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-1(120)-1036/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Ərizəçi Lerik rayon sabiq “1 May” adına kolxozunda işlədiyi 1972- 1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət, texnikumda təhsil aldığı dövr, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Fondun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilmiş, hazırda Şirvan Apellyasiya Məhkəməsində 2-1(106)- 8/2023 nömrəli inzibati işin icraatı davam etməkdədir. Eyni zamanda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X18 Ərizəçi ilə eyni şəxs olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı məhkəmə prosesinə maraqlı şəxs qismində cəlb edilməmişdir. Lerik Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(048)-783/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Daha sonra ərizəçi 30 yanvar 2023-cü il tarixdə təkrar Lerik Rayon Məhkəməsinə müraciət edərək arxiv arayışının verilməsi üçün əsas olan sənədlərin Ərizəçi məxsus olması və Xanmədov-Mehtiyev İsa-İsabala Oruc oğlunun Ərizəçi ilə eyni şəxs olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(048)-206/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. İşlə bağlı onlar tərəfindən etiraz göndərilmiş, qeyd olunan qətnamədə etiraza münasibət bildirilməmişdir. Göründüyü kimi Lerik Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(048)-783/2022 nömrəli qətnaməsində X18 Ərizəçi ilə eyni şəxs olma faktı müəyyən edildiyi halda 03 aprel 2023-cü il tarixli 2(048)- 206/2023 nömrəli qətnaməsində də eyni fakt müəyyən edilmişdir. Prosessualməsələlər: Maraqlı şəxs DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X49 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, işdə olan Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(048)-206/2023 saylı qətnaməsindəki yanlışlığın aradan qaldırılmasına dair Lerik Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(048)-206/2023 saylı qərardadından məlumatları olmamış və həmin qərardad maraqlı şəxs olaraq onlara göndərilməmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Əsaslandırma: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Lerik rayon İcra Hakimiyyəti başçısının Livədirqə kənd ƏİN tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 439 saylı arayışdan görünür ki, Ərizəçi 09 dekabr 1995ci il tarixdə vəfat etmiş atası X50, 21 dekabr 2016-cı il tarixdə vəfat etmiş anası X8m vəfat etdikləri vaxta kimi daimi yaşayış yeri Lerik rayonu Əvilə kəndi olmuşdur. X12 və mərhum X7 vəfat etdiyi vaxta qədər ailə tərkibi aşağıdakı kimi olmuşdur: Ərizəçi, X32, X51, X20, X46, X47, X24, X21, X33, X34, X40 və X13 ibarət olmuşdur. İşdə olan Lerik rayin İcra Hakimiyyəti başçısının Livədirqə kənd ƏİN tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 438 saylı arayışdan görünür ki, Ərizəçi ailə tərkibi arvadı X19, qızı X35, oğlu, X54, oğlu X55, oğlu X58, qızı X36, qızı X27, qızı X37, oğlu X28 ibarətdir. İşdə olan Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 sentyabr 2022-ci il tarixli 81/2 saylı arxiv arayışından görünür ki, Ərizəçi 1977-1994-cü illərdə “1 May” kalxozunda çalışmışdır. İşdə olan Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 yanvar 2017-ci il tarixli AZ-İ № 836073 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi mərhum anası X11 14 yanvar 2017-ci il tarixdə qocalıq və durğunluq pnev xəstəliyindən vəfat etmişdir. İşdə olan Lerik rayon Livədirqə kən ƏİN tərəfindən 16 dekabr 1995-ci il tarixdə verilmiş 16 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X50 14 dekabr 1995-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həqiqətən də Ərizəçi onunla birlikdə “1 may” kolxozunda fəhlə sonradan briqadir vəzifələrində işləmişdir. İşədiyi müddətdə sənədlərdə onun soyadı Mehtiyev adı isə-İsabala Oruc oğlu kimi, yəni X9 qeyd olunmuşdur. Əslində isə o, Ərizəçidur. Digər şahidlər X17 və X48 da şahid X16 ilə eyni məzmunlu izahat vermişlər. Birinci instansiya məhkəməsində işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxxx 1956-ci ildə Lerik rayonunun Əvilə kəndində anadan olmuş və hazırda həmin kəndində yaşayır. Ərizəçi 1977-ci ildən 1994-cü ililin dekabr ayına qədər Lerik rayonundakı keçmiş “1 May” adına kolxozda işləmişdir. İşlədiyi yerlərdə ona əmək fəaliyyəti barədə əmək kitabçası verilməmişdir. İşə qəbul edilərkən və ya işdən azad edilərkən aidiyyəti sənədlərdə, eləcə də arxiv arayışlarında onun adı və soyadı yalnışlıqla X10 qeyd olunmuşdur. Bu hal Livədirqə ƏİN-nin 04 noyabr 2022-cı il tarixli 438 saylı və 04 noyabr 2022-ci il tarixli 439 saylı arayışları ilə də təsdiq edilir. Ərizəçi pensiyasının təyini üçün müvafiq sənədləri, o cümlədən Lerik Rayon Dövlət Arxivinin 18 sentyabr 2022-ci il tarixli 81/2 saylı arayışını DSMF-a təqdim etmiş, lakin DSMF-yə təqdim etdiyi arxiv arayışlarına əsasən ona pensiya təyinin mümkünsüz olduğunu bildirməklə ona pensiya təyin edilərkən arxiv arayışında göstərilən illərin iş stajı kimi hesablanmasından imtina edilmiş və həmin arayşların ona məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi mübahisələndirilmiş və buna görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 sentyabr 2022-ci il tarixli 81/2 saylı arayışın Ərizəçi məxsus olması faktı iş üzrə dindirilmş şahid ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndidə deyilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Kollegiya eyni zamanda diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adıçəkilən qərarında göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Apellyasiya şikayətinin sənəddə göstərilmiş şəxsin həmin şəxs olması faktının müəyyən edilməsinin yolverilməzliyi ilə əlaqdar dəlili üzrə nəzərə alınmalıdır ki, bu barədə Lerik Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(048)-738/2022 saylı qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli 2(106)-710/2023 saylı qərardadı ilə qismən təmin edilərək, Lerik Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(048)-738/2022 saylı qətnaməsi ləğv edilmiş və Ərizəçi sənəddə göstərilən şəxsin eyni şəxs olma faktının müəyyən edilməsi barədə ərizəsi haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edilməlidir ki, hazırkı iş üzrə ərizədə Xanmədov-Mehtiyev İsa-İsabala Oruc oğlunun Ərizəçi ilə eyni şəxs olma faktının müəyyən edilməsi barədə xahiş olmamış və qətnamədə göstərilsə də, Lerik Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(048)- 206/2023 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(048)- 206/2023 saylı qətnaməsinin giriş, əsaslandırıcı və nəticə hissəsində “Xanmədov- Mehtiyev İsa-İsabala Oruc oğlunun Ərizəçi ilə eyni şəxs olma faktının müəyyən edilməsi” ifadəsinin yanlış olması səbəbindən qətnamədən xaric edilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, iddia tələbindən kənara çıxmaqla yol verilmiş həmin yanlışılığın aradan qaldırılması işə mahiyyəti üzrə təsir göstərmir. Qeyd edilən yanlışlığın aradan qaldırılması nəticəsində göstərilən dəlil artıq əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətlərinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(048)-206/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(048)-206/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar