Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1109/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X14 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X8 qarşı evə köçürülmə və evdən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Xırdapay kəndində 0,35 ha torpaq sahəsində, ümumi sahəsi 147.6 kv.metr olan fərdi yaşayış evinə məcburi köçürülmələri və həmin fərdi yaşayış evindən maneəsiz istifadə edə bilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslanmışdır ki, iddiaçılar mərhum ataları X5 qanun üzrə vərəsələri olmaqla Kürdəmir rayonun Xırdapay kəındində 0.35 ha torpaq sahəsində yerləşən, 147.6 kv.metr sahəsi olan fərdi yaşayış evindən iddiaçılar hər biri 2/21 hissədə miras payı əldə edərək paylı mülkiyyətçı olmuşlar. Göstərilən fərdi yaşayış evində iddiaçılardan başqa cavabdeh X16 da 1/7 hissədə paylı mülkiyyətçidir. Cavabdeh Kürdəmir rayon məhkəməsinə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmçiş və onun tələbi Kürdəmir rayon məhkəməsinin 2(041)-55/2023 saylı tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə icraya yönəldilmiş və cavabdeh Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evinə köçürülmüşdür. Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147.6 kv. m olan fərdi yaşayış evi İddiaçı1, X16 və İddiaçı2 paylı mülkiyyətində olmalarına baxmayaraq, cavabdeh onları evə buraxmır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, izahatında bildirdi ki, cavabdeh X16 qardaşı oğludur. 1996-cı ildə qardaşı Eldar intihar etdikdən sonra onun həyat yoldaşı İlhamə 2 övladı ilə birlikdə onun valideynlərinə məxsus evdən çıxmış və öz valideynlərinin yaşadığı Kürdəmir rayonunun Qağacılı kəndində yaşamağa getmişdir. 2003-cü ildə atası X17 qardaşı arvadına 8000 manat pul verərək özünə ev almasını tapşırmışdır. Bundan sonra iddiaçının anası həmin pulla Kürdəmir rayon Mərkəzi Xəstəxanasının yanında həyət evi alaraq orada yaşamağa başlamışlar. Bundan sonra cavabdehin anası evli bir nəfərlə ailə qurduqdan sonra Feyruzu da öz yanına aparmış və 2007-ci ilə kimi anasının yanında onlarla birlikdə yaşamışdır. Sonradan cavabdehin anası yeni ailəsi ilə birldikdə Bakı şəhərninə getmiş və cavabdehi da özü ilə Bakı şəhərinə aparmış, Kürdəmirdəki evi isə kirayəyə vermişdir. Cavabdehin anası Bakı şəhərində ev almış və onun yeni ailəsindən 2 uşağı var. Cavabdehin anası Kürdəmirdəki evi cavabdehə vermiş və cavabdeh ailəsi ilə birlikdə hal-hazıra kimi həmin evdə yaşayır. xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən Kürdəmir rayonu, Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan fərdi yaşayış evi onun adına qeydə alınmış, X15, X18, X9, X16, X6 1/7 hissədə, İddiaçı1, İddiaçı2 və X2 isə 2/21 hissədə payları müəyyən olunmuşdur. Göründüyü kimi cavabdehin mübahisəli evə 1/7 hissədə mülkiyyət hüququ qeydə alınsa da, 2 mərtəbəli 6 otaqdan ibarət evdən tək istifadə edir, həmin evə mülkiyyət hüququ olan digər paylı mülkiyyətçiləri həmin evə buraxmır. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirdi ki, mübahisə edilən fərdi yaşayış evi atası X10 məxsus olmuş, anası Anagül, qardaşları Möhkəm, Eldar, Pərvin bacıları Günel, Rəsmiyyə ilə birlikdə orada yaşamış və boya-başa çatmışlar. Valideynləri vəfat edəndən sonra Möhkəm işi ilə bağlı müvəqqəti olaraq Bakı şəhərində yaşamış, Pərvin başqa ünvana köçmüş, Eldar intihar etmiş, bacıları ailə qurduqlarına görə bir müddət ev boş qalmış və bundan istifadə edən qardaşı Eldarın oğlu Feyruz onların xəbəri olmadan özbaşına olaraq evi zəbt edərək orada yaşamağa başlamış, sonralar evə köçməyə dair məhkəmə qətnaməsi çıxardırmış, həmin qətnamədən vərəsələrin məlumatı olmamışdır. 2023-cü ildə evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış və vərəsələrin payları göstərilməklə qardaşı Möhkəmin adına çıxarış verilmişdir. Cavabdeh evə dair hüquqmüəyyən edici sənədləri olmasına baxmayaraq, özbaşınalıq edərək onları evə buraxmır və evdən istifadə etmələrinə əsassız olaraq maneçilik törədir. İddiaçı sonda işin qeyd edilən faktiki hallarını və təqdim edilmiş sənədləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X11 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.1993-cü il tarixdə babası mərhum X10 məxsus evdə doğulmuş, atası Eldar Nuxiyev vəfat etmiş, anası isə başqa şəxslə evlənib ailə qurmuş və hazırda Bakı şəhərində yaşayır. O, mərhum babası Əlisanın himayəsində yaşamışdır. Yaşadığı evin yerləşdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bu barədə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə, həmçinin mərhum babası X17 başda olmaqla ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Bundan başqa Xırdapay kəndində mərhum babası və digər ailə üzvləri ilə birlikdə onların ümumi birgə mülkiyyətlərində 0,26 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsinə görə də onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-304B KOD 90616018 nömrəli Şəhadətnamə verilmişdir. O, öz valideynləri ilə birlikdə birgə mülkiyyətdə olan JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə ilə verilmiş 0,35 ha həyətyanı torpaq sahəsində olan hazırda ümumi birgə mülkiyyətdə yerləşən fərdi yaşayış evində böyüyüb boya başa çatmış, orta məktəbi həmin evdə yaşadığı müddətdə bitirmiş və həmin evdən də həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini başa vurub yaşadığı evə qayıdıb gəlmişdir. İddiaçı əmisi İddiaçı1 və bibisi İddiaçı2 isə onlarla birlikdə ümumiyyətlə yaşamayıb və onların həmin evə və torpaq sahəsinə heç bir aidiyyəti də yoxdur. iddiaçıların özlərinin ayrı evi var və ailələri ilə birlikdə öz evlərində yaşayırlar. 2015-ci ildə işləmək üçün Bakı şəhərinə gedib bir müddət orada kirayədə yaşamışdır. 2017-ci ildə isə X19 ilə evlənib ailə qurmuşdur. 2018-ci ildə Azərbaycan Ordusunda müddətdən artıq hərbi xitmətə işə qəbul olunduqdan sonra əvvəl yaşadığı evə gəlib orada yaşamaq istəmiş, lakin iddiaçı əmisi onu həmin evə buraxmayaraq, evi öz oğluna verəcəyini bildirmişdir. O, evin atasına məxsus olmaqla mülkiyyətində olduğunu bildirsə də, əmisi onunla razılaşmamışdır. Uzun müddətdir ki, o, babasından və atasından miras qalan və ümumi birgə mülkiyyətlərində olan evdə yaşayır İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Xaliq İmanov), iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və Umudova X7 rayonu, Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri, iddiaçıların birgə paylı mülkiyyətlərində olan, Kürdəmir rayonu, Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evindən istifadələrinə yarada biləcək maneələrin cavabdeh X8 qadağan edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X16 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-34/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh X16 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-34/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdeh X4 apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti;. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
232. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının tərkib hissəsinin digər mülkiyyətçisindən onun payını əldə etmiş və ya sonrakı razılaşma yolu ilə bu cür üstünlük hüququnu başqasına vermiş və daşınmaz əmlakın dövlət reyestrində xeyrinə təminat qeydi aparılmış üçüncü şəxs barəsində əldə etmədə üstünlük hüququna malik deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə bilər ki, yaşayış binasının tərkib hissəsinin özgəninkiləşdirilməsi, onun istifadə hüququ və ya mənzil hüququ ilə yüklü edilməsi, habelə kirayəyə verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki, yaşayış binasının tərkib hissəsinin qalan mülkiyyətçiləri müvafiq qərar qəbul edərək, onlara məlumat verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər etiraz tutarlı əsas olmadan verilmişdirsə, etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının xahişi ilə onun iddiasının təmin edilməsi barədə sərəncam verir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisələndirdiyi fərdi yaşayış evi həm iddiaçıların həm də cavabdehin birgə mülkiyyətində olduğundan və iddiaçıların miras əmlak üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən məhdudlaşdırıldığından iddiaçıların tələbi əsaslı hesab edilərək təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəsi ilə qeydə alınmış çıxarışdan görünür ki, Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmış, X15, X18, X9, X16, X6 1/7 hissədə, İddiaçı1, İddiaçı2 və X2 isə 2/21 hissədə payları müəyyən olunmuşdur.. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçılar mərhum ataları X5 qanun üzrə vərəsələri olmaqla Kürdəmir rayonun Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən, 147.6 kv.metr sahəsi olan fərdi yaşayış evindən iddiaçılar hər biri 2/21 hissədə miras payı əldə edərək paylı mülkiyyətçi olmuşlar. Göstərilən fərdi yaşayış evində iddiaçılardan başqa cavabdeh X16 da 1/7 hissədə paylı mülkiyyətçidir. Cavabdeh Kürdəmir rayon məhkəməsinə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və onun tələbi Kürdəmir rayon məhkəməsinin 2(041)-55/2023 saylı tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamə icraya yönəldilmiş və cavabdeh Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evinə köçürülmüşdür. Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147.6 kv. m olan fərdi yaşayış evi İddiaçı1, X16 və İddiaçı2 paylı mülkiyyətində olmalarına baxmayaraq, cavabdeh onları evə buraxmır. Cavabdehin iddiaya etirazından və apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, o, xx.xx.1993-cü il tarixdə mərhum babası X12 məxsus, Kürdəmir rayonunun Xırdapay kəndində 0,35 ha torpaq sahəsində yerləşən evdə doğulmuşdur. X32 vəfat etmiş, anası isə başqa şəxslə evlənib ailə qurmuş və hazırda Bakı şəhərində yaşayır. O mərhum babası Əlisa ilə yaşamış və yaşadığı evin yerləşdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN- 304F KOD 90616018 nömrəli şəhadətnamə, həmçinin mərhum babası X20 başda olmaqla ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə və xx.xx.2022-ciil tarixli, ********** nömrəli çıxarışda hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 adları birgə mülkiyyətçi kimi göstərilməmişdir. Bundan başqa Xırdapay kəndində mərhum babası və digər ailə üzvlərilə birlikdə onların ümumi birgə mülkiyyətlərində 0,26 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsinə görə də onalra torpağın mülkiyyətə verilməsinə dair JN-304B KOD 90616018 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də hazırki iş üzrə iddiaçılar olan İddiaçı1 və İddiaçı2 adları birgə mülkiyyətçi kimi göstərilməmişdir. Hazırki iş üzrə iddiaçılar olan İddiaçı1 və İddiaçı2 mərhum babasının vərəsələri olsalar da ailə qurandan sonra onlarla birlikdə yaşamamış və hazırda öz ailələri ilə birlikdə özlərinə məxsus olan evdə yaşayırlar. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2-ci maddələr). Mülki Məcəllənin 222.1-ci maddəsinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Göründüyü kimi, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Birgə mülkiyyətin iştirakçıları əmlakdan sahiblik, istifadə hüququnu digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan və digər mülkiyyətçilərin istifadəsinə hər hansı maneə yaratmadan sərbəst surətdə həyata keçirə bilərlər. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. İş materiallarının tədqiqindən müəyyən edilir ki, Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan fərdi yaşayış evi X5 mülkiyyətində olmuşdur. Mülkiyyətçinin ölümündən sonra miras əmlak onun vərəsələrinə keçmiş və xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəsi ilə qeydə alınmış çıxarış üzrə irsi transmissiya da nəzərə alınmaqla fərdi yaşayış evi üzərində birgə payçılar X15, X18, X9, X16, X6 1/7 hissədə, İddiaçı1, İddiaçı2 və X2 isə 2/21 hissədə payları müəyyən olunmuşdur. Hazırda həmin evdə 1/7 hissədə payı olan X16 ailəsi ilə birlikdə yaşayır. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evə 2/21 hissədə payları müəyyən olunmuş və evin birgə mülkiyyətçiləri hesab edilir. İddiaçılar birgə mülkiyyətlərində olan evdən istifadə etmək istəsələr də, cavabdeh onlara mane olur və onları həmin evə buraxmır. Bu isə onu göstərir ki, cavabdeh onun babası X3 vərəsəlik qaydasında keçmiş və hazırda həm iddiaçıların həm də cavabdehin birgə mülkiyyətində olan Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan fərdi yaşayış evindən cavabdehlərin əşyanın birgə mülkiyyətçiləri kimi ondan istifadə hüququna maneə yaratmaqla iddiaçıların mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıların iddia tələbləri əsaslı olmaqla cavabdehin apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasıı; QƏT ETDİ: Cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-34/2024 saylı, 05 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.