Məhkəmə qərarları › İş №2(106)-1113/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1113/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1113/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh4 və qeyrilərinə qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 22480,34 manat əsas borc, 3978,93 manat faiz və 7005,90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 33464,36 manat kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və xidmət haqqının əvəzinin tutulması, tutmanın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, satışından əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin müştərək qaydada Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 tutulması, əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh8 həmin torpaqdan və evdən çıxarılması, əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 22480,34 manat əsas kredit borcu, kredit müqaviləsinin bitdiyi tarixə 3978,93 manat faiz borcu, 100 manat cərimə borcu, ümumilikdə - 26559,27 (iyirmi altı min beş yüz əlli doqquz manat iyirmi yeddi qəpik) AZN məbləğində pul vəsaitinin, həmçinin iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə köçürülmüş 30 manat (10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı) pulun 25 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı QSC-nin hesabına köçürülməsi, yuxarıda qeyd olunan Kredit Müqaviləsi üzrə tələb olunan pul vəsaitinin xx.xx.2019-cu il tarixli İpoteka (Girov) Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə məxsus Sabirabad şəhəri, M.H.Şəhriyar küçəsi, 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən 111 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) 95.500 (doxsan beş min beş yüz) AZN məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 bərabər hissələrdə verilməsi, ipoteka predmeti ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh8 evinin boşaldaraq evdən çıxarılmaları və evin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Hazırkı iş üzrə apellyasiya şikayəti verən Cavabdeh1 şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin (əsas borc hissəsində və ipoteka yüklü hissəsində) ləğv edilərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etsə də, iddia tələbinin konkret olaraq hansı qaydada təmin edilməsini, şikayətinin konkret əsaslarını, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməmişdir. Beləliklə, müəyyən edilir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində apellyasiya şikayətinin qanunla müəyyən edilmiş forma və məzmununa əməl edilməmişdir. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyini yoxlamadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci madəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARAALDİ: Sabirabad Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(056)-3/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar