Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1113/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi) daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi barədə ərizəsinə dair İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-533/2024 saylı qətnaməsindən ərizəçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyənetdi: Ərizəçi nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və mülkiyyətə qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Dağıstan Respublikası Serqoqala rayonu Serqoqala kəndi Lomonosov küçəsi ev 22-də yaşayan X4 tərəfindən (Pasport: 82.99. 079838) Azərbaycan Respublikası ərazisinə xx.xx.2003-cü il tarixdə gətirilmiş “Mersedes Bens G-500” markalı B 088 HM/05 Rus dövlət nömrə nişanlı (Buraxılış ili 1999; Qara rəngi; Ban nömrəsi: WDB 46324117; Mühərrik nömrəsi: **********9360) nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və həmin avtomobilin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-533/2024 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) Ərizəçi ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçinin nümayəndəsi Vəkil İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-533/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşinhalları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə İmişli şəhərində yaşayır. O, 2003-cü ildə Dağıstan Respublikasının vətəndaşı X2 1999-cu il buraxılışlı, qara rəngli, **********9360 mühərrik nömrəli, “Mercedes Benz G500” markalı avtomaşını pulunu ödəyərək almışdır. O zaman X1 bildirmişdir ki, təcili Dağıstan Respublikasına getməlidir və yaxın vaxtda qayıdıb gəlib maşını sənədləşdirəcəkdir. Lakin o, bir daha Azərbaycan Respublikasına qayıtmamış və buna görə də, ərizəçi maşını sənədləşdirə bilməmişdir. Hazırda sözügedən avtomobili qanuni istifadə etmək üçün həmin avtomobil X8 və X9 sənədləşdirilməlidir. Lakin o, avtomobili sənədləşdirə bilmir. Başqa yolu olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. O, avtomobili pulunu ödəyərək almışdır və həmin avtomobil 20 ildən artıqdır ki, ondadır və bunu şahidlər də təsdiq edə bilər. Apellyasiyaşikayətinindəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Mersedes Benz G500” markalı B 088 HM/05 Rus dövlət nişanlı avtomobil Ərizəçi tərəfindən mənimsənilməmiş, avtomobilin mülkiyyətçisi olan X3 əlindən zorla alınmamışdır. Sonuncu özünə məxsus həmin avtomobili "xxxx" MMC qarşısında 100000 ABŞ dollardan ibarət öhdəliyin təminatı olaraq avtomobili Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə könülü surətdə ərizəçiyə təhvil vermişdir. Avtomobilin keçmiş mülkiyyətçisi X4 ******* ABŞ dolları məbləğində borcunun müqabilində mülkiyyətindən öz iradəsi ilə imtina etmiş, o, avtomobil üzərində mülkiyyət hüququnu saxlamaq niyyətindən əl çəkmişdir. Həmçinin avtomobilin ölkəyə gətirildiyi 2003-cü ildən avtomobilin mülkiyyətçisi vəfat edənədək, habelə sonuncunun ölümündən sonrakı vaxtarda da avtomobillə bağlı heç bir mübahisə yaranmamışdır. X4 və ya hər hansı 3-cü şəxs(lər) avtomobillə bağlı (avtomobilin oğurlanması, gizlədilməsi, zorla alınması və s.) Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına hər hansı formada müraciət etməmişlər. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına Rusiya Federasiyasından da hər hansı sorğu daxil olmamışdır. Bütün bu göstərilənlər ona əsas verir ki, 2003-cü ilin oktyabr ayından mülkiyyətçisi olduğu, lakin sonradan könülü olaraq imtina etdiyi “Mersedes Benz G500” markalı B 088 HM/05 Rus dövlət nişanlı buraxılış ili 1999; qara rəngli, WDB 46324117 ban №-li **********09360 mühərrik №-li avtomobilin sahibsiz hesab edilməsi barədə qətnamə qəbul edilsin. Prosessualməsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Həmçinin, ərizəçinin nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-533/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Əsaslandırma: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan ** MC ***980 nömrəli əqliyyat Vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Mersedes Bens G-500” markalı B 088 HM/05 Rus dövlət nömrə nişanlı (Buraxılış ili 1999; Qara rəngi; Ban nömrəsi: WDB 46324117; Mühərrik nömrəsi: **********9360) nəqliyyat vasitəsi xx.xx.2003-cü il tarixdə Dağıstan Respublikası Serqoqala rayonu Serqoqala kəndi Lomonosov küçəsi ev 22-də yaşayan X3 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2003-cü il tarixli 1003/0012X nömrəli “Nəqliyyat vasitəsinin Azərbaycan Respublikasına Müvəqqəti Gətirilmə Qaydaları haqqında” Öhdəliyinə əsasən Dağıstan Respublikası Serqoqala rayonu Serqoqala kəndi Lomonosov küçəsi ev 22-də yaşayan X4 Azərbaycan Respublikasına müvəqqəti gətirilən (Gömrük məntəqəsində 01401 nömrə ilə qeydiyyata alınmışdır) “Mersedes Bens G-500” markalı B 088 HM/05 Rus dövlət nömrə nişanlı (Buraxılış ili 1999; Mühərrik nömrəsi: **********9360) nəqliyyat vasitəsini 20 oktyabr 2003-cü il tarixədək özgəninkiləşdirməyəcəyini, digər şəxslərin istifadəsinə, yaxud sahibliyinə verməyərək geri qaytaracağını öhdəsinə götürmüşdür. (Öhdəliyin pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəyi, həmçinin avtomobil üçün müvafiq gömrük ödənişləri ödəməli olduğu barədə xəbərdar edilmişdir.). İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-33/2-003314/2024 saylı məlumata əsasən Dağıstan Respublikası Serqoqala rayonu Serqoqala kəndi Lomonosov küçəsi ev 22-də yaşayan X4 tərəfindən (Pasport: 82.99. 079838) Azərbaycan Respublikası ərazisinə xx.xx.2003-cü il tarixdə gətirilmiş “Mersedes Bens G-500” markalı B 088 HM/05 Rus dövlət nömrə nişanlı (Buraxılış ili 1999; Qara rəngi; Ban nömrəsi: WDB 46324117; Mühərrik nömrəsi: **********9360) nəqliyyat vasitəsi barədə DGK-nin informasiya resurslarında hər hansı məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 016-11k-124 nömrəli məlumata əsasən “Mersedes Bens G- 500” markalı B 088 HM/05 Rus dövlət nömrə nişanlı (Buraxılış ili 1999; Qara rəngi; Ban nömrəsi: WDB 46324117; Mühərrik nömrəsi: **********9360) nəqliyyat vasitəsi xx.xx.2004cü il tarixdən Xaçmaz Gömrük İdarəsi tərəfindən axtarışdadır. Belə ki, MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi mübahisələndirilmiş və buna görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə ərizənin təmin edilən hissəsində yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. MM-in 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. MM-in 185.1-ci maddəsinə görə mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. MPM-in 305.1.4-cü maddəsinə əsasən məhkəmə daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işə xüsusi icraat qaydasında baxır. MPM-in 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan xx.xx.2003-cü il tarixli 1003/0012X nömrəli “Nəqliyyat vasitəsinin Azərbaycan Respublikasına Müvəqqəti Gətirilmə Qaydaları haqqında” Öhdəliyin surətinə əsasən sözügedən avtomobilin əvvəlki mülkiyyətçisi X4 Azərbaycan Respublikasına müvəqqəti gətirilən həmin nəqliyyat vasitəsini xx.xx.2003-cü il tarixədək özgəninkiləşdirməyəcəyini, digər şəxslərin istifadəsinə, yaxud sahibliyinə verməyərək geri qaytaracağını öhdəsinə götürmüşdür. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 016-11k-124 nömrəli məlumata əsasən həmin nəqliyyat vasitəsi xx.xx.2004-cü il tarixdən Xaçmaz Gömrük İdarəsi tərəfindən axtarışdadır. Göründüyü kimi, hazırkı halda sözügedən nəqliyyat vasitəsi nə qədər ki axtarışdadır və mülkiyyətçi ondan imtina etməmişdir onun sahibsiz hesab edilməsi və ərizəçinin mülkiyyətinə verilməsindən söhbət gedə bilməz. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Habelə diqqətə çatdırılmalıdır ki, MM-in 650-ci maddəsindən göründüyü kimi, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Yuxarıda qeyd edilənlərə rəğmən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi barədə qənaətini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətlərinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-533/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-533/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1113/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1113/2024
20.08.2024 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver