Məhkəmə qərarları › İş №2(106)-1146/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1146/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1146/2025 04.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadından iddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-429/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin vəsatəti təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı subroqasiya qaydasında “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-429/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-429/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. İddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadından şikayət verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadının ləğv edilərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin iddiaçı "xxxx" ASC-yə münasibətdə bərpa edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında “pul” tələbinə dair mülki iş üzrə qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar Mülki Prosessual Məcəllə ilə tənzimlənmədiyindən Prosessual Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 429/2021 nömrəli qərardadından iddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı subroqasiya qaydasında “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-429/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-429/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. İddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadından şikayət verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadının ləğv edilərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin iddiaçı "xxxx" ASC-nə münasibətdə bərpa edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(049)- 429/2021 saylı qərardadında iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında “pul” tələbinə dair mülki iş üzrə qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını və həmin qərardaddan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini müəyyən etməklə prosessual pozuntuya yol vermişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(049)- 429/2021 saylı qərardadı ilə, şikayət verilmiş qərardad olaraq Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadını qeyd etməli olduğu halda, xx.xx.2021-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadı qeyd etmişdir. Halbuki belə bir qərardad mövcud deyil. Məhkəmə tərkibi qeyd edir ki, belə bir pozuntu qərardadın aydınlığını və hüquqi qüvvəsini şübhə altına alır, apellyasiya instansiya məhkəməsi üçün məlumatların çaşdırıcı təqdiminə səbəb olur və ümumi işin qanunauyğun araşdırılmasına mane olur. Azərbaycan Respublikası MPM-nin: 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadından iddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Azərbaycan Respublikası MPM: 402.2. apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-429/2021 nömrəli qərardadından iddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar