Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1168/2025 07.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “136000 manat pul və 426 manat dövlət rüsumu” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-23/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “136000 manat pul və 426 manat dövlət rüsumu” tələbini irəli sürərək, Cavabdeh Nadir oğlundan 136000 (bir yüz otuz altı min) manat məbləğində pulun və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1968-ci il tarixində Cəlilabad şəhərində doğulub. Hazırda ailə üzvləriylə birlikdə Cəlilabad şəhərində yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Cavabdehi 2018-ci ildən tanıyır. Belə ki, cavabdeh kartof məhsulunun alqı-satqısı ilə məşğul olduğundan dəfələrlə Cəlilabad şəhərinə gələrək müxtəlif şəxslərdən kartof məhsulu alırdı. Həmin vaxtlarda cavabdehlə tanış olub və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Cavabdeh ona müraciət edərək aldığı kartof məhsullarının qablaşdırılması üçün ona kağız kartof paketi (kisə) lazım olduğunu bildirmişdir. O da həmin işlə məşğul olduğu üçün ona kağız kartof paketi (kisə) verməyi razlışadı. 2023-cü ilin may-iyun ayları ərzində cavabdehə 1 ədədi 0,80 manat olmaqla 57000 manatlıq kağız kartof paketini (kisə) yapışqan bantı (skoç) ilə birlikə nisyə olaraq satıb. Cavabdeh aldığı həmin kağız kartof paketinin (kisə) və yapışqan bantın pulunu (skoç) iki ay müddətində ödəyəcəyini bildirmişdir. Bundan başqa, Cavabdeh Cəlilabad şəhərində müxtəlif şəxslərdən aldığı kartof məhsulunu Rusiya Federasiyasına satmaq üçün göndərirdi. 2023-cü ilin may-iyun ayları ərzində cavabdeh aldığı 480 ton kartof məhsulunu Rusiya Federasiyasına göndərmək istədiyini, lakin həmin kartof məhsulunu göndərmək üçün lazım olan gömrük rüsumunu ödəməyə pulunun olmadığını və gömrük rüsumunun ödənilməsi üçün lazım olan məbləğin verilməsində ona köməklik göstərməsini məndən xahiş etmişdir. Cavabdehlə səmimi münasibətləri olduğundan və ona etibar etdiyi üçün onunla razılaşaraq cavabdehin 24 borclu olduğu 30.000 manat borcu İddiaçı dediyi Kənan adlı şəxs tərəfindən göndərilən adamlara ödəyib. Məhkəməyə təqdim olunan, onun 100000 (yüz min) ABŞ dolları məbləğində olan borcunun etirafı barədə səs qeydinə münasibətdə bildirir ki, həmin səs qeydini o, kriminalların təkidi və hədə-qorxusu ilə atmışdır. Onlar onu inandırmışlar ki, bu səsi İddiaçı göndərsin. Çünki İddiaçı də borcları var. Həmin borclu olduğu şəxslərə onun səsini qulaq asdıracaq. Amma o, 30.000 manat borcunu ödəyəcəkdir. Kriminalların ona necə hədə-qorxu gəlmələri barədə səs qeydlərini də məhkəməyə təqdim etmişdir. Heç kim qazancı olmadan kiməsə əvvəl 57.000 manat, bu borc qala-qala yenidən 110.740 manat nisyəyə pul verməz. Hələ bu ticarətlə məşğul olan adam ola. Çünki ticarətçilər həmişə əllərində nağd pul saxlayırlar ki, ticarətdən qazanc əldə etsinlər. Yəni ki, bu miqdarda pulu nisyəyə vermirlər. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı ona borcu var. Bu barədə özünün ona göndərdiyi səs qeydini məhkəməyə təqdim etmişdir. İddiaçı hazırda ona qarşı 136.000 manat pul tələbi ilə bağlı qaldırdığı iddia tələbi ona olan borcunun bağlaması məqsədini güdür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı, onun nümayəndələri Vəkil1 və Vəkil2 məhkəmə iclasına gəlməmiş, sonuncular məhkəməyə ünvanladıqları ərizələrdə işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişlər . Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin və onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı nümayəndələri Vəkil1 və Vəkil2 ayrıayrılıqda iddia tələbini müdafiə edərək bildirmişlər ki, cavabdehin iddiaçıya borclu olduğu 30000 manatı ödəməsi mübahisə olunmayan haldır. Belə ki, cavabdehin həmin borcu ödəsə də, qalan 136000 manatı ödəməmiş, məhkəməyə təqdim edilmiş maddi daşıyıcıda olan səsli mesajlarda iddiaçıya 100000 ABŞ dolları borcu olmasını etiraf etmişdir. Həmin səsli mesajlaşmalardan sonra cavabdeh 30000 manat ödəmiş, qalan pulu isə ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməmiş, etirazın dəlillərini müdafiə edib onun məzmununa uyğun çıxış edərək qardaşı İqbal Kazımovun İddiaçı cəmi 30000 manat borcu olduğunu və həmin borcu ödədiyini qeyd edərək iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, qardaşı Cavabdeh iddiaçıya 100000 (yüz min) ABŞ dolları məbləğində olan borcunun etirafı barədə səs qeydinə münasibətdə bildirmişdir ki, qardaşı həmin səsli mesajı iddiaçının tərəfində olan müəyyən kriminal qüvvələrin təkidi və hədə-qorxusu ilə iddiaçıya göndərmişdir. Həmin halın araşdırılması üçün müvafiq ekspertiza təyin edilməsi barədə məhkəməyə vəsatət təqdim etmişdir. Verilən suallara cavab olaraq, Elşən Kazımov qardaşının kriminal meyilli şəxslərin ona hədə-qorxu gəlməsinə baxmayaraq onlardan ehtiyat etdiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmədiyini göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır. Cavabdeh 2015-ci ildən tanıyır. Cavabdeh uzun illərdir onun TİR-da olan 480 ton kartof məhsulunun Rusiya Federasiyası göndərilməsi üçün lazım olan 54740 manat məbləğində gömrük rüsumu tərəfimdən ödənilmişdir. Bundan başqa, cavabdehin İran İslam Respublikasından Rusiya Federasiyasına göndərdiyi tərəvəz məhsulları üçün 56000 manat məbləğində gömrük rüsumu tərəfimdən ödənilmişdir. Cəmi ödədiyi gömrük rüsumu 110740 manat təşkil etmiş, cavabdeh həmin məbləğdən 30000 manatını ona ödəmiş, lakin 80740 manat ödənilməmiş gömrük rüsumu qalmışdır. Bunu təsdiq edəcək gömrük bəyannamələri də vardır ki, onları ərizəsinə əlavə edir. Eyni zamanda cavabdehin xahişi üzərinə ödədiyi gömrük rüsumlarının pul vəsaitini iki ay müddətində ödəyəcəyini bildirsə də, bu günə kimi borclu olduğu ümumilikdə 136000 manat pulu ona qaytarmamışdır. O cavabdehdən borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olub. Cavabdeh nümayəndəsi Nümayəndə vasitəsilə iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, onun iddiaçı ilə uzun illərdir ki, ticarət əlaqələri var. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, guya iddiaçı ona 57.000 manat dəyərində kağız kartof paketini və yapışqan bantı 1 ədədi 0.80 manat olmaqla 2023-cü ilin may-iyun (2 ay) aylarında verib. Bu da 71.250 ədəd kartof paketi edir. 2 ay ərzində 71.250 ədəd kartof paketini içi dolu kartofla bir şəxs tərəfindən Rusiya Federasiyasına aparıb satmaq qeyri-mümkündür. Bu azmış kimi hələ iddiaçı ona 57.000 manat borcu olduğu halda heç bir qazanc əldə etmədən ona görə 110.740 manatda gömrük rüsumu ödəyib. Burdan da sübuta yetir ki, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar yalandır. Əslində onun iddiaçıya kağız kartof paketinə və yapışqan bantına görə 30.000 manat borcu olub. Bu da 2023-cü ilin may-iyun ayında yaranan borc deyil. Çünki onun 1 sezona o qədər malı vurmağı üçün maddi dövriyyəsi yoxdur. Həmin 30.000 borc illərdən qalma hissə-hissə yığılan borclardır və o da həmin borcu qaytarmışdır. Çünki iddiaçı bu borca görə onu çox narahat etdiyindən onun borcunu qaytarmış və onunla daha ticarət əlaqəsinə girməmişdir. Bu hal səs qeyidlərində də öz əksini tapır ki, iddiaçı səs qeydlərinin birində ona bildirir: “Mənimlə daha alver etmirsən.” Onun pulu onda qalanda o, həmişə ticarəti onunla edirdi. Borcu vermək barədə onu sıxandan sonra borcu qaytarmış və onunla ticari əlaqələrini kəsmişdir. Əslində iddiaçının elə bu iddianı qaldırmağının səbəbi də budur ki, onu borclandırsın və o da məcbur qalıb onunla ticari əlaqələrə girsin. Gömrük rüsumlarına münasibətdə isə onun əvəzinə iddiaçı heç bir gömrük rüsumu ödəməyib. İddiaçının məhkəməyə təqdim etdiyi gömrük bəyannamələri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixləri əhatə edir. Lakin iddiaçı iddiasında bildirir ki, bu borclar 2023-cü ilin may-iyun aylarında yaranıb. Eyni zamanda bildirmək istəyir ki, bir sezona onun iddia ərizəsində göstərilən qədər malı Rusiya Federasiyasında qəbul edib satmağı mümkün deyil. İddia ərizəsində göstərilənlər hamısı yalandır, həqiqəti əks etdirmir. İddiaçı 100000 (yüz min) ABŞ dolları məbləğində borcu olmayıb. Bu borc 30000 (otuz min) manat olub və o, hazırda həmin borcu ödəmişdir. İddiaçı heç bir borcu yoxdur. O, iddiaçıya 2023-cü ilin ticarət sezonunda ona olan 30.000 manat borcu ödəyib bitirəcəyini bildirmişdir. Lakin ticarətdə ziyan etdiyindən İddiaçı olan 30.000 manat məbləğində borcunu qaytarmağı bir az gecikdirmişdir. İddiaçı də ona olan borcunu qaytarmaqdan ötrü kriminal qüvvələrə müraciət etmiş və onların təkidi ilə görüşmüşlər. İddiaçı kriminal qüvvələrə müraciət edən vaxtdan sonra dəfələrlə İddiaçı zəng etsə də o, zənglərinə cavab verməyib. Təkcə bir dəfə kriminalların göstərişi ilə və onun kriminallara təkidi ilə ona olan borcu Kənan adlı şəxsə verməyi barədə ona səs yazısı göndərdi. Bu səs yazılarını, eyni zamanda kriminal şəxslərlə olan görüşmədəki səs yazılarını məhkəməyə təqdim etmişdir. Həmin görüşmədən bir müddət sonra onun biznes şəriki İddiaçıyaşadığı və Cəlilabad rayonunun digər kəndlərindən kartof məhsulu alaraq Rusiya və Ukrayna bazarlarına satmaq üçün aparmışdır. Məhsulu nisyə alıb satışından həyata keçirdikdən sonra onların pulunu qaytarmışdır. Hazırda Cavabdeh ona və digər təsərrüfat sahiblərinə borcu vardır. 2023-cü ilin aprel ayının 13də Cavabdeh onun yaşadığı kəndə gəlib ondan Rusiya və Ukrayna bazarlarına satmaq üçün kartof məhsulu tapmasını xahiş etmişdir. O da Cavabdeh sifarişi ilə Maşlıq kəndindən təqribən aprel ayının 17-dən may ayının 15-dək 360000 (üç yüz altmış min) manat dəyərində kartofu onun üçün təşkil etmişdir. Eyni zamanda, Cavabdeh ondan Muğan kəndinə anbara getməsini, İddiaçı onun üçün kartof məhsulunu yığmaq üçün kisə və yapışqan bant götürməsini xahiş etmiş, o, həmin anbara getmiş və Cavabdeh telefonla Ə.Məmiyevə zəng edərək onun üçün kisə və yapışqan bant verməsini və öz adına nisyə yazılmasını xahiş etmişdir. Bundan sonra bir neçə dəfə “Qazel” markalı yük avtomobili ilə kisə və yapışqan bant onun yaşadığı həyətə daşınmışdır. Onun vasitəsilə İddiaçı nisyə alınmış kisə və yapışqan bantın təqribi qiyməti 32800 (otuz iki min səkkiz yüz) manat təşkil edir. İ.Kazımov rayonun başqa kəndlərindən də nisyə kartof aldığı üçün başqa şəxslər vasitəsilə də kisə və yapışqan bant almışdır. Lakin həmin kisə və yapışqan bantların nə qədər və hansı məbləğdə olmasından məlumatı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-23/2025 nömrəli qətnaməsi ilə (Hakim: Nicat Ağabəyov) iddia təmin edilmiş, Cavabdeh 136000 (bir yüz otuz altı min) manat məbləğində pul və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pulun alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi həm maddi, həm də prosessual normaların tələblərini pozmaqla qanunsuz nəticəyə varmışdır. Belə ki, məhkəmə nisyə alqı-satqı müqaviləsinin 57 000 manat məbləğində müəyyən edərkən mötəbər sübutlara istinad etməmişdir. Hazırkı işdə tərəflər arasında hər hansı yazılı müqavilə və həmin müqavilənin icrası şərtləri mövcud deyil. Bu cür yüksək məbləğli müqavilələr notarial qaydada təsdiqini tapmalı olduğu halda, hazırkı işdə hətta sadə yazılı formada da müqavilə mövcud deyil. Digər məqam ondan ibarətdir ki, məhkəmə bir-biri ilə uzlaşdırılmış sübutlara istinad etməmiş, səs yazılarını əsas götürmüş, həmin səs yazılarını əsas götürmüşdür. Halbuki yekun nəticəyə gəlmək üçün məhkəməyə yetərli və mötəbər sübutlar təqdim edilməli idi. Bundan əlavə hesab edir ki, məhkəmə aidiyyət qaydalarını da pozmuşdur. Belə ki, həm iddiaçı, həm də də cavabdeh ticarət əlaqələrində olmalarını izahatlarında və digər sənədlərdə bildirmişlər. Bu da hazırkı işin məhkəmə aidiyyətinin kommersiya məhkəməsinə aid olmasına dəlalət edir. Lakin məhkəmə işi öz icraatına götürmüş və bununla da məhkəmə aidiyyətini pozmuşdur. Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(049)-23/2025 saylı qətnaməsini ləğv edib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və nümayəndəsi(vəkil) X2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 23/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-23/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-23/2025 nömrəli qətnaməsinin bütövlükdə qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-23/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə nisyə alqı-satqı müqaviləsinin 57 000 manat məbləğində müəyyən edərkən mötəbər sübutlara istinad etməmişdir. Hazırkı işdə tərəflər arasında hər hansı yazılı müqavilə və həmin müqavilənin icrası şərtləri mövcud deyil. Bu cür yüksək məbləğli müqavilələr notarial qaydada təsdiqini tapmalı olduğu halda, hazırkı işdə hətta sadə və yazılı formada da müqavilə mövcud deyil. Digər məqam ondan ibarətdir ki, məhkəmə bir-biri ilə uzlaşdırılmış sübutlara istinad etməmiş, səs yazılarını əsas götürmüşdür. Halbuki yekun nəticəyə gəlmək üçün məhkəməyə yetərli və mötəbər sübutlar təqdim edilməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materialarından göründüyü kimi, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Cavabdeh iddiaçıdan nisyə kisə və yapışqan bant almış və iddiaçı cavabdehin əvəzinə gömrük rüsumları ödəmişdir. Bununla bağlı tərəflərin mütləq şəkildə yazılı və ya notarial müqavilə bağlaması zəruri deyil.Cavabdeh iddiaçıya cəmi 30000 manat borcu olduğunu və həmin məbləği də ödədiyini bildirmişdir. İddiaçı tərəf cavabdehin ona 30000 manat pul ödəməsini inkar etmir. Başqa sözlə, cavabdehin iddiaçıya 30000 manat pulu ödəməsi işin mübahisə olunmayan halıdır. İddiaçı cavabdehin ona ümumilikdə 170000 manata yaxın borcunun olduğunu və həmin məbləğdən 136000 manat borcun ödənilmədiyini göstərib hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Cavabdeh isə iddiaçıya cəmi 30000 manat borcunun olduğunu və həmin məbləğin də ödənildiyini göstərir. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə etiraz etsə də, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi hallara dair nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etmişdir. Əksinə cavabdeh iddiaçıya göndərdiyi səsli mesajda ona 100000 dollar borcunun olmasını etiraf edir. Cavabdeh həmin səsli mesajın kriminal dairələrin təsiri altında məcburən göndərildiyini göstərsə də, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2025-ci il tarixli, 3-16-16/2-4/15-xx/xx/2025 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorun danışıq anında emosional və psixofizioloji vəziyyə nisbi ekstremallıq müşahidə olunmur, danışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı Cavabdeh məxsus danışıqlarda psixoloji təsir və təzyiq əlamətləri müəyyən olunmur. Eyni zamanda cavabdeh hədə-qorxuya məruz qalması barədə hüquq-mühafizə orqanlarına da şikayət etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh onun həyat yoldaşının qardaşıdır. 2023-cü ilin yay aylarında İqbal ilə Lənkəran rayonunda yerləşən çay evində çay içən vaxt İqbala zəng olunmuş, zəng edən şəxsin kimliyi ona məlum olmamışdır. İqbal telefon ilə kənarda danışaraq, yenidən içəri daxil olmuş və İqbalın narahatlıq keçirdiyini hiss etmiş, sonuncudan səbəbini soruşduqda İqbal kriminal dairələrdən zəng edilərək borcunun olmasını etiraf edən səs yazısı göndərilməsinin ondan tələb olunduğunu, təhdid edildiyini bildirmiş, o da bu barədə dərhal hüquq-mühafizə orqanlarına şikayət etməyi məsləhət görmüşdür. Məhkəmə kollegiyası şahid ifadəsinə münasibətdə qeyd edir ki, MPM-nin 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Lakin MPM-nin 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olub-olmamaları və s. hallar yoxlanılmalıdır. Hazırki iş üzrə cavadehin təqdim etdiyi şahid qohumu olmaqla işdə maraqlı tərəfdir. Odur ki, həmin şəxsin ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh həmçinin apellyasiya şikayətində göstərir ki, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydalarını da pozmuşdur. Belə ki, həm iddiaçı, həm də də cavabdeh ticarət əlaqələrində olmalarını izahatlarında və digər sənədlərdə bildirmişlər. Bu da hazırkı işin məhkəmə aidiyyətinin kommersiya məhkəməsinə aid olmasına dəlalət edir. Lakin məhkəmə işi öz icraatına götürmüş və bununla da məhkəmə aidiyyətini pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, MPM-in 24.2-24.3-cü maddələrinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, tərəflərin fərdi sahibkar statusu yoxdur, onlar vergi ödəyicisi qismində qeydiyyata alınmamışlar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti pozulmamışdır və apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-23/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1168/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1168/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver