Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-118/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X16 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X12 ibarət məhkəmə tərkibində, X21 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh "xxxx" MMC-nin direktoru X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsndə inşa edilmiş özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilərək boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(057)-121/2023 saylı qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsndə inşa edilmiş özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilərək boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(057)-121/2023 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin vermiş olduğu xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən ünvan 1 İddiaçı mülkiyyətində olan 0,0357 ha torpaq sahəsində cavabdeh "xxxx" MMC-nin inşa etdirdiyi bir ədəd ayaqyolu sonuncunun hesabına sökülməsi və həmin ayaqyolunun yerləşdiyi ərazi əvvəlki vəziyyətə gətirilərək boşaldılması və mülkiyyətçiyə geri qaytarılması, iddiaçının ödədiyi dövlət rüsumunun əlli faizi cavabdehə aid edilməsi, cavabdeh "xxxx" MMC-dən 50 manat alınıb İddiaçı verilməsi, ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi 95 manat pulun cavabdeh "xxxx" MMC-dən tutulub İddiaçı (nümayəndəsi X10) ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda 0,0357 ha torpaq sahəsi verilmişdir. Torpaq verilərkən sərhədlər müəyyən olunmuşdur. Verilmiş torpaq sahəsinin Bakı Astara yoluna çıxışı olmalı idi. Torpağı alanda çıxış yolu olmuşdur. 2017-ci ildə cavabdeh özü yeriyən yanacaqdoldurma məntəqəsi (YDM) gətirərək yerinin qarşısına qoymuşdur. Lakin həmin vaxt çıxış yoluna maneçilik törətməmişdir. YDM oradan keçən qaz xətti üzərində qurulmuşdur. FHN-ə müraciət etmiş, sonuncu təşkilatın nümayəndəsi gəlib baxdıqdan sonra rayon icra hakimiyyəti başçısına tədbir görülməsi barədə məktub yazmışlar, lakin heç bir tədbir görülməmiş, yanacaqdoldurma məntəqəsi tikilmişdir. Cavabdeh yerindən yarım metr eni, 28 metr uzunluğunda torpaq sahəsini zəbt etmiş, həmçinin torpağa gələn yol tutulmuşdur. "xxxx" MMC-nin 0,0048 ha torpaq sahəsi iddiaçının torpağının qarşısında deyil, torpağın şəhər tərəfinə aid olan hissəsində yerləşir. Tutduğu yer mühafizə zolağıdır. Cavabdehə 0,035 ha torpaq sahəsi 2021-ci ildə verilmişdir. Cavabdeh nümayəndəsi olduğu şəxsin torpaq sahəsində bir ədəd yanacaq vurulması üçün nasos quraşdırmış və həmçinin bir ayaqyolu inşa etdirmişdir. Sonradan cavabdeh tərəf həmin nasosu torpaq sahəsindən kənarlaşdırmış, lakin ayaqyolu qalmaqdadır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında izahat verən cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, 2014-cü ildə ünvan 2 ünvanında yerləşən 0.0048 ha torpaq sahəsi "xxxx" MMC-yə verilmişdir. Ticarət məqsədi ilə həmin torpaq sahəsinin Hilal adlı şəxsdən almış və Hilala qanuni əsaslarla qeyd olunan torpaq sahəsi ayrılmışdır. 2016-cı il tarixdə modol tipli YDM-in toraq sahəsi quraşdırılmışdır. Sonra torpaq sahəsi Nəqliyyat Nazirliyinə aid olduğu üçün onunla aralarında müqavilə bağlanılmaqla ərazi onun istifadəsinə verilmiş və həmin ərazidə abadlıq işləri aparılmışdır. Salyan Rayon İcra Hakimiyyətinə müraciət əsnasında 15x125 ölçüdə yüngül konstruksiyalı YDM-in torpaq sahəsində quraşdırmışdır. Belə ki, məhkəmə qeyd olunan ərazidə tikilən ayaqyolu yerləşdirilən ərazinin əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə qəbul etmədən öncə üçüncü çəxs qismində Nəqliyyat Nazirliyini işə cəlb etməli olduğu halda buna dair heç bir addım atmadan, yalnız tərəflərin verdiyi ifadələr əsasənda mülkiyyət hüququnu pozmuş və ona maddi ziyan vurmuşdur. Qeyd olunan ərazinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İş materiallarına əlavə olunan 19 sentyabr 2016-cı il tarixli "xxxx" ASC-nin Şükran MMC-nin direktoru X1 ünvanladığı cavab məktubuna görə "xxxx" ASC “Ələt- Astara” İran İslam Respublikası ilə dövlət sərhəd avtomobil yolunun 56-cı kilometrində sağ tərəfdə "xxxx" MMC-yə məxsus torpaq sahəsində yerləşən blok-məntəqə tipli yanacaqdoldurma məntəqəsinə giriş-çıxış yolunun tikintisinə razılıq verilməsi ilə bağlı müraciətə aidiyyəti üzrə baxmış və sözügedən giriş-çıxış yolunun Tikinti Norma və Qaydalarına uyğun təhlükəsiz tikintisinə dair texniki şərti təmin etmişdir. Belə olan halda, məhkəmə hansı əsaslarla həmin ərazinin iddiaçıya məxsus olmasını təsdiq edə bilərdi? Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavabdehin istifadə etdiyi torpaq sahəsindən yolun orta hissəsində 15 metr, sənəd əsasında isə 10 metr olduğu iddia edir. Bu təqdirdə, məhkəmə hansı əsasla tikilinin tam formada həyata keçrilməsini və cavabdehin mülkiyyətində olan ərazinin iddiaçıya təhvil verilməsini iddia edə bilər. Qeyd olunan ərazinin mülkiyyətçisi olmasına dair cavabdehin çıxarışı mövcuddur və əlavə istifadədə olan ərazi Nəqliyyat Deportamentinin balansında olmuş və cavabdehin istidafəsinə verilməsinə dair iş materiallarının uçundə müqavilə mövcuddur. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin direktoru X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Nəqliyyat Nazirliyi layihənin giriş-çıxışını verdiyi üçün onun üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Mübahisəli ərazidə ona məxsus ayaqyolunun kiçik bir hissəsi iddiaçıya aid torpaq sahəsinə düşür və bu həqiqətən də onların iştirakı ilə aparılmış ölçü işləri vaxtı aşkara edilmişdir. Mübahisəli tikilinin arxa hissəsində geniş ərazi mövcuddur ki, onu hər an sökmək olar. Ancaq həmin tikili quraşdırılanda iddiaçı buna heç vaxt etiraz etməmişdir və bu baxımdan, məhz prinsip məsələsi olduğu olduğu üçün sökmək istəmirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X17 mütəxəssis rəyinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərtib etdiyi rəyi elektron baza məlumatları əsasında vermişdir. Yer quruluşu planındakı göy ərazi yanacaq doldurma məntəqəsi, sarı ərazi isə "xxxx" yeridir. Həmin ərazidəki cavabdehə məxsus ayaqyolunun kiçik bir hissəsi, yəni 50-60 sm hissəsi iddiaçıya aid torpaq sahəsinə düşür. Bu fakt tərəflərin nümayəndələrinin yanında həyata keçirilmiş ölçü işləri zamanı aşkara çıxarılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Salyan Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(057)- 121/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan ƏMDK DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan şəhəri N.Babayev küçəsi 14 (yeni qaydalarla: AZ5206 Salyan şəhəri X24 küçəsi 31 A) ünvanında yerləşən 0,0357 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 6aydalarla: AZ5206 Salyan şəhəri X24 küçəsi 31 A) İddiaçı məxsus 0.0357 ha torpaq sahəsi vardır. İş materiallarında olan cavabdeh "xxxx" MMC tərəfindən verilmiş etirazdan görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbi əsassız olduğundan hazırkı iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin direktoru Balahüseyn Həsənova ünvanlanmış 15 avqust 2016-cı il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC “Ələt-Astara-İran İslam Respublikası” ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometrində yanacaqdoldurma məntəqəsindən əsas yola giriş-çıxış yolunun tikintisinə icazə verilməsi ilə bağlı ünvanladığınız 2016-cı il 08 avqust tarixli müraciətiniz aidiyyəti üzrə araşdırılmış, respublika əhəmiyyətli avtomobil yollarında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarı) yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən obyektə aid olan sahənin kənarına qədər olan məsafə 30 m-dən az olmamalıdır. Eyni zamanda Tikinti Norma və Qaydalarının 2.05.02-85-in 5-ci bölməsinin tələblərinə uyğun olaraq sözügedən giriş-çıxış yolunun layihə-smeta sənədləri "xxxx" ASC-nin "xxxx"İnstitutu MMC tərəfindən hazırlanmalıdır. Həmçininn giriş-çıxış yolunun və sürət-keçid zolağının layihə-smeta sənədləri "xxxx" ASCyə təqdim edildikdən sonra tikintinin aparılması üçün müəyyən edilmiş məbləğ, razılıq əsasında sahibkar tərəfindən ödənildiyi təqdirdə rəy hazırlanacaqdır. Giriş-çıxış yolunun və sürət-keçid zolağının tikintisi işlərinin "xxxx" ASC-nin tabeliyində olan ixtisaslaşmış yol tikinti idarələri tərəfindən yerinə yetirilməsini məqsədəuyğun hesab edilir. İş materiallarında olan “Ələt-Astara-İran İslam Respublikası” ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometrində yolun sağ tərəfində "xxxx" MMC-yə məxsus torpaq sahəsində yerləşən blok-məntəqə tipli yanacaqdoldurma məntəqəsinə giriş-çıxış yolunun tikintisinə dair 19 sentyabr 2016-cı il tarixli 203/i saylı texniki şərtin surətindən görünür ki, obyektə aid olan sahənin kənarına qədər olan məsafə və obyektə giriş-çıxış yolun sürət keçid zolağının (sürət artırma və tormozlanma) ölçüləri mövcud şəhərsalma qaydalarına uyğun olmalıdır, torpaq sahəsində aparılan tikinti işləri avtomobil yolu ilə həmsərhəd ərazidə atmosfer və çirkab sularının yığılmasına şərait yaratmamalı, yolun normal istismarına maneçilik törətməməlidir, yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən hər hansı fəaliyyətə yol verilməməlidir, təhlükəsizliyi təmin etmək məqsədilə giriş-çıxış yollarında nişanların, təhlükəsizlik çəpərlərinin düzülməsi və asfaltın yağlı boya ilə işarələnməsi işləri yerinə yetirilməlidir, giriş-çıxış istismarı zamanı ərazidə yol hərəkətinin təşkili və təhlükəsizliyi tədbirlərinin görülməsi obyektin mülkiyyətçisi tərəfindən yerinə yetirilməlidir, nişanların düzülməsini və yağlı boya ilə işarələnməni əks etdirən plan X25 İdarəsi tərəfindən razılaşdırılmalıdır, giriş-çıxış yolu əsas yolun yol geyimi konstruksiyasına uyğunlaşdırılmalıdır, avtomobil yolunun yenidən qurulması layihəsi həyata keçirilərkən (lazım gəldiyi halda) obyektin münasib məsafəyə köçürülməsi, girişçıxış yolunun yeni yol geyimi konstruksiyasına uyğunlaşdırılması və qovuşmanın əsas yolla eyni səviyyəyə gətirilməsi lazım gələrsə, obyekt sahibi tərəfindən yerinə yetirilməlidir, texniki şərt imzalandığı gündən qüvvədədir, texniki şərtə yerində əməl olunmasına nəzarət "xxxx" ASC-nin “X8 Xidməti” MMC və müvafiq "xxxx" MMC-yə tapşırılır. Verilmiş texniki şərtlərdən hər hansı biri pozularsa, razılıq öz hüquqi güvvəsini itirir. İş materiallarında olan ƏMDK DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, ünvan 2-də yerləşən 0,0048 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin hüquqi sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İş materiallarında olan ƏMDK DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, ünvan 2A (yeni qaydalarla: AZ5206 Salyan şəhəri X24 küçəsi 31 ) ünvanında yerləşən 0,035 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2A (yeni qaydalarla: AZ5206 Salyan şəhəri X24 küçəsi 31 ) ünvanında "xxxx" MMC-yə məxsus 0.035 ha torpaq sahəsi vardır. İş materiallarında olan İddiaçı adından onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X15 tərəfindən FHN X19 Xidmətinin rəisi X13 ünvanlanmış şikayət ərizəsindən görünür ki, ünvan 6aydalarla: AZ5206 Salyan şəhəri X24 küçəsi 31 A) İddiaçı mülkiyyətində olan **********43 reyestr nömrəli ümumi sahəsi 0,0357 ha olan torpaq sahəsində və bu torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun üzərində "xxxx" MMC tərəfindən qanunsuz olaraq inşa edilən təhlükə potensiallı yanacaq doldurma məntəqəsinin özbaşına fəaliyyətinin araşdırılması və məsul şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması üçün aidiyyəti şəxslərə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan şəhər (rayon) memarlıq və tikinti şöbəsinin müdiri T.Hüseynov tərəfindən tərtib olunmuş tikinti quraşdırma işlərinin aparılmasına dair 11 avqust 2016-cı il tarixli icazədən görünür ki, X3 Salyan şəhəri N.Babayev küçəsində yanacaqdoldurma məntəqəsi üçün yüngül konstruksiyalı blokların quraşdırılmasına tikinti işlərini aparmaq üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin rəis müavini Zenfira Rzayeva tərəfindən ünvan 7 ünvanlanmış 28 fevral 2023-cü il tarixli 3-18-2/2-i-xx-xx/2023 saylı məktubun surətindən görünür ki, Salyan şəhəri N.Babayev küçəsi 14 ünvanda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin və bu torpaq sahəsinə giriş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun "Şükran Firması” MMC tərəfindən qanunsuz zəbt edilməklə ərazidə özbaşına tikinti işləri aparması barədə xx.xx.2023 və xx.xx.2023- cü il tarixli məktublarınıza Agentlikdə baxılmış, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə mülkiyyətində olan ünvan 2 ünvanda yeləşən torpaq sahəsində yüngül konstruksiyalı yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilmiş, qeyd olunan məntəqənin quraşdırılması 2017-ci ildə başa çatdırılmış və icazəverici sənədləri olmadan istismar olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 01 noyabr 2016-cı il tarixli 0638 nömrəli “Qərar” verilmişdir. “Qərar”ın icrasını təmin etmək məqsədilə xx.xx.2017-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətinə və Salyan rayon polis şöbəsinə məktubla müraciət olunmuşdur. Torpağın zəbt edilməsi ilə bağlı məsələnin həlli Agentliyin səlahiyyətlərindən kənardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Salyan şəhəri N.Babayev küçəsi 14 (yeni qaydalarla: AZ5206, Salyan şəhəri X24 küçəsi 31 A) ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0.0357 ha olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları “GPS” aləti vasitəsilə müəyyən edildi. Torpaq sahəsinin şimal hissəsinin yerli əhəmiyyətli Sabirabad-Salyan yoluna çıxışı vardır. Torpaq sahəsinə Sabirabad-Salyan yolundan başqa digər alternativ yol mövcud deyil. İddiaçının mülkiyyətində olan torpaq sahəsi boş torpaq sahəsidir və üzərində heç bir tikili mövcud deyil. Torpaq sahəsinin şimal hissəsində olan ümumi istifadədə olan Sabirabad-Salyan yolu heç kim tərəfindən zəbt olunmamışdır və yol kimi fəaliyyət göstərir. Lakin yolun kənarında "xxxx" MMC-yə aid daşına bilən yanacaqdoldurma qurğusu mövcuddur. Ümumiyyətlə, iddia olunan mübahisəli ərazi "xxxx"xxxx"xxxx" MMC-nin istifadəsində 0,0601 ha torpaq sahəsi, mülkiyyətində isə elektron kadastr baza məlumatları əsasında 0,0398 ha torpaq sahəsi mövcuddur. Torpaq sahəsi üzərində yanacaqdoldurma məntəqəsinə aid tikili və qurğular mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4574 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Salyan şəhəri N.Babayev küçəsi 14 (yeni qaydalarla: AZ5206, Salyan şəhəri X24 küçəsi 31 A) ünvanında yerləşən ümumi sahəsi 0.0357 ha olan torpaq sahəsinin və cavabdeh "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 2-də yerləşən 0.0048 ha (yaşayış məntəqələrinin torpaqları təyinatlı) və ünvan 2A (yeni qaydalarla: AZ5206, Salyan şəhəri X24 küçəsi 31) ünvanında yerləşən 0.035 ha (yaşayış məntəqələrinin torpaqları təyinatlı) torpaq sahələrinin koordinatları naturada “GPS” aləti vastəsilə müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Salyan şəhəri N.Babayev küçəsi 14 (yeni qaydalarla: AZ5206, Salyan şəhəri X24 küçəsi 31 A) ünvanında yerləşən ümumi sahəsi 0.0357 ha olan torpaq sahəsi hal-hazırda ümumi istifadədə olan yolun kənarında yerləşir və həmin ərazidə baş plan mövcud deyil. İddiaçı mülkiyyətində olan Salyan şəhəri N.Babayev küçəsi 14 (yeni qaydalarla: AZ5206, Salyan şəhəri X24 küçəsi 31 A) ünvanında yerləşən ümumi sahəsi 0.0357 ha olan torpaq sahəsinin yaxınlığında olan ümumi istifadədə olan yol heç kim tərəfindən tutulmamışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsində qeyd olunmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya qeyd edir ki, iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi verilmiş və buna uyğun olaraq Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4574 nömrəli ekspert rəyi tərtib edilmişdir. Rəylərə, habelə həmin mütəxəssis rəyi üzrə dindirilmiş mütəxəssis X11 izahatına əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin vermiş olduğu xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarış əsasında Salyan şəhəri N.Babayev küçəsi 14-də İddiaçı mülkiyyətində 0,0357 ha torpaq sahəsi mövcuddur. Cavabdeh "xxxx" MMC-nin inşa etdirdiyi bir ədəd ayaqyolunun mövcud olması da, iş üzrə sübutlarla təsdiqini tapmışdır. Bundan əlavə, tərəflərin iştirakı ilə həyata keçirilmiş ölçmə işləri zamanı bu faktın mövcudluğu aşkar edilmiş, hətta məhkəmə iclasında izahat verərkən cavabdehin nümayəndəsi həmin faktı etiraf etmişdir. Bundan əlavə, apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən o da qeyd edilməlidir ki, kollegiya Nəqliyyat Nazirliyinin hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinin zəruriliyi qənaətinə gəlmir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(057)-121/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2024-cü il tarixli № 10/4574 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(057)-121/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının (27 iyun 2024-cü il tarixli 10/4574 saylı rəy üzrə) dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnaməsindən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-118/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-118/2024
23.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver