Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1191/2024 01.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş ərizəyə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 noyabr 2020ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 72 manat pulun **********00150 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadı ilə (sədrlik edən hakim İlqar Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh İB-nin Lənkəran X3 İdarəsinə və Cavabdeh İB-nin Lənkəran X3 İdarəsinin Astara Xidmət Sahəsinə qarşı “qanunsuz hesablanmış qazdan istifadə pulunun abunə kodundan silinməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, 27 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş İddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinə dair rəsmi sənəd təqdim etməmişlər. Qərardad MPM-in 259.0.6-cı maddəsinə istinad etməklə əsaslandırılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsində Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadının ləğv edilməsini və işin baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə hazırlıq iclasında hakim Mübariz Məmmədov elan etmişdir ki, məhkəmə baxış iclası 29 may 2024-cü il tarixdə saat 10:30-da məhkəmənin binasında keçiriləcəkdir. O da məhkəməyə 29 may 2024-cü ildə saat 10:30-da gəlmişdir. Ona bildirmişlər ki, 27 may 2024-cü ildə işə baxılmış və məhkəməyə gəlmədiyinə görə məhkəmənin 27 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadı ilə iddiası baxılmamış saxlanılmışdır. İşin 27 may 2024-cü il tarixə təyin edilməsi barədə ona məlumat verilməmişdir, onun bundan xəbəri olmamışdır. Hesab edir ki, üzrlü səbəblərdən məhkəmə iclasına gələ bilməmişdir. Ona görə də qərardad ləğv olunmalıdır. İddiaçı ərizəsində MPM-in 260.5-ci maddəsinə istinad etmişdir. Astara Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(018)-511/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayətin 7 gün müddətində 2(018)-511/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ərizənin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadı ləğv edilməli və mülki iş Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadının ləğv edilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Hazırda iş materiallarından görünür ki, Astara Rayon Məhkəməsinin 27 may 2024cü il tarixli, 2(018)-511/2024 saylı qərardadından narazı qalan iddiaçı ondan şikayət verməmiş, MPM-in 260.5-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət edərək, iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsini və işin baxılmasının davam etdirilməsini xahiş etmişdir. Lakin Astara Rayon Məhkəməsi həmin ərizəni yanlış olaraq şikayət kimi qəbul edərək ona baxmışdır. Bundan əlavə, sözügedən ərizəyə şikayət kimi baxılması ilə yanaşı, digər prosessual pozuntu da ondan ibarət olmuşdur ki, Astara Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadında iddiaçının ərizəsinin dəlillərinə hər hansı münasibət bildirilməmiş, həmin dəlillər üzrə hər hansı araşdırma aparılmamışdır. İddiaçı 16 may 2024-cü il tarixli məhkəmə iclasında sonrakı məhkəmə iclasının 29 may 2024-cü ilə təyin edildiyi barədə elan verildiyini və özünün də həmin tarixdə məhkəmə iclasına gəldiyini bildirsə də, birinci instansiya məhkəməsi ərizənin bu dəlilini araşdırmamaqla yanaşı, iddiaçının 27 may 2024-cü il tarixə, saat 11:30-a təyin edilmiş məhkəmə iclası barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılıbməlumatlandırılmaması halını da araşdırmamışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilərək, Astara Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(018)- 511/2024 saylı qərardadı ləğv edilməli və mülki iş Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadının ləğv edilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(018)-511/2024 saylı qərardadının ləğv edilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1191/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1191/2024
01.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver