Məhkəmə qərarları › İş №2(106)-120/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-120/2023

21.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-120/2023 21.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil3 Soltanğa oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ələşrəf oğluna və Cavabdeh2 Barat qızına qarşı «özbaşına inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(049)-1386/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Lənkəran şəhəri, Fizulı küçəsi ev № 52 yerləşən torpaq sahəsinin üzərində özbaşına inşa edilmış hasarın Cavabdeh1 Ələşrəf oğlunun vəsaiti hesabina sökülərək torpaq sahəsının əvvəlki vəziyyətinin bərpa edilməklə Cavabdeh1 Ələşrəf oğlu tərəfındən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1941-ci ildə Lənkəran şəhərində doğulmuşdur. Lənkəran şəhəri, Fizuli küçəsi, ev № 52 yerləşən yaşayış sahəsi 41,11 kv.m həyətyani torpaq sahəsi 157,3 kv.m olan torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. Göstərdiyi faktı 29 dekabr 1978-ci il tarixli 24 nömrəli torpaq qeydi təsdiq edir. Həmin torpaq sahəsi şəhər sovetinin 29 Dekabr 1978-ci il tarixdə təsdiq etdiyi № R10-11239 planda göstərilmiş torpaq sahəsindən ibarətdir. Qeyd olunan torpaq Dövlət Kadastr kitabinda №24 ilə uçota alınmışdır. O, həmin torpaq sahəsındə yerləşən evdə anadan olmuş, uzun illər orada yaşamışdır. Yalnız sonradan həmin evin təmirə ehtiyacı olduğunu görüb Bakı şəhərinə gedib orada olan evində yaşamağa başlamışdır. Bununla belə mütəmadi olaraq ata ocağı olan həmin evə gedib gəlmişdir. Daha sonra ürəyində yaranan problemlərlə əlaqədar olaraq müalicə olunur. Ancaq son günlər ona məlum olmuşdur ki, onlarla qonşu olan hazirki iş üzrə Cavabdeh1 Ələşrəf oğlu öz sahəsinə hasar çəkərkən özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə onun hasarını dağıdaraq onun həyətinə keçmiş və ona məxsus torpaq sahəsində yerləşən 60 yaşlı tut ağacını kəsmiş, torpağının həmin hissəsində yerləşən tualetlərini sökmüş, üzərini betonla örtmüş və həmin torpaq sahəsini zəbt edərək daş hasara almaqla öz sahəsinə qatmışdir. Üstəlik bu da azmiş kimi cavabdeh onun torpaq sahəsində olan iki avtomobil və piyada yollarından birini qanunsuz zəbt edərək öz həyətinə salaraq hasara almış, digər ümumi istifadədə olan avtomobil və piyada yolunu məhdudlaşdırmışdır. Belə ki, yolun həmin hissəsində onun tiktirdiyi evin bir küncü təqribən 1 metr kənarda olmaqla həmin yoldan maşınların keçməsini mümkünsüz hesab etmişdir. Hazırda nəinki hər hansı bir fövqəladə halda yanğınsöndürmə maşını deyıl, kiçik minik maşınları da o yoldan keçə bilmirlər. Onların evlərinin bir küm altında olmaqla cavabdehlər tərəfindən heç bir icazə alınmadan onlardan xəbərsiz olaraq sökülmüşdür. Bütün bunlar məlum olduqdan sonra oğlu vasitasi, ilə cavabdehdən torpaq sahəsinin boşaldılmasını, tualetin bərpa edilməsini və yolların açılmasını, dəfələrlə tələb etsə də cavabdehlər tələbini yerinə yetirrməyə söz versələr də yollar, açmamışdır, torpaq sahəsinin, boşaldılması və dağıtdığı hasara, sökdüyü tualetə və evə, eləcə də 60 yaşlı, tut ağacının, qanunsuz kəsdiyinə görə kompensasiyanı könüllü ödəməkdən boyun qaçırmışlar. Daha sonra iddiaçının nümayəndəsi Azərbayan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Barat qızı və Cavabdeh1 Ələşrəf oğlu tərəfindən qanunsuz tutulmuş giriş-çıxış yolu və torpaq sahələrinin boşaldılması, cavabdehin mülkiyyətində olan 012852 qeydiyyat nömrəli çıxarışda qeyd edilən 0,0376 ha torpaq sahəsinin koordinatları daxilində öz hasarının qurulması, nümayəndəyə hüquqi yardım üçün çəkilmiş 500 manat xərcin cavabdehlərdən onun xeyrinə tutulması, cavabdehin əsassız olaraq iddiaya qarşı mabahisə etməsi və işin düzgün baxılmasına maneçilik törətməsinə görə onların və ya dövlətin xeyrinə 500 manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Bəhruz Əliyev barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(049)-1386/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mülkiyyətdən istifadə və onun barəsində sərəncam vermək hüquqlarına maneənin mövcudluğunu və həmin maneənin məhz cavabdehlər tərəfindən törədilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı qeyd olunan halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə qəti razılaşmırlar, hesab edirlər ki, məhkəmə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmadan işdə olan bir-biri ilə ziddiyyət təşkil edən sübutlar əsasında qətnamə qəbul etmişdir. Qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmamış, yalnız natamam ekspert rəyinə əsasən işi yekunlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3927 №- li, 15 sentyabr 2021-ci il tarixli rəyində “ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair 15 sentyabr 2021-ci il tarixli rəyində “ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları (Torpaqayırma sxemi, Torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim edilmədiyindən həmin torpaq sahəsinin yerləşmə vəziyyətini, sərhədlərini, döngə nöqtələrini müəyyən etmək mümkün olmadığını” göstərilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, ekspert Elməddin Aslanlı 27dekabr 2021-ci il tarixdə xx.xx.2021-ci il tarixdətəyin edilmiş tikintitexniki ekspertizasının aparılması üçün “əlavə materialların təqdim edilməsi barədə” vəsatətlə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, mübahisəli ərazinin koordinatları və baza məlumatları təqdim edilməsi xahiş etmişdir. Bundan sonra 02 iyun 2022-ci il tarixdə yenə eyni ekspert xx.xx.2021-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması üçün “əlavə materialların təqdim edilməsi barədə” vəsatətlə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem təqdim edilməsi xahiş etmişdir. Lakin məhkəmə mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxeminin təqdim edilməsi üçün ümumiyyətlə hər hansı bir addım atmamışdır. Buna görə də ekspert tikintitexniki ekspertizasının aparılması və rəyin verilməsindən imtina etmişdir. Halbuki, AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə məhkəmə tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzadılır. Qanunvericiliyinin tələbinə baxmayaraq ekspert qarşısında qoyulmuş suallara tam cavab verilməsi üçün Lənkəran Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov tərəfindən mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlarının əldə edilməsi üçün hər hansı bir tədbir görməmiş və ya görmək istəməmişdir. Bu səbəbdən də İddiaçı və onun nümayəndəsi Bəhruz Əliyev tərəfindən hakimə etiraz və şikayət verilmişdir. Onuda əlavə etmək istəyir ki, iddiaçı Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasından imtina edilməsi ona görə olmuşdur ki, məhkəmənin adı çəkilən qərardadı ilə ekspert qarşısında qoyulmuş sual təkrarlanmış və cavabı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3927 №-li, 15 sentyabr 2021-ci iltarixli rəyində özəksini tapmışdır. Hansı ki, mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilmədiyindən ekspert qarşısında qoyulmuş suala cavab verə bilməmişdir. Belə olan halda elektron baza məlumatları olmadan cavab verilə bilinməyən sualı yenə ekspert qarşısında qoyulmasının heç bir əhəmiyyəti yoxdur. Bir sözlə mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmənin iş üzrə mühüm əhəmiyyət kəsb edən hallarının araşdırmaması iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bundan əlavə oda qeyd olunmalıdır ki, mübahisə predmeti olan zəbt olunmuş torpaq sahəsinin bir qismi bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan torpaq sahəsidir. Hazırkı mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2 və 239-cu maddələri təşkil edir. Hazırda mübahisə predmeti olan həmin zəbt olunmuş bələdiyyə torpaq sahəsi, cavabdehlərin mülkiyyətində olmamaqla ümumi yol kimi istifadədə olan torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və hamının buraxılması üçün açıq torpaq sahəsidir. Həmin yola fiziki şəxslərinin buraxılmasına dövlət və ya bələdiyyə tərəfindən məhdudiyyət qoyulmasına dair məlumat yoxdur. Odur ki, həmin yoldan və ya torpaq sahəsindən iddiaçının istifadə etməsinə cavabdehlər tərəfindən yaradılmış məhdudiyyət qanunsuzdur. Həmçinin xx.xx.2021-ci il tarixdə məhkəmə predmeti olan yola yerli baxış keçirilərkən məlum olmuşdur ki, həmin zəbt olunmuş bələdiyyə mülkiyyətində olan giriş-çıxış yolunun boş qalan hissəsi məhkəmə gedişatı zamanı ünvan 1 ünvanda yaşayan X4 tərəfindən öz darvazasını ünvan 2ə irəli çəkərək zəbt etdiyi məlum olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə qarşı şifahi etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 əlavə olaraq göstərmişdir ki, onlarla iddiaçılar arasında mübahisə uzun müddət bundan əvvəl də baş vermişdir. Belə ki, 1987-ci ildə də hazırkı gediş-gəliş yolu mübahisələndirilmiş və müəyyən olunmuşdur ki, qeyd edilən ünvana maşın yolu nəzərdə tutulmamış, belə bir yol olmamışdır. Lakin həmin ünvana 1.7 m enində yol mövcuddur. Həmin yol hazırda da vardır. Bununla bağlı 08 aprel 1987-ci ildə Lənkəran şəhər XDS İK üzvlərinin də iştirakı ilə Akt tərtib edilmişdir. Onun faktiki istifadəsində olan hissə bələdiyyə torpağıdır və o hər il həmin torpağa görə vergi ödəyir. Həmçinin qeyd etmişdir ki, qeyd edilən ünvanda hələ o uşaq olanda qoca bir nənə (qadın) yaşamış, ondan sonra heç kəs yaşamamışdır. Həmçinin göstərmişdir ki, digər Cavabdeh2 Barat qızı onun anasıdır. Anası məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, qeyd edilən mübahisə ilə əlaqədar iddiaçının şikayəti üzrə DƏDKR PHŞ-nin 10 saylı Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılır, buna görə də məhkəmə iclasının qısa müddətdə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0376 ha torpaq sahəsi Cavabdeh2 Barat qızının mülkiyyətindədir. Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün 4369 №-li torpaq qeydinin bağışlama müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan Lənkəran şəhəri, Fizuli 52 ünvanında yerləşən 41.1 kv.m, həyatyani torpaq sahəsi 154.3 kv.m fərdi yaşayış evi İddiaçı bağışlanmışdır. Lənkəran şəhər XDS icariyyə komitəsinin aşağıdakı imza edən komissiya üzvlərinin iştirakı ilə 08 aprel 1987-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Fizuli küçəsi 56 evdə yaşıyan Nadir İbrahimovun şəhər icariyyə daxil olmuş ərizələr yoxlanılmış və müəyyən edilmişdir ki, Fizuli küçəsində onun yaşadığı həyətə heç vaxt maşın yolu olmamış, lakin gediş gəliş üçün normal 170 sm-dən az olmayan yol olmuşdur. Uzun illər həmin keçiddə qonşu Ələşrəf Novruzovun həyatyanı sahəsini metal setka hasar ayırmışdır. İ.İbrahimov və digər qonşular bu keçiddən evlərinə gedərək heç vaxt narazılıq etməmişlər. Novruzov Ə. ŞİK-nin qərarı ilə özünə yeni ev tikdikdən sonra setka hasarı söküb daş hasar etmişdir ki, bu da, İibrahimovu haqsız şikayətinə səbəb olmuşdur. Yoxlama zamanı təyin olunmuşdur ki, beş yoldan İ.İbrahimovun evinə qədər olan 35 metr məsafədən oradakı istənilən yanğın və digər hadisələri vaxtında aradan qaldırmaq mümkündür, həmiçinin yoxlama zamanı Ə.İbrahimovun artıq torpaq sahə zəbt etməsi aşkar edilməmişdir. İbrahimovun şikayətin haqsız olması ona bir daha izah edilmişdir. Toraq qeydindən görünür ki, ünvan 5 ünvanında yerləşən 41.1 kv.m həyatyani torpaq sahəsi 154,3 kv.m fərdi yaşayış evi X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3927 №-li, 15 sentyabr 2021 -ci il tarixli rəyindən görünür ki; -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh2 Barat qızının faktiki olaraq 0,059 ha torpaq sahəsindən istifadə edir. Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********64-10301 reyestr №-li Çıxarış və texniki pasporta əsasən Cavabdeh2 Barat qızının mülkiyyət hüququları qeydə alınmış 0,0376 ha həyətyanı torpaq sahəsi, onun istifadəsində olan həmin 0,059 ha torpaq sahəsinin koordinarları daxilində yerləşir. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X2 4369 №-li Torpaq Qeydi ilə ayrılan 0,01573 ha torpaq sahəsinə aid texniki sənədlər (Torpaqayırma sxemi, Torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim edilmədiyindən, eyni zamanda iddiaçının istifadəsi kimi göstərdiyi torpaq sahəsinin tam olaraq çəpəri olmadığından, həmin torpaq sahəsinin yerləşmə vəziyyətini, sərhədlərini, döngə nöqtələrini müəyyən etmək mümkün olmadı. Buna görə də həmin torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********64-10301 reyestr №-li Çıxarış və texniki pasportla Cavabdeh2 Barat qızının mülkiyyətində olan 0,0376 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X2 4369 №-li Torpaq Qeydi ilə ayrılan 0,01573 ha torpaq sahəsinə aid texniki sənədlər (Torpaqayırma sxemi, Torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim edilmədiyindən mübahisə predmeti olan hasarın ona məxsus olmasını, iddia etdiyi torpaq sahəsində tikildiyini təyin etmək mümkün olmadı. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı istifadəsi kimi göstərilən torpaq sahəsinə naturada piyada yolu olsa da, maşın yolu mövcud deyildir. X2 4369 №-li Torpaq Qeydi ilə ayrılan 0,01573 ha torpaq sahəsinə aid texniki sənədlər (Torpaqayırma sxemi, Torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim edilmədiyindən həmin torpaq sahəsinə gedən yolun hansı tərəfdən olmasını müəyyən etmək mümkün olmadı. Həmçinin mütəxəssis rəyində iddiaçı tərəfdən yol kimi iddia edilən torpaq sahəsinin Lənkəran şəhəri yaşayış məntəqəsinin xüsui mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planında yol kimi deyil, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi ö əksini tapdığı qeyd olunsa da, Mərkəzə təqdim olunmuş Lənkəran Bələdiyyəsinin məktubunda həmin ərazinin xəritə materiallarında yol kimi qeydə alındığı və ümumi istifadədə saxlanıldığı qeyd olunmuşdur. Bununla bağlı qeyd olunur ki, ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla hər iki qurum tərəfindən qeryd olunmuş məlumatlara məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekpsertizası təyin edilmiş və ekspert rəyi əldə edilərək işə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli ekspert rəyinə görə: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2932/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Cavabdeh2 Barat qızının faktiki istifadəsində olan torpaq sahəsinin 0,059 ha təşkil etdiyi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh2 Barat qızının xüsusi mülkiyyətində olan 0,0376 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0,059 ha torpaq sahəsinin koordinatları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquüqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2932/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0,015 ha təşkil etdiyi müəyyən edilmişdir. 24 №-li Torpaq Qeydi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, 24 №-li Torpaq Qeydi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh2 Barat qızının xüsusi mülkiyyətində olan 0,0376 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Faktiki vəziyyətdə isə həmin torpaq sahələrinin qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2932/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızı tərəfində inşa edilən hasarın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızının faktiki istifadələrində olan torpaq sahəsinin sərhədində yerləşməsi müəyyən olunmuşdur. X3 istifadəsinə verilmiş torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından, cavabdehlər Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızı tərəfindən inşa edilmiş hasarın İddiaçı istifadəsində olan torpaq sahəsinin üzərində inşa edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarında Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızının faktiki istifadələrində olan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2932/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, mövcud baza məlumatlarında araşdırma zamanı 24 №-li Torpaq Qeydi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızı tərəfindən faktiki olaraq istifadə edilib-edilməməsi müəyyən olunmuşdur. Belə ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən sahənin mövcud baza məlumatlarına əsasən yol olması müəyyən edilməmişdir. Ekspertiza xərci 50 manat təşkilo etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3927 №-li, 15 sentyabr 2021-ci il tarixli rəyində də qeyd olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi kadastr və yerquruluşu xəritə materiallarında yol kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının tələbi təqdim edilmiş ekspert rəyi ilə təkzib edilir. Bundan başqa iddiaçı özü torpaq sahəsinin ona məxsus olması barədə Torpaq Qeydini məhkəməyə təqdim etsə də, həmin torpaq sahəsinin texniki göstəriciləri olan texniki pasportunu məhkəməyə təqdim etməmiş, halbuki, iddiaçının torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi yalnız tərtib edilmiş və qanunla müəyyən dilmiş qaydada təsdiq edilmiş texniki sənədlər mövcud olduğu halda mümkündür. Məhkəmə eyni zamanda iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında Cavabdeh2 onun mülkiyyətinə verilmiş 0,0376 ha həyətyanı torpaq sahəsinin ölçülərindən kənara çıxaraq istifadəsində 0,059 ha həyətyanı torpaq sahəsinin mövcud olması və bununla da cavabdehlərin ona məxsus torpaq sahəsindən istifadə etməsinin təsdiq olunması barədə çıxışlarına qiymət verərək hesab etmişdir ki, həmin dəlilləri iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı o halda cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin geri qaytarılmasını tələb edə bilər ki, cavabdehlər məhz onlara məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etmiş olsunlar, yəni iddiaçının tələb etməyə subyektiv hüququ mövcud olmuş olsun. Məhkəmə eyni zamanda Cavabdeh3 iddia qarşı iddia tələbinə qiymət verərək, hesab etmişdir ki, iddia ona münasibətdə də rədd edilməlidir. Əvvəla, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh3 qarşı tələbini konkretləşdirməmiş, yalnız vəsatət verərək, onun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı təyin edilərək əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəznin 01 noyabr 2023-cü il tarixli ekspert rəyində də ekspert 24 №-li Torpaq Qeydi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək, həmçinin cavabdehin torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən edilməsinin mümkün olmamısını qeyd etmişdir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda sadalanan mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Apellyasiya baxışında təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(049)-1386/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışında təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar