Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1204/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onların əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)- 717/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onların əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, onun arvadı Cavabdeh2 və onların az yaşlı uşaqları X6 və X1 verilmədən İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmçinin onların əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, iddiaçılar İddiaçı1 və onun arvadı İddiaçı2 İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə əşyaları ilə birlikdə köçürülməsi və onların orada ləyaqətli şəkildə yaşamaları üçün cavabdehlər tərəfindən yaradılmış maneələrin tamamilə aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Saatlı rayonunda anadan olub, həmin rayonda ailə həyatı qurub, mülkiyyət hüququ ilə fərdi yaşayş evi əldə edib. 2002-ci ildə Bakı şəhəri Səbail rayonu ərazisində fərdi yaşayış evi alaraq ailəsi, yəni, arvadı və uşaqları ilə birlikdə yeni evinə köçərək orada yaşamışdır. 2007-ci ildə həyat yoldaşı dünyasını dəyişdikdən sonra 2009-cu ildə Saatlı rayon sakini İddiaçı2 ilə ailə həyatı qurmuş və 2019-cu ildə nikaha daxil olmaqla İmişli Regional “Asan Xidmət” Mərkəzində həmin evliliyi rəsmiləşdirmişdir. İddiaçı1 2014-cü ildə İmişli şəhəri, R. Əliyev küçəsində yerləşən 2 nömrəli, ümumi sahəsi 88,9 kv. metr, yaşayış sahəsi 43,2 kv. metr olan fərdi yaşayış evini və onun altında yerləşən 0,03 ha torpaq sahəsini (Çıxarış: qeydiyyat nömrəsi**********; Tarix:xx.xx.2014) alqı-satqı yolu ilə satın almış və öz mülkiyyətində olan həmin evə arvadı ilə Bakı şəhərindən köçərək orada yaşamağa başlamışdır. İddiaçı1 birinci nikahdan 2 oğlu anadan olmuş və böyük oğlu 2010-cu ildə ailə həyatı qurduqdan sonra başqa yaşayış sahəsinə köçərək orada yaşamaqdadır. İddiaçı1 kiçik oğlu hazırkı iddia üzrə cavabdehlərdən biri, 1991- ci il təvəllüdlü Cavabdeh1 onunla birlikdə 2014-cü ildə İmişli şəhərinə qayıtmamış və 2018-ci ildə Bakı sakini olan bir xanımla ailə həyatı qurmuş, yalnız atasının ağır xəstəliyə düçar olmasını eşitdikdən sonra 2022-ci ilin sentyabrında arvadı - Cavabdeh2 və iki uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə atasının razılığı ilə qayıtmışdır. Cavabdehlər mübahisəli mənzildə məskunlaşdıqdan qısa müddət sonra onlarla iddiaçılar arasında münasibətlər kəskinləşməyə başlamışdır. Cavabdehlər xüsusən də İddiaçı2 mübahisəli mənzildə yaşamasını istəməmiş və onun orada yaşaması üçün süni şəkildə müxtəlif maneələr yaratmışlar, onun yaşayışını dözülməz həddə çatdırmış və açıq şəkildə onun evi tərk etməsini tələb etmişlər. Cavabdehlərin təhqir və təzyiqlərinə dözməyən İddiaçı2 2022-ci ilin sonlarında evi tərk etmişdir. Sonradan İddiaçı2 ən azı iki dəfə ərinin xahişi ilə evə qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Birinci iddiaçı son illər 2 dəfə baş-beyin insultu keçirmiş, eyni zamanda onkoloji xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq ki, cavabdehlər onunla eyni evdə yaşayırlar, onun səhhəti ilə maraqlanmamışlar. Birinci cavabdeh onun doğma oğlu olmasına baxmayaraq onun müalicə və müayinəsi ilə bağlı hər hansı maddi və yaxud sair formada köməklik göstərməmişdir. Arvadını isə xəstəyə qulluq göstərməsi üçün evə buraxmamışlar. Belə olan təqdirdə İddiaçı1 da öz mülkiyyətində olan fərdi yaşayış evini tərk etməyə məcbur olaraq 2023-cü ilin iyun ayından indiyədək arvadı İddiaçı2 ilə birlikdə İmişli şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamaqdadır. İddiaçı1 keçən ilin noyabrında onkoloji (prostat xərçəngi) xəstəlikdən əməliyyat olunub. Vəziyyəti ağırdır, əmək qabiliyyətini də tam itirib. Gözləri də zəif görür, mirvari suyu deyilən xəstəlikdən əziyyət çəkir, onkoloji xəstəlikdən əməliyyatdan sonra vaxtaşırı müalicə və müayinədə olmaq üçün maddi imkanı tamamilə tükənib, arvadı da işləmir. Odur ki, evdən çıxdığı müddətdən arvadı ilə birlikdə öz evinə qayıtmaq üçün cavabdehlərə dəfələrlə şəxsən və yaxud qarşılıqlı qohumları və tanışları vasitəsilə müraciət etsə də, oğlu və gəlini qəti olaraq onlara bildirmişlər ki, əgər onlar mübahisəli evə İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtsalar qan düşəcək. Ona görə də hazırki, ağır sağlamlıq və maddi durumuna baxmayaraq kirayələrdə yaşamağa məcburdur. Odur ki, yuxarıda qeyd edilənlər nəzərə alınmalı və cavabdehlər və onların 2 azyaşlı uşağının İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evindən istifadə hüququna hər hansı kompensasiya verilmədən xitam verilməli və onlar özlərinə məxsus əşyaları ilə birlikdə İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşin fərdi yaşayış evindən çıxardılmalıdırlar. Bununla yanaşı iddiaçıların həmin mübahisəli fərdi yaşayış evinə əşyaları ilə birlikdə köçürülməsi təmin edilməli, onların orada ləyaqətli şəkildə yaşaması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr tamamilə aradan qaldırılmalıdır. Milli qanunvericiliyin yuxarıda qeyd etdiyi normalarının tələblərinə əsaslanaraq İddiaçı1 mülkiyyətində olan İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin və onların uşaqlarının istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, o, üçüncü qrup əlildir. İddiaçılar İddiaçı1 və İddiaçı2 evdən çıxarmamışdır. İddia ərizəsində göstərilənlərin hamsının yalan və böhtan olduğunu bildirdi. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 verdiyi izahatı təsdiq etdiyini bildirdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-717/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə (X12) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan İmişli şəhəri, R.Əliyev küçəsindən yerləşən 2 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, iddiaçılar İddiaçı1 və İddiaçı2 İmişli şəhəri, R.Əliyev küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinə köçürülmələri və onların orada yaşamalarına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh1 və İddiaçı2 qızı birgə apellyasiya şikayəti verərək bildirmişdilər ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. İmişli Rayon Məhkəməsinin 2(036)-717/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-717/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatlarında apelyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-717/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin 2(036)-717/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.5 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin məcəllənin 228.2 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin məcəllənin 228.4 maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, (cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onların əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması tələbinə münasibətdə) hazırki vəziyyətdə isə cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu olsa da, onun İddiaçı1 ilə birlikdə yaşaması halı müəyyən edilmir. Əksinə, Cavabdeh1 ilə birlikdə yaşamaq istəmək istəməyən mülkiyyətçi İddiaçı1 öz mülkiyyətindən məhrum olması və onun üzərində sərəncam vermək ( istifadə və sahiblik hüququ) hüququnun məhdudlaşması sübut olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı1 ilə birlikdə daimi yaşamadığı və hazırda yaşaması mümkün olmadığı üçün sonuncuya məxsus İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Digər Cavabdeh2 isə İddiaçı1 arvadı, onun uşağı və valideyni olmadığı üçün İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmadığı üçün xitam verilə bilməz. Buna görə də iddia tələbi cavabdehlər Cavabdeh1, onun arvadı Cavabdeh2 və onların az yaşlı uşaqları X6 və X1 verilmədən İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilə bilməz. Hazırki iddia tələbi ilə iddiaçılar həm də cavabdehlərin onların əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, iddiaçılar cavabdehlərin əşyaları ilə birlikdə İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı1 və onun arvadı İddiaçı2 İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə əşyaları ilə birlikdə köçürülməsi və onların orada ləyaqətli şəkildə yaşamaları üçün cavabdehlər tərəfindən yaradılmış maneələrin tamamilə aradan qaldırılmasını xahiş edirlər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, onun arvadı Cavabdeh2 İmişli şəhəri, R.Əliyev küçəsində yerləşən 2 nömrəli yaşayış evinə heç bir subyektiv hüququ olmadığı üçün iddia həmin hissədə təmin edilməlidir. Bunun əksinə olaraq İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yaşayış evinə və həyətyanı sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının öz mülkiyyətinə sərbəst sərəncam vermək hüququ təmin olunmalıdır. Həmçinin, cavabdeh tərəfindən subyektiv hüququnun mövcudluğu ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 münasibətdə onun fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılmasının təmin edilməsi hissəsində iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normlarını düzgün tətbiq etməyərək, səhv təfsir etmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında qismən ləğvi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 88,9 kv. metr, yaşayış sahəsi 43,2 kv. metr olan fərdi yaşayış evi və onun altında yerləşən 0,03 ha torpaq sahəsi üzərindən İddiaçı1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan tomoqrafiya müayinəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, İddiaçı1 onurğa sütunun bel şöbəsində fizioloji lordoz L3-L4 və L5-S1 fəqərəarası disk hündürlüyü məsafəsi azalmışdır. L3-L4 intervertebral disk aralığında degenerativ – eroziv dəyişikliklər qeyd edilir. L4 fəqərə cismində Şmorl düyünü izlənilir. Bel fəqərələrində destruksiya əlamətləri yoxdu. Onurğa sütununun bel-oma şöbəsində osteofitik degenerativ dəyişikliklər izlənilir. İşdə olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı1 və Cavabdeh1 iştirak etmiş, İddiaçı1 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan AZ-İİ seriyalı 309066 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında rəsmi nikah xx.xx.2019-cü il tarixdə İmişli regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 191 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “İmanova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* №-li arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* №-li arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixdən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* №-li arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixdən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* №-li arayışından görünür ki, İddiaçı2 xx.xx.2015-ci il tarixdən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşdə olan İmişli RİH Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 57 nömrəli arayışından görünür ki, İddiaçı1 İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yaşamaqla ailə tərkibi həyat yoldaşı İddiaçı2, oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 ibarətdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, Cavabdeh1 üçüncü dərəcəli əlildir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iddiaçının mənzilə mülkiyyət hüququnun olması və həmin hüququn həyata keçirilməsi ilə bağlı maneənin aradan qaldırılması təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 5.3, 14.1, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, İddiaçı1 2002-ci ildə Bakı şəhəri Səbail rayonu ərazisində fərdi yaşayış evi alaraq ailəsi, yəni, arvadı və uşaqları ilə birlikdə yeni evinə köçərək orada yaşamışdır. 2007-ci ildə həyat yoldaşı dünyasını dəyişdikdən sonra 2009-cu ildə Saatlı rayon sakini İddiaçı2 ilə ailə həyatı qurmuş və 2019-cu ildə nikaha daxil olmaqla İmişli Regional “Asan Xidmət” Mərkəzində həmin evliliyi rəsmiləşdirmişdir. İddiaçı1 2014-cü ildə İmişli şəhəri, R. Əliyev küçəsində yerləşən 2 nömrəli, ümumi sahəsi 88,9 kv. metr, yaşayış sahəsi 43,2 kv. metr olan fərdi yaşayış evini və onun altında yerləşən 0,03 ha torpaq sahəsini (Çıxarış: qeydiyyat nömrəsi**********; Tarix:xx.xx.2014) alqı-satqı yolu ilə satın almış və öz mülkiyyətində olan həmin evə arvadı ilə Bakı şəhərindən köçərək orada yaşamağa başlamışdır. İddiaçı1 birinci nikahdan 2 oğlu anadan olmuş və böyük oğlu 2010-cu ildə ailə həyatı qurduqdan sonra başqa yaşayış sahəsinə köçərək orada yaşamaqdadır. İddiaçı1 kiçik oğlu Cavabdeh1 onunla birlikdə 2014-cü ildə İmişli şəhərinə qayıtmamış və 2018-ci ildə Bakı sakini olan bir xanımla ailə həyatı qurmuş, yalnız atasının ağır xəstəliyə düçar olmasını eşitdikdən sonra 2022-ci ilin sentyabrında arvadı - Cavabdeh2 və iki uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə atasının razılığı ilə qayıtmışdır. Cavabdehlər mübahisəli mənzildə məskunlaşdıqdan qısa müddət sonra onlarla iddiaçılar arasında münasibətlər kəskinləşməyə başlamışdır. Cavabdehlər xüsusən də İddiaçı2 mübahisəli mənzildə yaşamasını istəməmiş və onun orada yaşaması üçün süni şəkildə müxtəlif maneələr yaratmışlar, onun yaşayışını dözülməz həddə çatdırmış və açıq şəkildə onun evi tərk etməsini tələb etmişlər. Cavabdehlərin təhqir və təzyiqlərinə dözməyən İddiaçı2 2022-ci ilin sonlarında evi tərk etmişdir. Sonradan İddiaçı2 ən azı iki dəfə ərinin xahişi ilə evə qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Odur ki, yuxarıda qeyd edilənlər nəzərə alınmalı və cavabdehlər və onların 2 azyaşlı uşağının İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evindən istifadə hüququna hər hansı kompensasiya verilmədən xitam verilməli və onlar özlərinə məxsus əşyaları ilə birlikdə İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşin fərdi yaşayış evindən çıxardılmalıdırlar. Bununla yanaşı iddiaçıların həmin mübahisəli fərdi yaşayış evinə əşyaları ilə birlikdə köçürülməsi təmin edilməli, onların orada ləyaqətli şəkildə yaşaması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr tamamilə aradan qaldırılmalıdır. Milli qanunvericiliyin yuxarıda qeyd etdiyi normalarının tələblərinə əsaslanaraq İddiaçı1 mülkiyyətində olan İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin və onların uşaqlarının istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Məhkəmə kollegiyası hazırki mübahisənin spesifikasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi həqiqi hallar və tətbiq etdiyi maddi hüquq normalarına apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla işə aşağıdakı hallar üzrə hüquqi qiymət verilməlidir: İ Cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onların əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması tələbi üzrə apelyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin məcəllənin 228.2 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin məcəllənin 228.4 maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır”. Plenum daha sonra qeyd edir ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır”. Qeyd edilən Qərarın əsaslandırıcı hissəsində daha sonra göstərilir “Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu qərarında hüququn xitamı üçün üç halı misal kimi göstərmiş (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) və eyni zamanda bu halları məhdudlaşdırmayaraq qanunvericiliklə xitama səbəb olacaq hallar siyahısını arta biləcəyini istisna etməmişdir. Xitama səbəb ola biləcək hallar isə ədalətli məhkəmə araşdırmasının vəzifəsidir ki, hazırki mübahisədə müəyyən olunur ki, İddiaçı1 2002-ci ildə Bakı şəhəri Səbail rayonu ərazisində fərdi yaşayış evi alaraq ailəsi, yəni, arvadı və uşaqları ilə birlikdə yeni evinə köçərək orada yaşamışdır. 2007-ci ildə həyat yoldaşı dünyasını dəyişdikdən sonra 2009-cu ildə Saatlı rayon sakini İddiaçı2 ilə ailə həyatı qurmuş və 2019-cu ildə nikaha daxil olmaqla İmişli Regional “Asan Xidmət” Mərkəzində həmin evliliyi rəsmiləşdirmişdir. İddiaçı1 2014-cü ildə İmişli şəhəri, R. Əliyev küçəsində yerləşən 2 nömrəli, ümumi sahəsi 88,9 kv. metr, yaşayış sahəsi 43,2 kv. metr olan fərdi yaşayış evini və onun altında yerləşən 0,03 ha torpaq sahəsini (Çıxarış: qeydiyyat nömrəsi**********; Tarix:xx.xx.2014) alqı-satqı yolu ilə satın almış və öz mülkiyyətində olan həmin evə arvadı ilə Bakı şəhərindən köçərək orada yaşamağa başlamışdır Cavabdeh1 onunla birlikdə 2014-cü ildə İmişli şəhərinə qayıtmamış və 2018-ci ildə Bakı sakini olan bir xanımla ailə həyatı qurmuş, yalnız atasının ağır xəstəliyə düçar olmasını eşitdikdən sonra 2022-ci ilin sentyabrında arvadı - Cavabdeh2 və iki uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə atasının razılığı ilə qayıtmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, Cavabdeh1 sözügedən mənzilin mülkiyyətçisinin ailə üzvü, yəni övladı olduğundan həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmuşdur. Bu səbəbdən o, həmin mənzildə istifadə hüququ əldə etmiş və onun bu hüquqlarının yaranması üçün notariat qaydasında təsdiqlənən yazılı razılaşma tələb edilməmişdir. Həmçinin 2014-cü ildə sözügedən mənzilə dair iddiaçının mülkiyyət hüququ yaranarkən Cavabdeh1 mülkiyyət hüququndan imtina barəsində notariat qaydasında təsdiqlənmiş öhdəlik verməmişdir. Hazırki müki iş üzrə iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən cavabdeh Astan Ruslanova bazar qiyməti ilə müvafiq kompensasiya verməsi təklif edilməmiş və bu barədə məhkəməyə hər-hansı razılıq təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdeh Astan Ruslanovun digər ünvanda daimi yaşaması ilə əlaqədar məhkəməyə sübut təqdim edilməmişdir. Digər tərəfdən iş materiallarından müəyyən edilmir ki, Cavabdeh1 mübahisələndirilən mənzildən istifadə hüququnu aradan qaldıran yeni hal, yəni başqa bir mənzilə mülkiyyət hüquqlarının əmələ gəlməsi və.s baş vermişdir. Əksinə işdə olan sübutlardan müəyyən edilir ki, cavabdehin və övladının başqa yerdə yaşayış üçün zəruri ehtiyaclarını təmin edən ev mövcud olmamış, başqa sözlə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılmalarına səbəb olacaq hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 İddiaçı1 ilə birlikdə daimi yaşamadığı və hazırda yaşaması mümkün olmadığı üçün sonuncuya məxsus İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmadığını qeyd etsə də, kollegiya yuxarıda qeyd edilən işin faktiki hallarından belə qənaətə gəlir ki, Cavabdeh1 məhz elə ailə münasibətlərindən irəli gələn mülkiyyətçinin övladı kimi həmin mənzildən istifadə hüququ yaranmış, belə olan halda onun həmin mənzildən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kollegiya iddia tələbinin Cavabdeh2 qarşı hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İddiaçı Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin mübahisəli mənzilində istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində və Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması isə evə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına göstərilmişdir ki, “Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Kollegiya qeyd edir ki, İddiaçı1 cavabdeh Rasimə Tarıverdiyevanın ailə üzvü olmamışdır. Rasimə Tarıverdiyeva iddiaçıya münasibətdə də “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da aid edilə bilməz. Belə olan halda cavabdeh Rasimə Tarıverdiyevanın həmin mənzildən istifadə hüququnun yaranmasından ötrü mülkiyyətçi-iddiaçı ilə arasında Mülki Məcəllənin 228. 2-ci maddəsinə əsasən razılaşması olmalıdır. Lakin cavabdeh Rasimə Tarıverdiyevanın mülkiyyətçi İddiaçı1 ilə mənzildən istifadə edilməsinə dair aralarında hər hansı bir razılaşma olması da müəyyən edilməmişdir. Ona görə də Cavabdeh2 sözügedən mənzildə istifadə hüququnun olması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməmiş və haqlı olaraq cavabdeh Rasimə Tarıverdiyevanın mübahisəli mənzildən çıxarılması qənaətinə gəlmişdir. İİ İddiaçıların fərdi yaşayış evinə köçürülməsi tələbi üzrə apelyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi: Kollegiya qeyd edir ki, iddiaçıların köçürülmələrini tələb etdiyi İmişli şəhəri, R.Əliyev küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur. Digər İddiaçı2 cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onların əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması ilə bağlı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmasa da nəzərə almaq lazımdır ki, o iddiaçı ilə 2019-cu ildə nikahını rəsmiləşdirməklə ailə həyatı qurduğundan İddiaçı1 ailə üzvü kimi onunla birlikdə həmin mənzilə köçürülməsini tələb etmək hüquq vardır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli İmişli Rayon Məhkəməsinin 2(036)-717/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsi qismən yəni Cavabdeh1 İmişli şəhəri, R.Əliyev küçəsindən yerləşən 2 nömrəli fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 İmişli şəhəri, R.Əliyev küçəsindən yerləşən 2 nömrəli fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması tələbinə dair hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-717/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsi qismən yəni Cavabdeh1 İmişli şəhəri, R.Əliyev küçəsindən yerləşən 2 nömrəli fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 İddiaçı2 Cavabdeh1 İmişli şəhəri, R.Əliyev küçəsindən yerləşən 2 nömrəli fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvvədə saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1204/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1204/2025
18.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver