Məhkəmə qərarları › İş №2(106)-121/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-121/2023

06.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-121/2023 06.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X20 və X17 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçılardan İddiaçı1, cavabdehlərdən Cavabdeh2 Cavanşir oğlu, X18 və onun vəkili Vəkil iştirakları ilə, birgə iddiaçılar İddiaçı1 və X12 cavabdehlər Cavabdeh2, X18 və Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş Masallı rayon Qəriblər bələdiyyəsinə qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair iddiası əsasında mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsindən (hakim A.Səlimov) cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: Birgə iddiaçılar İddiaçı1 və X19 cavabdehlər Cavabdeh2, X18 və Cavabdeh3, üçüncü şəxs Masallı rayon Qəriblər bələdiyyəsinə qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırmışdır ki, Masallı rayonu Qəriblər kəndində sakinlərin ümumi istifadəsində olan 0.60 ha torpaq sahəsi 1940-cı illərdən kənd stadionu qismində əhalinin istifadəsinə verilmişdir. Stadion tipli hazırlanan bu idman meydançasından bütün kənd sakinləri, xüsusən uşaqlar, yeniyetmələr və gənclər istifadə edirlər. Hətta 2007-ci ildə stadion bələdiyyənin və icra nümayəndəliyinin, eləcə də Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəy, akt və qərarlarına əsasən rəsmiləşdirilmişdir. Bir sıra qurumların birgə imzası ilə 2007-ci ildə təsdiq olunan qərara əsasən 0.60 ha torpaq sahəsi rəsmi olaraq kəndin stadionu üçün ayrılmışdır. Eyni zamanda Masallı rayon Qəriblər bələdiyyəsinin “X3 Çıxarış”dan görünür ki, 0.60 torpaq sahəsi stadion üçün ayrılmışdır. Bununla yanaşı orada kəndin iki inzibati binası olan icra nümayəndəliyi və Bələdiyyə binasının tikintisi üçün də stadiona bitişik olan 0.04 ha torpaq sahəsində yer ayrılmışdır. Bütün bunlara baxmayaraq bələdiyyənin sədri stadiona aid və inzibati binanın tikintisi üçün ayrılan torpaq sahəsini külli miqdarda qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə satmışdır. Bununla da kəndin ictimai maraqlarına zidd olaraq ümumi istifadədə olan torpaq sahəsi istifadədən çıxmaq təhlükəsi ilə üzləşmişdir. Həmin torpağın 2007-ci ildə bələdiyyə qərarı ilə ümumi istifadəyə ayrılmasına baxmayaraq, bələdiyyə bu sahəni əsassız satmışdır. Bu səbəbdən Masallı rayon Qəriblər bələdiyyəsinin Cavabdeh2, X18, Cavabdeh3 və X16 ilə bağlamış olduğu alğı-satqı müqavilələrinin ləğv olunması, eləcədə iş üzrə üçüncü şəxslərlə bağlanmış eyni tipli alğı-satqı müqavilələrin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız sayılması barədə məhkəməyə müraciət edilmişdir. Beləliklə hazırda cavabdehlər qeyd edilən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmışlar. Tikintinin aparılmasının qanunsuz olduğu barədə cavabdehlərə dəfələrlə məlumat verilsə də, heç bir nəticəsi olmamışdır. Odur ki məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Masallı rayonu Qəriblər kəndində yerləşən, futbol stadionu kimi sakinlərin ümumi istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin hüdudları daxilində Cavabdeh2 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 123 kv.metr olan fərdi yaşayış evi, tikilialtı sahəsi 62.8 kv.metr olan saray (köməkçi tikili), tikilialtı sahəsi 7.7 kv.metr olan sanitar qovşaq və dəmir profildən çəkilmiş çəpər, cavabdeh X18 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 138.7 kv.metr olan yarımçıq tikili və dəmir profildən çəkilmiş çəpər, Cavabdeh3 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 124.6 kv.metr olan fərdi yaşayış evi və dəmir profildən çəkilmiş çəpərin sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2, X18 və Cavabdeh3 ilə Masallı rayon Qəriblər bələdiyyəsi arasında torpaq sahəsinin müvafiq alqı-satqısına dair müqavilələr bağlanmış, cavabdehlər həmin müqavilələr əsasında onlara satılmış torpaq sahələrinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar əldə etmişlər. Lakin daha sonra yekun məhkəmə qərarı ilə həmin müqavilələr etibarsız hesab edilmiş və müqavilələr əsasında cavabdehlərə verilmiş çıxarışlar ləğv edilmişdir. Hazırda isə iddiaçılar İddiaçı1 və X19 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul eilməsini xahiş edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılar ictimai maraqlardan çıxış edərək, kəndin futbol stadionunda qanunsuz tikililərin sökülməsini mübahisələndirməkdə müvafiq subyektiv hüquqlara malikdirlər. Belə ki, mübahisəli torpaq sahəsi Masallı rayon Qəriblər Bələdiyyəsinin mülkiyyətində olsa da, ümumi istifadədə olan stadiondur. İş üzrə təyin olunmuş ekspertizanın rəylərində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin Masallı rayonu Qəriblər kəndində yerləşən mübahisəli futbol stadionunun hüdudları daxilində, cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə nəzərdə tutulmuş sahələrdə inşa edilmiş olması öz təsdiqini tapmışdır. Lakin qeyd olunan hüquqmüəyyənedici sənədlərin ləğv edilmiş olması nəzərə alınarsa, futbol stadionu qismində kənd sakinlərinin ümumi istifadəsinə verilmiş torpaq sahəsinin hazırda cavabdehlərin qanunsuz sahibliyində olması, həmçinin həmin şəxslər tərəfindən inşa edilmiş tikililərin orada mövcudluğu qanunsuzdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh2, X18 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızıdır və ləğv edilməlidir. İddia tələbinə görə Masallı rayonu Qəriblər kəndində sakinlərin ümumi istifadəsində olan 0.60 ha torpaq sahəsi 1940-cı illərdən kənd stadionu qismində əhalinin istifadəsinə verilmişdir. Stadion tipli hazırlanan bu idman meydançasından bütün kənd sakinləri, xüsusən uşaqlar, yeniyetmələr və gənclər istifadə edirlər. 2007-ci ildə 0.60 ha torpaq sahəsi kəndin stadionu üçün ayrılmışdır. Bütün bunlara baxmayaraq bələdiyyənin sədri stadiona aid və inzibati binanın tikintisi üçün ayrılan torpaq sahəsini külli miqdarda qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə satmışdır. Bununla da kəndin ictimai maraqlarına zidd olaraq ümumi istifadədə olan torpaq sahəsi istifadədən çıxmaq təhlükəsi ilə üzləşmişdir. İddia tələbi ilə əlaqəli bildirirlər ki, qeyd olunan torpaq sahəsinin həmin əraziyə aid olmaması və saxta olması şübhə doğurduğundan, bələdiyyə komissiyası tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı həmin ərazinin yaşayış fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Həmin dövrlərə aid qərar və digər sənədlər barədə bələdiyyə arxivində məlumat olmadığı üçün, bələdiyyə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə, Masallı rayon arxivinə yazılı sorğular verilmiş və həmin təşkilatlar bu sənədlər barədə məlumat olmadığını yazılı şəkildə təsdiq etmişlər. Ona görə də "Bələdiyyələrin Statusu haqqında" qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyənin 30 may 2007-ci il tarixli 06 saylı qərarı, hüquqi əsası olmadığı üçün, bələdiyyənin 25 iyun 2018-ci il tarixli 10 saylı qərarı ilə ləğv edilmişdir. Bələdiyyə tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin İİİ fəsil bənd 17 və İV fəsil 18, 19, 20, 23 bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarından daxil olmuş yerquruluşu sənədlər əsasında yaşayış məntəqəsinin baş planına, rayon memarlıq xidmətinin rəyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Cəlilabad ərazi dairəsi tərəfindən bələdiyyə mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsinə dair ********** saylı çıxarış verilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının verdiyi rəylərdən görünür ki, həmin torpaq sahəsi ümumi istifadədə deyil. Diqqətə çatdırırıq ki, qeyd olunmuş məsələ ilə bağlı iddiaçılar tərəfindən Şirvan İnzibati-iqtisadi Məhkəməsində iddia qaldırılmış və məhkəmə 2-1(086)-2027/2018 saylı 02 oktyabr 2018-ci il tarixində iddianı mümkün saymamışdır. İş materiallarında olan Masallı rayonu Qəriblər bələdiyyəsinin 25 iyun 2018-ci il tarixli 10 saylı iclasının qərarından çıxarışdan görünür ki, bələdiyyənin 30 may 2007-ci il tarixli 06 saylı qərarıyla torpaq sahəsinin ayrılması barədə qərar ləğv edilmişdir. Birincisi məhkəmə mübahisə üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 10/4031 saylı ekspert rəyinə istinad etməklə mübahisəli torpaq sahəsinin yaşayış məntəqələri torpaq sahəsi deyil, ümumi istifadədə olan torpaq sahəsi hesab edərkən, torpaq sahəsinə dair 2019-cu il tarixindən hazırlığı başlanılmış, hal-hazırda isə hazırlanmış Elektron xəritə Sistemini və həmin xəritə əsasında təkrar məhkəmə ekspertizasının təyin edilməsi zəruriliyini nəzərə almamaqda haqlı olmamışdır. Hesab edirlər ki, məhkəmə araşdırma apararkən yeni hazırlanmış - Elektron xəritə sistemi əsasında təkrar məhkəmə ekspertizasını təyin etməklə mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi deyil, yaşayış məntəqələri torpaq sahəsinə aid olduğunu dəqiqləşdirə bilərdi. İkincisi hesab edirlər ki, məhkəmə iddia tələbini təmin edərkən həmdə “mübahisə predmeti olan torpaq sahəsinin kəndin yaşayış məntəqələri torpaq sahəsinə aid deyil, ümumi istifadədə olan torpaq sahəsinə aiddir” əsasına istinad etmiş, lakin qeyd olunmuş əsasla əlaqəli iddia tələbinə obyektiv qiymət verməmişdir. Belə ki, məhkəmə iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinin ümumi istifadədə olması ilə bağlı iddiaçıların həqiqətdən uzaq əsaslarına istinad edərkən adı çəkilən torpaq sahəsinin ümumi istifadədə olmaması,kəndin yaşayış məntəqələri torpaq sahəsinə aid olmaqla alqısatqının predmeti olması, bu səbəbdən də həmin sahədə mənzil tikintisinin qanuni olmasını təsdiq edən sübutları nəzərə almamışdır. Eyni zamanda, məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmuş Masallı rayonun Qəriblər bələdiyyəsinin iddianın təmin olunmaması barədə mövqeyini də nəzərə almamaqda haqlı olmamışdır. Bununla bağlı sübutları təqdim edirlər: Torpaq sahəsinin faktik vəziyyətinə dair 20 iyun 2017-ci il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, mübahisəli 0.53 hektar bələdiyyə torpağının məqsədli təyinatı və hüquqi rejimi yaşayış məntəqələri torpaq sahəsidir. Memarlıq və Tikinti şöbəsinin 05 mart 2018-ci il tarixli rəyində həmin torpaq sahəsi yaşayış kateqoriyalı torpaq sahəsi hesab edilir və həmin sahənin müsabiqə və hərraca çıxarılması yolu ilə mülkiyyətə verilməsinə razılıq verilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin kadastr göstəriciləri, eyni zamanda 24 avqust 2017 tarixli 519 saylı rəyə əsasən torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid hesab edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarliq və Tikinti Şöbəsinin 05 iyun 2007-ci il tarixli rəyindən görünür ki, Qəriblər kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançasının tikinti altına istifadəyə veriləcək torpaq sahəsi kəndin şimalında yerləşir. Qəriblər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və ərazi yaşayış məntəqələri təyinatlıdır, Masallı rayonu Qəriblər bələdiyyəsinin tam mülkiyyətindədir. 12 mart 2018-ci il qeydiyyat tarixli çıxarışla torpaq sahəsi Qəriblər bələdiyyəsinin mülkiyyətidir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarışda mübahisəli torpaq sahəsinin bələdiyyənin ümumi istifadədə olmaması müəyyən olunur. Məhkəmənin 20 oktyabr 2020ci il tarixli sorğusuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi və "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş cavabda torpaq sahəsinin hansı təyinatlı olması barədə 29 oktyabr 2020-ci il tarixli arayışda (cavabda) Qəriblər bələdiyyəsinin mülkiyyətində olan həmin 0.53 hektar sahənin Qəriblər kəndinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarına aid olması qeyd olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Apellyasiya Məhkəməsinə göndərdiyi 10 noyabr 2020-ci il tarixli sorğuya cavab məktubunda bələdiyyənin mülkiyyətində olan 0.53 ha torpaq sahəsinin Qəriblər bələdiyyəsinin perspektiv inkişaf Fond torpaq sahəsinə aid olması və yaşayış məntəqələrinin torpaq sahəsi, təyinatı isə həyətyanı olması qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Ərazi Şöbəsinin 24 avqust 2017-ci il tarixli rəyinə görə həmin torpaq sahəsi Qəriblər bələdiyyəsinin mülkiyyətidir, yaşayış məntəqəsinin torpaqları kateqoriyalı, fərdi mənzil tikinti təyinatlıdır, alqı-satqı təyinatlıdır, mülkiyyətə, icarəyə verilə bilər. Mübahisə predmeti torpaq sahəsi onların mülkiyyətində olmuşdur. Belə ki, Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli, **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında X4 xüsusi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakin AN-İN ******* saylı algı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirinden çıxarışa əsasən Masallı rayon Qəriblər bələdiyyəsinin mülkiyyətindəolan 0.53 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsi alğı-satqı qaydasında Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. 12 mart 2018-ci il tarixli **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, dövlət reyestirindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqısatqı qaydasında X13 xüsusi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakin AN-İN ******* sayh algı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirinden çıxanşa əsasən Masalli rayon Qəriblər bələdiyyəsinin mülkiyətində olan 0.53 ha torpaq sahəsindən 0.08 ha torpaq sahəsi alqı-satqı qaydasında X5 xüsusi mülkiyyətinə verilmişdir. DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışın surətindən görünür ki, Masallı rayonu Qəriblər kəndində yerləşən 0.12 ha torpaq sahəsi 16 aprel 2018-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. DƏDRX-in Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışın surətindən görünür ki, Masallı rayonu Qəriblər kəndində yerleşen 0.06 ha torpaq sahəsi 16 aprel 2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. DƏDRX-in Hüquqlarin Dovlat qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çixarışın surətindən görünür ki, Masallı rayonu Qəriblər kəndində yerləşən 0.08 ha torpaq sahəsi 16 aprel 2018-ci il tarixdən X5 mülkiyyətindədir. DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çixarişin surətindən görünür ki, Masallı rayonu Qəriblər kəndində yerləşən 0.06 ha torpaq sahəsi 16 aprel 2018-ci il tarixdən Cavabdeh3 mülkiyyətindədir. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 01 iyun 2007-ci il tarixli 266 saylı rəyindən görünür ki, Qəriblar kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançasinin tikinti altına istifadəyə veriləcək torpaq sahəsi kəndinin şimalında yerləşir. Qəriblər bələdiyyəsinin mülkiyyatinə aid torpaq sahəsidir. Ayrılacaq torpağın ümumi sahəsi 0.60 hektar olmaqla şimalda yaşayış binalarının ərazisi ilə, cənubdan Masallı-Yardımlı şosse yolunun mühafizə zonası ilə, şərqdən kəndarası yol və bələdiyyə mülkiyyəti torpağı ilə, qərbdən Qəriblər bələdiyyəsi və kənd nümayəndəliyi üçün birgə tikiləcək inzibati-ərazi idarə binasının ərazisi ilə hamsərhəddir. Beləliklə, hazırki mübahisə predmeti olmuş torpaq sahəsi qanunla xüsusi mülkiyyətə verilməsi qadağan olunmayan torpaq sahələrinin kateqoriyasına aid olduğu təsdiqlənir. Bu səbəbdən də məhkəmə mülkiyyət hüququna dair normaların pozuntusuna yol vermişdir. Üçüncüsü onlar adıçəkilən torpaq sahəsinə dair qanuni əsaslarla mülkiyyət hüququ əldə edərək orada müvafiq sənədləşmə işləri aparmaqla mənzillər tikmişlər. Mübahisəli torpaq sahəsinə dair ilkin sənədləşmə işləri aparılmış, həmin sahənin hər birinə dair çıxarış verilmiş, orada artıq bir neçə ev tikilmişdir. Bu səbəbdən kiçik bir kəndin futbol meydançasına görə tikintisi başa çatmış bir neçə evin sonda sökülməsi ədalətsizdir. Qeyd olunmuş əsaslara uyğun olaraq hesab edirlər ki, iddia tələbinin təmin edilməsi torpağı vicdanlı əldə edən şəxs olaraq mülkiyyət hüquqlarıının təsbit olunmasına və qorunmasına dair hüquq normalarının pozulmasına səbəb olmuşdur. Hesab edirlər ki, məhkəmənin iş üzrə qəbul elmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız qətnamə qəbul edilmişdir. Birinci İnstansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və bununla da Azərbaycan Respublikası MPM-nin 77.1, 88, 217-218, 220-ci cü maddələrinin pozuntusuna yol verilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlərdən Cavabdeh2 Cavanşir oğlu, X18 və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə iddiaçılardan İddiaçı1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış birgə iddiaçılardan X19, digər Cavabdeh3 məhəmədə iştirak emtəmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş Masallı rayon Qəriblər bələdiyyəsi nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsada, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş və hazırki iş üzrə preyudisial xarakter daşıyan Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 mart 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi ilə aşağıdakılar müəyyən olunur: Birgə iddiaçılar İddiaçı1 və X19 cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, Masallı regional "Asan xidmət" Mərkəzinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, X14, Cavabdeh3 və X8 qarşı "alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrdən irəli gələn çıxarışların ləğv olunması" tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək «AN-İN ******* və AN-İN ******* saylı 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin, eləcə də iş üzrə üçüncü şəxslərlə bağlanmış eyni tipli alğı-satqı müqavilələrinin ləğv olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddia tələbində irəli sürülən tələblərin ardıcıllığının düzgün qeyd edilmədiyini bildirib, tələbin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması kimi qəbul edilməsini xahiş etmişlər; İş materiallarında olan DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən **********46 reyestr nömrəli, yaşayış məntəqələri təyinatlı 0.53 ha torpaq sahəsi Masallı rayonu Qəriblər bələdiyyəsinin tam mülkiyyətindədir; İş materiallarında olan torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 20 iyun 2017-ci il tarixli müayinə (baxış) aktının surətinə əsasən 0.53 ha bələdiyyə torpağının məqsədli təyinatı və hüquqi rejimi yaşayış məntəqələri torpaq sahəsidir. Akt aidiyyəti orqanların nümayəndələri tərəfindən imzalanmışdır; İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi 15 saylı ərazi idarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbəsinin 24 avqust 2017-ci il tarixli 519 saylı rəyinə əsasən Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyalı, fərdi mənzil tikinti təyinatlıdır, əkinə yararlıdır, alqısatqı predmetidir; İş materiallarında olan Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən 12 mart 2018-ci il tarixli, **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında X1 xüsusi mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışla həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır; İş materiallarında olan Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən 12 mart 2018-ci il tarixli **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsi alqı-satqı qaydasında Cavabdeh2 satılaraq xüsusi mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX, ******* olan çıxarışla həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır; İş materiallarında olan Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən 12 mart 2018-ci il tarixli **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında Cavabdeh3 satılaraq xüsusi mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışla həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır; İş materiallarında olan Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən 12 mart 2018-ci il tarixli **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.08 ha torpaq sahəsi alqı-satqı qaydasında X2 xüsusi mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışla həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır; Qətnamə ilə iddiaçılar İddiaçı1 və X12 apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-605/2019 saylı 01 may 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, yuxarıda qeyd olunan alqı-satqı müqavilələri etibarsız hesab edilərək onlar əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatlar ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş sifarişçi Cavabdeh2 tərəfindən Masallı rayonu Qəriblər kəndində tikiləcək fərdi yaşayış evinin layihəsindən görünür ki, həmin layihə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə müvafiq olaraq məlumatlandırma icraatı qaydasında Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə 27 sentyabr 2018-ci ildə razılaşdırılmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 10/4031 saylı ekspert rəyində qeyd edilmişdir ki, Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0.60 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0.60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə Cavabdeh2 (RX N1272745) **********46 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.12 ha, faktiki istifadəsindəki 0.1260 hektaradək torpaq sahəsində (11.6 m X 10.5 m) tikilialtı sahəsi 123.0 m2 olan evin, tikilialtı sahəsi olan 62.8 m2 sarayın (köməkçi tikilinin) və tikilialtı sahəsi 7.7 m2 sanitar qovşağın, cavabdeh X15 (RX N1272739) **********45 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.06 ha, faktiki istifadəsindəki 0.1386 hektaradək torpaq sahəsində (12.6 m X 11.0 m) tikilialtı sahəsi 138.7 m2 olan yarımçıq tikilinin, Cavabdeh3 (RX N1272738) **********47 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.06 ha, faktiki istifadəsindəki 0.0622 hektaradək torpaq sahəsində (12.0 m X 10,4 m) tikilialtı sahəsi 124.6 m2 olan evin və cavabdeh X7 (RX N1272737) **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.08 ha, faktiki istifadəsindəki tikilisi olmayan 0.0824 hektaradək torpaq sahəsinin yerləşdiyi müəyyən olunmuşdur. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0.60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə Cavabdeh2 (RX N1272745) **********46 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.12 ha, faktiki istifadəsindəki 0.1260 hektaradək torpaq sahəsində (11.6 m X 10,5 m) tikilialtı sahəsi 123.0 m2 olan evin, tikilialtı sahəsi 62.8 m2 olan sarayın (köməkçi tikili) və tikilialtı sahəsi 7.7 m2 sanitar qovşağın inşa edildiyi və dəmir profillə çəpərləndiyi müəyyən edilmişdir. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0.60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə cavabdeh X15 (RX N1272739) **********45 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.06 ha, faktiki istifadəsindəki 0.1386 hektaradək torpaq sahəsində (12.6 m X 11.0 m) tikilialtı sahəsi 138.7 m2 olan yarımçıq tikilinin inşa edildiyi və dəmir profillə çəpərləndiyi müəyyən edilmişdir. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0.60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə Cavabdeh3 (RX N1272738) **********47 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.06 ha, faktiki istifadəsindəki 0.0622 hektaradək torpaq sahəsində (12.0 m X 10.4 m) tikilialtı sahəsi 124.6 m2 olan evin inşa edildiyi və dəmir profillə çəpərləndiyi müəyyən edilmişdir. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0.60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə cavabdeh X7 (RX N1272737) **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.08 ha, faktiki istifadəsindəki tikilisi olmayan 0.0824 hektaradək torpaq sahəsinin dəmir profillə çəpərləndiyi müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının : 25-ci maddəsinin İ bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir; 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 26-cı maddəsinin İİ bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir; 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 29-cu maddəsinin V bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İşin müəyyən olunan faktiki hallarına əsasən mübahisənin predmetini təşkil edən Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********46 reyestr nömrəli çıxarışa əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi olmaqla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş və 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında müxtəlif ölçülərdə hazırki iş üzrə cavabdeh qismində cəlb olunmuş şəxslərə satılmışdır. Cavabdehlərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafq çıxarışlar verilmişdir. Torpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra cavabdehlər tərəfindən təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. Hətta cavabdehlərdən Cavabdeh2 tərəfindən tikiləcək fərdi yaşayış evinin layihəsi “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə müvafiq olaraq məlumatlandırma icraatı qaydasında Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə 27 sentyabr 2018-ci ildə razılaşdırılmış olmuşdur. Yəni cavabdehlər bələdiyyə tərəfindən satılaraq notariat qaydada təsdiq olunan daşınmaz əmlakın alqı satqı müqavilələrinə və həmin müqavilələr əsasında aparılmış hüquqlarının Dövlət qeydiyyatına etimad göstərərək, mübahisəli torpaq sahələrini xüsusi mülkiyyətləri kimi qəbul etməklə üzərində fərdi yaşayış evləri inşa etmişlər. Sonrakı mərhələdə ictimai maraqlardan çıxış edən bir qrup kənd sakinin iddiası əsasında bələdiyyə ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilərək, onlar əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ləğv olunsa da, mübahisəli torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikinti işləri aparılan zaman torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında adlarına Dövlət qeydiyyatına alınmış olmuş və hərəkətlərində hər hansı bir qanunsuzluq olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X25rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqlar da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X25rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahələri üzərində cavabdehlərin hüquqlarının Dövlət qeydiyyatı ləğv olunsa da, onlar həmin torpaq sahələri üzərində inşa olunan tikililərdə istifadə olunan materialların sahibidir və üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Kollegiya hesab edir ki, yerli özünüidarə orqanı olaraq Masallı rayonu Qəriblər bələdiyyəsinin qanunsuz hərəkətləri (alqı-satqı müqavilələri mübahisələndirilərkən bələdiyyə sədri barəsində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmışdır) nəticəsində cavabdeh fiziki şəxslərə vurulmuş zərərin əvəzi bələdiyyə tərəfindən ödənilmədən hazırki tələb əsaslı hesab olunaraq təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2, X18 və Cavabdeh3 birgə apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Birgə iddiaçılar İddiaçı1 və X12 cavabdehlər Cavabdeh2, X18 və Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş Masallı rayon Qəriblər bələdiyyəsinə qarşı «özbaşına tikilinin sökülməsi» təbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci birgə iddiaçılar İddiaçı1 və X10 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X11, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Tərəflərin çəkdiyi məhkəmə xərcləri özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar