Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1218/2023 03.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(017)-146/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 iyun 2019-cu il tarixli MAS- 970 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsini, lizinq obyekti olan “Ravon R4” mink markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 15810 manat məbləğində pulun, həmçinin ödənilmiş 137,83 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X11 arasında bağlanmış 28 iyun 2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2019-cu il buraxılışlı “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı XWBJA69V9KA080577 ban nömrəli qara rəngli avtomobil 17500 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən X11 illik 17 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla, 504,96 manat, ümumilikdə isə 24239 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 27 noyabr 2019-cu il tarixdə X11, X9 və İddiaçı MMC arasında MAS-970 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 28 iyun 2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq lizinq müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 27 yanvar 2020-ci il tarixdə X9, X8 və İddiaçı MMC arasında MAS-970 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 28 iyun 2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq lizinq müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 02 mart 2020-ci il tarixdə X8, X12 və İddiaçı MMC arasında MAS-970 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 28 iyun 2019-cu il tarixli, MAS-970 nömrəli daxili lizinq lizinq müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 01 iyul 2020-ci il tarixdə X12, X10 və İddiaçı MMC arasında MAS-970 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 28 iyun 2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq lizinq müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 03 may 2021-ci il tarixdə X10, X4 və İddiaçı MMC arasında MAS-970 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 28 iyun 2019-cu il tarixli, MAS-970 nömrəli daxili lizinq lizinq müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddia ərizəsində, habelə göstərilmişdir ki, 16 may 2021-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-970 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 28 iyun 2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüşdür. Lizinq obyekti olan avtomobil yararsız vəziyyətdə Servis mərkəzinə yerləşdirilmiş və Qüsur aktına əsasən avtomobilə 15810 manat məbləğində ziyan dəymişdir. Daxili lizinq müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə görə isə lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 4.4.1-ci bəndindən görünür ki, lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi risqi lizinq alana keçir. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun istifadə etdikdə lizin obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizin ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Ağcabədi Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(017)-146/2022 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinə görə 9000 manat məbləğində pul, həmçinin ödənilmiş 110 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin alınaraq, Az. MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(017)-146/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və ləğv olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı onun heç bir prosesin gedişindən məlumatı olmamış, hətta məhkəmə qətnaməsinin çıxarılmasından yalnız icra məmurlarının ödəniş tələb etməsindən sonra xəbəri olmuşdur. Bundan başqa, məhkəmə qətnamə çıxararkən onun ağır avtoqəza keçirməsini, qəzaya qədər iddiaçının hesabına ödədiyi pulları və avtomobilin real bazar dəyəri ilə İddiaçı MMCnin həmin avtomobildən əldə etdiyi faydanı və digər vacib xüsusatları nəzərə almamışdır. İddiaçı MMC-nin nümayəndəsi X13 məhkəmədə izahatında apellyasiya şikayətini qəbul etmədiyini, dəlillərin əsassız olduğunu və buna görə də, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş 28 iyun 2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq müqaviləsinin, xx.xx.2021-ci il tarixli MAS-970 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinin və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinqə verilmiş, İddiaçı MMC-yə məxsus “Ravon-R4” minik markalı ** PD *** qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş Cinayət işinin başlanması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 05-30 radələrində Bakı- Quba-Dağıstan sərhəddi yolunun Abşeron rayonu ərazisindən keçən 9-cu klometrində idarə etdiyi “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Quba yoluna sağdan birləşən iki zolaqlı yolla yoxuşu 50-60 km/saat surətlə qalxmaqla hərəkətdə olarkən yuxulayıb yatmış, ayıldıqda xəstəxanada olmuş, o, “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib, avtomobillər toqquşmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Qüsur aktının surətindən görünür ki, “Ravon-R4” minik markalı ** PD *** qeydiyyat nişanlı avtomobilə servis mərkəzində ilkin texniki baxış keçirilmiş, baxış zamanı dəymiş zərərin məbləği: ehtiyat hissələrin dəyəri – 12380 manat, ümumi xidmət haqqı 3430 manat olmaqla, cəmi 15810 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli 9/2174 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən 2019-cu il buraxılışlı “Ravon-R4” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9000 (15000 m – 40 faiz) manat müəyyən edilir və ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi 10 sentyabr 2021-ci il tarixli Zərər aktı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli 9/2174 nömrəli ekspert rəyini müqayisəli şəkildə tədqiq edib hesab etmişdir ki, ekspert rəyi xüsusi biliyə və iş stajına malik ekspert tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir. Habelə 28 iyun 2019-cu il tarixli MAS-970 nömrəli daxili lizinq müqaviləsinə, xx.xx.2021-ci il tarixli MAS-970 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən lizinq alan tərəfindən müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququnun lizinq alana keçməsi şərti ilə İddiaçı MMC-yə məxsus “Ravon-R4” minik markalı ** PD *** qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq müqaviləsinin əsas məbləği 17500 manat məbləğ təşkil etmiş, lizinq mükafatı illik 17 faiz olmaqla 48 ay müddətinə hesablanmışdır. Lizin ödənişləri isə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən həyata keçirilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 05-30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 9-cu klometrində idarə etdiyi “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yoluna sağdan birləşən iki zolaqlı yolla yoxuşu 50-60 km/saat surətlə qalxmaqla hərəkətdə olarkən yuxulayıb yatmış, ayıldıqda xəstəxanada olmuşdur. Cavabdeh “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməmiş və avtomobillər toqquşmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon-R4” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüşdür. 17 may 2022-ci il tarixli 9/2174 nömrəli ekspert rəyinə əsasən 2019-cu il buraxılışlı “Ravon-R4” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9000 (15000 m – 40 faiz) manat müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək bildirir ki, şikayətin dəlilləri qətnamənin əsaslılığının tam olaraq yoxlanılmasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləndirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrilikdə muzd ödəməyə borcludur. MM-in 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 750-ci maddəsinin tələblərinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə almır. MM-in 421.2 və 421.3-cü maddələrinin əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Kollegiya qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə icra etməmiş, nəticədə iddiaçı haqlı olaraq məhkəməyə hazırkı iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamənin əsaslılığının tam yoxlanılmasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin məhkəmə araşdırması zamanı prosesin gedişindən məlumatsız olması, ağır avtoqəza keçirməsi, qəzaya qədər iddiaçıya pulların ödənilməsi və İddiaçı MMC-nin həmin avtomobildən əldə etdiyi faydanın nəzərə alınmaması barədə dəlilləri üzrə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(050)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(017)-146/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1218/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1218/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver