Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1234/2023 11.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X17 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, ilkin iddia üzrə Cavabdeh2, onun vəkilləri Vəkil2, Vəkil3 və əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mübahisəli torpaq sahəsindən çıxarılma tələbinə dair” ilk, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə, İddiaçınə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra – ABTM) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzi (bundan sonra – Lənkəran RMTM) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Cavabdeh2 Lənkəran RMTM və iddiaçı ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi əsasında onun istifadəsində və sahibliyində olan Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyilinin 59-cu kvartalının 2B bölməsində yerləşən 1,68 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Vel kəndi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən yaradılmış ABTM tərəfindən istifadəyə götürülmüş 1,68 ha torpaq sahəsində tarixən uşaq düşərgəsi mövcud olmuşdur. Bu düşərgə Xalq Təhsil İşçilərinin X6 şəhər komitəsinin pioner düşərgəsinin balansında olmuş və bundan sonra isə X22 Liseyinin yay düşərgəsi kimi fəaliyyət göstərmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 693 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamı ilə X22 Liseyinin istifadəsinə verilmişdir. Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş baş planda da təsdiq olunduğu kimi, düşərgənin ərazisində məktəblilərin istirahəti üçün müvafiq binalar və oyun meydançaları inşa edilmişdir. Onu da qeyd etmək lazımdır ki, düşərgə ərazisinin abadlaşdırılması, saxlanması, ərazisində uşaqların istirahəti üçün müxtəlif təyinatlı binaların, meydançaların tikilişi üçün illər ərzində külli miqdarda vəsait xərclənmiş, uşaqlar üçün lazımi şərait yaradılmışdır. Bundan sonra, həmin əmlaklar, o cümlədən qeyd edilən bu düşərgə ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində 2014-cü ildə X19 ABTM-ə ötürülmüşdür. Həmin müddətdən sonra da düşərgə hüquqi varislik qaydasında ABTM-in qanuni istifadəsində və sahibliyində olmuşdur. İcarə müqaviləsinin müddəti bitdikdən sonra müvafiq qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Məqsədləri ABTM nəzdində fəaliyyət göstərən məktəblər, eləcə də, digər şagirdlər üçün düşərgələrin təşkili, onlar üçün əyləncəli tədris proqramlarının həyata keçirilməsi, yenidən vəsait qoyuluşu şəklində şagirdlərin əyləncəli metodlarla interaktiv tədrisə cəlb etmək, onlarda müasir dünya görüşünün formalaşması, vətənpərvərlik ruhunun, dövlətçilik prinsiplərinin aşılanması olmuşdur. Qeyd olunan mövcud icarə müqaviləsinin müddəti bitdiyi üçün rəsmi müraciət əsasında Lənkəran RMTM və ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli “Meşə fondu sahələrində elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” müqaviləyə uyğun olaraq, Lənkəran rayonunun Vel kəndi ərazisində yerləşən Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2В bölməsində ümumi sahəsi 1,68 ha olan dövlət meşə fonduna aid torpaq sahəsi 2 il müddətinə ABTM-in qanuni istifadəsində saxlanılmışdır. Orada yerləşən bütün əmlak və binalar da ABTM-in balansındadır. Bu əmlaklar xüsusi qaydada ABTM-in balansına ötürülmüş və həmin əmlakların, o cümlədən sahənin qorunması üçün ABTM məsuliyyət daşıyır. Onu da bildirir ki, yay mövsümündə 600-700 məktəblinin yay istirahətlərinin təşkili tərəflərindən planlaşdırılmışdır. Ölkənin gənclərinin sağlam inkişafının təmini məqsədi ilə həmin ərazidə yeni müasir komplekslərin inşası da tərəflərindən layihələndirilir. Həmçinin, Lənkəran RMTM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 07 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən Cavabdeh2 Lənkəran RMTM Haftoni meşəbəyliyinin 21-ci kvartalının 15-ci bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşə-bərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından 2,0 ha torpaq sahəsi icarəyə verilmişdir. Həmin müqavilə əsasında cavabdeh 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 0,74 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli, ********** saylı və 0,26 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Beləliklə, Cavabdeh2 istifadəsinə müqavilə əsasında 2 ha torpaq sahəsinin verilməsinə baxmayaraq, 0,74 ha və 0,26 ha ölçüdə cəmisi 1 ha torpaq sahəsinə çıxarış verilmişdir (təyinatı isə əkinçilikdir). Həm iddiaçı, həm də Cavabdeh2 ilə digər cavabdeh Lənkəran RMTM arasında bağlanmış icarə müqavilələrinə nəzər yetirdikdə məlum olur ki, onunla Lənkəran RMTM arasında bağlanmış icarə müqaviləsində Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmitədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları”na uyğun olaraq “Turizm-rekreasiya” məqsədi ilə Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2В bölməsində ümumi sahəsi 1,68 ha olan dövlət meşə fonduna aid torpaq sahəsi 2 il müddətinə ABTM-in qanuni istifadəsinə verilməsi göstərilir. Lakin Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış icarə müqaviləsində Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli, 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının verilməsi Qaydaları”na uyğun Haftoni meşəbəyliyinin 21-ci kvartalının 15-ci bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşə-bərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından 2,0 ha torpaq sahəsi icarəyə verildiyi göstərilir. Lənkəran RMTM ilə ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh2 Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin onun digər ərizəsi əsasında həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(049)-1210/2021 saylı qərardadı ilə iddia ərizəsi ona qaytarılmışdır. İşin məhkəmə icraatında olduğu müddətdə Cavabdeh2 iddiaçının icarəsində olan torpaq ərazisi ilə bağlı özbaşına hərəkətlər etmiş və hazırkı vaxta kimi həmin hərəkətləri müxtəlif üsul və variantlarla təkrarlamağı davam etdirmişdir. Belə ki, həmin əraziyə özbaşına daxil olaraq iddiaçının sahiblik və istifadəsində olan ərazinin hasarının üzərindən kənar şəxsləri keçirməklə işçi qüvvəsi və mühafizəçi adı altında kənar adamları əraziyə cəlb edərək qanuni ərazini mühafizə edən mühafizəçilərə təzyiqlər göstərmiş, böhtan xarakterli ərizələrlə Rayon Polis Şöbəsinə müraciət edərək ərazini qanuni şəkildə mühafizə edən mühafizəçiləri polis orqanlarına apartdırmaqla onları oradan kənarlaşdırmağa cəhd etmişdir. Bu səbəbdən də həmin ərazinin mühafizəsinin doğru-dürüst təşkilinə maneələr yaratmış və mühafizəçiləri əsassız münaqişəyə cəlb etməyə çalışmışdır. Bundan başqa, yaratdığı süni insidentləri işıqlandırmaqdan ötrü müxalif yönümlü blogerləri ora dəvət edərək mübahisəni SOCAR-ın və ya onun vəzifəli şəxslərinin adı ilə eyniləşdirmək cəhdi ilə ona məxsus olmayan, tarixən mövcud olmuş uşaq düşərgəsinə yiyələnmək və şəxsi məqsədləri üçün istifadə etməyə çalışmışdır. Qeyd edir ki, belə insidentlərin sonunda müəyyən əmlaklar ərazidən yoxa çıxmış və həmin əmlakların tapılması üçün tədbirləri davam etdirirlər. Cavabdeh2 bu kimi qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Əks təqdirdə düşərgədə olan iddiaçıya məxsus əmlakın talan edilməsinə və məhv edilməsinə açıq-aşkar şərait yaranmış olacaqdır. Həmçinin, Cavabdeh2 tərəfindən belə qanunsuz əməllərin davam etdirilməsinin oranı mühafizə edən mühafizəçilərə qarşı hər hansı bir cinayət əməlinin törədilməsinə və ya insidentdə iştirak edən digər şəxslərin ciddi xəsarət almasına gətirib çıxarması labüddür. Onun qanunsuz əməlləri hər gün təkrarlanmaqdadır. Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsinin 3.0.85-ci maddəsində göstərilir ki, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə meşə istifadəçisinə (icarəçisinə) verildikdə müqavilədə sahənin sərhədlərini meşənin xəritələrinə əsasən müəyyənləşdirməklə naturada nişanlanmasına və istifadə (icarə) müddəti dövründə sərhədlərinin qorunmasına fasiləsiz nəzarəti strukturuna daxil olan qurum vasitəsi ilə həyata keçirir. Yuxarıda qeyd olunduğu kimi, yaranmış mübahisənin həlli ilə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 27/186 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, Lənkəran RMTM ilə ABTM arasında Haftoni meşəbəyliyinin 59cu kvadratının 2B bölməsindən 1,68 hektara dair iki il müddətinə xx.xx.2020-ci il tarixli müqavilə imzalanmış və xx.xx.2020-ci il tarixli, 26 nömrəli qeydiyyat nömrəsi ilə Meşələrin İnkişafı Xidmətində qeydiyyata alınmışdır. Lənkəran RMTM ilə ABTM arasında bağlanmış müqavilə mövcud qanunvericiliyin tələblərinə uyğun bağlanmış və göstərilən sahə başqa hüquqi və fiziki şəxsə ayrılmamışdır. Göstərilən məktubdan bəlli olur ki, Cavabdeh2 hərəkətləri tam qanunsuz və əsassızdır. Onunla Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən hüquq normalarından çıxan məntiqi nəticə odur ki, əgər 1-ci cavabdehlə 2-ci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi etibarsız sayılırsa, onun əsasında 1-ci Cavabdeh2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da ləğv edilməlidir. Bundan başqa, 1-ci cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsinə daxil olaraq, orada şumlama və ağacəkmə işləri aparmış, eyni zamanda bəzi tikililər inşa etməyə cəhd etmiş və yuxarıda sadaladığı qanunsuz əməlləri törətməyə cəhd etmişdir, onun iddiaçının sahibliyində olan torpaq sahəsində hər hansı fəailiyyət göstərməsi qeyri-qanunidir. Bir halda ki, 1-ci cavabdehlə 2-ci cavabdeh arasında bağlanmış müqavilə etibarsız sayılır, həmçinin verilmiş çıxarış ləğv edilir, demək, bunun yekunu olaraq Cavabdeh2 həmin torpaq sahəsindən də məcburi çıxarılmalıdır. Bundan başqa, ilk iddiaçı iddia ərizəsinə əlavə verərək göstərmişdir ki, hüquqi varisi olduqları “X13” MMM ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2001-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin müddətinin başa çatması ilə əlaqədar yeni icarə müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixdə Lənkəran RMTM-ə müraciət edilmişdir. Lakin naməlum səbəblər üzündən müqavilənin bağlanması xx.xx.2020-ci ilə qədər çəkmişdir. Nəhayət, Lənkəran RMTM ilə aralarında xx.xx.2020-ci il tarixli, 06 nömrəli “Meşə fondu sahələrində elmi tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” müqaviləyə uyğun olaraq, Lənkəran rayonunun Vel kəndi ərazisində yerləşən Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2В bölməsində ümumi sahəsi 1,68 ha olan dövlət meşə fonduna aid torpaq sahəsi 2 il müddətinə ABTM-in qanuni istifadəsində saxlanılmışdır. Həmçinin, Lənkəran RMTM ilə Cavabdeh2 arasında sonuncunun Lənkəran RMTM-ə xx.xx.2019-cu il tarixli müraciəti əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən Cavabdeh2 Lənkəran RMTM Haftoni meşəbəyliyinin 21-ci kvartalının 15-ci bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşə-bərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyrimeşə torpaqlarından 2,0 ha torpaq sahəsi icarəyə verilmişdir. Bununla bağlı, məhkəmənin diqqətinə 2 əsas məqam çatdırılır: birincisi odur ki, “X13” MMM ABTM-in təsisçilərindən biridir. ABTM-in xx.xx.2013-cü il tarixdə keçirilmiş ümumi yığıncağında, “X13” MMM-in bütün daşınmaz və daşınar əmlakının ABTM-in balansına ötürülməsi qərara alınmış və bunun üçün inventarizasiya komissiyası yaradılmışdır. Həmçinin, xx.xx.2014-cü il tarixli ümumi yığıncaqda “X13” MMM-in bütün aktivlərinin, o cümlədən balansında olan bütün daşınar və daşınmaz əmlakların, eləcə də, onlar üzərində olan hüquqların ABTM-in nizamnamə fonduna ötürülməsinin yekun nəticəsi barədə imzalanmış təhvil-təslim aktının təsdiq edilməsi və qəbul edilməsi qərara alınmışdır (hər iki protokolun surətləri məhkəməyə təqdim edilmişdir). Bununla da, ABTM “X13” MMM-in tam hüquqlu hüquqi varisi olmuşdur və öz xələfinin bağlamış olduğu xx.xx.2001-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə əsasında göstərilən meşə fondu torpaq sahəsindən qanunamüvafiq qaydada istifadəni davam etdirmişdir. İkinci bir məsələ olaraq həm iddiaçı, həm də Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış icarə müqavilələrində həmin müqavilələrin bağlanması üçün tərəflərin müraciət müddətinə nəzər yetirilməlidir. Belə ki, iddiaçı ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli müqavilədə göstərilir ki, müqavilənin bağlanması üçün iddiaçı Lənkəran RMTM-ə xx.xx.2019-cu il tarixdə rəsmi müraciət etmişdir. Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsində qeyd edilmişdir ki, müqavilənin bağlanması üçün cavabdeh qarşı tərəfə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Beləliklə, icarə müqaviləsinin bağlanması üçün iddiaçı cavabdehdən 5 ay əvvəl Lənkəran RMTM-ə rəsmi müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaları”nda göstərilir ki, meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Cavabdeh1nə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. İmtina üçün əsas olmadıqda ərizə qeydə alındığı gündən bir ay müddətindən gec olmayaraq icarəçi ilə müqavilə bağlanmalıdır. Mübahisəli torpaq sahəsinin “X13” MMM-in qanuni istifadəsində olduğunu və onun iddiaçının təsisçilərindən biri olduğunu, onun bütün əmlakı və əmlak üzərində olan hüquqlarının iddiaçıya keçdiyini və 2014-cü ildən etibarən həmin torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu nəzərə aldıqda həmin torpaq sahəsi ilə bağlı iddiaçıda yuxarıda adı çəkilən Qaydalardakı imtiyaz mövcuddur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində təsbit olunur ki, torpaq sahəsi icarəyə verilərkən istifadəçinin qanunla qorunan mənafeləri nəzərə alınmalıdır. Həmin Qanunun 10-cu maddəsində göstərilir ki, dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Qanunun bu tələbinə əsasən ABTM həmin torpaq sahəsinin qanuni istifadəçisi olmuşdur. Həmin Qanunun 24-cü maddəsində göstərilir ki, daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar tikiliyə, qurğuya, sənaye, nəqliyyat, rabitə və digər obyektlərə icarə hüququ başqa şəxsə keçərkən, bu əmlakın yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ, qanunvericiliklə müəyyən edilmiş qaydada həmin şəxsə keçir. Qanunun bu tələbinə əsasən “X13” MMM-in qanuni istifadəsində olmuş torpaq sahəsi üzərindəki bütün hüquqlar, o cümlədən icarə hüququ da iddiaçıya keçmişdir. Həmin Qanunun 25-ci maddəsində bildirilir ki, icarəyə götürülmüş torpaq sahəsi üzərində icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Mübahisəli torpaq sahəsində “X13” MMM tərəfindən inşa edilmiş və hazırda həmin ərazidə olan tikililər-tədris, istirahət binaları və s. obyektlərin hamısı iddiaçıya məxsusdur. Adıçəkilən Qanunun 26-cı maddəsində göstərilir ki, icarəçinin icarəyə götürdüyü torpaq sahəsi üzərində hüquqlarının mühafizəsi mülkiyyətçinin hüquqlarının mühafizəsi ilə eyni əsasda təmin edilir. Həmçinin Qanunun 29-cu maddəsində deyilir ki, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Beləliklə, Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış torpağın icarə müqaviləsi etibarsızdır. O səbəbdən də həmin müqavilə məhkəmə qaydasında etibarsız hesab edilməlidir. İddiaçının balansında olan təhsil müəssisəsi, onun bina və qurğuları mübahisəli torpaq sahəsində yerləşir və həmin bina və qurğular, daşınar əmlaklar idddiaçının iqtisadi əsasını təşkil edir və həmin torpaq sahəsi olmadan onlar mövcud ola bilməzlər. İddiaçı mübahisəli torpaq sahəsindən qanunamüvafiq qaydada istifadə etmiş və ona faktiki sahiblik etmişdir. Həmçinin, həmin torpaq sahəsinin üzərində yerləşən bütün daşınar və daşınmaz əmlaklar onun balansındadır. Mülki Məcəllənin 159-cu maddəsində göstərilir ki, sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. “X13” MMM ilə Lənkəran RMTM arasında bağlanmış icarə müqaviləsində müqavilənin müddətinin 2018-ci ilin sonuna kimi olduğu göstərilmişdir. Lakin həmin müddətdən 5 ay keçməsinə baxmayaraq torpaq sahəsinin geri qaytarılması barədə iddiaçıya müraciət daxil olmamışdır. Bununla da, icarə münasibətləri faktiki olaraq davam etdirilmişdir. ABTM-in 2013-cü il tarixdə 2-ci redaksiyada təsdiq edilmiş nizamnaməsindən görünür ki, “X13” MMM ABTM-in təsisçilərindən biridir. “X20” audit təşkilatı tərəfindən aparılan xx.xx.2014-cü il tarixli audit yoxlamasının rəyindən görünür ki, ABTM-in Lənkəran rayonu, Vel kəndində 2 və 1 mərtəbəli binalarının 23 aprel 2014-cü il tarixinə olan dəyəri 234322 manat, o cümlədən 2 mərtəbəli binanın (sahəsi 340 kv.m) dəyəri 95562 manat, 1 mərtəbəli binanın (sahəsi 500 kv.m) dəyəri 138760 manatdır. Həmçinin, həmin təşkilat tərəfindən aparılan xx.xx.2021-ci il tarixli audit yoxlamasının rəyindən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən 2 və 1 mərtəbəli binaların xx.xx.2021-ci il tarixinə olan ümumilikdə dəyəri 213219 manat, o cümlədən 2 mərtəbəli binanın (sahəsi 340 kv.m) dəyəri 82148 manat, 1 mərtəbəli binanın (sahəsi 500 kv.m) dəyəri 131071 manat təşkil edir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianı rədd etməklə qarşılıqlı iddianın təmin edilib, cavabdehlər Lənkəran RMTM ilə ABTM arasında bağlanmış 13 may 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Lənkəran RMTM və ABTM-ə, eləcə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm, idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə 13 may 2020ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” məhkəmədə iddia qaldırmışdır. Digər bir ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin tədbiri olaraq icarə müqaviləsi və çıxarışa əsasən ona icarəyə verilmiş torpaq sahəsinə cavabdeh ABTM tərəfindən giriş-çıxışa olan maneənin aradan qaldırılması, eləcə də, həmin torpaq sahəsinə dair Çıxarış verilməsinə qadağa qoyulmasını xahiş etmiş və həmin ərizə Lənkəran Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilərək iddianın təmin tədbiri olaraq mübahisə məhkəmədə həll edilənədək Lənkəran rayonunun Vel kəndində yerləşən 07 oktyabr 2019-cu il tarixli, 07 saylı icarə müqaviləsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara əsasən Cavabdeh2 adına icarə huququ əsasında qeydiyyata alınmış torpaq sahəsinə cavabdeh ABTM tərəfindən giriş-çıxışa yaradılan maneə aradan qaldırılmış və həmin torpaq sahəsinə dair Dövlət Reyestr Xidməti tərəfindən çıxarış verilməsinə qadağa qoyulmuşdur. Həmin qərardad Lənkəran rayon İcra Şöbəsi tərəfindən icra edilərkən maneçiliyin nədən ibarət olması barədə onlar tərəfindən məhkəməyə ərizə təqdim edilərək izah istənilmiş və Lənkəran Rayon Məhkəməsinin növbəti qərardadı ilə izah verilərək maneənin cavabdehlər tərəfindən həmin torpaq sahəsinə giriş-çıxışın və eləcədə orada mühafizəni həyata keçirən şəxslərin çıxarılmasının nəzərdə tutulması olduğuna dair izah verilmişdir. Həmin qərardad icra edildikdən sonra cavabdeh tərəfin şikayətinə əsasən Lənkəran Rayon Məhkəməsinin növbəti, 09 mart 2021-ci il tarixli, 2(049)-1210/2021 nömrəli qərardadı ilə iddianın təmin tədbiri olaraq verilmiş qərardad ləğv edilmişdir. O, Lənkəran Rayon Məhkəməsi tərəfindən qısa bir zaman ərzində iddianın təmin tədbiri olaraq verilmiş qərardadların heç bir əsas olmadan eyni məhkəmə və eyni hakim tərəfindən ləğv edilməsi, eləcə də, əvvəllər onunla QSC “Bank Standart” KB arasında olan mübahisəyə Lənkəran Rayon Məhkəməsində baxılarkən məhz məhkəmə iclasına sədrlik edən hakim tərəfindən baxılmasını və onun əleyhinə qərarlar qəbul edildiyini, həmin qətnamədən apellyasiya şikayəti verməklə hazırda apellyasiya məhkəməsinin icraatında olduğunu əsas götürərək həmin işə Lənkəran Rayon Məhkəməsinin sədri olaraq Əliəjdər Ələkbərov tərəfindən baxılmasına qəti olaraq etiraz edərək hesab etmişdir ki, məhkəməyə edilmiş təzyiqlər əsasında qəbul edilmiş qərardad bir neçə gün sonra heç bir əsas olmadan ləğv edilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən hakimə təzyiqlər edildiyindən artıq onun əleyhinə qətnamə qəbul ediləcəyini, ona görə də, hakimin həmin işə obyektiv baxacağına əsaslı şübhələri olduğundan həmin etirazı vermişdir. Daha sonra qanuna müvafiq olaraq etiraz həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə etiraz təmin edilməmiş və iş baxılması üçün yenidən Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Belə olduqda hakimin qərəzliliyinə konkret sübutu olduğundan işə Lənkəran Rayon Məhkəməsində baxılmasın deyə növbəti ərizə təqdim edərək iş materiallarının geri qaytarılmasını və eyni iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edəcəyini bildirmişdir. Bu səbəbdən də Lənkəran Rayon Məhkəməsinin müvafiq qərarı ilə sənədlər geri qaytarıldığından iş üzrə icraata xitam verilmişdir. Daha sonra ABTM ona, eləcə də digər cavabdehlər Lənkəran RMTM və 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsi, Cavabdeh2 Lənkəran RMTM və iddiaçı – ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi əsasında onun istifadəsində və sahibliyində olan Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən 1,68 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı ABTM ərizə təqdim edərək iddianın təmin tədbiri olaraq Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən torpaq sahəsinə iş üzrə 1-ci Cavabdeh2 və digər 3-cü şəxslərə torpaq sahəsinə giriş, orada mühafizənin yerləşdirilməsi, mübahisəli torpaq sahəsində tikinti, mühafizəçilərə təzyiqlər göstərmək və onları oradan kənarlaşdırmağa cəhd etmək, ərazinin mühafizəsinin təşklinə maneələr yaratmaq, vəzifələrini icra edən mühafizəçiləri əsassız münaqişəyə cəlb etmək, torpaq sahəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi barədə və mübahisəli ərazi, eləcə də, mövcud məhkəmə mübahisəsi barədə media nümayəndələrinə açıqlamalar, eləcə də, media və sosial şəbəkələrdə yayılması ilə nəticələnən açıqlamalar vermək və ya çəkilişlər aparmaq, torpaq sahəsi ilə bağlı çəkilişlərin aparılmasını təşkil etmək, mübahisəni “SOCAR”ın və ya onun vəzifəli şəxslərinin adı ilə eyniləşdirmək və bu qəbildən olan sair qanunsuz hərəkətlərin edilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin mülki işin məhkəmənin icraatında olmasından və eləcə də, 14 iyul 2021-ci il tarixdə keçirilmiş iddianın təmin tədbiri haqqında məhkəmə iclasından ümumiyyətlə heç bir məlumatı olmamış, məhkəmə iclasının təyin edilməsi barədə heç bir məhkəmə bildirişi Cavabdeh2 ünvanına göndərilməmiş, onun və nümayəndəsinin iştirakı olmadan işə baxılmışdır. Bunun nəticəsidir ki, məhkəmə iclasında iştirak edə bilmədiklərindən sübutları təqdim edə bilməmiş və bu səbəbdən də tamamilə qanunsuz və ədalətsiz qərar qəbul edilərək mübahisə məhkəmə qaydasında həll edilənədək iddianin təmini tədbiri kimi Lənkəran RMTM və iddiaçı ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 saylı icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olan Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən torpaq sahəsinə giriş, mübahisəli torpaq sahəsində tikinti, şumlama, suvarma və digər işlərin görülməsi Cavabdeh2 və digər üçüncü şəxslərə qadağan edilmişdir. Sonradan şikayətə əsasən Lənkəran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(049)-2349/2021 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)-2349/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərardadı qismən, yəni «Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən torpaq sahəsinə giriş, mübahisəli toraq sahəsində şumlama, suvarma və digər işlərin görülməsinin Cavabdeh2 və digər üçüncü şəxslərə qadağan edilməsi» hissəsində ləğv edilmiş, şikayətə əsasən qalan hissədə, yəni «Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən torpaq sahəsində tikinti işlərinin görülməsinin Cavabdeh2 və digər üçüncü şəxslərə qadağan edilməsi» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı ABTM-in nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edilmişdir. Cavabdeh2 iddia ərizəsi və ona edilmiş əlavəni qəbul etmir, tamamilə əsassız olduğundan təmin edilə bilməz, rədd edilməlidir. Belə ki, Cavabdeh2 etdiyi müraciətə əsasən 07 oktyabr 2019-cu il tarixdə Lənkəran RMTM-in Haftoni meşəbəyliyindən 2,0 ha meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpağı 15 il müddətinə ona icarəyə verilmiş və bu barədə onunla Lənkəran RMTM arasında icarə müqaviləsi bağlanılmışdır. Daha sonra ona həmin torpaq sahəsinə dair 20 iyul 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 227 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmaqla müvafiq olaraq çıxarışlar verilmişdir. Həmin torpaq sahəsini icarəyə götürdükdən sonra oranı abadlaşdırmış, oraya külli miqdarda xərclər çəkərək Ümummilli lider Heydər Əliyevin və cənab Prezidentin tövsiyələrinə uyğun olaraq ağaclar əkdirmiş, aqro-bağ saldırmışdır. Ancaq son günlərdə bəzi məmurlar onu sıxışdırmaqda davam etmiş, öz bizneslərini qurmaq üçün qanunları belə tapdalamaqdan çəkinməmişlər. Belə ki, qanuni yolla icarəyə götürdüyü həmin torpaq sahəsi hazırda işdən qovulmuş bir məmurun saxta sənədlə bir gün əvvəl Lənkəran RMTM-ə direktor təyin edilmiş X3 aldadaraq ona icarəyə verilmiş həmin torpaq sahəsinin koordinatlarına digər bir saxta müqavilə əlavə edərək 13 may 2020-ci il tarixdə ABTM adı altında həmin təşkilata 2 il müddətə icarəyə verilməsi barədə müqavilə tərtib etmişdir. Bunu bildikdən sonra aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdikdə məsləhət görülmüşdür ki, qanunsuzluğa yol verilmiş və bu barədə məhkəməyə müraciət etməlidir. Daha sonra Lənkəran RMTM-in direktoru Fizuli Məmmədova müraciət etdikdə bildirilmişdir ki, həmin vəzifəyə təyin edildiyi gün Niyaz adlı müavini onu gecə ikən aldadaraq digər sənədlərlə birlikdə həmin müqaviləyə imza etdirmişdir. Hazırda həmin işçi, eləcə də direktor Fizuli Məmmədov etdikləri qanunazidd əməllərinə görə işdən azad edilmişlər. Artıq ona icarəyə verilmiş torpaq sahəsinə qeyriqanuni olaraq mühafizəçilərin qoyulduğunu görüb oradan başqa şəxslərin istifadə etdiklərini bildikdən sonra araşdırdıqda ona məlum olmuşdur ki, guya ABTM tərəfindən həmin torpaq sahəsi icarəyə götürülmüşdür. 13 may 2020-ci il tarixli, qeydiyyat nömrəsi 06 olan müqavilədən görünür ki, meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm, idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi məqsədi ilə həmin torpaq sahəsi 2 il müddətinə həmin ictimai birlik adı altında kimlərəsə icarəyə verilmişdir. Həmin müqavilənin surətini əldə etdikdən sonra baxdıqda ona məlum olmuşdur ki, açıq-aşkar saxtakarlığa yol verilmiş və onunla bağlanılmış müqaviləyə aid olan və icarəyə verilmiş 2,0 hektar torpaq sahəsinin sxematik planının surəti olduğu kimi eyni koordinatlarla cavabdeh tərəflə bağlanılmış müqaviləyə də əlavə edilmişdir. O, eyni torpaq sahəsinə dair 2 müqavilə olduğunu görüb bu barədə DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə müraciət etmiş və həmin idarənin 27 yanvar 2021-ci il tarixli məktubu ilə ona cavab verilmişdir. Həmin məktubu olduğu kimi qeyd edir: “Lənkəran rayonunun Vel kəndi ərazisində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar əsasında icarə hüququnuz qeydiyyata alınmış 0,74 və 0,26 ha torpaq sahələrinin naturada yerinin tanıtdırılmasına köməklik göstərilməsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin icrası olaraq 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi tərəfindən sözügedən torpaq sahələrinin naturada yerinin Sizə tanıdılması təmin edilmişdir”. Həmin məktubdan da açıq-aşkar görünür ki, həmin torpaq yenidən ona təqdim edilərək tanıdılmışdır. Əgər həmin torpaq sahəsi ABTM-ə qanuni əsaslar əsasında icarəyə verilmişdirsə, belə olan halda hansı səbəbdən həmin təşkilata bu vaxta kimi dövlət reyestri tərəfindən çıxarış verilməmişdir. ABTM iddiasını onunla əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi, əslində, tarixən mövcud olmuş uşaq düşərgəsinin ərazisidir. Bu düşərgə Xalq Təhsil İşçilərinin X6 şəhər komitəsinin pioner düşərgəsinin balansında olmuş və bundan sonra isə “X13” MMM-in X22 Liseyinin yay düşərgəsi kimi mövcud olmuşdur. Daha sonra isə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 693 nömrəli, 22 may 1993-cü il tarixli sərəncamı ilə X22 Liseyinin istifadəsinə verilmiş və düşərgənin baş planı aparıcı memar M.Əhmədova tərəfindən təsdiq edilmişdir. Həmin planda da təsdiq olunduğu kimi, düşərgənin ərazisində məktəblilərin istirahəti üçün müvafiq binalar və oyun meydançaları inşa edilmişdir. Daha sonra isə həmin əmlaklar, o cümlədən qeyd edilən həmin düşərgə ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində 2014-cü ildə “X13” МММ-dən ABTM-ə ötürülmüşdür. Həmin müddətdən sonra da düşərgə hüquqi varislik qaydasında ABTM-in qanuni istifadə və sahibliyində olmuş və oradakı əmlaklar ABTM-in balansına alınmışdır, icarə müqaviləsinin müddəti bitdikdən sonra isə onların tərəfindən Cavabdeh1nə müraciət edilmiş və sözügedən icarə müqaviləsi bağlanılmışdır. Ona maraqlıdır ki, əgər həqiqətən də ABTM ilə Cavabdeh1 arasında sonuncu müqavilədən əvvəl hər hansı bir müqavilə olmuşdursa, həmin müqavilə hansı səbəbdən iş materiallarına əlavə edilməmişdir. Əgər həqiqətən də həmin ərazi onların balansında idisə, keçən uzun illər ərzində gətirib məhkəməyə hər hansı bir sənəd təqdim edə bilərlərmi ki, ABTM-in nəzdində fəaliyyət göstərən məktəblər, eləcə də, digər şagirdlər üçün düşərgələr təşkil edilmiş, onlar üçün əyləncəli tədris proqramları həyata keçirilmiş, yaxud digər hər hansı bir tədbir keçirilmişdir. Yaxud da əgər elə bir müqavilə olmuş olsaydı, Lənkəran RMTM Haftoni meşəbəyliyindən 07 oktyabr 2019-cu il tarixdə 2,0 ha meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpağı 15 il müddətinə ona, yəni Cavabdeh2 icarəyə verə bilərdimi? Təbii ki, yox. Bundan başqa, iddiaçı tərəf iddiasında göstərmişdir ki, həmin əmlaklar, o cümlədən qeyd edilən həmin düşərgə ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində 2014-cü ildə “X13” ММMdən ABTM-ə ötürülüb. Ancaq konkret olaraq həmin daşınmaz əmlakın adı qeyd edilən siyahıda yoxdur. Vardırsa, təqdim etsinlər. O, icarə müqaviləsində qeyd edilən şərtlərin heç birini pozmamış və həmin müqavilə də çıxarış alınmaqla hazırda qüvvədədir və ona xitam verilə bilməz. Bununla belə ABTM əlində həmin icarə müqaviləsi olsa da, heç bir çıxarış olmadığı halda hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda həmin torpaq sahəsinin icarə müqaviləsi və reyestr üzrə çıxarışı olmaqla istifadəçisi odur. Keçən müddət ərzində həmin torpaq sahəsinə dair icarə haqları, işıq pulları, eləcə də, digər kommunal xərclərin hamısı onun tərəfindən ödənilmiş, həmin əraziyə işıq çəkdirilmiş, quyu qazdırılmış, sayğac quraşdırılmışdır. Əks tərəf isə bir ay da olsa, icarə haqqı verməmişdir, hansı ki, qanunvericiliyin tələbinə əsasən 1 ay icarə haqqı ödənilmədikdə müqavilə ləğv edilməlidir. Hazırlıq iclasında məhkəməyə təqdim etdiyi sübut və sənədlərlə tanış olduqdan sonra iddiaçı tərəfin nümayəndəsi dərhal məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, növbəti mənbəyi bilinməyən sənədlər təqdim etmişdir. Görəsən, həmin sənədlər əvvəllər də mövcud olmuşdursa, keçən uzun müddət ərzində hansı səbəbdən məhkəməyə təqdim edilməmişdir. Həmin iddia ərizəsinə əlavədə göstərilmişdir ki, hüquqi varisi olduqları “X13” MMM ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2001-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin müddətinin başa çatması ilə əlaqədar yeni icarə müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixdə tərəflərindən Lənkəran RMTM-ə müraciət edilmişdir. Lakin naməlum səbəblər üzündən müqavilənin bağlanması xx.xx.2020-cı ilə qədər çəkmişdir. Nəhayət, Lənkəran RMTM ilə aralarında xx.xx.2020-ci il tarixli, 06 nömrəli "Meşə fondu sahələrində elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə" müqaviləyə uyğun olaraq, Lənkəran rayonunun Vel kəndi ərazisində yerləşən Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2В bölməsində ümumi sahəsi 1,68 ha olan dövlət meşə fonduna aid torpaq sahəsi 2 il müddətinə ABTM-in qanuni istifadəsində saxlanılmışdır. Maraqlıdır ki, iddiaçı tərəfin qeyd etdiyi həmin 1,68 ha torpaq sahəsinin təyinatı ilə həmin müqavilədə göstərilən 1.1-5.10-cu bəndləri uyğun olmamaqla tamamilə başqa məqsədlərə xidmət edir. Ancaq Cavabdeh2 ilə bağlanan müqavilə isə tamamilə həmin şərtlərə əsaslanılaraq ona icarəyə verilmişdir. Həmçinin, Lənkəran RMTM ilə Cavabdeh2 arasında sonuncunun Lənkəran RMTM-ə xx.xx.2019-cu il tarixli müraciəti əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləsinə əsasən Cavabdeh2 Lənkəran RMTM Haftoni meşəbəyliyinin 21-ci kvartalının 15-ci bölməsində ağac və kol bitkilərindən istifadə etməklə, tədbirlərin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından 2,0 ha torpaq sahəsi icarəyə verilmişdir. İddia ərizəsinə əlavədə göstərilmişdir ki, “X13” MMM ABTM-in təsisçilərindən biridir. ABTM-in xx.xx.2013-cü il tarixdə keçirilmiş ümumi yığıncağında, “X13” MMM-in bütün daşınmaz və daşınar əmlakının ABTM-in balansına ötürülməsi qərara alınmışdır və bunun üçün inventarizasiya komissiyası yaradılmışdır. Həmçinin, xx.xx.2014-cü il tarixli ümumi yığıncaqda “X13” MMM-in bütün aktivlərinin, o cümlədən balansında olan bütün daşınar və daşınmaz əmlakların, eləcə də, onlar üzərində olan hüquqların ABTM-in nizamnamə fonduna ötürülməsinin yekun nəticəsi barədə imzalanmış təhvil-təslim aktının təsdiq edilməsi və qəbul edilməsi qərara alınmışdır. Bununla da, ABTM “X13” MMM-in tam hüquqlu hüquqi varisi olmuşdur və öz xələfinin bağlamış olduğu xx.xx.2001-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" müqavilə əsasında göstərilən meşə fondu torpaq sahəsindən qanunamüvafiq qaydada istifadəni davam etdirmişdir. Soruşmaq lazımdır, əgər belədirsə, 2001-ci ildən hazırkı vaxta kimi iddiaçı tərəf tərəfindən həmin torpaq sahəsində nə edilmişdir. Bundan başqa, iddiaçı tərəf iddia ərizəsinə əlavədə göstərmişdir ki, iddiaçı tərəf ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli müqavilədə göstərilir ki, müqavilənin bağlanması üçün iddiaçı Lənkəran RMTM-ə xx.xx.2019-cu il tarixdə rəsmi müraciət etmişdir. Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsində qeyd edilmişdir ki, müqavilənin bağlanması üçün cavabdeh qarşı tərəfə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Beləliklə, icarə müqaviləsinin bağlanması üçün iddiaçı cavabdehdən beş ay əvvəl Lənkəran RMTM-ə rəsmi müraciət etmişdir. Həmin xüsusata münasibətdə bildirmək istəyir ki, belə olan halda artıq iddiaçı ABTM ilə əgər bağlanılmış müqavilə 04 aprel 2019-cu il tarixdən hesablanılmalıdırsa, icarə müqaviləsinin 2 il müddətdə bağlanılması nəzərə alınarsa, artıq müqavilənin müddəti 04 aprel 2021-ci il tarixdə bitmişdir. Bu isə o deməkdir ki, iddiaçı ABTM-in hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa, məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəf olaraq işin obyektiv həll edilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət edilərək Cavabdeh2 və Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli Haftoni meşəbəyliyinin 21-ci kvartalının 15-ci bölməsində 2 hektar meşə torpağının icarəyə verilməsi barədə müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən torpaq sahəsi ilə Lənkəran RMTM və iddiaçı - ABTM arasında bağlanmış xx.xx.2020-ci iİ tarixli, 06 nömrəli icarə müqaviləsi əsasında Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59cu kvartalının 2B bölməsində yerləşən 1,68 ha torpaq sahəsinin koordinatlarını müəyyən etməklə üst-üstə düşüb düşmədiyi, düşürsə, hansı hissədə düşmələri, düşmürsə, həmin torpaq sahələrinin bir-birindən hansı məsafədə yerləşmələrini müəyyən edilməsi xahiş edilmişdir. Ekspertin 27 iyul 2021-ci il tarixli 01/21-386 nömrəli rəyi ilə həmin suallara aşağıdakı cavablar verilmişdir: 1) Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi Torpaq sahəsinin planı və ölçüsü (qeydiyyat tarixi xx.xx.2020-ci il və qeydiyyat tarixi xx.xx.2020-ci il) sənədlərində qeyd edilən koordinatlarda yerləşir (Bax Xəritə-1); 2) Müqavilənin müddəti bitdiyi üçün etibarsız hesab edilən və Lənkəran RMTM və iddiaçı – ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarıxli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən torpaq sahələri ilə böyük bir hissədə üst-üstə düşür. 3) Lənkəran rayonu, Vel kəndi ərazisində yerləşən və keçmişdə "X13" ММM-ə məxsus olduğu bildirilən inzibati bina müqavilənin müddəti bitdiyi üçün etibarsız hesab edilən və Lənkəran RMTM və iddiaçı - ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsində qeyd olunan koordinatlar daxilində və eyni zamanda Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən koordinatlar daxilində yerləşir (Bax. Xəritə-2). Həmin ekspert rəyindən də görünür ki, Lənkəran rayonu, Vel kəndi ərazisində yerləşən və keçmişdə "X13" ММM-ə məxsus olduğu bildirilən inzibati bina müqavilənin müddəti bitdiyi üçün etibarsız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində X16 Təsərrüfatı Mərkəzinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi iştirak etmədiyindən, onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, Cavabdeh2 ilə Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Cavabdeh2 Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzi və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmiş Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən 1,68 ha torpaq sahəsindən çıxarılması, ekspertiza tədqiqatının dəyəri 100 manatın ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan Şirvan Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(106)- 1519/22 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(106)-1519/22 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1498/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1519/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tam əsassızdır və qətnamədə qeyd olunan qanun normaları ilə uyğunsuzluq təşkil edir. Belə ki, məhkəmə öz qətnaməsində qeyd edir və ona əsaslanır ki, ABTM “X13” MMM-in hüquqi varisidir. Lakin həmin varisliyin hüquqi əsasını və bir hüquqi şəxsin digər hüquqi şəxsin varisi olması şərtlərinin qanunvericiliklə tənzimlənmə qaydalarına istinad edilmir. İş materiallarından da göründüyü kimi, ABTM yaradılarkən “X13” MMM onun təsisçisi olmuşdur. Sonradan iş materiallarına əlavə olunmuş protokollardan da bunu görmək olar. Belə ki, “X13” MMM təsisçisi kimi ABTM-i təsis etdikdən sonra 18 mart 2013-cü il tarixdə ABTM Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Bundan sonra, ABTM-in ümumi yığıncağı keçirilmiş və buna dair protokol tərtib olunmuşdur. Həmin protokolda qeyd olunur ki, “X13” MMM-in balansında və istifadəsində olan daşınar və daşınmaz əmlakların birliyə ötürülməsi ilə əlaqədar “X13” MMM təsisçilərinin xx.xx.2013-cü il tarixli qərarı nəzərə alınaraq, ABTM-in ümumi yığıncağının 10 aprel 2013-cü il tarixli, 03 nömrəli protokoluna əsasən təşkil olunmuş inventarizasiya həyata keçirilmişdir. Həmin inventarizasiyanın nəticələri təsdiq olunaraq, qərara alınmışdır ki, “X13” MMM-in bütün aktivləri, o cümlədən balansında və istifadəsində olan daşınar və daşınmaz əmlaklar, eləcə də onların üzərində olan hüquqlar ABTM-ə ötürülsün. Bu barədə olan təhvil-təslim aktı təsdiq olunmuş və ümumi yığıncaq tərəfindən qərar qəbul olunmuşdur. Lakin iş materiallarına əlavə olunmuş sözügedən inventarizasiya aktlarında, hazırkı mübahisə predmeti olan torpaq sahəsi və yaxud da həmin torpaq sahəsi üzərində olan tikililəri görmək olmur. İş materiallarında olan bu sübutlar deməyə əsas verir ki, ABTM “X13” MMM-in hüquqi varisi deyil. Əgər bu belə olsaydı, “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” AR Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 saylı Qərarına əsasən, mübahisəli icarə müqaviləsi mövcud qanunvericiliyə əsasən yeni yaranan hüquqi şəxsə keçməli idi. Həmçinin, qeyd olunan Qərarda göstərilmişdir ki, meşə fondu torpaqlarından icarə hüququnun başqasına keçməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icarə müqaviləsinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. Belə ki, icarəyə verən ilə “X13” MMM arasında olan müqavilə 19 may 2001-ci il tarixində imzalanmışdır. Həmin müqavilədə qeyd olunmuşdur ki, icarə hüququ 19 may 2018-ci il tarixinə qədərdir. Belə çıxır ki, ABTM təsis olunan vaxt, yəni xx.xx.2013-cü il tarixdə “X13” MMM-in mübahisəli torpaq sahəsinə icarə hüququ olmuşdur. Həmin hüququn ötürülməsi və yaxud da ABTM-ə keçməsi barədə heç bir sübut iş materiallarında yoxdur. Həmçinin, keçirilmiş məhkəmə iclaslarında ABTM-in nümayəndəsi tərəfindən verilmiş izahatlarda və ABTM tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdə bildirilmişdir ki, “X13” MMM ilə icarə müqaviləsinin müddəti bitdikdən sonra ABTM guya ki, xx.xx.2019-cu il tarixdə müraciət edərək, 1,68 ha torpaq sahəsinin də onlara icarəyə verilməsini xahiş etmişdir. Lakin bu müraciət və onun tarixi də şübhə doğurur. Şübhəyə əsas kimi o qeyd edilməlidir ki, icarəyə verən Lənkəran RMTM qeyd olunan müraciətdən 1 il 1 ay keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixində mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, həmin icarə müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 saylı qərarına əsasən dövlət tərəfindən qeydiyyata alınmamışdır. Həmçinin, qeyd olunan normativ aktda nəzərdə tutulmuşdur ki, iddiaçının müvafiq müraciətindən 1 ay sonra ona cavab verilməli idi. Buna baxmayaraq, iddiaçının mübahisələndirdiyi, Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilə qeyd edilən müqavilədən də əvvəl bağlanmışdır. Həmçinin, həmin icarə müqaviləsi qeyd olunan qanunvericiliyə əsasən DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsində qeydə alınmış və bu barədə ona xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş və keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyindən də görünür ki, hər iki icarə müqaviləsində qeyd olunmuş torpaq sahəsi üst-üstə düşür. Eyni zamanda, qeyd olunur ki, həmin torpaq sahəsinin üzərində tikililər mövcuddur. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsində qeydə alınmış və bu barədə Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən sahələr də həmin tikililərin yerləşdiyi sahələrdir. Həmçinin, ABTM tərəfindən mübahisəli icarə müqaviləsi üzrə ödənişlərin icarə müqaviləsi bağlandıqdan 10 ay sonra icra olunması da tamamilə qanunsuzdur. Belə ki, icarəyə verən ilə ABTM arasında bağlanılmış “meşə fondu sahələrinin elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” olan 13 may 2020-ci il tarixli, 06 nömrəli müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, həmin müqavilə üzrə yaranmış istifadə haqqı müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətinə ödənilməlidir. Bu pozuntu qeydə alındıqda Nazirlər Kabinetinin sözügedən 17 oktyabr 1998-ci il tarixli, 214 saylı qərarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu qeyd olunan icarə hüququna məcburi xitam verməli idi. Həmçinin, məhkəmə iş üzrə qətnamə qəbul edərkən müəyyən etmişdir ki, iş üzrə cavabdeh olan Lənkəran RMTM həm Cavabdeh2, həm də ABTM-ə eyni torpaq sahəsini icarəyə vermişdir. Buna dair, hər ikisi ilə də müxtəlif tarixli icarə müqavilələri imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuşdur ki, işə baxarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərin cinayətin əlamətlərini aşkara çıxararsa, məhkəmə bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verir. Lakin məhkəmə işin bu xüsusatına qiymət verməmişdir. Bağlanmış icarə müqavilələrinin tarixinə nəzər yetirsək aydın olur ki, Cavabdeh2 icarə hüquqları ABTM-dən daha əvvəl yaranmışdır. Məhkəmə isə işin bu halı ilə bağlı səhv nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: ABTM tərəfindən Cavabdeh2 apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etiraz ilk iddia ərizəsinin və ona əlavənin dəlilləri ilə əsaslandırılmışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İlkin iddia üzrə Cavabdeh2, onun vəkilləri Həsənov X8 Rəhim Qafar oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X11 bildirmişdir ki, təmsil etdiyi MTM-si ilə Cavabdeh2 arasında xx.xx.2019cu il tarixli, 07 nömrəli, həmçinin Lənkəran RMTM-si ilə ABTM arasında xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqavilələri bağlanmışdır. Bildirmişdir ki, ABTM arasında bağlanan icarə müqaviləsi 1983-cü il, Cavabdeh2 arasında bağlanan icarə müqaviləsi isə 2009-cu il xəritəsinə əsasən bağlanılmışdır. Qeyd etmişdir ki, MTM-si olaraq onlar MTM-si ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli icarə müqaviləsini bəyənirlər. Həmçinin Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayev xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh2 qızma meşə fondu torpaqlarının meşə bərpa tədbirlərinin (aqrobağ) aparılması ilə bağlı xx.xx.2019-cu il tarixli 73 nömrəli qeydiyyat nömrəsi ilə Mərkəzin Haftoni meşəbəyliyinin 21 saylı kvartalının 15-ci bölməsində 2 (iki) ha meşə bitkiləri ilə örtülü olmayan sahəni 15 (on beş) il müddətinə müqaviləyə əsasən icarəyə verilmişdir. Cavabdeh2 verilmiş ərazi qüvvədə olan 2009-cu ilin plan xəritəsinə əsasən aparılmışdır. Azərbaycan Beynalxaq Təhsil X9 turizm-rekriasiya məqsədi ilə 1.68 ha sahə 2 (iki) il müddətinə xx.xx.2020-ci il tarixdə bağlanılmış 26 nömrəli qeydiyyatla Mərkəzin Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2b bölməsində icarəyə verilmişdir Azərbaycan Beynalxaq Təhsil X9 1983-cü ilin plan xərtəsinə əsasında 59 kvartalın 2b bölməsi müqavilədə göstərilərək icarəyə verilmişdir. Azərbaycan Beynalxaq Təhsil X9 verilmiş icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində müddəti bitmişdir. X1 verilmiş xx.xx.2019-cu ildə 73 qeydiyyat nömrəsinə əsasən 15 il müddətinə verilmişdir və hazırda qüvvədədir müddəti bitməmişdir. İlkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmiş, Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ilkin iddia üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia üzrə cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi; Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. [ 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 702.1. İcarə ilə alınmış ləvazimata aid olan və icarəyə verənə qarşı yönəlmiş tələbə əsasən torpaq sahəsinin icarəçisi onun sahibliyinə daxil olmuş ləvazimat obyektlərinə girov hüququna malikdir. 702.2. İcarəyə verən icarəçinin girov hüququnun həyata keçirilməsinin qarşısını təminat verməklə ala bilər. İcarəyə verən hər hansı ayrıca ləvazimat obyektini onun dəyəri miqdarında təminat verərək girov hüququndan azad edə bilər. Torpaq Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiya işin müəyyən olunan faktiki hallarını tərəfləri dinləyərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, işdə olan Lənkəran RMTM ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən Haftoni meşəbəyliyinin 21-ci kvartalının 15-ci bölməsindən 2,0 ha meşə fonduna aid torpaq sahəsi Cavabdeh2 15 il müddətinə icarəsinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Lənkəran rayonu, Vel kəndində yerləşən meşə fondu torpaqlarından (əkin) 0,74 ha torpaq sahəsi üzərində Cavabdeh2 icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Lənkəran rayonu, Vel kəndində yerləşən meşə fondu torpaqlarından (əkin) 0,26 ha torpaq sahəsi üzərində Cavabdeh2 icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan Lənkəran RMTM ilə ABTM arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən Haftoni meşəbəylinin 59-cu kvartalının 2B bölməsindən 1,68 ha meşə fonduna aid torpaq sahəsi ABTM-ə 2 il müddətinə icarəyə verilmişdir. İşdə olan Lənkəran RMTM ilə “X15” MMM arasında bağlanmış 19 may 2001-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, 0,8 ha meşə fondu torpaq sahəsi lisey şagirdlərinin istirahəti üçün 2018-ci ilədək “X15” MMM-in icarəsinə verilmişdir. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ABTM-ə ünvanlanmış 05 mart 2021-ci il tarixli məktubundan görünür ki, ABTM-in xx.xx.2019-cu il tarixli müraciətini və Lənkəran RMTM-in xx.xx.2020-ci il tarixli, 440 nömrəli rəyini nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”na uyğun olaraq Lənkəran RMTM ilə ABTM arasında Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsindən 1,68 hektara dair 2 il müddətinə xx.xx.2020-ci il tarixli, 06 nömrəli müqavilə imzalanmış və 10 iyul 2020-ci il tarixli, 26 nömrəli qeydiyyat nömrəsi ilə Meşələrin İnkişafı Xidmətində qeydiyyata alınmışdır. Lənkəran RMTM ilə ABTM arasında bağlanmış müqavilə mövcud qanunvericiliyin tələblərinə uyğun bağlanmış və göstərilən sahə başqa hüquqi və fiziki şəxsə ayrılmamışdır. İşdə olan ABTM-in ümumi yığıncağının 10 aprel 2013-cü il tarixli, 3 nömrəli protokolundan görünür ki, “X13” MMC ABTM-in təsisçiliyinə qoşulmuş, bu səbəbdən ABTM-in yeni, 2-ci redaksiyada olan Nizamnaməsi qəbul edilmiş və 18 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış, inventarizasiya komissiyasının təşkil olunması qərar alınmışdır. İşdə olan ABTM-in ümumi yığıncağının 08 aprel 2014-cü il tarixli, 10 nömrəli protokolundan görünür ki, «X13» MMM-in mülkiyyətində və istifadəsində olan bütün əmlaklar və həmin əmlaklar üzərində olan hüquqlar ABTM-ə keçilməsi qərar alınmışdır. İşdə olan 20 aprel 2014-cü il tarixli təhvil-qəbul aktından görünür ki, «X13» MMM-in mülkiyyətində və istifadəsində olan bütün əmlaklar və həmin əmlaklar üzərində olan hüquqlar ABTM-ə keçmişdir. İşdə olan "xxxx" MMC-nin 27 iyul 2021-ci il tarixli, 01/21-386 nömrəli mütəxəssis rəyindən görünür ki, 1) Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi Torpaq sahəsinin planı və ölçüsü (AA 526518, qeydiyyat tarixi xx.xx.2020-ci il və AA 526519, qeydiyyat tarixi xx.xx.2020-ci il) sənədlərində qeyd edilən koordinatlarda yerləşir (Bax. Xəritə-1); 2) Müqavilənin müddəti bitdiyi üçün etibarsız hesab edilən və Cavabdeh1 Lənkəran RMTM və iddiaçı-ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən torpaq sahələri ilə böyük bir hissədə üst-üstə düşür; 3) Lənkəran rayonu, Vel kəndi ərazisində yerləşən və keçmişdə "X13" МММ-ə məxsus olduğu bildirilən inzibati bina müqavilənin müddəti bitdiyi üçün etibarsız hesab edilən və Cavabdeh1 Lənkəran RMTM və iddiaçı-ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsində qeyd olunan koordinatlar daxilində və eyni zamanda Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən koordinatlar daxilində yerləşir (Bax. Xəritə-2). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli, 10/5282 nömrəli rəyindən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən 13 may 2020-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş X16 X2 Meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən 1,68 hektar torpaq sahəsi ilə 07 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 istifadəsinə verilmiş X16 X2 Meşəbəyliyinin 21-ci kvartalının 15-ci bölməsində yerləşən 2,0 ha torpaq sahəsi ilə əsasən üst-üstə düşür. Mübahisəli torpaq sahəsi üç tərəfdən mişar daşı ilə, bir tərəfdən metal torla hasara alınmışdır. Eyni zamanda mübahisəli sahədə planda ölçüləri 8×70 m olan bir mərtəbəli və 12×20 m olan iki mərtəbəli tikililər inşa olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Lənkəran Rayon İcra Hakimiyyəti adından X10 ilə "X15” MMM arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqaviləsinə əsasən, dövlət meşə fondundan 0,8 ha torpaq sahəsi mövsüm istirahət zonası kimi, istirahət məqsədli müddətli kölgəliklər tikmək və hər il 40.000 manat icarə haqqı ödəmək şərti ilə lisey şagirdlərinin istirahəti üçün 18 il müddətinə, xx.xx.2018-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1111-Q38-3004 qeydiyyat nömrəsi ilə 04 mart 2013-cü il tarixdə qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçmiş və təsisçiləridən biri "X15” MMM olmuşdur. ABTM İB-nin ümumi yığıncağının 08 aprel 2014-cü il tarixli, 10 nömrəli protokoluna əsasən, "X15” MMM-in bütün aktivləri, o cümlədən balansından və istifadəsində olan daşınar və daşınmaz əmlakların, eləcə də onlar üzərində olan hüquqların ABTM İB-nin Nizamnamə Fonduna ötürülməsinin yekun nəticəsi barədə imzlanmış təhvil-qəbul aktı təsdiq edilmiş və qəbul edilmişdir. ABTM İB 04 aprel 2019-cu il tarixdə meşə fondu torpaqlarına dair onunla icarə müqaviləsinin bağlanması barədə Cavabdeh1 yanında Meşələrin İnkişafı Xidmətinin X16 Təsərrüfatı Mərkəzinə müraciət etmiş, Lənkəran RMTM-nin direktoru X5 ilə ABTM İB arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 06 nömrəli "meşə fondu sahələrindən elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüftaının ehtiyacları üçün istifadə edilməsi barədə” müqaviləyə əsasən, Lənkəran rayonu, Haftoni meşəbəylinin 59-cu kvartalının, 2b bölməsindən 1,68 ha meşə fonduna aid torpaq sahəsi 2 il müddətinə ABTM İB-nin istifadəsinə ayrılmışır. Həmçinin Cavabdeh2 27 avqust 2019cu il tarixdə meşə fondu torpaqlarına dair onunla icarə müqaviləsinin bağlanması barədə Cavabdeh1 yanında Meşələrin İnkişafı Xidmətinin X16 Təsərrüfatı Mərkəzinə müraciət etmiş, Lənkəran RMTM-nin direktoru X12 ilə Cavabdeh2 arasında tərtib edilmiş 07 oktyabr 2019-cu il tarixli, 07 nömrəli "meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən, X16 X2 meşəbəylinin 21 -ci kvartalının, 15-ci bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından 2 ha meşə fonduna aid torpaq sahəsi 15 il müddətinə Cavabdeh2 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən, Lənkəran RMTM ilə Cavabdeh2 arasında tərtib edilmiş 07 oktyabr 2019-cu il tarixli, 07 nömrəli müqaviləyə uyğun olaraq Lənkəran rayonunun Vel kəndində yerləşən 0,74 ha və 0,26 ha meşə fondu torpaqları (Əkin) üzərində Cavabdeh2 icarə hüququ xx.xx.2020-ci il tarixdə ********** və ********** qeydiyyat nömrəllər ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan iddiaçı həmin torpaq sahəsinə icarə hüququnun mövcud olmasına dair sübutu təqdim etməlidir. Çünki Torpaq Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququnun olması yuxarıda göstərilən tələblərə uyğun olaraq yoxlanılmamış, eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı hallara düzgün hüquqi qiymət verilməmişdir. Hazırkı iş üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) iddia tələbi Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli "meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən cavadeh Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, Cavabdeh2 Lənkəran RMTM və iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi əsasında onun istifadəsində və sahibliyində olan Lənkəran rayonu Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən 1,68 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasından ibarətdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddia tələbində torpaq sahəsinə sübyektiv hüququnu təsdiq edən sübut kimi mübahisəli torpaq sahəsinin Lənkəran RMTM ilə "X13” MMM arasında bağlanmış xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən hüquqi varislik qaydasında onun qanuni istifadəsində və sahibliyində olmasına, həmin müqavilənin müddətinin 2018-ci ilin sonunda bitməsindən 5 ay keçməsinə baxmayaraq torpaq sahəsinin geri qaytarılması barədə iddiaçıya müraciət daxil olmamasına, bununla da icarə münasibətlərinin faktiki olaraq davam etdirilməsinə əsaslanmışdır. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi tələbi isə, ilkin iddianın rədd edilməsindən, cavabdehlər Lənkəran RMTM ilə ABTM İB arasında bağlanmış 13 may 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası iddia tələbinin həllinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə aşağıda göstərilənlərə əsasən razılaşmır:
1. Belə ki, ABTM İB-nin ümumi yığıncağının 08 aprel 2014-cü il tarixli, 10 nömrəli protokoluna əsasən, "X15” MMM-nin bütün aktivləri, o cümlədən balansında və istifadəsində olan daşınar və daşınmaz əmlakların, eləcə də onlar üzərində olan hüquqların iddiaçının Nizamnamə Fonduna ötürülməsinin yekun nəticəsi barədə imzlanmış təhvil-qəbul aktı təsdiq edildikdən sonra, "X15” MMM ilə X10 arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqaviləsinə əsasən lisey şagirdlərinin istirahəti üçün xx.xx.2018-ci il tarixədək dövlət meşə fondundan sonuncunun icarəsinə verilmiş 0,8 ha torpaq sahəsinin iddiaçıya keçməsini təsdiq edən, iddiaçı ilə X16 Təsərrüfatı Mərkəzi arasında icarə müqaviləsinə dəyişikliklər edilməsi barədə yeni müqavilənin rəsmiləşdirilməsi haqqında sübut iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən sübutları araşdırmaq səlahiyyəti olan məhkəmələrə təqdim edilməmiş, apellyasiya instansiya məhkəməsi də qeyd olunan sübutu məhkəməyə təqdim etməsini həmin tərəfə təklif etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaları”nın 7-ci bəndinə əsasən meşə fondu torpaqlarından icarə hüququnun başqasına keçməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icarə müqaviləsinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. Göründüyü kimi "X15” MMM-yə icarə hüququ ilə məxsus olmuş mübahisəli torpaq sahəsinin 08 aprel 2014-cü il tarixdə ABTM İB-nə keçməsi ilə bağlı, 19 may 2001-ci il tarixli icarə müqaviləsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəyişikliklər edilməsi yolu ilə rəsmiləşdirilmənin aparılması, habelə həmin hüququn iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) keçməsinin dövlət qeydiyyatına alınması iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Eyni zamanda "Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 saylı qərarının 4-cü bəndinə əsasən müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
2. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən isə təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Hazırkı işdə ABTM İB-nin ümumi yığıncağının 08 aprel 2014-cü il tarixli, 10 nömrəli protokolu ilə təsdiq edilmiş təhvil-qəbul aktında, ABTM İB-nin "X15” MMM-yə icarə hüququ ilə məxsus olmuş mübahisəli torpaq sahəsinə dair hüquqi varislik haqqında müddəaların olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən diqqətlə öyrənilib həmin hallara hüquqi qiymət verilməmişdir. Bu halda apellyasiya instansiya məhkəməsinin, 19 may 2001-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə götürən "X13” MMM-nin hüquqi varisi olan ABTM İB mübahisəli torpaq sahəsi olmadan öz mövcudluğunun iqtisadi əsası kimi çıxış edən tikililərdən istifadə etmək imkanından məhrum olacağı barədə mövqeyinin də hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin məcəllənin 58-ci maddəsinin 2-ci hissəsinə əsasən isə qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. X10 ilə "X15” MMM arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqaviləsinin 2.11 -ci bəndində isə qeyd edilmişdir ki, “İcarəyəverən” müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəcinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək vəzifəsi daşıyır. Eyni zamanda “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə əsasən isə daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar tikiliyə, qurğuya, sənaye, nəqliyyat, rabitə və digər obyektlərə icarə hüququ başqa şəxsə keçərkən, bu əmlakın yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ, qanunvericiliklə müəyyən edilmiş qaydada həmin şəxsə keçir.
3. Həmçinin “X15” MMM ilə X10 arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqavilə üzrə Lənkəran RMTM-ə hər il ödənilməli olan 40.000 manat icarə haqqının, 08 aprel 2014-cü il tarixdən sonra, habelə yeni müqavilənin bağlandığı xx.xx.2020-ci il tarixə kimi icarə haqqının ABTM İB tərəfindən ödənilməsi barədə sübutlar iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ hazırki işə baxılarkən qeyd olunan halın araşdırılması ABTM İB-nin “X15” MMM-nin hüquqi varisi kimi mübahisəli torpaq sahəsini icarə qaydasında faktiki istifadəsinə qəbul edilməsinin təsdiq olunması baxımından əhəmiyyətli olardı. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli torpaq sahəsini “X15” MMM-nin hüquqi varisi kimi qəbul etməsi nəzərə alınarsa belə, X10 ilə “X15” MMM arasında 19 may 2001-ci il tarixdən 18 il müddətinə, xx.xx.2018-ci il tarixədək bağlanmış icarə müqaviləsinin 2.13-cü bəndinin 4-cü abzasına görə “icarəçi” kimi icarəyə götürülmüş torpaq sahəsini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq vəzifəsi daşımışdır. Lakin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) müqavilə müddətindən bir ilə yaxın müddət keçdikdən sonra, 04 aprel 2019-cu il tarixdə Lənkəran RMTM-ə müraciət etdiyini qeyd etsə də, xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsində və Ekologiya və Təbii Sərvətər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun ABTM İB-nə ünvanlanmış 05 mart 2021-ci il tarixli 27/186 saylı məktubuhda həmin ərizəyə istinad edilməsi istisna olmaqla, müraciətinin Lənkəran RMTM-də qeydiyyata alınması və nə səbəbdən ona qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməməsinə ilkin iddiaçı tərəfindən məntiqli cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. Ərizədə icarəçinin soyadı, adı, atasının adı, ünvanı, meşə fondu torpaqlarının istənilən yeri göstərilir. Təqdim olunan ərizə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla icarəçi ilə icarə müqaviləsi bağlanılır. ABTM İB-nin xx.xx.2019-cu il tarixində MTM-nə müraciət etməsinə və müraciətinin qeydə alınmasına baxmayaraq, onun müraciətinə 1 il 1 aydan sonra baxılaraq icarə müqaviləsinin bağlanması ilə bağlı suallara ilkin iddiaçı əsaslı cavab verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X11 bildirmişdir ki, təmsil etdiyi MTM-si ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 07 nömrəli, həmçinin Lənkəran RMTM-si ilə ABTM arasında xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqavilələri bağlanmışdır. Bildirmişdir ki, ABTM arasında bağlanan icarə müqaviləsi 1983-cü il, Cavabdeh2 arasında bağlanan icarə müqaviləsi isə 2009-cu il xəritəsinə əsasən bağlanılmışdır. Qeyd etmişdir ki, MTM-si olaraq onlar MTM-si ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli icarə müqaviləsini bəyənirlər. Həmçinin Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayev xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh2 qızma meşə fondu torpaqlarının meşə bərpa tədbirlərinin (aqrobağ) aparılması ilə bağlı xx.xx.2019-cu il tarixli 73 nömrəli qeydiyyat nömrəsi ilə Mərkəzin Haftoni meşəbəyliyinin 21 saylı kvartalının 15-ci bölməsində 2 (iki) ha meşə bitkiləri ilə örtülü olmayan sahəni 15 (on beş) il müddətinə müqaviləyə əsasən icarəyə verilmişdir. Cavabdeh2 verilmiş ərazi qüvvədə olan 2009-cu ilin plan xəritəsinə əsasən aparılmışdır. Azərbaycan Beynalxaq Təhsil X9 turizm-rekriasiya məqsədi ilə 1.68 ha sahə 2 (iki) il müddətinə xx.xx.2020-ci il tarixdə bağlanılmış 26 nömrəli qeydiyyatla Mərkəzin Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2b bölməsində icarəyə verilmişdir Azərbaycan Beynalxaq Təhsil X9 1983-cü ilin plan xəritəsi əsasında 59 kvartalın 2b bölməsi müqavilədə göstərilərək icarəyə verilmişdir. Azərbaycan Beynalxaq Təhsil X9 verilmiş icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində müddəti bitmişdir. X1 verilmiş xx.xx.2019-cu ildə 73 qeydiyyat nömrəsinə əsasən 15 il müddətinə verilmişdir və hazırda qüvvədədir müddəti bitməmişdir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mübahisəli torpaq sahəsindən çıxarılma tələbinə dair” məhkəmədə iddia tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Əksinə qarşılıqlı iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə, İddiaçınə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası əsaslıdır. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə, İddiaçınə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilərək Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzi ilə İddiaçı arasında bağlanmış 13 may 2020-ci il tarixli, 6 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Qarşılıqlı iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdeh2 ödənilməlidir. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mübahisəli torpaq sahəsindən çıxarılma tələbinə dair” ilkin iddia tələbi təmin edilməməli, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə, İddiaçınə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilməli, Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzi ilə İddiaçı arasında bağlanmış 13 may 2020-ci il tarixli, 6 nömrəli müqavilə etibarsız hesab edilməli; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə, İddiaçınə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilərək Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzi ilə İddiaçı arasında bağlanmış 13 may 2020-ci il tarixli, 6 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzi (bundan sonra – Lənkəran RMTM) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Cavabdeh2 Lənkəran RMTM və iddiaçı ABTM arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi əsasında onun istifadəsində və sahibliyində olan Lənkəran rayonu, Vel kəndi ərazisindəki Haftoni meşəbəyilinin 59-cu kvartalının 2B bölməsində yerləşən 1,68 ha torpaq sahəsindən çıxarılmasına” dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzinə, İddiaçınə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh1 X16 Təsərrüfatı Mərkəzi ilə İddiaçı arasında bağlanmış 13 may 2020-ci il tarixli, 6 nömrəli müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdeh2 ödənilsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.