Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1239/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X65 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 Tofiq oğlu, iddiaçı və Cavabdeh2 Məstalı qızı, onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(032)-658/2024 saylı qətnaməsindən (hakim A.Məmmədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Şirvan şəhəri 1 saylı notariat ofisinə, İddiaçı, X28 və X32 qarşı “əmlakda payın müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin iddiaçıya verilməsi vəzifəsinin notariat ofisinə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2(032)-859/2023 saylı qətnaməsindən(hakim C.Mustafayev) cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair işin halları: İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü ildə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Hacıqabul rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X6 tərəfindən xx.xx.2021-ci il tarixdə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakın sonrakı arvadı Cavabdeh2 (cavabdehə) vəsiyyət edilməsi haqqında Hacıqabul rayon notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib edilmişdir. O və bacısı X28 və qardaşı X43 tərtib edilmiş vəsiyyətnamədən bir neçə ay olar ki, xəbər tutmuşlar və narazıdırlar. Bu səbəbdən də məhkəməyə müraciət edərək, qanunun tələblərinə zidd olaraq ağır xəstə vəziyyətində olan atasının aldadılaraq Hacıqabul rayon notariat ofisi tərəfindən tərtib edilmiş sözügedən vəsiyyətnaməni həmin vaxt xəstə olan atasının öz hərəkətlərini, onun nəticələrini dərk etməyən vəziyyətdə məcburən imza etdirilmişdir. X6 və anaları Cavabdeh2 Məmməd qızı 1975-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan onların 3 (üç) övladı olmuşdur: İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur; X43 1977-ci ildə anadan olmuşdur; X28 1980-ci ildə anadan olmuşdur. Onlar hər üçü ata-anası ilə birgə atası tərəfindən sarğıçı işlədiyi Əli-Bayramlı (indiki Şirvan şəhəri) “Cihazlar zavodu”ndan 30 iyun 1987-ci ildə 395 nömrəli order əsasında aldığı 4 otaqlı evdə həmin vaxtdan qeydiyyata düşməklə yaşamışlar və hal-hazırda da həmin ünvanda qeydiyyatdadırlar. Bu ev atasının sağlığında özəlləşdirilməmiş və atası 2021-ci il 12 oktyabr tarixində vəfat etmişdir. Lakin, bu evə birgə mülkiyyət hüququ verən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış verilmişdir. Hesab edirlər ki, bu çıxarış qanunsuzdur, atasının ölümündən bir il sonra verilmişdir və o, bacısı və qardaşı evin özəlləşdirilməsində heç vaxt iştirak etməmişlər. Sözügedən ünvanda həyat yoldaşı X44 və 3 övladı qeydiyyatdadırlar. Anası avtomobil qəzasında vəfat etmişdir. X6 tək qalmasın deyə ehtiyacı olduğu üçün xx.xx.2007-ci il tarixində cavabdeh Hüseynova (Şükürova) Şəfiqə Məstəli qızı ilə evlənərək rəsmi nikaha daxil olmuşlar. Sonradan onlar Rusiyaya gedərək orada o, bacısı və qardaşı ilə müvəqqəti qalaraq işləməyə başlamışlar. Atası 2021-ci ilin əvvəllərində ağır insult keçirmişdir. Bədəninin sol tərəfi, əl-ayaqları işləməmiş, yataq xəstəsi olmuşdur. Atasına cavabdeh qulluq edirdi. Sonralar eşitmişdir ki, cavabdeh 19 mart 2021-ci ildə atasından onun xəstə, imkansız, anlaqsız vəziyyətdə olmasından istifadə edərək onu aldadaraq ondan bütün daşınar və daşınmaz əmlakın ona vəsiyyət edilməsi barədə qanunsuz yolla vəsiyyətnamə almışdır. Eşitmişlər ki, o, əvvəlcə Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət etsə də, atasının ağır xəstəliyi səbəbindən, eləcə də vəsiyyətnamə vermək iqtidarında olmadığı üçün Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. Bundan sonra cavabdeh Hacıqabul rayon notariat ofisinə müraciət edib, onunla razılaşaraq gəlib atasından qanunsuz yolla, məcburi imza etdirməklə (nəyə qol çəkdiyini, imza etdiyini bilməyən, oxumaq iqtidarında olmayan) atasından cavabdehin arzusuna uyğun vəsiyyətnamə alıb. Vəsiyyətnamə alınarkən orada tanımadığı iki şahid X81, Şahid4 olsa da, orada mütəxəssis - həkim olmamışdır ki, atasının vəsiyyətnamə verməyə fiziki cəhətdən imkanını, sağlamlığını yoxlayıb rəy versin. Bu səbəblərə görə də, bu barədə ekspertiza keçirilərək mütəxəssis həkim-ekspert rəyi alınmasından ötəri ekspertiza təyin edilməsini xahiş etmişdir. Əmisi, atasının böyük qardaşı X16 xx.xx.2021-ci ildə atası tərəfindən vəsiyyətnamə verildiyini eşidəndən sonra əmisi və digər qohumlar, yaxın şəxslər həmin ünvanına – atasının yanına gəlib ondan yaşadıqları ünvan 1 ünvanında yerləşən evin bütövlükdə və ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin və iki mərtəbəli bağ evinin, eləcə də bütün daşınar və daşınmaz əmlaklarının nə üçün ikinci arvadı Cavabdeh2 adına vəsiyyət etdiyini soruşanda o bildirmişdir ki, bağ evini oğlu Müşviq öz vəsaiti hesabına onun adına tikdirib, bağ evi bütövlükdə Müşviqindir, onun ailəsinə aiddir, onun o evə heç bir aidiyyəti yoxdur. Yaşadığı mübahisəli ünvandakı evdən isə evin yalnız bir otağını arvadı Cavabdeh2 vəsiyyət etmişdir. O bildirmişdir ki, vəsiyyətnamədən imtina edir, vəsiyyətnamədə yazılanlardan xəbəri yoxdur, vəsiyyətnaməni oxumamış, oxuya bilmir, orada nə yazıldığını, nəyə imza etdiyini bilmir, ona görə də notariusun təzədən gətirilməsini və yaşadıqları evin yalnız bir otağının arvadı Cavabdeh2 verilməsi barədə vəsiyyət etmək istəyir. Bundan sonra yaxın adamlar Hacıqabul rayon Dövlət Notariusu Nümayəndə2 yanına gedib bu haqda ona bildirmişlər və öz etirazlarını və atasının sözlərini ona çatdırmışlar. Notarius Nümayəndə2 onların dediklərinə etiraz etməmiş, onlarla birlikdə atasının yanına gəlmişlər, cavabdeh əmisi və digər şəxsləri atasının yanına buraxmamış, notarius isə 2 şahidlə birlikdə atasının yanına gəlib onu yenidən dinləmişdir. Atası ona xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsini və yaşadıqları evdən yalnız bir otağın arvadına verilməsi barədə vəsiyyətnamə tərtib etməsini notariusdan tələb etmişdir. Notarius da ona söz vermişdir ki, sabah gəlib dediyi kimi yeni vəsiyyətnamə tərtib edəcək, əvvəlki vəsiyyətnaməni isə ləğv edəcəkdir. Notarius Nümayəndə2 bütün bu olanları telefonuna çəkib, çəkilənləri əmimgilə göstərib, onları arxayın etmişdir ki, indi gedib, vəsiyyətnaməni ləğv edəcək, sabah isə gəlib atasının dediyi kimi yaşadıqları evin yalnız 1 otağının cavabdehə vəsiyyət edilməsi barədə vəsiyyətnamə tərtib edəcəkdir. Bundan əlavə, videoçəkilişi də notarius Nümayəndə2 həmişə özündə saxlayacağını bildirmişdir. Əmisigil notariusa arxayın olduqlarına görə hesab etmişlər ki, notarius əvvəlki vəsiyyətnaməni ləğv edib atasının adından onun dediyi kimi yalnız 1 otağın cavabdehə verilməsi barədə vəsiyyətnamə tərtib edəcək. Lakin bir neçə ay bundan əvvəl onlara məlum olmuşdur ki, Hacıqabul rayon Notariat Ofisinin notariusu Nümayəndə2 xx.xx.2021-ci il tarixli vəsiyyətnaməni ləğv etməmiş, eləcə də atasının adından yeni vəsiyyətnamə tərtib etməmişdir. Cavabdeh sözügedən vəsiyyətnamə əsasında ünvan 1 ünvanındakı evi və ünvan 3nda yerləşən torpaq sahəsini və iki mərtəbəli bağ evini öz adına keçirmək məqsədi ilə Şirvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir, lakin notarius Əlixan Şirvanov notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərar verərək cavabdehə mülkiyyət hüququ haqqında şəhadətnamənin və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Cavabdeh isə bununla əlaqədar digər orqanlara müraciət etmişdir. Şirvan şəhərində yaşayan əmisi, qaynatası və digər qohumlar bununla əlaqədar Hacıqabul rayon Notariat Ofisinin notariusu Nümayəndə2 müraciət etdikdə o bildirmişdir ki, istənilən orqanda və məhkəmədə X6 tərəfindən yaşadıqları ünvandakı evdən yalnız 1 otağının Cavabdeh2 vəsiyyət edilməsi barədə ifadə verə bilər. Cavabdeh atasının xəstəliyindən onların (onun övladlarının) Azərbaycanda olmamaqlarından sui-istifadə edərək atasına və onlara (vərəsə kimi onun övladlarına məxsus) atasının adına olan sənədləşdirdiyi bütün daşınar və daşınmaz əmlakları öz mülkiyyətinə keçirmək istəyir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vəsiyyətnamə verildliyi xx.xx.2021-ci il tarixdən iddianın məhkəmədə qaldırıldığı xx.xx.2024-cü il tarixinə kimi 3 il müddət keçmişdir, birtərəfli əqdlərin etibarsızlığı üzrə iddia müddəti - 1 il keçmişdir, İddiaçı vəsiyyətnamənin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Cavabdeh Hacıqabul rayon notariat ofisinin notariusu Nümayəndə2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Anar Əliyevin müraciəti əsasında ofisdən kənar vəsiyyətnamə tərtib edilmişdir. O, vəsiyyətnamə tərtib edilərkən orada olmamışdır. Lakin sonradan Muradxanın qardaşı Məmmədxanın ona müraciətindən sonra yenidən vəsiyyətnamə tərtib edilməsi üçün Muradxanın yaşadığı evə getmişlər. Lakin vəsiyyətnaməni qoyan şəxsin keçmiş arvadı onu evə buraxmadığından yenidən vəsiyyətnamə tərtib edə bilməmişlər. X11 qardaşına bildirmişdir ki, qarşı tərəfi razılığa gətirsinlər, gün təyin etsinlər, o da gəlib yeni vəsiyyətnamə tərtib edərək rəsmiləşdirsin. Lakin tərəflərin sonradan müraciəti olmadığından o yeni vəsiyyətnaməni tərtib etməmişdir. Hacıqabul rayon notariat ofisinin aparıcı mütəxəssisi X45 izahat verərək bildirmişdir ki, X58 müraciəti əsasında vəsiyyətnamə tərtib edilməsi üçün X11 yaşadığı evə getmişdir. Həmin vaxt notarius olmadığıdan vəsiyyətnamənin tərtib edilməsi üçün özü getmiş, iki nəfər şahid, vətəndaşın iştirakı ilə vəsiyyətnamə tərtib edilmişdir. Vəsiyyətnamə tərtib edilən zaman vətəndaş Şükürov Muradxan divanda oturaq vəziyyətdə olmuş, eyni zamanda öz hərəkətlərini başa düşmüşdür. Ona hüquq və vəzifələri izah olunmuş və o, bütün əmlakının arvadına verəcəyini bildirmiş, vəsiyyətnamə tərtib edildikdən sonra ona oxunmuş, razı olduğunu bildirdikdən sonra vəsiyyətnaməni imzalamışdır. Sonradan vəsiyyətnamə ilə bağlı hər hansı narazılıq olmamışdır, bu barədə onun məlumatı yoxdur. O, həmçinin bildirmişdir ki, notariat hərəkətinin aparılmasına dair kitabdan çıxarışda barəsində müraciət olunan şəxs qismində X21 əvəzinə texniki səhv olaraq X22 yazılmışdır. Şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, X21 ilə qonşu olmuşlar, Şəfiqə ilə qonşudur, münasibətləri yaxşıdır. Qonşu kimi bir-birilərinin xeyir, şərində iştirak etmişlər. Muradxan rəhmətə gedənə qədər psixi vəziyyəti yaxşı olmuşdur. Muradxanın uşaqları Rusiya Federasiyanda olduqlarından evə gediş-gəliş etməmişlər. O, özü sağlığında söhbət əsnasında bildirmişdir ki, nəyi varsa onu Şəfiqəyə vəsiyyət edəcəkdir. Bacı, qardaşları da onu görməyə gəlməmişlər. Şahid qismində dindirilmiş Şahid2 İvanovan bildirmişdir ki, Şəfiqə onun qonşusudur. Muradxan Şükürovla həm qonşu olmuş, həm də birlikdə zavodda işləmişlər. Muradxanın iki oğlu, bir qızı vardır. Uzun müddətdir ki, onun uşaqlarının evinə gəlməsini görməmişlər. Muradxan özü bildirmişdir ki, onun Şəfiqədən başqa heç kimi yoxdur. Muradxan həmişə demişdir ki, ona məxsus olan hər şeyi Şəfiqəyə verəcəkdir.
9. Şirvan Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1166, 1170.1, 1180.1, 1180.2, 1243.2, 1225.3-cü, Mülki Prosessual Məcəllənin 77.1-ci madddələrinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 5-ci bəndinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə X11 xx.xx.2021-ci il tarixli vəsiyyəti edərkən öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi, öz iradəsini aydın ifadə edə bilməməsi, fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması, bununla da vəsiyyətnamənin qanunvericiliyin tələbləri pozulmaqla verilməsi halı sübut edilməmişdir. İddia ərizəsinin məzmunundan və işin hallarından göründüyü kimi, iddiaçının əmisi - atasının böyük qardaşı X16 xx.xx.2021-ci ildə X6 tərəfindən vəsiyyətnamə verildiyini eşidəndən bir ay sonra onun oğulları və digər yaxın qohumlar ilə ünvan 1 ünvanına – atasının yanına gəlib ondan adıçəkilən evin bütövlükdə və ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin və iki mərtəbəli bağ evinin, eləcə də bütün daşınar və daşınmaz əmlaklarının nə üçün ikinci arvadı Cavabdeh2 adına vəsiyyət etdiyini soruşanda o bildirmişdir ki, bağ evini oğlu Müşviq öz vəsaiti hesabına onun adına tikdirib, bağ evi bütövlükdə Müşviqindir, onun ailəsinə aiddir, onun o evə heç bir aidiyyəti yoxdur. Göründüyü kimi iddiaçı həmin vaxtdan mübahisəli əqddən məlumatlı olmuş, lakin iddia tələbini 3 il müddət ötdükdən sonra irəli sürmüşdür. Yəni iddia tələbi əsaslı olduğu təqdirdə belə, iddia artıq qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. xx.xx.2021-ci il tarixli 2V-1/59 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə iddia tələbində qeyd edilən dəlillərlə bağlı heç bir araşdırma aparmamış, iddiaçı tərəfindən verilmiş vəsatət əsasında göstərən şahidlərdən yalnız X8 ifadəsini almış, digər şahidlər X37 və X13 məhkəməyə gəlməsinə baxmayaraq, onların ifadələrini almamışdır. Bundan əlavə, X9 xx.xx.2021-ci il tarixli vəsiyyətnamə alınarkən əvvəlcə Şirvan şəhər Notariat Ofisinə müraciət olunub, notarius evə gəlib X11 xəstə olduğunu görüb, onunla söhbət edib, lakin onun vəsiyyətnamə vermək iqtidarında olduğunu görüb vəsiyyətnamə tərtib etməkdən imtina etmişdir. Bu hal iddia ərizəsində qeyd olunsa da, məhkəmə zamanı Şirvan şəhər notariusunun məhkəmədə şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə onu dindirməmişdir. Şirvan şəhər Notariusu vəsiyyətnamə tərtib etməkdən imtina etdikdən sonra Cavabdeh2, X66 Hacıqabul rayon Notariat Ofisinə göndərmişdir. Orada aparıcı mütəxəssis X45, Anar Əliyevlə razılaşaraq heç bir ərizə almadan, qeydiyyat kitabında səhv qeyd apararaq (Muradxanın adını Nadirxan yazmışdır) ünvan 4 ünvanına getmiş, orada xəstə vəziyyətdə olan, öz hərəkətlərini dərk etməyən X9 ona məxsus daşınar və daşınmaz əmlakın arvadı Cavabdeh2 vəsiyyətnamə verməsi barədə razılıq almışdır. Lakin bu vəsiyyətnaməni o yox, X49 Nümayəndə2 imzalayaraq möhürləmişdir. Bu, qanuna ziddir. Belə ki, notarius şəxsən özü vəsiyyət edəni dinləməli, şəxsin sağlamlığına əmin olduğdan sonra vəsiyyətnaməni tərtib etməli, şəxsə imzalatdırmalı, özü imzalamalı, möhürləməlidir. Lakin vəsiyyətnamə tərtib edilən gün notarius vəsiyyət edəni görməmişdir. Cavabdeh Hacıqabul notariusu Nümayəndə2 məhkəmədə ifadə verərkən iddianı qəbul etdiyini bildirmişdir. Lakin məhkəmə qətnamədə bu barədə heç nə yazmamışdır. Bundan əlavə, notarius Nümayəndə2 məhkəmə zamanı bildirmişdir ki, vəsiyyətnamə vermiş M.Q.Şükürovun qardaşı Məmmədxan Şükürov və digər qohumları hadisədən bir neçə gün sonra onun yanına gəlib bildirmişlər ki, vəsiyyətnamə düzgün tərtib edilməyib, belə ki, Şükürov Muradxan arvadına bütün əmlakını vəsiyyət etmir, yaşadıqları mübahisəli evdən yalnız 1 otağını Şəfiqəyə verir, 1 otağı vəsiyyət edir və indi səni evdə gözləyir. Onlarla birlikdə Muradxan Şükürovun olduğu evə getmiş, lakin əvvəlcə Cavabdeh2 onu və İddiaçı qardaşıgili evə buraxmamış, ona “dünən gələn notariusam” deyərək aldadıb evə tək girib özünü təqdim etmiş, İddiaçıla təklikdə danışmaq istəmişdir. Bu zaman İddiaçı xəstə halda yataqda uzanmışdı. Lakin yenə də Cavabdeh2 ona mane olmağa başlayıb. Notarius hər şeyi əl telefonuna çəkməklə ondan hansı əmlakını arvadı Şəfiqəyə vəsiyyət edirsən deyə soruşmuş, Muradxan Şükürov demişdir ki, dünən yaxşı başa düşməmişdir. Vəsiyyət edən bildirmişdir ki, bağ evini oğlu Müşviq öz pulu ilə tikib, həmin ev oğlunundur. O, yaşadığı 4 otaqlı evdən 1 otağı Şəfiqəyə vəsiyyət edir. Şəfiqə isə onun sözünü kəsərək əl barmaqları ilə 2 göstərərək 2 otaq ver, 2 otaq vəsiyyət elə deyirdi. Lakin Cavabdeh2 yeni vəsiyyətnamə tərtib etməyə imkan verməmişdir. Notarius evi tərk etmiş, səhərisi gün gəlib vəsiyyətnamə tərtib edəcəyini demiş, ya da İddiaçı bir az sağalandan sonra gətirmələrini tapşırmışdır. Məhkəmə yuxarıda göstərilən halları, ifadələri nəzərə almamış, iş üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, o cümlədən digər şahidləri dindirməmiş, İddiaçı xx.xx.2021-ci il tarixdə vəsiyyətnamə verməyə xəstəliyinin imkan verib-verməməsinə, psixi vəziyyətinə, öz hərəkətlərinin nəticələrini dərk edib-etməməsinə aydınlıq gətirilməmişdir. Mütəxəssis və ekspert rəyi alınmasından ötrü ekspertiza təyin etməli olduğu halda bunları etməməklə əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya instansiyası məhkəməsində əvvəlki icraat. Apellyasiya baxışında X43 və X28 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmiş, işin halları ilə bağlı izahatında bildirmişdir ki, hazırki iş üzrə şahid olan Anar Əliyev notariat ofisinə yaxınlaşaraq ev şəraitində vəsiyyətnamə tərtib etmək lazım olduğunu bildirmişdir. Onun işi çox olduğuna görə işi notariat kontorunun mütəxəssisi İmanova Qızyetərə həvalə etmişdir. Vəsiyyətnamə əvvəlcə notariat ofisində kompyuterdə tərtib edilmiş, çap edildikdən sonra Q.İmanova şahidlərlə evə getmişlər. Şahidlər vəsiyyətnaməyə həmin ünvanda qol çəkmişlər. Sonradan vəsiyyət edənin qardaşı Məmmədxan Şükürov ona müraciət edərək, vəsiyyətnamənin düzgün tərtib edilmədiyini bildirmişdir. Ona görə o, həmin evə getmişdir. X59, əvvəl başa düşmədiyini, oğlunun ayrı evi olduğunu, bu evin ona, bağ evinin isə oğluna məxsus olduğunu bildirmişdir. Muradxandan vəsiyyətnamə ilə bağlı soruşduqda o, bildirmişdir ki, bu evdən bir və ya iki otağını (dəqiq yadında deyil) vəsiyyət edir. Ona görə də yeni vəsiyyətnamə tərtib etmək üçün həmin ünvana getmiş, lakin cavabdeh xanım sonrakı vəsiyyətnaməni tərtib etmək üçün ona şərait yaratmamışdır. Sonra vəsiyyətnamə tərtib etmək ona görə lazım idi ki, qanunun tələbinə görə vəsiyyət edənin sonuncu iradəsi əsas götürülür. Notarius onu da qeyd etmişdir ki, vəsiyyət edənin sonradan ona bildirdiklərini telefona çəkmiş, lakin telefonu format olduğundan həmin videoçəkiliş qalmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-195/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Əsədov, A.Novruzova və T.Heydərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, X21 tərəfindən verilmiş və Hacıqabul rayon notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V-1/59 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamə etibarsız hesab edilmişdir.
Kassasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2025-ci il tarixli 2(106)-195/2025 saylı qətnaməsi cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(102)-1530/2025 saylı qərarı (hakimlər V.Həsənov, Ə.Əhmədov və İ.Şəfiyev) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur: iddiaçı vəsiyyətnamənin müxtəlif əsaslarla (vəsiyyət edənin xəstə, imkansız, anlaqsız vəziyyətdə olması, aldadılması, vəsiyyətnamənin tərtibinin qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verməməsi) mübahisələndirmişdir; Bu baxımdan məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr vəsiyyətnamənin etibarsızlığının əqdlərin etibarsızlığının hansı növünə aid olmasını müəyyən etməli, bundan sonra müəyyən olunmuş etibarsızlıq növündən asılı olaraq uyğun olan maddi hüquqi əsaslar baxımından mübahisəni həll etməlidir; Nəzərə alınmalıdır ki, əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur; Apellyasiya instansiya məhkəməsi eyni zamanda mirası qoyanın sağlığında onun özü və digər qohumlarının təsdiq edilmiş vəsiyyətnaməyə etiraz etməsi, notariusun mirasqoyanın yanında olması, yeni vəsiyyətnamənin tərtib olunması ilə bağlı iradəsinin mövcud olmasını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə iddiaçı tərəfin yeni vəsiyyətnamənin tərtib olunmasına cavabdehin mane yaratmasını göstərməklə kifayətlənmiş, mirası qoyanın ölümünədək hansı səbəbdən onun özü tərəfindən vəsiyyətnamənin ləğv olunmaması və ya yeni vəsiyyətnamə verilməsi ilə bağlı imkanın olmasına baxmayaraq belə vəsiyyətnamənin tərtib edilməməsi bağlı hər hansı araşdırma aparmamışdır; Nəzərə alınmalıdır ki, bəzi növ əqdlər üçün daha sərt forma tələbləri müəyyən etməklə faktiki olaraq həmin əqdlərlə bağlı mübahisələr zamanı onların məzmununun reallığı əks etdirmədiyini sübut etmək yükünü də əhəmiyyətli dərəcədə artırmışdır. Bu baxımdan yazılı və notariat qaydada təsdiq edilmiş əqdlərin etibarsızlığı barədə mübahisələrdə iddianın təmin olunması üçün daha mötəbər, yetərli və bilavasitə sübutların təqdim olunmasını tələb edilir; İşin müəyyən edilmiş hallarından aydın olur ki, iş üzrə cavabdeh vəsiyyətnamənin icrası ilə bağlı müvafiq notariat kontoruna müraciət etmiş, lakin həmin vəsiyyətnamə üzrə onun payının müəyyən edilməsindən imtina olunmuşdur. Bundan sonra eyni tələblə cavabdeh vəsiyyətnamə üzrə miras əmlakda payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən onun payı müəyyən edilmişdir. Həmin işin icraatında baxılan iş üzrə iddiaçı və digər vərəsələr iştirak etməmiş və irəli sürülmüş tələb üzrə etirazlarını bildirmək imkanından məhrum edilmişlər. Vəsiyyətnamə üzrə miras əmlaka payların müəyyən edilməsinə dair iş üzrə qəbul olunmuş məhkəmə aktı qüvvəyə minməmiş, onun icraatı baxılan iş üzrə qəbul olunacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır; Məhkəmə kollegiyası qənaətinə görə hər iki işin bir icraatda baxılması zəruridir. Belə zəruriliyin təmin edilməsi isə yeni apellyasiya baxışında işlərin birləşdirilməsinin müzakirəsi nəticəsində müəyyən oluna bilər. İddiaçı Cavabdeh2 cavabdehlər Şirvan şəhəri 1 saylı notariat ofisinə, İddiaçı, X28 və X32 qarşı “əmlakda payın müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin iddiaçıya verilməsi vəzifəsinin notariat ofisinə həvalə edilməsi” tələbinə dair birləşdirilmiş mülki işin halları: İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə xx.xx.2023-cü ildə, sonradan isə tələbin dəqiqəşdirilməsinə dair ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X5ndan miras qalmış ünvan 5 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin 0,03125 ha torpaq sahəsi hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilməklə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi, həyat yoldaşı X5ndan miras qalmış ünvan 5 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən və birgə nikah dövründə inşa edilmiş 259,3 kv.metr bağ evinin ½ hissəsinə, yəni bağ evinin 129,65 kv.metr sahəsinə birgə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi, həyat yoldaşı X5ndan miras qalmış ünvan 5 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən və birgə nikah dövründə inşa edilmiş 259,3 kv.metr bağ evinin digər ½ hissəsinin, yəni 129,65 kv.metr sahəsinin 81,031 kv.metr hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilməklə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi, X5 ilə iddiaçı Cavabdeh2, cavabdehlər İddiaçı, Gülnarə Şükürovanın və Ramil Şükürovun ümumi birgə mülkiyyətlərində olan ümumi sahəsi 78,7 kv.metr olan Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) X4 məxsus sahənin (miras əmlakı) müəyyən edilməsi, həmin hissədə vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilərək vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və müəyyən edilmiş vərəsəlik payına mütənasib olaraq vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı miras qoyan X21 ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından uşaqları olmamışdır. X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Miras qoyan X11 birinci nikahından 3 övladları olmuşdur. Həmin övladlar cavabdehlər İddiaçı, X28 və X33r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 adına xx.xx.2012-ci il tarixdə ünvan 6 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi, həmçinin xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, 18 saylı mənzilin bir hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı Cavabdeh2 ilə nikahda olarkən miras qoyan X11 adına ünvan 6 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və bağ evi qeydə alınmışdır və xx.xx.2012-ci il tarixdə hüquqların qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan əlavə X2 adına Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, 18 nömrəli mənzilin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmin mənzilə dair X2, iddiaçı Cavabdeh2, cavabdehlər İddiaçı, R.Şükürovanın və R.Şükürovun adlarına birgə mülkiyət hüququ verən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Deməli, miras qoyan X2 miras kütləsinə daxil olan əmlakları: 1. ünvan 6 saylı bağ evi və onun yerləşdiyi 0.06 ha topaq sahəsinin ½ hissəsi, 2. Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, 18 nömrəli mənzilin bir hissəsi ölümündən əvvəl miras qoyan X5 xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat ofisində 2 nəfər şahidin iştirakı ilə iddiaçı Cavabdeh2 vəsiyyətnamə verərək, ölən gündən ona məxsus bütün daşınar və daşınmaz əmlakını arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə hazırda qüvvədədir. Ona görə də, iddiaçı Cavabdeh2 mərhum həyat yoldaşı X9 miras qalmış bütün əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ vardır. İddiaçı Cavabdeh2 hər iki daşınmaz əmlakı faktiki surətdə onlardan birində yaşayır, digərini isə idarə edir. Hazırki mübahisə vəsiyyətnamə hüququna əsasən həll olunmalıdır. Cavabdeh2 cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinə ərizə verərək, mərhum əri X11 adına olan yuxarıda qeyd olunan daşınmaz əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmişdir. Cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 qeyd olunan əmlaklara mülkiyyət hüququ haqqında şəhadətnamə və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Cavabdeh Notariat ofisi imtinanı onunla əsaslandırmışdır ki, ünvan 6 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi X68 tərəfindən iddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmədiyindən, həmin əmlaka dair iddiaçı Cavabdeh2 mülkiyyət hüququ haqqında şəhadətnamə verilə bilməz. X62 məxsus digər əmlak Şirvanı şəhəri, Xəqani küçəsi, ev 30, 18 nömrəli mənzilin birgə nikah dövründə əldə edilməsinə dair iddiaçı Cavabdeh2 tərəfindən cavabdeh notariat ofisinə sübut təqdim edilmədiyinə görə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Onun mərhum əri X9 miras qalmış qeyd olunan əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik payı vardır və məhkəmə həmin əmlaklara onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnu tanımalı, eyni zamanda birinci əmlakın ½ hissəsinə mülkiyyət hüququnu tanımalıdır. Birinci əmlak ünvan 6 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi miras qoyan X11 birinci nikahda olduğu zaman ona “Cihazlar zavodu” X35 tərəfindən xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış torpaq sahəsi və bağ evidir. Həmin torpaq sahəsi və bağ evinə dövlət reyestrindən çıxarış xx.xx.2012-ci ildə verilmişdir. Cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisi imtina qərarında iddia edir ki, Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış ünvan 6 saylı bağ evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi X67 tərəfindən onunla birgə nikahdan əvvəl əldə edilmişdir, ona görə də, həmin əmlakda iddiaçı Cavabdeh2 ər-arvadın ümumi mülkiyyət hüququ yoxdur. Lakin cavabdeh Şirvan şəhəri 1 saylı Notariat ofisinin qərarında istinad etdiyi DƏDKR 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Əli Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə X62 1986-cı ildə torpaq sahəsi və bağ evi ayrıldığı göstərilsə də, bu mümkün olan hal deyildir əvvəla ona görə ki, Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə X62 0,05 ha həyətyanı torpaq sahəsi deyil, 0,06 ha bağ bostan sahəsi ayrılmışdır, yəni bağçılıq-bostançılıq məqsədilə 0,06 ha torpaq sahəsi verilmişdir, bağ evi və 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmamışdır. X68 bağçılığa üzv olmuşdur. Bunlar onu deməyə əsas verir ki, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********53-11301 reyestr nömrəli, Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 tam payla xüsusi mükiyyətində olan ünvan 5 ünvanında yerləşən bağ evi və 0,05 ha torpaq sahəsi Əli- Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ona ayrılmış 0,06 ha bağçılıq torpaq sahəsi deyildir. xx.xx.1986-cı il tarixli 8 saylı protokolla ayrılmış torpaq sahəsi mərhum X23 üçüncü əmlakıdır, həmin əmlak barədə məlumat əldə edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular verilməlidir. X4 Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış 0,06 ha bağçılıq torpaq sahəsi barədə məlumatlar "xxxx" X36 tərəfindən gizlədilir, əmlakın yerləşmə ünvanı protokoldan çıxarış iddiaçıya təqdim olunmur, yalnız şablon xarakterli cavab məktubu verilməklə kifayətlənir. Lakın iddia ərizəsinə əlavə olunmuş sorğulara cavab məktublarından açıq aydın şəkildə görünür ki, Əli Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış 0.06 ha torpaq sahəsi ilə X68un adına xx.xx.2012-ci il tarixli **********- 11301 reyestr nömrəli Seriya RX ******* nömrəli dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 tam payla xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən bağ evi 0.05 ha torpaq sahəsi ayrı-ayrı əmlaklardır. Ona görə də, məhkəmə tərəfindən Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış 0,06 ha bağçılıq torpaq sahəsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinə (VÖEN: **********) məhkəmə sorğusu göndərilməli, Əli-Bayramlı “Cihazlar zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolundan çıxarış tələb olunmalıdır. X4 məxsus olmuş ünvan 5 ünvanında yerləşən bağ evi və 0,05 ha torpaq sahəsi X68 tərəfindən iddiaçı Cavabdeh2 ilə birgə nikahda olduğu vaxt əldə edilmiş əmlakdır. Ona görə də, həmin əmlakın ½ hissəsinə, yəni 0,025 ha torpaq sahəsinə və bağ evinin 129,65 kv.metr sahəsinə iddiaçı Cavabdeh2 birgə mülkiyyət hüququ, qalan ½ hissəsinə aid hissədə isə vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən olunmalıdır, yəni miras kütləsinə ünvan 5 ünvanında yerləşən 259,3 kv.metr sahəsi olan bağ evinin və 0,05 ha torpaq sahəsinin ½ hissəsi, bağ evinin 129,65 kv.metr sahəsi, torpaq sahəsinin 0,025 ha hissəsi aid edilməlidir. Həmin əmlakda iddiaçı Cavabdeh2 vəsiyyətnamə üzrə 81,03 kv.metr bağ evinə və 0,015 ha torpaq sahəsinə vəsiyyətnamə üzrə vərəsəlik payı müəyyən edilməklə, vərəsəlik hüququ tanınmalıdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası X70 filialının iddiaçı Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “Cihazlar zavodu” Həmkarlar İttifaqı Komitəsinin protokolları X70 filialına təhvil verilməyibdir. Əli-Bayramlı XDS İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən müxtəlif idarə və təşkiatlara bağ evi yox, bağçılıq-bostançılıq məqsədilə torpaq sahələri verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC X19 xx.xx.2023-cü il tarixli 06/Ş-04 nömrəli məktubunda qeyd olunur ki, X4 (“Cihazlar zavodu”nun sabiq işçisi) “Cihazlar zavodu” HİT tərəfindən xx.xx.1986-cı il tarixində 8 saylı Protokolla ona 0,06 ha bağ-bostan sahəsi verilmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2012-ci il qeydiyyat tarixli, **********53-11301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışında X68un adına 0,06 ha bağ-bostan sahəsi deyil, ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və ümumi sahəsi 259,3 kv.metr olan bağ evi qeyd olunur. Deməli, bu onu deməyə əsas verir ki, birinci miras əmlak ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və ümumi sahəsi 259,3 kv.metr olan bağ evi X62 onun işlədiyi Əli-Bayramlı “Cihazlar Zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu ilə ayrılmış 0,06 ha bağ-bostan sahəsi deyildir, həmin 0,06 ha bağ-bostan sahəsi başqa əmlakdır və həmin üçüncü əmlak da müəyyən edilərək miras tərkibinə daxil edilməli və iddiaçının həmin əmlak üzərində vəsiyətnamə üzrə vərəsəlik hüququ tanınmalıdır. İkinci əmlak xx.xx.2022-ci il qeydiyyat tarixli, **********25-05101-093061 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2, iddiaçı Cavabdeh2, cavabdehlər İddiaçı, Gülnarə Şükürovanın və Ramil Şükürovun birgə mülkiyyətində olan ümumi sahəsi 78,7 kv.metr olan ünvan 4-in (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) X62 aid hissəsi miras kütləsinə daxil olan əmlakdır. 78,7 kv.metr sahəsi olan mənzil 5 nəfərin birgə mülkiyyətindədir, həmin mənzilin 1/5 hissəsi X62 məxsus əmlak olduqda, Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin 15,74 kv.metr hissəsi miras əmlakın tərkibinə aiddir. X2 iddiaçı və cavabdehlərlə ümumi birgə mülkiyyətində olmuş Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin miras kütləsinə aid olan 15,74 kv.metr hissəsində iddiaçı Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq vərəsəlik payı müəyyən edilməlidir. Cavabdehlər İddiaçı, Gülnarə Şükürova və Ramil Şükürov heç biri miras əmlaklarda yaşamırlar, heç zaman yaşamamışlar və mirası da faktiki qəbul etməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-859/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, iddiaçı Cavabdeh2 mərhum əri X9 miras qalmış ünvan 8 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınmış və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şirvan şəhəri 1 saylı Notariat ofisinin üzərinə qoyulmuş, həmin əmlakın ¼ hissəsi üzərində vəziyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınmış (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmuşdur. İddiaçı Cavabdeh2 məhrum əri X9 miras qalmış ünvan 6 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınmış və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmuşdur. Əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmuşdur. Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı (yeni qaydalarla AZ 1800 Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin 1/5 hissəsinə X11 payı müəyyən edilmiş, X11 1/5 hissədə payının 4/8 hissəsinə vəsiyyət üzrə və 1/8 hissəsinə qanun üzrə Cavabdeh2 vərəsəlik hüququ tanınmış və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmuşdur. X2 Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı (yeni qaydalarla AZ1800 Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin miras əmlak üzrə payı müəyyən edilmiş 1/5 hissəsinin 3/8 hissəsi digər 3 vərəsələr, yəni X38, X43 və X28 arasında bölüşdürülərək, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmuşdur. İddia qalan hissələrdə rədd edilmişdir. Sonradan Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(032)-859/2023 saylı qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıqlar aşağıdakı formada aradan qaldırılmışdır: qətnamənin əsaslandırıcı və nəticə hissəsində iddiaçı Cavabdeh2 mərhum əri X9 miras qalmış ünvan 8 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şirvan şəhəri 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Həmin əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddiaçı Cavabdeh2 məhrum əri X9 miras qalmış ünvan 6 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun əvəzinə iddiaçı Cavabdeh2 mərhum əri X9 miras qalmış ünvan 8 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şirvan şəhəri 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Ümumi (torpaq sahəsinin) əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddiaçı Cavabdeh2 məhrum əri X9 miras qalmış ünvan 6 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Ümumi əmlakın (bağ evinin) ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun” kimi oxunsun.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlərdən X39 qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübhisə predmeti olan daşınmaz əmlaklar olan ünvan 5 ünvanında yerləşən 259,3 kv.metr bağ evi və ümumi sahəsi 78,7 kv.metr olan Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzilin (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) iddiaçı ilə mərhum atamın birgə nigah dövründən öncə əldə edilmiş, yəni mərhumə anam Cavabdeh2 Məmməd qızı ilə birgə nigah dövründə əldə edilmiş, lakin həmin dövrlərdə daşınmaz əmlakın dövlət reyestr xidmətində mülkiyyət hüququ əsasında qeydiyyata aldırılmamışdır. Belə ki, mərhum atam X9 miras qalmış ünvan 5 ünvanında yerləşən 259,3 kv.metr bağ evi mərhum atamın işlədiyi dövrdə Əli Bayramlı “Cihazlar Zavodu”nun HİK-in xx.xx.1986-cı il tarixli, 8 saylı protokolu əsasında ona verilmiş və həmin əmlak sonradan xx.xx.2012-ci il tarixdə mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Həmçinin Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylımənzil (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) xx.xx.2022-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi miras əmlakların hər ikisi mərhumə anamla birgə nigah dövründə əldə edilmiş, lakin mülkiyyət hüququ əsasında mərhum atamın adına iddiaçı ilə birgə nigah dövründə daşınmaz əmlkaın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Mərhum atam xx.xx.2021-ci il tarixdə vəfat etmiş və miras əmlakdan Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı mənzil (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) mərhum atamın vəfatından sonra xx.xx.2022-ci il tarixdə ümumi birgə mülkiyyətdə olmaqla mərhum atamın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin miras əmlakdan ünvan 5 ünvanında yerləşən 259,3 kv.metr bağ evi mərhum atamın adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata aldırılmışdır. Belə olan halda miras əmlaklardan olan Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylımənzil (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) mərhum atamın vəfatından sonra xx.xx.2022-ci il tarixdə ümumi birgə mülkiyyətdə olmaqla mərhum atamın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu hal iddiaçı ilə birgə nigah dövründə əldə edilməsi kimi qiymətləndirilərsə, onda həmin əmlak da məhz mərhum atamın vəfatından sonra daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alındığından, iddiaçı ilə mərhum atamın birgə nigah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Çünki, birinci instansiya məhkəməsi məhz iddianı qismən təmin edərkən, həmin hissədə ünvan 5 ünvanında yerləşən 259,3 kv.metr bağ evini baxmayaraq ki, iddiaçı ilə mərhum atamın nigah dövründən, yəni 2007-ci il tarixdən öncə əldə edilməsini əsas götürməyərək, həmin əmlakın məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi tarixi hesab etmişdir. Bu isə miras əmlaklardan ikincisi olan Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylımənzili (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, 262, M4, m2) mərhum atamın vəfatından sonra daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alındığından iddiaçıya münasibətdə tətbiq edilməsini sual altına qoyur. Bu hal Mülki Məcəllənin 225.1-ci maddəsini yuxarıda əsaslandırdığım hallara əsasən mərhumə anama, mən cavabdehə və digər cavabdehlərə münasibətdə həmin halları özündə ehtiva edir. Möhərəm məhkəmə kollegiyası yuxarıda qeyd edilən faktiki halları göstərməkdə, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə istinad etməkdə səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan miras əmlaklardan ünvan 5 ünvanında yerləşən 259,3 kv.metr bağ evi iddiaçı ilə birgə nikah dövründə əldə edilməsə də, lakin həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixində əmələ gəldiyindən, bu da iddiaçı ilə mərhum atamın birgə nikahı dövründən sonra xx.xx.2007-ci il tarixdən sonra yarandığından, iddiaçının həmin əmlaka vərəsəlik hüququ yaranmış və həmin əmlakın ½ hissəsinə birgə nikah dövründə əldə edilmiş əmlak hesab etməklə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi cavabdeh Şirvan şəhəri 1 saylı Notariat Ofisinə həvalə edilməsi və həmçinin həmin əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində isə qanun üzrə vərəsəlik hüququ tanınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Şirvan şəhəri 1 saylıNotariat Ofisinin üzərinə öhdəlik qoyulması qənaətinə gəlmişdir. Lakin qeyd edilən miras əmlakların iddiaçı ilə öncə nigahda olduğu mərhumə anam Cavabdeh2 Məmməd qızı dövründə əldə etdiyini və həmçinin miras əmlaklar iddiaçıya vəsiyyət edilərkən mərhum atamın xəstəlik dövrü olduğundan, onun adı çəkilən daşınmaz əmlakları vəsiyyət edərkən digər vərəsələrin iştirakı olmadan və digər şəxsiyyəti məlum olsa da, amma həmin şəxslərin kimliyi məlum olmayan və ən əsası mərhum atamın vəsiyyət etdiyi zaman onun xəstəliyi ilə əlaqədar olaraq etdiyi vəsiyyətinin mahiyyətinin anlamasına görə anlaqlı vəziyyətdə olub-olmadığını araşdırmadan, mərhum atamla mərhumə anamın birgə nikah dövründə əldə edildiyi daşınmaz əmlakları, iddiaçı ilə mərhum atamın birgə nikah dövründən sonra daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alındığına görə birgə nigah dövründə əldə edilmiş əmlak hesab etməklə səhv nəticəyə gəlmiş və nəticədə mən cavabeh X38nun və eləcə də digər vərəsələr olan cavabdehlərin vərəəslik hüquqlarının haqqına girərək mülkiyyət hüququmuzu pozmuşdur. Həmçinin qeyd edim ki, birinci instansiya məhkəməsi miras əmlak olan daşınmaz əmlakları iddiaçı ilə mən və digər cavabdehlər arasında paylar üzrə bölərkən də səhv nəticəyə gəlməklə mərhumə anamın vərəsəlik hüququnu tanımamış və onu vərəsəlik hüququndan mərhum etmişdir. Bu hal ondan irəli gəlmişdir ki, birinci instansiya məhkəməsi hər iki daşınmaz əmlakların mərhum atamla mərhumə anamın birgə nikah dövründə əldə edilməmiş əmlak hesab etmiş və bu halın iddiaçı ilə mərhum atamın birgə nikah dövründə əldə etməmələrinə baxmayaraq, ancaq daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alındığı gümana gəlməklə belə bir nəticəyə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsi müəyyən etməli idi ki, mərhum atam iddiaçıya vəsiyyət edərkən mərhum anamın xx.xx.2002-ci il tarixdə vəfat etdiyi vaxt miras qalmış əmlakların hər ikisində 1\2 hissəsi mərhum anamın payı olmaqla açıq qalmaqla həmin hissədə mən cavabdeh, eləcə də digər cavabdehlərin payları vardır və belə olan halda mərhum atam mərhum anamın olan hissəyə sərancam verə bilməzdi, çünki, həmin hissədə mən cavabdehlə yanaşı digər cavabdehlərin də payları mövcud idi. Belə olan halda Hacıqabul rayon Notariat Ofisi ilk olaraq vərəsələrin əhatə dairəsin müəyyən etməklə həmin mərhumə anamın pay olan hissəsini vəsiyyət etməsini təsdiq edə bilməzdi. Bundan başqa mən cavabdehi və eləcə də digər cavabdehləri miras qoyan şəxsin birinci növbə vərəsələri olaraq dəvət etməklə vəsiyyətnamənin mahiyyətin bizimlə birgə mərhum atama izah etdikdən sonra onun əqlini yoxlamaqla anlaqlı vəziyyədə olubolmadığını müəyyən etdikdən sonra vəsiyyətnamənin verilməsini həyata keçirməklə qeydiyyata aldırmalı idi. Bundan başqa işdən də görünür ki, iddiaçı ilk olaraq cavabdeh Şirvan şəhəri 1 saylıŞirvan Notariat Ofisinə ərizə ilə müraciət etmiş, lakin iddiaçının qəbul etmək istədiyi daşınmaz əmlakın birgə nikah dövründə əldə etmədiyi müəyyən edildiyindən və digər əmlak barəsində isə birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu təsdiq edən sənədlər təqdim etmədiyindən, cavabdeh Şirvan şəhəri 1 saylıŞirvan Notariatı tərəfindən xx.xx.2023-cü il tarixli qərara əsasən vəsiyyətnamənin verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Halbuki, iddiaçı ilk olaraq mərhum atam tərəfindən vəsiyyətnamənin verilməsini həyata keçirmək üçün miras əmlakların yerləşdiyi ərazi üzrə notariat orqanına müraciət etməli idi. Lakin işdən də görünür ki, cavabdeh Şirvan şəhəri 1 saylı Şirvan Notariatı yuxarıda qeyd edilən hallara əsasən iddiaçının ərizəsi mülki qanunvericiliyin tələblərinə cavab vermədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Lakin Hacıqabul rayon Notariat Ofisi Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 116-cı bəndini kobud pozmaqla vəsiyyətnaməni həyata keçirtmiş və hətta bu barədə digər vərəsələr olan mən cavabdeh və digər cavabdehlərə məlumat göndərməmişdir. Bütün bu hallar mən cavabdehin, eləcə də digər cavabdehlərin vərəsələr olaraq xəbərsiz formada iki nəfər bizə şəxsiyyəti məlum olamayan şəxslərin yanında vəsiyyətnamənin verilməsini həyata keçirtmişdir. Ona görə də hesab edirəm ki, həmin hallar apelyasiya instansiya məhkəməsində ətraflı araşdırılmaqla hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi mülki işə baxarkən prossesual hüquq normalarının tətbiqi baxımından da səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi hissəsində mən cavabdeh tərəfindən əsaslandırıldığı faktiki hallara hüquqi qiymət verməmiş, lakin həmin sübutların iş üçün əhəmiyyətliyinə və mötəbərliyinə olan şübhələrin əsassız olması barədə qətnamədə göstərməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iş materillarında olan mötəbər sübut hesab edilən sənədlərdə faktları əks etdirilmiş, lakin əsasını tapmadığı halları əsaslandırmaqla şərh verməli idi. Möhtərəm məhkəmə kollegiyası birinci instansiya məhkəmə prossesual hüquq normalarının pozulımasına da yol verməklə qətnamə çıxartmışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməsi barədə ərizəsi və ondan sonra da məhkəmənin sonrakı prosseslərində iddia predmetinin dəyişdirilməsi barədə verdiyi ərizə məhkəmə hazırlıq iclası mərhələsində deyil, məhkəmə baxışı mərhələlərində verilmiş və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmişdir. Halbuki, iddiaçı iddia ərizəsinə əlavəni və iddia ərizəsinin predmetinin dəyişdirilməsi barədə ərizələri verərkən həmin halların məhkəmə hazırlıq iclası mərhələsində verə bilmədiyi barədə üzürlü səbəbləri göstərməli idi və həmin üzürlü səbəblər isə birinci instansiya məhkəməsi tərəfindən əsaslı səbəblər əsasında araşdırılmaqla müəyyən etdikdən sonra qəbul edə bilməli olduğu halda, iddiaçının formal mülahizə xarakterli sözləri əsasında qəbul edərək həmin iddia tələbləri əsasında mülki işə baxmışdır. Belə olan halda birinci instansiya məhkəməsi mülki-prossesual qanunvericiliyin tələblərini kobud sürətdə pozmaqla mülki işə baxmış və nəticədə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Bütün bu hallar hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə şərh verilməklə həmin hissəyə hüquqi qiymət verilməli idi. Lakin qətnamənin təsviri hissəsində bu hallarla bağlı birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir açıqlama verilmədiyini görürürük. Ona görə də hesab edirəm ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin hallara dair hüquqi qiymət veriləcəkdir. Bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən prossesual hüquq normaları pozulmaqla həyata keçirilmiş və həmin hallar araşdırılmamışdır. Bu da ondan xəbər verir ki, qətnamə birinci instansiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Möhtərəm məhkəmə kollegiyası birinci instansiya məhkəməsi qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olmalıdır ki, belə olan halda məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilə bilinsin və ən əsası qətnamə qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir.
Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 Tofiq oğlu hər iki qətnamədən verdikləri apellyasiya şikayətlərini müdafiə edib, yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmalarını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs və onun yaxınları Şirvan Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2(032)-859/2023 saylı qətnaməsindən 2023-cü ilin dekabr ayında xəbər tutmuşlar və apellyasiya şikayəti vermişlər. Apellyasiya məhkəməsində işə baxılan zaman biz xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia qaldırdıq. Burada bir neçə şərt irəli sürdük. Bunlar onlardır ki, həmin dövrdə Muradxan Şükürov xəstə olmuşdur. Onun vəsiyyətnamə verməyə fiziki imkanları olmamış və vəsiyyətnamə vermək istəməmişdir. Onun xəstə vəziyyətindən istifadə edən Cavabdeh2 isə vəsiyyətnaməni aldatma yolu ilə almışdır. Belə ki, vəsiyyətnamənin verilməsi üsulu və şərtlərində notoriat haqqında qanunun tələbləri pozulmuşdur. Vəsiyyətnaməni notorius özü gəlib evdə təsdiq etməmişdir. Hacıqabul rayon notariat ofisinin işçisi Qızyetər adlı şəxs hazır vəsiyyətnaməni gətirib iki şahidin Anar Əliyev və Şahid4 iştirakı ilə təsdiq etdirmişdir. Həmin vəsiyyətnaməni isə hüquqlarını müdafiə etdiyi şəxsin atası Muradxan Şükürova oxumamış və ona hüquq və vəzifələri izah olunmamışdır. Bütün bunları isə notorius Nümayəndə2 özü texniki vasitələrdən istifadə etməklə evdə təsdiq etməli idi. Hətta Hacıqabul rayon notariat ofisinin müraciətlərin qeydiyyatı jurnalında da, Muradxan Şükürovun adı səhvən Nadirxan yazılmışdır. Buradanda görünür ki, bu işə diqqətli yanaşılmamdır. Evə gələndə də hazır tərtib edilmiş vəsiyyətnamə ilə Qızyetər xanım gəlib vəsiyyətnaməni təsdiq etmişdir. Digər cavabdeh Nümayəndə2 məhkəmədə izahatında da, iddianı qəbul etdiyini və bunun onun səhvi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahidlər Anar Əliyev, Şahid4 və Məmmədxan Şükürovun dindirilməsilə bağlı vəsatətlə müraciət etsəmdə, yalnız Məmmədxan Şükürov dindirilmişdir. Məhkəmə belə hesab etmişdir ki, biz vəsatəti gec vermişik. Lakin məhkəmə iclasının video-audio yazısındanda görünür ki, mən şahidlərin məhkəmə iclasında dindirilməsini xahiş edirəm. Halbuki digər tərəfin şahidlərinin ifadəsi geniş şəkildə alındı. Onlar da, ifadələrində göstərmişlər ki, Muradxan Şükürova yalnız həyat yoldaşı Cavabdeh2 baxmış, övladları onlara gəlib getməmiş və atalarından xəbəri olmamışdır. Bizim sübutlarımız var ki, Muradxan Şükürovun övladları həmişə gəlib getmiş, atalarına baxmış və ona maddi yardım göstərmişlər. Muradxan Şükürovun xəstəliyinin olması ilə bağlı məhkəməyə arayış təqdim etmişəm. Xəstəxananın qeydiyyat kitabından da görsənir ki, Muradxan Şükürovu oğlu və yaxın qohumları xəstəxanaya çatdırmışdır. Buradanda görünür ki, Muradxan Şükürovun övladları ataları ilə maraqalanmışlar. Bundan əvvəlki apellyasiya baxışında Anar Əliyev şahid kimi dindirilmişdir. Anar Əliyev ifadəsində vəsiyyətnamənin hazır olduğunu, Muradxan Şükürova oxunmadığını bildirdi. Anar Əliyevə sual verdikdə yaşadıqları evin bir otağının vəsiyyət olunduğunu bildirdi. Eləcədə Şahid4 ifadəsində yaşadıqları evin bir otağının vəsiyyət olunduğunu bildirdi. Şahidlər vəsiyyətnaməni oxumadıqları üçün məzmunundan xəbərsiz olmuşlar. 2021-ci ilin yay aylarında X26 vəsaiti ilə tikilmiş bağ evini öz nəvəsi Müşfiqin oğlunun adına keçirmək istəmişdir. Buna görədə özü digər qohumlarla birlikdə Şirvan şəhəri 1 saylı notariat ofisinə getmişlər. X63 həyat yoldaşı Cavabdeh2 iştirak etməli olduğunu bildirirlər. Lakin Cavabdeh2 norotiusa gəlməkdən imtina edir. Cavabdeh2 notoriusa gəlməməkdə əsas məqsədi əmlakı ələ keçirmək olmuşdur. Hesab edib ki, Şirvan şəhəri 1 saylı notariat ofisinə gəldikdə müəyyən olunacaq ki, vəsiyyətnamə ləğv edilməmişdir. Muradxan Şükürov vəsiyyətnamənin ləğv olunmadığını bilsə idi həmin gün vəsiyyətnaməni ləğv etdirərdi. Vəsiyyətnamə verildikdən sonra 1 aydan az müddət ərzində Müşfiq vəsiyyətnamənin verilməsindən məlumatlı olmuşdur. Notarius evə gəlib getdikdən sonra notoriusdan vəsiyyətnamənin ləğv edilməsilə bağlı maraqlanmayıblar. Hesab ediblər ki, vəsiyyətnaməni notorius artıq ləğv etmişdir. 2021-ci ilin yay aylarına Muradxan Şükürov hərəkət etmək iqtidarında idi və notoriat ofisinə getmişdir. Həmin vaxt vəsiyyətnaməni ləğv etdirməməsinin səbəbi odur ki, elə bilirdi notorius artıq vəsiyyətnaməni ləğv edib. Həmin evi Muradxan Şükürovun nəvəsinə vəsiyyət etməməsinin səbəbi evi nəvəsinə bağışlamaq istəməsiydi. Birinci instansiya məhkəməsində Müşfiqin qaynatası qarşı tərəfə barışıq təklif etmişdi, lakin nə Cavabdeh2 nə də ki, vəkili razı olmamışdır. İddiaçı və Cavabdeh2 Məstalı qızı hər iki qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, qətnamələrin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, vəsiyyətnamə verilən vaxt Muradxan Şükürov yataq xəstəsi deyildi və ölən günə qədər ağlı başında olmuşdur. Muradxan Şükürovun binanın 1-ci mərtəbəsində sexi var idi və mühərrik ustası kimi orada işləyirdi. Muradxan Şükürov deyilən kimi insult keçirtməmişdir. Sadəcə olaraq Muradxan Şükürov yeriməkdə çətinlik çəkirdi və binaya mənim köməkliyimlə düşüb qalxırdı. Muradxan Şükürov özü bütün əmlakını mənə vəsiyyət edəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid kimi ifadəsi alınmış qonşularda bunu təsdiq etmişlər. Muradxan Şükürovun övladları ona baxmamış və onunla maraqlanmamışlar. X10 övladlarının hamısının məlumatı var idi. Muradxan qardaşı Məmmədxanla məndəndə əvvəldən danışmırdılar və onlar küsülü olublar. 2021-ci ilin yay ayında X72 şəhəri 1 saylı notariat ofisinə getməmişdir. X83 yay aylarına notoriat ofisinə getsəydi, mənim məlumatım olardı. İddiaçı və Cavabdeh2 Məstalı qızının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 hər iki qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, qətnamələrin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, X27 Şükürov 20 ildən çoxdur ki, ölkə hüdudlarından kənardadır. Müşfiq Şükürov bu müddət ərzində atasının yanına gəlməmiş və onunla maraqlanmamışdır. Muradxan Şükürov və Cavabdeh2 evləndikdən sonra ayrıca bina evində yaşamışlar. Muradxan Şükürov binanın 1-ci mərtəbəsində mühərrik ustası kimi işləmişdir. Hacıqabul rayon notariat ofisinin aparıcı mütəxəssisi X45 izahatında evə gedən zaman Muradxan Şükürovun divanda oturaq vəziyyətdə olduğunu, eyni zamanda öz hərəkətlərini başa düşdüyünü qeyd etmişdir. Əlavə olaraqda Muradxan Şükürovun bütün daşınar daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etdiyini bildirdiyini qeyd etmişdir. Qarşı tərəf 2021-ci ilin mart ayından vəsiyyətnamədən məlumatlı olduqlarını etiraf edirlər. Bundan sonra isə qarşı tərəfin vəsiyətnamənin etibarsız hesab edilməsilə bağlı hər hansı hərəkəti olmamışdır. Muradxan Şükürov övladlarının onun yanına gəlməməsini, onunla maraqlanmamasını görüb bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı və cavabdeh İddiaçı apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnamələrinin ləğvini xahiş etməklə qətnamələri tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamələrinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, iddiaçı Cavabdeh2 iddiası üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-859/2023 saylı qətnaməsindən verilən apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, miras əmlaklarda tərəflərin paylarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən tarix baxımından xronoloji ardıcıllıqla aşağıdakılar müəyyən olunur: Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 29 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli qərarına əsasən şəhərdə kollektiv bağçılıq və bostançılığı inkişaf etdirmək məqsədilə şəhərin şimal hissəsindən Cihazlar zavoduna 6,0 ha (100 nəfər) torpaq sahəsi ayrılmışdır (2(032)-859/2023 saylı iş 1-ci cild 83-cü vərəq); Əli Bayramlı şəhər “Cihazlar” zavodu Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1986-cı tarixli 8 saylı protokolundan çıxarışdan görünür ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarı ilə “Cihazlar” zavoduna ayrılmış 6,0 ha torpaq sahəsindən zavodun işçisi X14 0,006 ha torpaq sahəsi verilmişdir (2(032)-859/2023 saylı iş 1-ci cild 84-cü vərəq); Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Ailə tərkibi 5 nəfərdən ibarət olan, Cihazlar zavodunda 1985-ci ildən sarqıçı işləyən, 1980-ci ildən mənzil növbəsində duran, Papanin küçəsi 105 nömrəli mənzildə kirayədə yaşayan X14 6 mikrorayon, 2 blok, 4 mərtəbə, yaşayış sahəsi 50,14 kv.metr olan 18 nömrəli 4 otaqlı mənzilinin verilməsi qərara alınmışdır (2(032)-859/2023 saylı iş 1-ci cild 110-cu vərəq); Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci ildə verilmiş 395 nömrəli orderdən görünür ki, X21 və ailə üzvləri 1956-cı il təvəllüdlü yoldaşı Cavabdeh2, 1976-cı il təvəllüdlü oğlu İddiaçı, 1977-ci il təvəllüdlü oğlu Şükürov Ramil və 1980-ci il təvəllüdlü qızı Şükürova Gülnarəyə 6-cı mikrorayon, 2 blok, 4-cü mərtəbə, yaşayış sahəsi 50,14 kv.metr olan 4 otaqlı mənzil verilmişdir (2(032)-859/2023 saylı iş 1-ci cild 107-ci vərəq); Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Məmməd qızı xx.xx.2002-ci ildə kəllə tağı əsası sümüklərinin sınığı səbəbindən ölmüşdür (2(032)- 658/2024 saylı iş 1-ci cild 11-ci vərəq); Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X34 arasında nikah xx.xx.2007-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 191 nömrə ilə qeyd edilməklə bağlanmış, nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürova soyadları verilmişdir (2(032)-859/2023 saylı iş 1-ci cild 15-ci vərəq); Əli Bayramlı şəhər İcra Hakimiyyətinə X21 tərəfindən xx.xx.2008-ci ildə olunan müraciətin məzmunundan görünür ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 29 nömrəli iclas protokolundan çıxarışla ayrılan torpaq sahəsində bağ evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Obyektin tikintisi xx.xx.2009-cu ildə başlanılmış, xx.xx.2012-ci ildə başa çatdırılmış, qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir (2(032)-859/2023 saylı iş 1-ci cild 87-92-ci vərəqlər); Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X79 kitabında xx.xx.2012-ci ildə 838 nömrə ilə uçota alınmış A№ 410495 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 29 nömrəli qərarı ilə X14 bağçılıq, bostançılıq məqsədilə ayrılan 500 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir (2(032)-859/2023 saylı iş 1-ci cild 93-96-cı vərəqlər); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci ildə verilən **********53-11301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və üzərində inşa olunmuş 259,3 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli bağ evi üzərində X11 tam pay üzrə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır (2(032)-859/2023 saylı iş 1-ci cild 77-ci vərəq); Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X52 tərəfindən xx.xx.2021-ci ildə reyestrdə 2V-1/59 nömrə altında qeyd olunmaqla təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X21 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 4 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə vəsiiyət edən Muradxan Şükürov, şahidlər X81 və Şahid4 tərəfindən imzalanmışdır (2(032)- 859/2023 saylı iş 1-ci cild 41-ci vərəq); “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şirvanşəhər Mərkəzi Xstəxanası” publik hüquqi şəxs tərəfindən verilən məlumatlardan görünür ki, ünvan 9 ünvan sakini X11 xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində xəstəxananın poliklinika şöbəsinə birbaşa ambulator müraciətləri olmuşdur. Vətəndaş xx.xx.2021-xx.xx.2021-ci il tarixində Şirvan şəhər X20 şöbəsində “Xroniki böyrək çatışmamazlığı V mərhələ, proqramlı hemodializ, neftroqen anemiya” diaqnozu ilə stasionar müalicə almış, eləcə də həmin ilin sentyabr ayında X30 Hamodializ şöbəsində dializ seansları qəbul etmişdir. xx.xx.2021-tarixdə xəstə Şirvan X20 şöbəsində “baş beyin qan dövranının işemik tipli kəskin pozğunluğu, Dərin serebral koma, Beyin ödemi” diaqnozu ilə müalicə almış, həmin tarixdə vəfat etmişdir (2(032)-658/2024 saylı iş 2-ci cild 2-ci vərəq); Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2021-ci ildə Beyin ödemi səbəbindən ölmüşdür (2(032)-859/2023 saylı iş 1-ci cild 13-cü vərəq); Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilən **********25-05101-093061 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 4 (Yeni qaydalarla: AZ1800, ünvan 10 ünvanında yerləşən 78,7 kv.metr ümumi sahədən ibarət mənzil xüsusi mülkiyyət hüququ əsasında X21, Cavabdeh2 Məmməd qızı, X38, X43, X15 ümumi birgə mülkiyyətindədir (2(032)-859/2023 saylı iş 1-ci cild 18-ci vərəq); Şirvan şəhəri 1 saylı notariat ofisinin Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 qeyd olunan əmlaklara mülkiyyət hüququ haqqında şəhadətnamə və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, X24 və Hüseynova (nikahdan sonra Şükürova) Şəfiqə Məstəli qızı xx.xx.2007-ci il tarixdə Əli Bayramlı VVADQ şöbəsində nikaha daxil olmuşlar. X12, X25 və digər şəxslərin ünvan 11 ünvanda yerləşən 78,7 m2 sahəli mənzil ümumi birgə mülkiyyət hüququ DƏDRX tərəfindən ********** nömrə altında xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X11 ünvan 8 ünvanda yerləşən 259.3 m2 bağ evinə dair mülkiyyət hüququ DƏDRX tərəfindən ********** nömrə altında xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdir. DƏDKR 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda məlumat verilmişdir ki, ünvan 8 ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki bağ evi Əli Bayramli “Cihazlar Zavodu” HİK-nin xx.xx.1986-cı il tarixli 8 saylı protokolu əsasında X11 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi bu əmlak xx.xx.2007-ci il tarixdə bağlanmış nikahdan əvvəl xx.xx.1986-cı il tarixdə əldə edilmişdir. Digər əmlakın ünvan 11 ünvanda yerləşən 78.7 m2 sahəli mənzilin birgə nikah dövründə əldə edilməsinə dair Cavabdeh2 notariat ofisinə sübut təqdim etməmişdir. X21 xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon notariat ofisində təsdiqlənmiş vəsiyyətnaməyə əsasən bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmiş və xx.xx.2021-ci il tarixdə ölmüş, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri 1 saylı notariat ofisində vəsiyyət edənin barəsində vərəsəlik işi açılmışdır. X11 mirasdan məcburi pay hüququ olan vərəsələri İddiaçı, X43 və X17r. Vərəsəlik işi üzrə müəyyən edilir ki, mirasın təkibinin müəyyən edilməsi üçün miras qoyanın adına dövlət qeydiyyatına alınmış əmlakın birgə nikah dövründə əldə edilibedilməməsi müəyyənləşdirilməlidir. Eyni zamanda nikahdan əvvəl əldə edilmiş əmlaka dair ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən Cavabdeh2 mülkiyyət hüququ haqqında şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilməldir (2(032)-859/2023 saylı iş 1-ci cild 25-27-ci vərəqlər); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X60, X44, X53, X29r (2(032)-859/2023 saylı iş 1-ci cild 12-ci vərəq).
Beləliklə işin mübahisəsiz müəyyən olunan faktiki halları aşağıdakılardan ibarətdir: Miras qoyanlar X21 və Cavabdeh2 Məmməd qızıdır. Onlar 1975-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından 1976-cı ildə İddiaçı, 1977-ci ildə X40 və 1980-ci ildə X28 adında 3 övladları olmuşdur. X7 Bayramlı şəhəri “Cihazlar” zavodunda 1985-ci ildən sarqıçı işləmiş, 1980-ci ildən mənzil növbəsində durmuşdur. Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarı ilə X14 şəhərin şimal hissəsindən bağçılıq və bostançılığın inkişaf etdirilməsi məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci tarixli orderlə X21 və ailə üzvləri 1956-cı il təvəllüdlü yoldaşı Cavabdeh2, 1976-cı il təvəllüdlü oğlu İddiaçı, 1977-ci il təvəllüdlü oğlu Şükürov Ramil və 1980-ci il təvəllüdlü qızı Şükürova Gülnarəyə 6-cı mikrorayon, 2 blok, 4-cü mərtəbə, yaşayış sahəsi 50,14 kv.metr olan 4 otaqlı mənzil verilmişdir. Cavabdeh2 Məmməd qızı xx.xx.2002-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. X21 xx.xx.2007-ci ildə X34 (hazırki iş üzrə həm iddiaçı, həmdə cavabdeh) ilə rəsmi nikaha girərək ailə qurur. Onların birgə nikahlarından övladları olmur. xx.xx.2008-ci ildə Muradxan Şükürov ona ayrılan 0,06 ha sahədən ibarət torpaq sahəsində bağ evi tikməsinə icazə verilməsindən ötrü Əli Bayramlı şəhər İcra Hakimiyyətinə müraciət edir, icazə aldıqdan sonra xx.xx.2009-cu ildə tikintiyə başlayır, xx.xx.2012-ci ildə tikinti başa çatdırılır, qəbul komissiyası tərəfindən istismara qəbul edilir. xx.xx.2012-ci ildə Muradxan Şükürovun qeyd olunan torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi üzərində tam pay üzrə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına rəsmi reyestrdən müvafiq çıxarış verilir. xx.xx.2021-ci il tarixli vəsiyyətnamə ilə X21 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını arvadı Cavabdeh2 vəsiyyət edir. Vəsiyyətnamənin verilməsindən Muradxanın oğlu Müşviq bir ay sonra xəbərdar olur. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində X56 şəhər Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə birbaşa ambulator müraciətləri olmuşdur. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Şirvan şəhər X20 şöbəsində “Xroniki böyrək çatışmamazlığı V mərhələ, proqramlı hemodializ, neftroqen anemiya” diaqnozu ilə stasionar müalicə almış, xəstəxanın Hamodializ şöbəsində dializ seansları qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə Xəstəxanasının Terapiya şöbəsində “baş beyin qan dövranının işemik tipli kəskin pozğunluğu, Dərin serebral koma, Beyin ödemi” diaqnozu ilə vəfat etmişdir. xx.xx.2022-ci ildə ünvan 4 (Yeni qaydalarla: AZ1800, ünvan 10 ünvanında yerləşən 78,7 kv.metr ümumi sahədən ibarət mənzil üzərində X21, Cavabdeh2 Məmməd qızı, İddiaçı, X43, X15 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, İddiaçı vəsiyyətnamə verilərkən vəsiyyət edən atasının xəstə, imkansız, anlaqsız vəziyyətdə olması, aldadılmasını, cavabdeh isə vəsiyyətnamə verilən vaxt Muradxan Şükürovun yataq xəstəsi olmadığını, ölən günə qədər ağlı başında olduğunu, binanın 1-ci mərtəbəsində olan sexində mühərrik ustası kimi işlədiyini, deyilən kimi insult keçirtmədiyini, sadəcə yeriməkdə çətinlik çəkdiyini və binaya onun köməkliyi ilə düşüb qalxdığını, özünün bütün əmlakını ona vəsiyyət etdiyini bildirirlər. İşin mübahisəli halları ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddiasını əsaslandırdığı hallara dair, yəni vəsiyyətnamə verən X11 xəstə, imkansız, anlaqsız vəziyyətdə olması, aldadılmasına dair birinci instansiya məhkəməsinə mötəbər, inandırıcı sübutlar verilməmişdir. Belə ki, iş materiallarından Muradxan Şükürovun vəsiyyətnamə verdiyi ərəfələrdə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində Şirvan şəhər Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə birbaşa ambulator müraciətlərinin qeydə alındığı müəyyən olunur. Bundan başqa iddiaçının vəkili, eyni zamanda nümayəndəsi 2021-ci ilin yay aylarında Muradxan Şükürovun bağ evini öz nəvəsi Müşviqin oğlunun adına keçirmək istədiyini, buna görədə özü digər qohumlarla birlikdə Şirvan şəhəri 1 saylı notariat ofisinə getdiyini bildirir. Qeyd olunan halların mövcudluğu isə İddiaçı atasının vəsiyyətnamə verilən ərəfələrdə xəstə, imkansız, anlaqsız vəziyyətdə olması ilə bağlı gətirdiyi əsaslandırmaların həqiqətə uyğun olmadığını sübut edir. Bunlardan başqa iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Muradxan Şükürovun bağ evini öz nəvəsi Müşviqin oğlunun adına bağışlama yolu ilə keçirmək istədiyini, bu zaman rəsmi nikahda olduğu arvadının razılığının tələb olunduğunu, sonuncunun bu məqsədlə notariata gəlmək istəmədiyini bildirsə də, kiminsə razılığının tələb olunmadığı halda nə üçün həmin zaman əmlakını nəvəsinə vəsiyyət etmədiyini, yaxud əvvəl vermiş olduğu vəsiyyətnamənin notariat tərəfindən ləğv olunub-olunmamasını öyrənmədiyini, ləğv olunmadığını müəyyən etdiyi halda bu istiqamətdə hərəkətlər etməməsinin səbəblərini tutarlı arqumentlərlə izah edə bilməmişdir. Tam əksinə işin nəticəsində marağı olmayan vəsiyyət edənin qonşuları Şahid3 və Şahid2 birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən ifadələrində göstərmişlər ki, Muradxan rəhmətə gedənə qədər psixi vəziyyəti yaxşı olmuşdur. Muradxanın uşaqları Rusiya Federasiyanda olduqlarından evə gediş-gəliş etməmişlər. Sağlığında söhbət əsnasında bildirmişdir ki, nəyi varsa onu Şəfiqəyə vəsiyyət edəcəkdir.
İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə tətbiq olunan maddi hüquq normaları və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168.Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1179.1.Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 1229. Vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33. Notariat hərəkətləri notariat ofisində, müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş əsasında notariat hərəkətinin aparılması vaxtı (tarix və saat) razılaşdırıldıqdan, dövlət rüsumu və haqq ödənildikdən sonra bu Qanunla müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər. Maddə 47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Maddə 48. Notarius, dövlət notariat arxivinin müdiri, müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, habelə vəsiyyətnamənin bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin sərəncamını aldıqda vəsiyyətnamənin notariat ofisində, dövlət notariat arxivində və ya müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi binada saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeyd edir. Vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqındakı ərizədə olan imza mütləq notariat qaydasında təsdiq olunmalıdır. Notarius və ya müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq edildiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya müvafiq icra hakimiyyəti orqanına bildiriş göndərməlidir. Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri). Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Mülki Məcəlləninin 1225.3-cü maddəsinə əsasən vəsiyyətnamə yalnız məhkəmənin qərarı ilə etibarsız sayıla bilən əqdlərdən biri hesab olunur. Belə ki, vəsiyyətnamənin etibarsızlığına dair hüquqi nəticə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əmələ gəlir. Bu cür etibarsızlıq hallarının məhkəmədə mübahisələndirilməsi şəxsin öz iradəsindən kənarda baş verən qüsurlara (qanuni tələblərin pozulmasına) əsaslanır. Nəzərə alınmalıdır ki, belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq, məhkəmə tərəfindən etibarsız sayılanadək hüquq və öhdəliklər yaradan etibarlı əqd hesab olunur. İş materialları ilə X11 xx.xx.2021-ci il tarixdə vəsiyyətnamə verərkən öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi, öz iradəsini aydın ifadə edə bilməməsi, fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması, bununla da vəsiyyətnamənin qanunvericiliyin tələbləri pozulmaqla verilməsi kimi hallar sübut edilməmişdir. Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən məhkəmələrə göndərilmiş icmal məktubunda qeyd olunur ki, əhəmiyyətsiz, müvafiq razılığın olmamasına görə etibarsız olan və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara məhkəmələr tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. Kollegiya hesab edir ki, iş materialları ilə vəsiyyətnamənin qanunvericiliyin tələbləri pozulmaqla verilməsi kimi hallar sübut edilmədiyindən, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri üzrə Şirvan Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(032)-658/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
Birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Şirvan şəhəri 1 saylı notariat ofisinə, İddiaçı, X28 və X32 qarşı “əmlakda payın müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin iddiaçıya verilməsi vəzifəsinin notariat ofisinə həvalə edilməsi” ” tələbinə dair iddiası üzrə tətbiq olunan maddi hüquq normaları və apellyasiya instansiyası məhkəməsinin mövqeyi;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarı). Mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər. Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır ( Konstitusiya məhkəməsi plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024 tarixli Qərarı). Üç ulduzla indeksləşdirilmiş vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3560/2024 saylı qərarında formalaşan hüquqi mövqeyə görə vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Birləşdirilmiş iş üzrə cavabdehin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilk növbədə hər bir miras qoyanlara məxsus mirasa açılan əmlaklar(miras aktivi), onların qanun üzrə və vəsiyyət üzrə vərəsələrinin dairəsi, sonra isə mirasdan alacaqları pay müəyyən edilməlidir. Qeyd edilməlidir ki, iş materiallarına əsasən miras qoyanlar ər-arvad X21 və Cavabdeh2 Məmməd qızıdır. Cavabdeh2 Məmməd qızı xx.xx.2002-ci ildə, X21 isə xx.xx.2021-ci ildə ölmüşlər. Cavabdeh2 Məmməd qızının qanun üzrə birinci növbəli vərəsələri əri X21, övladları İddiaçı, X43 və X18r. X11 qanun üzrə birinci növbəli vərəsələri 2-ci nikahdan olan arvadı Cavabdeh2, övladları İddiaçı, X43 və X18r. X21 ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Cavabdeh2 Məmməd qızının ölümü ilə mirasa açılan əmlak Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci ildə verilmiş 395 nömrəli order əsasında verilmiş ünvan 4 (Yeni qaydalarla: AZ1800, ünvan 10 ünvanında yerləşən 78,7 kv.metr ümumi sahədən ibarət mənzildir. Sonrakı tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilən **********25-05101-093061 reyestr nömrəli çıxarışda həmin mənzilin xüsusi mülkiyyət hüququ əsasında X21, Cavabdeh2 Məmməd qızı, X38, X43, X15 ümumi birgə mülkiyyətində olduğu qeyd olunaraq, mənzil üzərində mirasqoyanın hüquqları dövlət qeydiyyatına alınmış olmuşdur. Belə olan halda isə həmin mənzilin qanun üzrə birinci növbəli vərəsələrin ümumi birgə mülkiyyətində olması nəzərə alınaraq hər bir vərəsənin mirası faktiki qəbul etməsi anlamında mənzildə payları bərabər olmaqla hər birinə ¼ hissədə müəyyən olunur. İş materialları ilə həmçinin müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci ildə verilən **********53-11301 reyestr nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi miras qoyan X86 Bayramlı şəhəri “Cihazlar” zavodunda işlədiyi dövrdə Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarı ilə ayrılan torpaq sahəsidir. Lakin həmin torpaq sahəsi üzərində yerləşən 259,3 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli bağ evi Muradxan Şükürovla 2-ci nikahdan olan arvadı Cavabdeh2 birgə nikahları dövründə (2009-cu ildə inşasına başlanılmış, 2012-ci ildə tikintisi başa çatdırılmışdır) inşa edilmişdir. Odur ki, torpaq sahəsi üzərində inşa olanan evin bütövlükdə Muradxan Şükürovun adına rəsmiləşdirilməsindən asılı olmayaraq, həmin ev 2-ci arvadı Cavabdeh2 ilə birgə nikahları dövründə əldə edilən əmlak hesab olunaraq ½ hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ tanınır. X1 ölümü ilə mirasa açılan əmlak aktivi aşağıdakılardan ibarət olur: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci ildə verilən **********53-11301 reyestr nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi bütövlükdə, üzərində inşa olunmuş 259,3 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli bağ evinin ½ hissəsi, 2) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilən **********25-05101-093061 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 (Yeni qaydalarla: AZ1800, ünvan 10 ünvanında yerləşən 78,7 kv.metr ümumi sahədən ibarət mənzilin ¼ hissəsi. Yuxarıda qeyd edildiyi kimi miras qoyan X11 qanun üzrə birinci növbəli vərəsələri 2-ci nikahdan olan arvadı Cavabdeh2, övladları İddiaçı, X43 və X18r. Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X52 tərəfindən xx.xx.2021-ci ildə reyestrdə 2V-1/59 nömrə altında qeyd olunmaqla təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X21 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını arvadı Cavabdeh2 vəsiyyət etmişdir. X3 miras qalmış əmlaklara münasibətdə vəsiyyət üzrə vərəsəlik mövcuddur, adına vəsiyyətnamə qoyulmuş Cavabdeh2 savayı digər qanun üzrə 3 vərəsənin mirasdan məcburi pay almaq hüquqları vardır ki, həmin pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Belə olan halda bütövlükdə mirasa açılan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci ildə verilən **********53-11301 reyestr nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində miras qoyanın 4 qanun üzrə vərəsəsinin olduğu nəzərə alınmaqla hər vərəsəyə qanun üzrə vərəsəlik zamanı çatası pay ¼ hissəni təşki edəcək. Nəqədər ki, miras qoyan qanun üzrə vərəsələrindən birinə ölən günədək ona məxsus olmuş bütün əmlakını vəsiyyət etmişdir, mirasa açılan torpaqda adına vəsiyyətnamə qoyulmuş Cavabdeh2 5/8 hissədə payı, digər 3 nəfər qanun üzrə birinci növbəli vərəsələrin isə hər birinin 1/8 hissədə məcburi payları müəyyən edilməlidir. ½ hissədə mirasa açılan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012ci ildə verilən **********53-11301 reyestr nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa olunmuş 259,3 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli bağ evində eyni qaydada hesablama aparılmaqla adına vəsiyyətnamə qoyulmuş Cavabdeh2 13/16 hissədə payı, digər 3 nəfər qanun üzrə birinci növbəli vərəsələrin isə hər birinin 1/16 hissədə məcburi payları müəyyən edilməlidir. ¼ hissədə mirasa açılan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilən **********25-05101-093061 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 (Yeni qaydalarla: AZ1800, ünvan 10 ünvanında yerləşən 78,7 kv.metr ümumi sahədən ibarət mənzildə eyni qaydada hesablama aparılmaqla adına vəsiyyətnamə qoyulmuş Cavabdeh2 21/24 hissədə payı, digər 3 nəfər qanun üzrə birinci növbəli vərəsələrin isə hər birinin 1/24 hissədə məcburi payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Kollegiya hesab edir ki, birləşdirilmiş mülki iş üzrə miras kütləsinə daxil olan əmlaklar üzərində tərəflərin payları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyindən, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin olunmaqla qətnamə ləğv edilməli, iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi
Şirvan Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(032)-658/2024 saylı qətnaməsindən iddiaçı X38 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin, qətnamə dəyişdirilmədən saxlanılsın. Şirvan Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2(032)-859/2023 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin, qətnamə ləğv olunsun və həmin iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bütövlükdə mirasa açılan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci ildə verilən **********53-11301 reyestr nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində iddiaçı Cavabdeh2 5/8 (səkkizdə beş) hissədə payı müəyyən edilsin. ünvan 8 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 259,3 kv.metr olan bağ evi (reyestr nömrə **********53-11301) Cavabdeh2 ilə miras qoyan X11 birgə nikahları dövründə əldə etdiyi əmlak hesab edilsin və həmin əmlakın ½ (ikidə bir) hissəsinin mirasa açıdığı müəyyən olunaraq bütövlükdə həmin evdə Cavabdeh2 13/16 (on altıda on üç) hissədə payı müəyyən edilsin. ¼ (dörddə bir) hissədə mirasa açılan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilən **********25-05101-093061 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 (Yeni qaydalarla: AZ1800, ünvan 10 ünvanında yerləşən 78,7 kv.metr ümumi sahədən ibarət mənzildə iddiaçı Cavabdeh2 21/24 (iyirmi dörddə iyirmi bir) hissədə payı müəyyən edilsin. Müəyyən olunan paylara dair vəsiyyət üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddia qalan hissələrdə rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov