Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-125/2023 16.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X21 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(049)-47/2022 saylı qətnaməsindən (hakim R.Məmmədov) hər iki tərəfin verdiyi apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun işgüzar nüfuzuna xələl gətirən qərəzli ərizələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış şikayət ərizələrinin təkzib olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə 2000 manat məbləğində dəymiş mənəvi təzminat alınaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan "YAŞAT" fonduna verilməsi, həkim, dərman və hüquqi xidmətlərə görə cavabdehdən 1500 manat məbləğində dəymiş mənəvi təzminat tutulub şəxsi hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını, cavabdehin əməlində cinayət tərkibi olduğu halda, barəsində xüsusi qərardad çıxarıb aidiyyəti orqana göndərilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini artıraraq aşağıdakı tələbləri irəli sürmüşdür: 1) onun işgüzar nüfuzuna xələl gətirən qərəzli ərizələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış şikayət ərizələrinin-izahatlarının təkzib olunması vəzifəsi cavabdehin üzərinə qoyulsun; 2) cavabdehdən onun xeyrinə 2000(iki min) manat məbləğində dəymiş mənəvi təzminat alınaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan "YAŞAT" fonduna verilsin; 3) həkim, dərman və hüquqi xidmətlərə görə cavabdehdən 1500(min beş) manat məbləğində dəymiş mənəvi təzminat tutulub onun şəxsi hesabına köçürülsün; 4) cavabdehin əməlində cinayət tərkibi olduğu halda, barəsində xüsusi qərardad çıxarıb aidiyyəti orqana göndərilsin; 5) cavabdehin üzərinə «Hurriyyət saytının» YouTube kanalında və Lənkəran Rayon Məhkəməsinin inzibati binasında-Zal № 3-də onu dəfələrlə hədələyərək təhqir etməsi ilə bağlı həm yazılı və həm də «Hurriyyət» saytında videolu şəkildə ondan «üzr istənilməsi» vəzifəsi qoyulsun; 6) ödədiyi 55 (əlli beş) manat dövlət rüsumu cavabdehə aid edilsin; 7) «Hurriyyət» saytının baş redaktoru Vüqar Məmmədov üçüncü şəxs qismində məhkəməyə cəlb olunub, barəsində cavabdehin verdiyi ifadələr təkzib olunsun. Tələb və tələbin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, o 2018-ci ildə fərqlənmə dərəcəli diplomla məzun olduqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı ilə Masallı rayon N.Nərimanov adına 2 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərir. 2019-cu ildə Lənkəran rayon Osaküçə kənd tam orta məktəbinə təyin olunmuşdur. Respublika üzrə Hüquq olimpiadasında fərqlənmə dərəcəli diplomla təltif olunmuş, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Ombudsman Aparatının və Təhsil Nazirliyinin birgə təşkil etdiyi kursda Uşaq hüquqları üzrə sertifikata layiq görülmüş, 1-ci sinifdən diplom qiymətlərinə qədər hamı 5 olan biri olaraq Dövlətimiz, Xalqımız üçün təhsilli şəxslər yetişdirilməsində fəaliyyət göstərmişdir. 2019-cu ildə Lənkəran rayon Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təyin olunduğu ilk gündən məktəbin direktoru Arzu Mirzəyeva onun vakant yerini 2018-ci ildə satdığı, 2019-cu ildə isə dərs yükünü gizlətdiyi üçün onunla qərəzli münasibət saxlayırdı. 2020-2021-ci tədris ilində Lənkəran rayon Osaküçə tam orta məktəbinin direktoru Arzu Mirzəyeva barəsində Təhsil Nazirliyinə verdiyi şikayətlər sayəsində direktor Arzu Mirzəyevanın işə qanunsuz olaraq cəlb etdiyi öz tanışı Aytac Ələsgərli ilə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra direktor Arzu Mirzəyeva əlbir olduğu Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva ilə ona düşmən kəsildilər. İş yerində 8 dəfə X38 tərəfindən döydürülmüş, bu barədə də Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsində araşdırılma aparılmışdır. X38 üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə dəfələrlə iş açılmışdır. Lakin, 15 yaşı olduğu üçün formal sayılaraq məsuliyyətə cəlb olunmamışdır. Bu, bir faciədir. O bir Azərbaycan vətəndaşı, Azərbaycan qadını və Azərbaycan müəllimi olaraq bu faciəyə hələ də Təhsil Nazirliyinin niyə göz yummasını anlaya bilmir. Bütün dediklərinə sübutu olduğu halda, Təhsil Nazirliyi Lənkəran rayon Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbin direktoru Arzu Mirzəyeva barəsində heç bir tədbir görməyərək, internet səhifələrində əxlaqsızlıqla məşğul olması sübuta yetirilmiş şagirdi (Diana Əliyeva) müdafiə etməklə, ziyalı-təhsilli İddiaçı müəllimənin hüquqlarını rədd etməklə, barəsində verilmiş Lənkəran şəhər Təhsil Şöbəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndini təmin etmişdir. Belə ki, hazırda işə bərpa üçün Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş və apellyasiya şikayəti icraatdadır. İşlədiyi müddətdə dəfələrlə şagirdi Diana Əliyeva və anası Cavabdeh tərəfindən ölümünə təşəbbüs olunaraq, təhqir edilərək vəhşicəsinə döyülmüşdür. X22 16 yaşı olmadığı üçün formal sayılaraq məsulliyətə cəlb olunmurdu. Anası Cavabdeh barəsində 30 mart 2021-ci il tarixdə onu döydüyü üçün Lənkəran ŞRPŞ-nin təhqiqatçısı X15 Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş açıb, lakin müəmmalı şəkildə həmin qərar Lənkəran Rayon Məhkəməsinə Lənkəran ŞRPŞ tərəfindən bugünə qədər göndərilməmişdir. Eləcə Cavabdeh onu 12 aprel 2021-ci il tarixdə döyməsinə şahid, məhkəmə-tibbi ekspertiza rəyi olmasına baxmayaraq, işi aparan Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X16 faktı qanuna və işin faktiki hallarına zidd olaraq təsdiqləməyərək, «Cinayət işi başlanmasının rədd edilməsi barədə» Qərar çıxarmış və həmin Qərar 11 noyabr 2021-ci il tarixli 6(010)-16/2021 nömrəli Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət sayəsində qanunsuz hesab edilərək ləğv olunmuşdur. Hazırda məhkəmə qərarı üzrə iş araşdırılması üçün Lənkəran rayon prokurorluğuna göndərdirilmişdir. Cavabdeh ona söyüş xarakterli səs yazıları dəfələrlə göndərmiş, mesajlar və sms-lər yazaraq müxtəlif nömrələrdən onu narahat etmişdir. Cavabdeh ona istər məktəbdə camaat içərisində, istərsə də səs yazıları göndərərək bir ayda 40000(qırx min) Azərbaycan manatı xərcləyən biri olaraq qızına onu öldürtdürəcəyini və lazım olsa, qızının həbs belə yatacağını qeyd etmişdir. O, cümlədən Cavabdeh səs yazılarında Azərbaycan polisinə 1500 azn dəyərində telefon, bundan əlavə gitara hədiyyə aldığını, daha sonra «Xəzər Palace»-da polisinə 1500 manat hesab ödəyini, «Tatil Baku»da bilən bilirmiş oranın girişi nə qədər olduğunu iddiası ilə Vüsalənin ona etdiyi qanunsuz əməllərinə heç bir qanuni orqanın baxmayacağını irəli sürərək, ona böyük əzab və narahatlıq törətmişdilər. Daha sonra «Tatil Baku»da Milli Təhlükəsizlik nazirinə hesab ödəyərək administratorun Cavabdeh «heç Kəmaləddin bu hesabı ödəmir» və sair kimi iddialarla onu stress vəziyyətinə salmışdır. Bu az imiş kimi onun üçün internet səhifələrində «arxasında dağ kimi duran, himayə olunan müəlliməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə iş açıldığı» iddiasını irəli sürmüşdür. Halbuki, onun məhkumluğu yoxdur və Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə barəsində bugünə qədər iş açılmamışdır. Bütün bunları edərkən Masallı, Lerik və Lənkəran ŞRPŞnin polisləri ilə tanışlığı olduğunu irəli sürmüşdür. Cavabdeh ona böhtan ataraq onun guya X38nı «Facebook» sosial şəbəkəsi hesabından təhqir etməyinə dair DİN-nin 102 xidmətinə əsassız şikayət vermişdir. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində Cavabdeh işlədiyi məktəbə gələrək onu iş yerində təhqir edərək buraxmamış, polis əməkdaşları onu məktəbə salmışlar. Bu barədə polis əməkdaşının gizli etdiyi çəkiliş də ona göndərilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə Diana Əliyeva onu döyərkən anası X1 tərəfindən ona hədiyyə olunmuş 400 manat dəyərində ağ-sarı qızıl sırğasının 1 tayı sındırılmışdır. Bu barədə Lənkəran ŞRPŞ-yə müraciət etmiş və ona məsələ ilə bağlı ölçü götürülməsinin səlahiyyətinin məhkəmə orqanı olduğu cavabı verilərək 18 may 2021-ci il tarixli «Cinayət işinin başlanması rədd edilməsi barədə» qərar qəbul edilmişdir. Şikayət ərizələrində cavabdeh Lənkəran ŞRPŞ-nin sabiq polisi X27 Əliyevanın arasında olan münasibət barədə «Hurriyet» saytında dərc olunmuş məlumatlara görə onun Diananı təhqir etdiyini böhtan ataraq irəli sürmüşdür. Göstərilən məlumatlar həqiqətə uyğun deyil, çünki cavabdehin şikayət ərizələrində heç bir sübut növü, əsaslandırılmış faktı olmadığı üçün barəsində uydurma söz yığınından ibarət şərəf və ləyaqətinə xələl gətirən böhtan məlumat kimi qəbul olunmalıdır. Belə ki, onun «Facebook» sosial şəbəkəsində olan profil hesabı hər kəsə açıqdır, yəni o bu cür məlumat paylaşsa idi, sübut olunardı. O cümlədən, Cavabdeh dediyi tarixdə onun ümumiyyətlə heç bir paylaşımı olmayıb, belə ki, şəxsi səbəbdən 27 iyul tarixinə qədər heç bir sosial şəbəkədə paylaşımlar etməmişdir. İlk «Facebook» sosial hesabında isə 27 iyulda öz şəklini internet istifadəçisi kimi hüququ olaraq paylaşır. Eləcə hazırda «Facebook» hesabında hüququ olaraq internet istifadəçisi kimi özüylə bağlı paylaşımlar davam edir və elə bugün də araşdırılsa, Cavabdeh, Diana Əliyeva və ya Orxan Şahmarovla bağlı heç bir məlumat onun tərəfindən paylaşılmadığı aşkar oluna bilər. Dəfələrlə istər ona, istər anasına şagird və valideynlər təşəkkür mesajları ünvanlayaraq, zənglər edərək minnətdarlığını bildirmişlər. Azərbaycanın sadə vətəndaşı olaraq 8 dəfə şagirdi tərəfindən döyülüb-söyülməyi mənəvi olaraq ona dərin əzab verir. Bu bir faciədir, ana Cavabdeh öz övladına başa salırdı ki, «mən döysəm, məsuliyyətə cəlb olunaram, amma Diana sən Röyanın əlini də kəssən, heç bir məsulliyəti yoxdu» deyərək onu məktəbə buraxmamışdılar. Cavabdeh - Cavabdeh ucbatından, etdiyi sübuta yetirilməyən şikayət ərizələrininin, hərəkətlərinin nəticəsi olaraq nazirlikdə, məktəbin müəllim heyəti və şagirdləri arasında o arzu olunmaz vəziyyətə düşmüş, xəsarətlər almış və stress keçirmişdir. Odur ki, əvvəlki həyat sevincini itirmişdir. Sinirləri o qədər gərginləşmişdir ki, ürək təzyiqi bir dəfəyə arzu olunmaz səviyyədə artdı. Az qaldı ki, ürək ağrısı xəstəliyinə düçar olsun. Bugün yaşamağını yalnız Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinin həkimi Cavid Xəlilova borcludur. Belə ki, 1 ay işə gedə bilməmiş, xəstəlik vərəqəsi də məktəbə təqdim etmişdir. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq bugün də müalicə alır, başına gələn bu müsibətdən sonra əllərinin içi tərli olur, heç quru olmur. Həkim yalnız bildirir ki, stressdən uzaq olmalıdır, elə hallar dərin stressdən yanır. Hesab edir ki, ona cavabdeh tərəfindən, mənəvi həm də fiziki iztirablar formasında mənəvi zərər vurulmuşdur. Cavabdeh cəzasını almadan düzələcəyinə inanmır. Hansı səbəbdən Lənkəran rayonu Osaküçə kənd tam orta məktəbinin həyətində, giriş qapısında və sinif otağında 8-dəfə həmin məktəbin şagirdi Əliyeva Diana tərəfindən döyülüb təhqir olunmağını sonuncunun yetkinlik yaşına çatmamasını səbəb göstərməklə, hüquqi qiymət münasibət bildirilməmişdir? Axı Cavabdeh ki, yetkinlik yaşına çatıb və Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş açılıb, məktəbdə ona böhtan ataraq təhqir etməsi barədə video görüntülər var. Məktəb müəlliməsi Cavabdeh tərəfindən dəfələrlə döyülüb təhqir olunursa, Cavabdeh əxlaqsız həyat tərzi keçirməsi barədə internet və sosial şəbəkələrdə kifayət qədər material sübut növü olmasına baxmayaraq, hansı səbəbdən hələ də Cavabdeh barəsində heç bir qanuni tədbir görülmür? Hesab edir ki, onun vətəndaş və konstitusiya hüquqları Lənkəran rayon, Osaküçə kənd sakini Cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Bu ona mənəvi əzab verməklə yanaşı, məhkəmə hüququndan istifadə etməyinə gətirib çıxarmışdır. Odur ki, bu işə məhkəmə nəzarəti qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Göstərilənlərə əsasən cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını məhkəmənin səlahiyyətinə buraxır. Belə ki, Cavabdeh bilərəkdən, qərəzli olaraq təhsil sahəsində vəzifə səlahiyyətlərini icra edən müəllimə böhtan, yalan, şərəf və ləyaqətini təhqir etməklə xidmət etdiyi dövlətin DİNnə şər, böhtan məlumatlar yaymaqla hörmətdən, nüfuzdan salmaq kimi hesab olunmalıdır. Cavabdehin heç bir faktı, sübutu olmadan barəsində Azərbaycan Respublikası DİN-ə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməklə şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna zərbə vurmaqla xələl gətirmişdir. Bunun nəticəsində ona həm də mənəvi ziyan vurmuşdur. xx.xx.2021-ci il tarixdən bəri Cavabdeh tərəfindən Hurriyyət saytının baş redaktoru Vüqar Məmmədovla reportajı zamanı ona növbəti dəfə böhtan ataraq, təhqir etdiyi üçün iddia tələbini dəyişdirməklə, Lənkəran Rayon Məhkəməsinin hakimi cənab Rəşad Məmmədov, məhkəmə iclas katibi Xalid Abbaszadə, icra məmurları Rasim Hüseynov, Elmir Cəfərli, məhkəmənin mühafizə polisi Nurlan Əliyevin, bacısı Ləman Nuriyeva və açıq məhkəmə iclası zalında olan tanımadığım digər şəxslərin gözü önündə, o cümlədən məhkəmə zalında kamera olduğunu nəzərə alaraq kameranın qarşısında 11 yanvar 2022-ci il saat 10:30, 26 yanvar 2022-ci il saat 09:45, 09 mart 2022-ci il saat 16:00 tarixlərdə keçirilən məhkəmə iclaslarında Cavabdeh tərəfindən dəfələrlə təhqir edilərək, hətta ünvanına böhtan atılaraq öldürəcəyi ilə hədələnməsi və 18 may 2022-ci il tarixli Hurriyyət TV-nin YouTube kanalında “Cənab nazir son ümidiz Sizədir. Bizi polisin əlindən qurtarın” sərlövhəli baş redaktor Vüqar Məmmədovla cavabdehin birlikdə ictimaiyyətə paylaşılan videogörüntüdə onun şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaltdığı barədə şikayət əlavəsi ilə dəqiqləşdirmə verilməsi və Hurriyyət saytının üçüncü şəxs olaraq əlavə edilməsi zərurəti yarandığını hesab edir. Cavabdeh iddiaya qarşı etiraz verərək, rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X7 "şərəfin, ləyaqətin və işgüzar nüfüzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbini qəbul etmir. Əslində iddiaçı X13 Əliyevanın etdiyi qanunsuz hərəkətlərin son qoyulmasını tələb edir, lakin əlçəkmədiyinə görə Lənkəran RPŞ-nə şikayət etmişdir. İddiaçı Osaküçə kənd orta məktəbin şagirdi Diana Əliyevanı döymüşdür. Bu barədə Lənkəran rayon polis şöbəsinin təhqiqat bölməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Həmin qərar Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qərardan narazı qalmış və şikayət etmişdir. X20 Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin qərar qüvvədə saxlanılmışdır. "Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərər"ə gəldikdə iddiaçıdan X42dan əl çəkməsini tələb edilməsi nə vaxtdan şərəfin, ləyaqətin, işgüzar nüfuzuna xələl gətirilməsi kimi nəzərdə tutulmuşdur. İddiaçı Təhsil Nazirliyinin daxili qaydaları və təlimatlarını pozduğuna görə Lənkəran rayonu Osaküçə kənd orta məktəbindən xaric edilmişdir. İddiaçı hesab edir ki, güya o onu məktəbdən çıxarıb. Əslində o işə götürən deyil və onun işdən çıxarması barədə məlumatı yoxdur. Hesab edir iddia əsasız olduğundan rədd edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(049)-47/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh X3 İddiaçı barəsində Azərbaycan Respublikası DİN-nin Lənkəran ŞRPŞ-nə ünvanladığı və HK 1/839, 849 və 850 saylı materiallarda olan ərizə və izahatlarıda qeyd etdiyi «İddiaçı onun X42 dərsə qatılan zaman ona polis əməkdaşı ilə intim münasibəti olduğunu xatırladaraq təhqir etməsi», «İddiaçı internetdə Diana Əliyeva ilə polis arasında intim münasibətlərin olduğunu yazması» ifadə və sözlərin İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə Cavabdeh tərəfindən təkzib edilməsi, həmin məlumatların yayılması nəticəsində vurulmuş mənəvi ziyana görə 1500 (bir min beş yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi və dövlət rusumuna görə ödənilmiş 55 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək iddianın təmin olunmayan hissələrdə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi və ona verilmiş əlavələrin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda əsalandırlmış, əlavə olaraq qeyd edilmişdir ki, hesab edir ki, Lənkəran Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, № 2(049)-47/2022 saylı qətnamə çıxararkən maddi və prossesual hüquq normalarını pozaraq iddia tələbimi qismən təmin etmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Ona görə də qətnamə ləğv edilməli, işin faktiki hallarına uvğun yeni qətnamə qəbul edilməlidir, iddia tələbi tam təmin edilməlidir. İş yerində dərsi zamanı azyaşlı şagirdlərinin, məktəb kollektivinin və kənd sakinlərinin gözu önündə dəfələrlə cavabdeh və onun övladı-məktəbin şagirdi Diana Əliyeva tərəflərindən məktəbin həyətində və sinif otağında döyülüb təhqir olunmuşdur. Cavabdeh tərəfindən döyülməyi ilə bağlı Prezident Administrasiyasına, Məhkəmə Hüquq-Şurasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə çoxsaylı şikayət ərizələrindən sonra, nəhayət Cavabdeh barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il 3(049)-339/2022 saylı qərarı ilə məcburi gətirilmə, xx.xx.2022-ci il 3(049)-339/2022 saylı qərarı ilə isə 20 gün müddətinə inzibati həbs qəti imkan tədbiri seçilərək, barəsində azadlıqdan məhrum etmə cəzası verilmişdir. Həbs edilmiş cavabdeh Əliyeva X12 Rayon Məhkəməsinin xx.xx.2022-ci il 3(049)-339/2022 saylı qərarından narazı olaraq apellyasiya şikayəti vermiş, X20 Məhkəməsinin xx.xx.2022ci il tarixli 3(106)-152/2022 saylı qərarı ilə təmin edilməmişdir. Cavabdehin iddiaya qarşı verdiyi etirazında qeyd etdiyi “Röya Nurıyevanın qanunsuz hərəkətlərinə son qoyulmasını tələb etmişəm" fikrinə gəldikdə isə nəyə əsaslanaraq, qanunsuz əməllərə son verilməsini təhqir, küçə söyüşləri, döyməklə tələb edir?! İddia ərizəsində mubahisələndırılən məsələnin, işdən çıxarılmağında hər hansı əlaqəsi vurğulanmasa da, cavabdeh məhkəməyə təqdim etdiyi etırazında əsassız olaraq onun guya işdən azad edilməyi səbəbi ilə X8 qarşı iddia ərizəsi ilə müraciət etdiyini qeyd etmişdir. Nəzərə çatdırmaq istəyir ki, onu işəgötürən Cavabdeh deyil, Lənkəran rayon Osaküçə kənd Hüseynov adına tam orta məktəbinin direktoru Arzu Mırzəyevadır. Odur kı, cavabdehin qeyd etdikləri absurddur. Lənkəran Rayon Məhkəməsi iddia tələbini tam təmin etmək əvəzinə, qismən təmin edilməsi barədə əsassız qətnamə çıxarmışdır. Belə kı, məhkəmə qəbul etdiyi qətnaməni yalnız ekspert rəyi ilə müəyyən etmiş və həmin rəyi əsas subut növü kimi qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş cavabdehin ünvanına işlətdiyi ağır tərzdə təhqir ifadələri cavabdehin mobil nömrəsindən ona sms və WhatsApp yazıları, səs qeydləri şəklində, həbs olunması barədə apellyasiya instansiyası məhkəməsinin qərarı ilə tam sübuta yetirilmişdir. Hətta, cavabdeh məhkəmə hazırlıq iclasında özü də ünvanına təhqir edici söyüşlər yağdırmasını etiraf etmişdir. Bütun bunlar az imiş kimi, hətta iclasa sədrlik edən hakimin gözü önündə də məhkəmə iclaslarında belə cavabdeh onu dəfələrlə hədələyərək təhqir etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli məhkəmənin fəaliyyət qaydasının pozulması barədə tərtib edilmiş aktda “Cavabdeh dəfələrlə iddiaçıya qarşı nalayıq ifadələr işlətmişdir” qeyd olunmuşdur. iAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsində göstərilir ki, “işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər”. Odur ki, cavabdehin ünvanına göndərdiyi səs yazıları və sms-lərı, məhkəmə qərarı və akt ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxmımdan şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən, cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən edilməsi mümkün olduğu halda, Lənkəran Rayon Məhkəməsi işin materiallarını tam və hərtərəfli araşdırmamış, qeyd etdiklərinə hüquqi qiymət verməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmənin fəaliyyət qaydasının pozulması barədə tərtib edilmiş akta əsaslanaraq məhkəməyə iddia tələbinin “cavabdehin onu məhkəmə zalında dəfələrlə hədələyərək təhqir etməsinə görə üzr istənilməsi" vəzifəsinin üzərinə qoyulması ilə bağlı artırma versə də, absurd olaraq qətnamənin 13-cü səhifəsinin altıncı abzasının sonuncu cümləsində “iddianın bu hissədə heç bır hüquqi və faktiki əsas olmadığından təmin edilməməlidir” deyə qeyd etmişdir. Sual olunur, xx.xx.2022-cı il tarixli məhkəmənin fəaliyyət qaydasının pozulması barədə tərtib edilmiş aktda “cavabdehin dəfələrlə iddiaçıya qarşı nalayiq ifadələr işlətməsinə görə 30 dəqiqəlik fasilə verildiyi"nin qeyd edilməsi hüquqi və faktiki əsas deyilmi?! Qətnamənin 13-cü səhifəsinin sonuncu 2 abzasında “Məhkəmə iddia tələbinin «həkim, dərman və hüquqi xidmətlərə görə cavabdehdən 1500 manat məbləğində dəymiş mənəvi təzminatın tutulub onun şəxsi hesabına köçiirülməsi»nə dair hissəsini əsassız hesab edir. Belə ki, iddiaçı bununla bağlı, dərman vasitələrinin alınmasına, tibbi müalicəyə və hüquqı xidmətlərinə göstərilməsinə dair hansı məbləğində vəsaitin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdır. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür qeyd edilməsinə gəldikdə isə bildirmək zəruridir ki, məhkəməyə tərəfindən həkim və dərman xidmətlərinə görə mənəvi təzminat tutulmasını əsaslandıraraq ona yazılmış tibbi reseptlər təqdim olunmuşdur. Bundan əlavə, Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2021-ci il tarixli 160 saylı və xx.xx.2021-cı ıl tarixli 249 saylı rəylərində sağlamlığının pozulması tam təsdiqini tapmışdır. Absurd olaraq qətnamədə “tibbi müalicəyə və hüquqi xidmətlərinə göstərilməsinə dair hansı məbləğində vəsaitin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir" deyə qeyd olunub. Göründüyü kimi məhkəmə iddia tələbinin təmin edilməyən hissəsində maddi hüquq normalarını pozmuş və ona qarşı cavabdeh tərəfindən törədilən döyülmə əməlinə əsasən mənəvi sarsıntı va bu səbəbdən sağlamlığının pozulması nəticəsində fiziki əzab keçirməyinin tam sübuta yetirilməsinə baxmayaraq, iddia tələbini qismən təmin etmişdir. Belə kı, iş materiallarına əlavə edilmiş HK- E839, 849 və 850 saylı material üzrə 25 mart 2021-ci ıl tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür kı, material üzrə məhkəmə tibbi ekspertiza təyin edilmiş və Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi xx.xx.2021-ci ıl tarixli 160 saylı "Canlı şəxsin ekspertizası" aktında göstərilmişdir ki, 1997-ci ıl təvəllüdlü X9 bədəni üzərində sol bud nahiyəsində qançır, boyun nahiyəsində sıyrıq aşkar edilmişdir. Bundan əlavə Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2021-ci il tarixli 249 saylı rəyinə əsasən İddiaçı bədəni üzərində sağ said, sol diz qapağı nahiyələrində sıyrıqlar, sol dız qapağı, sağ dız oynağı nahiyələrində isə qançırlar aşkar edilmişdir”. Məhkəmə burda da göstərilmiş qanun normalarını pozmaqla əsassız olaraq iddia tələbini qalan hissədə təmin etməmişdir. Halbuki işdə olan kifayət qədər mötəbər sübutlara, qanunvericilikdə nəzərdə tutulan müddəlara, faktlara gorə iddia tələbi tam təmin edilməlidir. Məhkəmə hazırkı işə baxarkən MPM-nin 9.1-ci maddəsinin tələblərini pozaraq işi tam, obyektiv və hərtərəfli araşdırmadan iddia tələbini «həkim, dərman və hüquqi xidmətlərə gorə cavabdehdən 1500 manat məbləğində dəymiş mənəvi təzminat tutulub şəxsi hesabına köçürülməsi, Cavabdeh əməlində cinayət tərkibi olduğu halda, barəsində xüsusi qərardad çıxarıb aidiyyəti orqana göndərilməsi və Cavabdeh «Hürriyyət saytının» YouTube kanalında və Lənkəran Rayon Məhkəməsinin inzibati binasında-Zal Na 3-də dəfələrlə hədələyərək təhqir etməsi uçün həm yazılı və həm də «Hürriyyət» saytında videolu şəkildə ondan «üzr istənilməsi» vəzifəsi cavabdehin üzərinə qoyulması» hissələrini əsassız olaraq təmin etməmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsində işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, tərəfindən məhkəməyə təqdim olunmuş kifayət qədər mötəbər subut, faktlara baxılmadan əsassız olaraq iddia tələbi qalan hissədə təmin edilməmişdir. Hesab edir ki, xx.xx.2022- ci il tarixli № 2(049)-47/2022 nömrəli qətnamə, maddi və prosessual hüquq normalarının pozulması və duzğün tətbiq edilməməsi ilə qəbul olunduğu üçün aşağıda qeyd edilən əsaslara görə ləğv edilməlidir. Belə kı, məhkəmə iddianın təmin edilməyən hissəsində iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi qənaətinə düz gəlməmişdir. Fikrincə əksinə, məhkəmə işdə olan sübutları qəbul etmək istəməmişdir. Belə ki, cavabdehin sağlamlığını pozmasına isbat olaraq onu döydüyü üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il 3(049)039/2022 saylı qərarı ilə məcburi gətirilmə, xx.xx.2022-ci il 3(049)-339/2022 saylı qərarı ilə isə 20 gun müddətinə inzibati həbs qəti imkan tədbiri seçilərək, barəsində azadlıqdan məhrum etmə cəzasının verilməsi istinad etdiyi halı tam sübuta yetirir. İddia tələbinin “cavabdehin onu məhkəmə zalında dəfələrlə hədələyərək təhqir etməsinə görə üzr istənilməsi vəzifəsinin üzərinə qoyulması hissəsi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmənin fəaliyyət qaydasının pozulması barədə tərtib edilmiş aktda tam təsdiqini tapsa da, absurd olaraq qətnamənin 13-cu səhifəsinin altıncı abzasının sonuncu cümləsində "iddianın bu hissədə heç bır hüquqı və faktiki əsas olmadığından təmin edilməməlidir" deyə qeyd etmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli məhkəmənin fəaliyyət qaydasının pozulması barədə tərtib edilmiş aktda "cavabdehin dəfələrlə iddiaçıya qarşı nalayıq ifadələr işlətməsinə görə 30 dəqiqəlik fasilə verildiyi”nin qeyd edilməsi hüquqi və faktiki əsasdır. İddiaçı istinad etdiyi halları tam sübuta yetirsə də, absurd olaraq iddia qalan hissədə rədd edilmişdir. Halbuki, iddia tələbi işdə olan kifayət qədər mötəbər sübutlara, qanunvericilikdə nəzərdə tutulan müddəlara əsasən tam təmin olunmalıdır. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı X42ya etdiyi qanunsuz hərəkətlərə son qoyulmasını tələb etmiş, lakin əlçəkmədiyinə görə Lənkəran RPŞ-nə şikayət etmişdir. X34 kənd orta məktəbin şagirdi Diana Əliyevanı döymüşdür. Bu barədə Lənkəran rayon polis şöbəsinin təhqiqat bölməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Həmin qərar Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qərardan narazı qalmış və şikayət etmişdir. X20 Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin qərar qüvvədə saxlanılmışdır. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərinə gəldikdə iddiaçıdan X42dan əl çəkməsini tələb etməsi nəvaxtdan şərəfin, ləyaqətin, işgüzar nüfuzuna xələl gətirilməsi kimi nəzərdə tutulmuşdur. İddiaçı Təhsil Nazirliyinin daxili qaydaları və təlimatları pozduğuna görə Lənkəran rayonu Osaküçə kənd orta məktəbindən xaric edilmişdir. O, hesab edir ki, güya o onu məktəbdən çıxarıb. Əslində o işə götürən deyil və onun işdən çıxarması barədə məlumatı yoxdu. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə ə müraciət edərkən onun barəsində həqiqətə uyğun olmayan yalan və məlumatlar yazmaqla heç bir sübutu olmadan və onun barəsində özünün və himayəsində olan yetkinlik yaşına çatmayan övladının hüquqlarının qorunması üçün hüquq mühafizə orqanlarına etdiyi müraciət və şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində qəbul olunmuş və öz təsdiqini tapan hüquq pozuntuları ilə müşayət olunan həmin orqanlar tərəfindən qəbul olunmuş qərarlar əsasında iddiaçı inzibati məsuliyyətə cəlb edilmişdir. Ona heç bir aidiyyəti olmayan ididaçının işdən azad olunması barədə (əmək Məcəlləsinin “Ç" bəndi ilə) işlədiyi məktəbin rəhbərinin əmrinin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməsini əsas gətirərək ona qarşı iddia qaldırmış və məhkəmə də iş üzrə sübutlara tam və hərtərəfli qiymət vermədən, iddia tələbinin rədd edilməsi əvəzinə, iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməni yalnız ekspert rəyi ilə müəyyən etmiş və həmin rəyi əsas sübut növü kimi qəbul etmişdir. Halbuki, həmin ekspert rəyində əsaslı şübhələr var və rəyin nəticəvi hissəsində də, iddiaçını təhqir etməyini təsdiq edən hər hansı məlumatın aşkarlanmadığı aşkar surətdə göstərilməsinə baxmayaraq, məhkəmə həmin ekspert rəyinin ehtimal hissəsini sübut növü kimi götürməklə, iddiaçının xeyrinə araşdırmanı birtərəfli aparmaqla qanunsuz qərar qəbul etmişdir. Belə ki, qətnamənin 10-cu vərəqinin sonuncu abzasında göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin 15 avqust 2022- ci il tarixli 4/1049 saylı rəyindən görünür ki, Lənkəran ŞRPŞ-nin 25 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında izahatda Cavabdeh tərəfindən İddiaçı barəsində verdiyi «İddiaçı onun X42 dərsə qatılan zaman ona polis əməkdaşı ilə intim münasibəti olduğunu xatırladaraq təhqir etməsi», «İddiaçı internetdə Diana Əliyeva ilə polis arasında intim münasibətlərin olduğunu yazması» kimi məlumatlar doğru olmadığı və təsdiqini tapmadığı halda, X10 işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Həmin məlumatların doğru olub olmamasının araşdırılması ekspertin səlahiyyətinə aid deyildir. https://youtu.be/LGNMpPtDt5Q linkində yer almış Cavabdeh «Hürriyyət» TV saytına verdiyi müsahibəsində və 1 ədəd diskdə olan video görüntülərdə Cavabdeh tərəfindən İddiaçı ona qızı barəsində verdiyi hər hansı konkret bir məlumat müəyyən edilmədi. Ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli 4/1049 saylı ekspert rəyindən də göründüyü kimi ekspert cavabdeh olaraq onun, yəni Cavabdeh iddiaçı Nuriyeva Əlipaşa qızını təhqir etməyini və ya onun işgüzar nüfuzunu ləkələyən hər hansı ifadə və hərəkətinin olub-olmamasını müəyyən etməmişdir. Məhkəmə isə iddia tələbinin əsasllılığın müəyyən edilməsi üçün linqvistik ekspertiza təyin etmiş, həmin ekspert rəyi ilə onun iddiaçını təhqir etməyi müəyyən edilmədiyi halda, məhkəmə ekspertizanın əvəzinə özünün ideyaları əsasında iddianın əsaslı olması nəticəsinə gəlmiş və həmin nəticəyə hansı əsas üzrə gəlməsini də əsaslandırmamış, əsasladırıcı hissədə isə nədənsə ekspert rəyini əsas götürmüşdür. Bundan başqa məhkəmə qətnamənin 13-cü səhifəsinin son iki abzasında qeyd etmişdir ki, “Məhkəmə iddia tələbinin «həkim, dərman və hüquqi xidmətlərə görə cavabdehdən 1500 manat məbləğində dəymiş mənəvi təzminatın tutulub onun şəxsi hesabına köçürülməsi»nə dair hissəsini əsassız hesab edir. Belə ki, iddiaçı bununla bağlı, yəni dərman vasitələrinin alınmasına, tibbi müalicəyə və hüquqi xidmətlərinə göstərilməsinə dair hansı məbləğində vəsaitin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.” Göründüyü kimi məhkəmə mənəvi ziyann da əsassız olması nəticəsinə gəlməsinə baxmayaraq yenə də, iddianı mənəvi ziyan hissəsində təmin etmiş bununla da qətnamənin nəticə hissəsi ilə gəldiyi nəticədə qeyri-müəyyənlik etməklə heç bir sübuta əsaslanmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bütün bunlardan başqa iddia tələbinin onun işgüzar nüfuzuna xələl gətirən qərəzli ərizələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış şikayət ərizələrinin-izahatlarının təkzib olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə gəldikdə isə məhkəmə hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpa olunması üçün hüquq mühafizə orqanlarına müraciət etməsinin Azərbaycan Respublikasının Konsitusuyası ilə vətəndaşın əsas hüquq və azadlığı olmasını nəzərə almamışdır. Eyni zamanda məhkəmə guya iddiaçının barəsində tərəfindən övladı Diananın haqqında onlayn dərs zamanı iddiaçının Diananın polis əməkdaşı ilə intim münasibətdə olması deməsini məhkəməyə sübut kimi təqdim edə bilməmişdir. Halbu ki, bununla bağlı məhkəmə iclasında da məhkəməyə şifahi vəsatət verərək həmin görüntülərin (onlayn dərsin görüntülərini) Azərbaycan Respublikasının Təhsil Nazirliyindən götürülməsi barədə vəsatətinə də münasbət bildirməmiş və vəsatətinin hansı əsasla rədd edilməsini həmin proqramın və görüntülərin təhsil nazirliyində olmasını və həmin görüntülərin yalnız məhkəmənin qərarı ilə götürülə biləcəyini də nəzərə almamış və həmin görüntüləri nazirlikdən götürmədən, heç bir əsası olmayan iddiaçının izahatı ilə iddianı həmin hissədə təmin etmişdir. Bundan başqa məhkəmə qətnamənin nəticə hissəsində cavabdehdən yəni ondan 150 manat ekspertiza təhqiqatının dəyərinin də alınıb Dövlət büdcəsinə köçürülməsini qeyd etmiş, lakin ekspert rəyinin iddianın təmin deyil, rədd edilməsi üçün əsas olmasını da nəzərə almamışdır. Göründüyü kimi məhkəmə iddia tələbinin təmin edilən hissəsində maddi hüquq normasının bu tələblərini də pozmuş və 1500 manat məbləğini hansı meyarlarla ağlabatan hesab etmək fikrinə düşməklə, həmin nəticəyə hansı əsasla gəlməsini əsaslandırmamaqla, qanun pozuntusuna yol vermişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə tərəflər yazılı etirazlar təqdim etmişlər, etirazlar apellyasiya şikayətlərinin məzmunları ilə oxşar məzmunda əsaslandırılmışlar. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı tərəfindən verilmş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmuda izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmədə Cavabdeh və onun vəkili Vəkil tərəflərindən verilmş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmuda izahatlar verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv olunaraq tam təmin olunmasını xahiş etməklə qismən, cavabdeh isə apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tərəflərə münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin, yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan HK-1/839, 849 və 850 saylı material üzrə 25 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması İddiaçı və Cavabdeh əməllərində cinayət tərkibinin olması müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti İddiaçı və Cavabdeh barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin TB-də araşdırılmış HK-1/839, 849 və 850 saylı materiallarda olan X11 izahatından görünür ki, Lənkəran rayonu Osaküçə kəndində 2006-cı il təvəllüdlü X42 ilə birlikdə yaşayır. Hazırda həyat yoldaşı X19 xəstəliyi ilə bağlı Bakı şəhərində xəstəxanada müalicə alır. X42 Lənkəran rayon Osaküçə kənd tam orta məktəbinin 9-cu sinif şagirdidir. İddiaçı həmin məktəbdə X42ya texnologiya fənnindən dərs deyir. Pandemiya xəstəliyi ilə bağlı İddiaçı onlayaın vasitəsi ilə dərs keçməli olduğu halda, qızı Diana və digər şagirdlərə dərs keçməyib və 5 qiymətləri yazdığı üçün valideyin kimi o və digər valideyinlər Röya Nuruyevaya öz narazılıqlarını bildirmişlər. Azərbaycan Respuplikası CM-nin 152.1-ci maddəsi ilə polis əməkdaşı ilə X42 ilə bağlı rayon prokurorluğunda araşdırma aparıldığı zaman, hərdən Diana dərsdə iştirak etməyəndə görə Röya ona zəng vurub səbəbini soruşanda barəsində araşdırma aparılması səbəini göstərmişdir. Hətta Röya onun X42nın polis əməkdaşı ilə intim münasibəti olması barədə deyib və ana kimi onu günahkar bilməsi ilə əlaqədar aralarında tenlefonda mübahisələr olmuş və 2021-ci ilin yanvar ayının ortalarında Röya onu telefonda təhqir etdiyi üçün həmin gündən münasibətləri pozulmuşdur. Bir neçə gündən sonra Diana dərsə qoşulan zaman Röya polis əməkdaşı ilə münasibəti olması barədə X42ya xatırladıb təhqir etməsi barədə qızı Diana ağlayaraq ona danışmışdır. İddiaçı barəsində çox saylı valideyinlər Lənkəran şəhəri təhsil şöbəsinə şikayət etmələri ilə bağlı, valideyinləri Osaküçə kənd tam orta məktəbin direktoru və müəllimələr 2021-ci ilin fevral ayının əvvəllərində təhsil şöbəsinə dəvət edilmişlər. Həmin vaxt yenədə Röya müəllimə ilə aralarında mübahisə olan zaman Röya müəllimə onun X42nın üstünə hücüm çəkib dırnaqları ilə sinə və üz nahiyyələrinə müxtəlif bədən xəsanətləri yetirməsi ilə bağlı Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etdikdən sonra TB-nin Kənan adlı təhqiqatçı tərəfindən araşdırılma aparıldıqdan sonra rayon məhkəməsi tərəfindən İddiaçı İXM-nin 157-ci maddəsində nəzərdə tutulan “Döymə” əməlini törətdiyi üçün 300 AZN cərimə edilmişdir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Təhsil şöbəsinin rəhbəri X23 kənd tam orta məktəbində müəllimələrin və valideyinlərin iştirakları ilə müəllimlər otağında iclas aparan zaman, Ülviyyə müəllimə İddiaçı məktəbə buraxılmaması ilə bağlı göstəriş vermişdir. O müəllimələrin otağında olan zaman Röyanın müəllim həmkarları ondan xahiş etmişdir ki, Röya ilə barışsın və bu söhbətə son qoysun, lakin Röya onun qızı Diyana Əliyevanı internet vasitəsi ilə uşaqla polis arasında intim münasibətləri olması barədə yazdığına görə o, Röyanı bağılşlamamışdır. Həmin vaxt məktəbin 1-ci mərtəbəsində səs eşidib, müəllimələrlə birlikdə dəhlizə çıxmışdır. Məktəbdə işləyən xadimələr qızı Diananı sakitləşdirdiyini görmüşdür. Sonra eşitmişdir ki, qızı Diana Röyanı qovduğuna görə Röya sanitar qovşağına daxil olub içəri tərəfdən qapını bağlamışdır. O, qapını döymüş lakin Röya qapını açmadığı üçün müəllimələr onu oradan uzaqlaşdırmışdır. Qızı Diana ilə Röya arasında baş vermiş münaqişə ilə bağlı xx.xx.2021- ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin gün Röya tanımadığı boz rəngli “Priora” markalı avtomaşına minib Osaküçə kəndində dağ ərazisində yerləşən istirahət mərkəzləri istiqamətində getmişdir. O saat 13:30 radələrində qızı Diana ilə birlikdə Lənkəran şəhərinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində qızı X24 kənd orta məktəbinə dərsə gətirmişdir. Orada məktəbin direktor müavini X18 müəllimənin məktəbə gəlib-gəlməməsi barədə soruşanda, X30 müəllimə təhsil şöbəsinin rəhbərliyi tərəfindən dərsə buraxılmadığı üçün gəlməyəcəyini deyib, onun evə getməyini xahiş etmişdir. O, məktəbin qarşısında çöldə Həqiqət müəllimə ilə söhbət edən zaman, İddiaçı taksi avtomaşınından anası ilə birlikdə düşmüşdür. Həqiqət müəllimə İddiaçı məktəbə buraxmadığı üçün o da söhbətə müdaxilə edərək, Diana səni yenə də görsə aranızda dava-dalaş olar deyib İddiaçı məktəbə buraxmaq istəməmişdir. Sonuncu onun sözlərinə əhmiyyət verməyib məktəbin həyətinə daxil olmaq istəyəndə, orada mübahisə yaranmış səsə məktəbin direktoru Arzu Mirzəyeva və digər müəllimələr, valideyinlər və kənd sakinləri, eyni zamanda Röyanın anası gəlmişlər və Röyadan xahiş etmişlər ki, evinə qayıtsı. Lakin Röya heç kimin sözlərinə əhmiyyət verməyib mübahisə edərək məktəbə daxil olmaq istəyən zaman qızı Diana ilə Röya müəllimə əlbəyaxa olmuşlar, orada olan kənd sakinləri Diana ilə Röyanı ayırmışlar. Röya məktəbin içərisinə daxil olduqdan sonra polis əməkdaşları ora gəlmişlər. O, İddiaçı üstünə hücum çəkmək istəyəndə kənd sakinləri onu tutub saxladıları üçün onun əli Röya müəlliməyə toxunmamışdır. O,məktəbin 1-ci mərtəbəsində müəllim kollektivi ilə söhbət etmiş, 2-ci mərtəbəya qalxmamış, İddiaçı həmin gün yəni xx.xx.2021-ci il tarixdə görməmiş, tualetdə olduğunu bilib qapını döymüş, lakin Röya qapını açmadığı üçün onu müəllimlər oraldan uzaqlaşdırmışdır. İddiaçı döyməmiş və sol bud nahiyyəsinə təpik zərbəsi vurmamışdır. xx.xx.2021-ci il tarixdə Röya ilə qızı Diana arasında münaqişə baş verib həmin vaxt aralarında nə kimi dava-dalaş olmasını görməmişdir. İddiaçı onun və X42nın ünvanına ucadan nalayiq küçə söyüşləri söydüyünə görə o və X42 İddiaçı ünvanına ucadan nalayiq sözlər demişlər. Həmin vaxt 30-35 nəfər valideyinlər, kənd sakinləri və müəllimələr orada onları sakitləşdirməyə çalışmışlar. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində İddiaçı ilə onun və qızı Diana arasında baş vermiş dava-dalaş Lənkəran rayon Osaküçə kəndi ərazisində yerləşən İ.Hüseynov adına tam orta məktəbin qarşısında çöldə baş verən zaman, əvvəl mühafizə polisi ora yaxınlaşmış, onları sakitləşdirə bilmədiyi üçün o DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları ora yaxınlaşmış və təxminən 2 saata yaxın münaqişə dava-dalaş davam etmişdir. İddiaçı onun X42 ilə əlbəyaxa olarkən, o onları ayıran zaman, İddiaçı Diana Əliyevanı vurmaq istəyəndə Röyanın əli təsadüfən onun sol əl nahiyyəsinə dəymişdir. O, İddiaçı, sonuncu isə onu döyməmiş, Röya onun qızı Diana ilə əlbəyaxa olan zaman təsadüfən əli Röyanın əlinə dəyməsi ilə bağlı şikayəti olmadığını bildirmişdir, lakin qızı X37 Nuriyeva tərəfindən döyməsi ilə bağlı şikayət etmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X16 HK-1- 1177 saylı material üzrə 30 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 6(010)-16/2021 saylı xx.xx.2021ci il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X4 30 aprel 2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı əsassız olduğundan ləğv edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X15 1495 və 1503 saylı material üzrə 18 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması İddiaçı əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti İddiaçı və X17 anası Cavabdeh barəsində profilaktiki tədbirlər görülməsi üçün Lənkəran ŞRPŞ-nin YYÇPİÜTQ-nə göndərilməsi qərara alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə linqvistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli 4/1049 saylı rəyinə əsasən Lənkəran ŞRPŞ-nin 25 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında izahatda Cavabdeh tərəfindən İddiaçı barəsində verdiyi «İddiaçı onun X42 dərsə qatılan zaman ona polis əməkdaşı ilə intim münasibəti olduğunu xatırladaraq təhqir etməsi», «İddiaçı internetdə Diana Əliyeva ilə polis arasında intim münasibətlərin olduğunu yazması» kimi məlumatlar doğru olmadığı və təsdiqini tapmadığı halda İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Həmin məlumatların doğru olub olmamasının araşdırılması ekspertin səlahiyyətinə aid deyildir. https://youtu.be/LGNMpPtDt5Q linkində yer almış Cavabdeh «Hürriyyət» TV saytına verdiyi müsahibəsində və 1 ədəd diskdə olan video görüntülərdə Cavabdeh tərəfindən İddiaçı barəsində verdiyi hər hansı konkret bir məlumat müəyyən edilmədi. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının : 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır; 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir; 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz; 50-ci maddəsinə əsasən isə hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostların, tanışların və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər; yazılı, şifahi, bədən hərəkətləri ilə və sair. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyləməklə, nalayiq sözlər söyləməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. Şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühümü odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Plenum Qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinin tələbinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi hər kəsin öz fıkrini ifadə etmək azadlığı hüququnu təsbit edir. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndindən görünür ki, fıkri ifadə etmək azadlığını məhdudlaşdırmağa yönəlmiş əsaslardan biri də digər şəxslərin nüfuz və hüquqlarının müdafiəsidir. 30 dekabr 2021-ci il tarixdə qəbul edilmimş (471-VİQ nömrəli) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir(14.1.7.), şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir(14.1.8). Həmin Qanunun 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26, 46-cı, Avropa Konvensiyasının 10-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarına əsasən şəxs haqqında yayılmış ləkələyici məlumatların faktlara söykəndiyini, bu məlumatların həqiqətə uyğun olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdeh iddiaçının barəsində ərizə və şikayətləndə göstərilməklə yaymış olduğu məlumatların həqiqiliyini sübut edə bilməmişdir. Ümumiyyətlə kollegiya yayılmış məlumatların məzmun etibarı ilə açıq-aydın şəkildə iddiaçının şərəf və ləyaqətini ləkələməyə, işgüzar nüfuza xələl gətirməyə hesablanan məlumat hesab edir. Barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan yalan məlumatların yayılması hər bir şəxsin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmaya bilməz. Cavabdeh yaydığı məlumatların həqiqətə uyğun olduğunu sübuta yetirmədiyindən, yazmış olduğu ərizə və şikayətlərində, internet portalında verdiyi müsahibəsində iddiaçı barədə işlədilən ifadələrlə iddiaçının işlədiyi müəssisədə işgüzar nüfuzuna, ailədə isə hörmətinə xələl gəlməsi danılmazdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfı, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının keçirmiş olduğu mənəvi sarsıntıların cavabdehin qanunsuz hərəkətinin nəticəsi olaraq işin yuxarıda müəyyən olunan halları ilə tam təsdiqini tapır. Plenum həmçinin izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Kollegiya hesab edir ki, zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin əmlak vəziyyəti və sair diqqətəlayiq hallara dair sübutlar verilmədiyindən, yetirilən mənəvi zərərin məbləğini 1500 manat məbləğində müəyyən etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətlərində gətirdikləri dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla tərəflərə münasibətdələğv oluna, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(049)-47/2022 saylı qətnaməsi İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-125/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-125/2023
16.03.2023 · Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver