Məhkəmə qərarları › İş №2(3-10)-844/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-844/2026

24.09.2026 · Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-844/2026 24.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam qızının cavabdeh Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı İslam qızına qarşı “şərəf və ləyaqətin müdafiəsi və əsassız iddia nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (Açar sözlər: şərəf, layaqət və işgüzar nüfuzun müdafiəsi, mənəvi zərər) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun iclas katibliyi, İddiaçı İddiaçı İslam qızının; Cavabdeh Cavabdeh iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İslam qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İş üzrə cavabdeh özünə məxsus Cavabdeh yazılan Facebook sosial şəbəkəsində paylaşım edərək qeyd etmişdir ki, “Mingəçevir şəhəri * nömrəli tam orta məktəb barədə bir qrup müəllim tərəfindən Təhsil İşçilərinin Həmrəyliyi Alyansına çoxsaylı müraciətlər daxil olmuşdur. Ümumilikdə 8 nəfər təhsil işçisi məktəbdə müşahidə olunan müəyyən idarəetmə və təşkilati çətinliklərlə bağlı narahatlıqlarını ifadə etmişlər. Müraciətlərdə qeyd olunur ki, oktyabr ayının sonuna yaxınlaşmasına baxmayaraq, məktəbdə dərs cədvəlinin tam şəkildə formalaşdırılmaması və dərs bölgüsündə müəyyən uyğunsuzluqların mövcudluğu müəllim heyətində narahatlıq yaradıb. Həmçinin, bəzi hallarda jurnalların laborantlar vasitəsilə yoxlanılması və məktəbin tədris işləri üzrə direktor müavini Günel xanım Bəşirovanın müraciətlərə həssas yanaşmaması barədə iddialar səsləndirilmişdir. Qeyd olunan məsələlər təbii ki, hələlik iddia xarakteri daşıyır və onların obyektiv şəkildə araşdırılması vacib hesab olunur. Müəllimlərin fikrincə, əvvəlki yoxlama nəticələri onları tam qane etməmiş və bəzi problemlər hələ də davam etməkdədir. Bu səbəbdən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini, Mərkəzi Aran Regional Təhsil İdarəsini və Mingəçevir şəhər təhsil sektorunu məsələ ilə bağlı təcili şəkildə araşdırmalara başlamaya, obyektiv nəticə barədə ictimaiyyətə rəsmi məlumat təqdim etməyə çağırıram. Zəruri qeyd olaraq bildirmək istəyirəm ki, şikayət edən müəllimlərin ad və əlaqə məlumatları yalnız aidiyyəti qurumlar tərəfindən rəsmi araşdırma başladığı halda təqdim oluna bilər. Bu müraciətin məqsədi hər hansı şəxsi ittiham deyil, təhsil müəssisələrində sağlam idarəetmə və etik münasibətlərin bərpasına çağırışdır”. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil İdarəsinin sorğuya cavab məktubuna əsasən Mingəçevir şəhəri Rəşad Mirabov adına * nömrəli tam orta ümumtəhsil məktəbində müvafiq araşdırma aparılmış, müəssisə rəhbərliyinə tövsiyə xarakterli məlumat verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İslam qızı cavabdeh Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mənəvi zərərə görə cavabdeh Cavabdeh rəsmi facebook sosial şəbəkə istifadəçisi, olan “Cavabdeh" adı səhifəsində ##.##.2025-ci il tarixdə mənim haqqında yazdığı xəbərin silinməsi və təkzib edilməsini, ondan üzr istəməsini 1000.00 (on min) manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödədiyi 320 (üç yüz iyirmi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İslam qızından ona vurmuş olduğu mənəvi və maddi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun ondan alınaraq ona ödənilməsi, İddiaçı İslanı qızının ona qarşı qaldırmış olduğu mülki iddia tələbi qanunsuz və əsassız olduğu üçün iddianı təmin edilməməsi və iş üzrə çəkilmiş məhkəmə xərclərini iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı İslam qızından ona vurmuş olduğu mənəvi və maddi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pulun ondan alınaraq ona ödənilməsi, İddiaçı İslanı qızının ona qarşı qaldırmış olduğu mülki iddia tələbi qanunsuz və əsassız olduğu üçün iddianı təmin edilməməsi və iş üzrə çəkilmiş məhkəmə xərclərini iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, artıq 2 ildir ki, Mingəçevir şəhəri, Rəşad Mirabov adına * nömrəli tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Tanımadığı şəxs Cavabdeh rəsmi facebook sosial şəbəkə istifadəçisi, “I0B takipçisi olan “Cavabdeh” adı səhifəsində ##.##.2025-ci il tarixdə “Mingəçevir şəhər * saylı tam orta məktəb barədə bir qrup müəllim tərəfindən təhsil İşçilərinin Həmrəyliyi Alyansına çoxsaylı müraciətlər daxil olmuşdur. Ümumilikdə 8 nəfər təhsil işçisi məktəbdə müşahidə olunan müəyyən idarəetmə və təşkilati çətinliklərlə bağlı narahatlıqları ifadə elmişlər. Müraciətlərdə qeyd olunur ki, oktyabr ayının sonuna yaxınlaşmasına baxmayaraq, məktəbdə dərs cədvəlinin tam şəkildə formalaşdırılmaması və dərs bölgüsündə müəyyən uyğunsuzluqların mövcudluğu müəllim heyətində narahatlıq yaradıb. Həmçinin, bəzi hallarda jurnalların laborantlar vasitəsilə yoxlanılması və məktəbin tədris işləri üzrə direktor müavini Günel xanım Bəşirovanın müraciətlərə həssas yanaşmaması barədə iddialar səsləndirilmişdir. Qeyd olunan məsələlər təbii ki, hələlik iddia xarakteri daşıyır və onların obyektiv şəkildə araşdırılması vacib hesab olunur. Müəllimlərin fikrincə, əvvəlki yoxlama nəticələri onları tam qane etməmiş və bəzi problemlər hələ də davam etməkdədir. Bu səbəbdən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini, Mərkəzi Aran Regional Təhsil İdarəsini və Mingəçevir şəhər təhsil sektorunu məsələ ilə bağlı təcili şəkildə araşdırmalara başlamaya, obyektiv nəticə barədə ictimaiyyətə rəsmi məlumat təqdim etməyə çağırır. Zəruri qeyd olaraq bildirmək istəyir ki, şikayət edən müəllimlərin ad və əlaqə məlumatları yalnız aidiyyəti qurumlar tərəfindən rəsmi araşdırma başladığı halda təqdim oluna bilər. Bu müraciətin məqsədi hər hansı şəxsi ittiham deyil, təhsil müəssisələrində sağlam idarəetmə və etik münasibətlərin bərpasına çağırışdır.” onun haqqında əsası olmayan məlumat paylaşmışdır. O, bu xəbəri görüb cavabdehlə ilə “Whatsapp” sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb vəziyyətin real olmadığını və haqqında əsassız məlumatlar yayması barədə öz etirazını bildirdi. (Bununla bağlı sübut olaraq “Whatsapp” yazışmasıda mövcuddur). Həmin yazıdan sonra Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən məktəbə yoxlamalara gəlmiş və araşdırılma aparılmışdır. Araşdırılma nəticəsində onun işində heç bir nöqsan tapılmamışdır. Bununla bağlı akt tərtib edilmişdir. Bu aktla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu göndərilmişdir. O, bu araşdırılma bitdikdən sonra yenidən həmin şəxsə vostap vasitəsilə zəng edərək Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən məktəbə yoxlama gəldiyini və araşdırma nəticəsində onun işində heç bir nöqsan olmadığını bildirdi və onun haqqında paylaşdığı xəbərini silməsinin tələb etdi. Cavabdeh ona cavabı "Mən sizin haqqınızda heç bir qanunsuz paylaşım etməmişəm, bunların hamısı iddia olduğunu üçün yazmışam.” deyərək paylaşdığı xəbəri silməmişdir. O, bu hadisə nəticəsində güclü stress, əsəb keçirmiş və eyni zamanda işgüzar nüfuzuna, məktəbdə kollektiv və valideyn arasında işgüzar nüfuzuna ciddi zərər gətirilmişdir Bu yazışmadan sonra “ Tiktok” sosial şəbəkəsində”, “Yeni xəbər” səhifəsi və bir çox xəbər səhifələri onu haqqında məlumatlar paylaşılmışdır. “Müəllimlərin iddiasına görə, İddiaçı dərslərin keçirilməsinə qəsdən mane olur, pedaqoji prosesi pozur və müəllimləri bir-birinə qarşı çəkişməyə vadar edir. Məktəbdə təhsil sahəsi artıq yalnız kağız üzərində mövcuddur; Əslində isə idarəçilik, etik davranış və sağlam iş mühiti tamamilə yox sayılır. Onun davranışı göstərir ki, Bəşirova özünü məktəbin “müstəqil hökmdarı” hesab edir. Faktlar göstərir ki, direktor müavini müəllimlərin səlahiyyətlərinə hörmətsizlik edir, siniflərə izinsiz girir, dərs prosesini yarımçıq qoyur və ümumi iş atmosferini zəhərləyir. Pedaqoji şurada hesabat verməkdən yayınır, tənqid ediləndə isə məsuliyyətsizcə iclası tərk edir. Bu davranış həm məktəb intizamına, həm də idarəetmə mədəniyyətinə açıq- aşkar zərbədir. Müəllimlər dəfələrlə rəsmi sənədlərlə bu halları sənədləşdirib, izahatlar yazıblar, amma vəziyyət dəyişməyib. Məktəbdə yaranmış gərginlik, psixoloji təzyiq və iş prosesinin pozulması artıq normaya çevrilib. Sual açıq qalır: şəxsi maraqlarını və qərəzlərini pedaqoji prinsiplərin üstünə qoyan bir direktor müavininin fəaliyyətinə vaxt dayandırılacaq? İddiaçı haqqında araşdırmamız davam edir və mövzuya yenidən qayıdacağıq.” daxil olan məlumatlar ciddi suallar və narahatlıq doğurur. Daxil olan şikayətdə bildirilir ki, məktəbin direktoru, direktor müavini və təsərrüfat müdiri məktəbdə guya "təmir işləri” adı altında valideynlərdən pul yığımı aparırlar. Məsələnin ən qalmaqallı tərəf isə ondan ibarətdir ki, onlara verilən məlumata görə, sözügedən məktəb qısa zaman öncə əsaslı təmir edilib. Belə olan halda “təmir” bəhanəsi ilə pul yığılması nə ilə əsaslandırılır? Əgər məktəb artıq dövlət vəsaiti hesabına əsaslı şəkildə yenilənibsə, bu pullar hara və hansı məqsədlə toplanır? Şikayətdə qeyd olunur ki, pul yığımı könüllü xarakter daşıyırmış kimi təqdim edilsə də, əslində valideynlər üzərində dolayı təzyiq formalaşdırılır. Bu İsə açıq şəkildə dövlət məktəbində qanunsuz maliyyə yığımına cəhd kimi qiymətləndirilə bilər. Xatırladır ki, Elm və Təhsil Nazirliyi dəfələrlə məktəblərdə istənilən formada pul yığımının yolverilməz olduğunu açıqlayıb. Lakin görünən odur ki, Mingəçevir şəhər R.Mirabov adına * nömrəli tam orta məktəbdə bu xəbərdarlıqlar qulaqardına vurulur və köhnə “pul yığımı ənənəsi” davam etdirilir. Hazırda məsələ ilə bağlı tələb olunan məbləğlər, yığılan vəsaitin həcmi və məsul şəxslərin rolu ilə bağlı araşdırma aparılır. Faktlar təsdiqini taparsa, bu, artıq təkcə məktəb səviyyəsində deyil, ümumilikdə təhsil sisteminə kölgə salan ciddi bir qalmaqal olacaq. Mövzunu diqqətdə saxlayırıq” Aran media səhifəsi cavabdehin iddiasına istinad edərək “Mingəçevir şəhər * saylı tam orta məktəbdə ciddi idarəetmə pozuntuları və təşkilati qarışıqlıqlar barədə “Aran Media”ya çoxsaylı şikayətlər daxil olub. Təhsil İşçilərinin Həmrəyliyi Alyansına müraciət edən bir qrup müəllim iddia edir ki, məktəbdə vəziyyət getdikcə gərginləşir, rəhbərlik isə yaranan problemlərə biganə yanaşır. Məlumata görə, artıq oktyabr ayının sonuna yaxınlaşmasına baxmayaraq, məktəbdə dərs cədvəli tam formalaşdırılmayıb, dərs bölgüsündə isə açıq uyğunsuzluqlar qalmaqdadır. Müəllim heyəti bildirir ki, bu vəziyyət tədris prosesini pozur, dərs yükü bölgüsündə şəffaflıq yoxdur. Şikayətlərdə həmçinin qeyd olunur ki, jurnalların laborantlar vasitəsilə yoxlanılması kimi qanunsuz hallara yol verilir. Müəllimlərin sözlərinə görə, məktəbin tədris işləri üzrə direktor müavini İddiaçı əməkdaşların müraciətlərinə qarşı soyuq və saymazyana münasibət göstərir, problemlərin həllinə deyil, onların ört-basdır edilməsinə çalışır. Təhsil işçiləri bildirir ki, daha əvvəl aparılmış yoxlamalar formal xarakter daşıyıb, nəticələr isə real vəziyyəti əks etdirməyib. Nəticədə, məktəbdəki idarəetmə boşluqları və daxili gərginlik bııgiində davamedir. Müraciət müəllimlərin birgə imzası ilə “Arı Media”ya təqdim olunub və onlarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Mingəçevir şəhər təhsil sektorunun məsələni təcili araşdırmağa çağırışı yer alır", onun haqqında bir çox əsassız xəbərlər yayılmağa başaldı” adlı paylaşım etmişdir. O, bu əsassız xəbərlərlə bağlı Regional Təhsil idarəsinə müraciət etdi. Mənə bildirdilər ki, Cavabdeh ilə bağlı tədbir görülməsinə xahiş etsə də ona dedilər ki, ”həmin şəxs Təhsil işçisi deyil, siz bununla bağlı məhkəməyə müraciət edin. Ona görə də məhkəməyə müraciət etdi. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Günel İslam qızı Bəşirova Mingəçevir şəhər məhkəməsində ona qarşı şərəf və ləyaqətin müdafiəsi və 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə mülki iddia qaldırmışdır. Bildirir ki, Mingəçevir şəhər * saylı tam orta məktəbdə işləyən 8 nəfər təhsil verən müəllim (siyahı əlavə olunur) mənə yazılı surətdə müraciət edərək məktəbdə təhsil prosesində baş verən qanunsuzluqlar və nöqsanlar, habelə, İddiaçı yol verdiyi idarəetmə və təşkilati xarakterli qanunsuzluqlar barədə məlumat vermişlər. O, bu məlumatları əldə edəndən sonra bunu ictimailəşdirmiş, həmin mətni əlavə etməklə bildirir ki, orada hər hansı bir kəsin şərəf və ləyaqətini ləkələyən, ona mənəvi əzab və işgəncə gətirə biləcək heç bir qeyd və məlumat verilməmişdir. Bu məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar tərəfindən təhsilverən İddiaçı fəaliyyəti yoxlanılmış və nəticədə onun fəaliyyətində nöqsanlar aşkar edilərək barəsində töhmət intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Bu, onu göstərir ki, tərəfindən ictimailəşdirilmiş məlumatlar əsaslı olmuşdur. Bu məlumatı ictimailəşdirməkdə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələmək,-onun işgüzar .nüfuzuna xələl gətirmək məqsədi güdməmiş, qeyd olunan təhsil müəssisəsində sağlam idarəetmə mühitinin və etik davranış qaydalarının qorunmasına ictimai dəstək vermək bu problemlərə diqqət yönəltmək olmuşdur. Odur ki, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İslam qızı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ## ##### 2024-cü il tarixində Mingəçevir şəhərində Rəşad Mirabov adına * saylı tam orta məktəbə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olundu. Təyin olunduğu gündən 1 il müddətində hər şey qaydasında idi. Əvvəlki rəhbərlik Anar İsmayılov idi. Anar İsmayılov getdikdən sonra məktəbdə bir sıra qarışıqlıqlar baş verdi. Buna səbəb Anar İsmayılov getdikdən sonra məktəbin idarə olunmasının ona həvalə edilməsi olmuşdur. Daha sonra Anar İsmayılovun müdaxiləsinə əsasən məktəb idarəçiliyi Nigar Əhmədova verildi. O, dərs bölgüsünü hazırlayıb məktəbin direktoruna təqdim edir. Əgər direktor istərsə, bu bölgünü dəyişə bilər, çünki dərs bölgüsünü imzası və möhür ilə təsdiq edir. O, dərs bölgüsünü sertifikasiya imtahanında müəllimlərin topladığı ballara uyğun bölmüşdür. Bu bölgü əsasında müəllimlərdən birinə Əliyeva Xəyaləyə 17 saat dərs vermişdir. Lakin direktor həmin müəllimə 26 saat dərs müəyyən etmişdir. Buradan açıq- aydın görünür ki, yekun qərar məktəb rəhbərliyinə aiddir. O, bu prosesə müdaxilə etmək səlahiyyətində deyil. O, məslə ilə bağlı məlumatları gördükdən sonra cavabdeh Cavabdeh ilə əlaqə saxladı. O, bir ildir ki, Mingəçevir şəhərinə yaşayır. Onu bir çox insan tanımır. Onun işlədiyi məktəbdə məktəb müəllimləri və digər işçilər ilə heç bir problemi yoxdur. Bu halda 8 nəfər müəllimin cavabdehə necə müraciət etdiyini anlaya bilmir. Əgər həmin 8 nəfər narazı idisə, cavabdehə müraciət etmədən öncə ona narazılıqlarını bildirə bilərdilər. Cavabdeh sosial şəbəkəsində jurnalların laborantlar tərəfindən yoxlanıldığını qeyd etmişdir, lakin bu əsassızdır və heç bir zaman belə bir hal baş verməmişdir. Məktəb jurnalları onun tərəfindən yoxlanılır və o, bunu imzası ilə təsdiq edir. Ümumiyyətlə, məktəblərdə laborantların jurnalları yoxlamaq kimi səlahiyyətləri yoxdur. Əgər belə bir hal baş verərsə, onun işinə birbaşa xitam verilər. Onların məktəbdə mütəmadi yoxlama işləri həyata keçirilir. O, dərs mühitinə nəzarət edən şəxsdir. Bu xəbər paylaşılan zaman məktəb müəllimlərə ona paylaşılan məlumatı göndərərək onun haqqında paylaşım edildiyini bildirdilər. Həmin vaxta qədər onun haqqında heç bir sosial şəbəkədə məlumat paylaşılmamışdır. Tələbə olan zamantəxminən 10 il öncə “ facebook” sosial şəbəkəsi açmışdı və müəyyən şəkillər paylaşmışdır. Lakin iş yerilə bağlı heç bir məlumat qeyd etməmişdir. Cavabdeh paylaşdığı məlumat alt hissəsində ona aid olan facebook səhifəni də etiketləmişdir. Cavabdehlə əlaqə saxlayaraq yazıb paylaşdığı məlumatın əsassız olduğunu bildirdi və hansı əsasla belə bir paylaşım etdiyini soruşdu. Həmin 8 nəfər müəllimin müraciətinin nə ilə əlaqədar olmasını bilmir. Dərs bölgüsü həyata keçirilən vaxtlarda müəllimlərin sertifikasiya ballarına uyğun dərs bölgüsü etdiyi üçün bəzi müəllimlərin dərs saatlarında azalma olmuşdur. Dərs bölgüsü zamanı bu kimi halların baş verməsi mümkündür, lakin bu hal mənimlə məktəb müəllimlərinin arasında hər hansı bir problemə səbəb olacaq hal deyil. Cavabdeh onun özünü məktəbin müstəqil hökmdarı hesab etdiyini, idarəetmə mühitini ləkələdiyimi, iclasları tərk etdiyini bildirmişdir. Lakin bunlar qeyd etdiyi kimi, tamamilə əsassızdır. Məktəb rəhbərliyindən də bunu öyrənə bilərlər. O, heç bir iclası tərk etməmişdir. Cavabdeh ona şər atmışdır. Cavabdehlə əlaqə saxlayanda ona 8 nəfər müəllimin ona müraciət etdiyini söylədi. Oda həmin müəllimlərin adlarını ona verməsini istədi. Çünki, şikayət etmələrinin səbəblərini aydınlaşdırmaq istədi. Lakin cavabdeh müəllimlərin adını ona bildirmədi və ancaq məhkəməyə verdikdən sonar həmin 8 nəfər müəllimin adını öyrənə biləcəyimi söylədi. Həmin yalan məlumatı bir çox xəbər saytları da paylaşdı. Bununla bağlı onu dəfələrlə Mingəçevir Regional Təhsil İdarəsinə çağırdılar. Məktəbə gələrək məktəb jurnallarını yoxladılar. Cavabdehin paylaşmış olduğu yalan məlumatdan sonra oktyabr ayından etibarən məktəbdə mütəmadi olaraq yoxlanışlar həyata keçirilməyə başladı. Bu yoxlama zamanı mənə heç bir onu rəy, töhmət, xəbərdarlıq verilməmiş və yoxlamalar gedərkən akt tərtib olunmuşdur. Yoxlamalar cavabdehin paylaşdığı yalan məlumatlara görədir. Belə ki, əgər mətbuata belə yazılar gedirsə, rəhbərlik ilk növbədə onu Mingəçevir Regional Təhsil İdarəsinə çağırır. Orada işin ona aid olan hissəsi ilə bağlı cavab verir. Paylaşımda bəzi məlumatlar sənədləşmə ilə əlaqəli olduğuna görə elə yerindəcə gəlib sənədləri yoxladılar. Və monitorinq onun səlahiyyətində olan işlərlə bağlı həyata keçirilmişdir. Bu yoxlama işlərindən sonra ona heç bir töhmət verilməmişdir. Yoxlama zamanı tərtib olunmuş aktla tanış olmuşdur. Lakin aktda yazılmış nöqsanlar onun deyildir. Belə ki, aktda dərs cədvəlinin tam tərtib edilmədiyi qeyd edilmişdir. Buna səbəb isə məktəbə yeni müəllim heyətinin cəlb edilməsi olmuşdur. Məktəbdə 65 nəfər müəllim heyəti çalışırdı, bu il isə daha 3 nəfər müəllim heyəti məktəbinə cəlb edilmişdir. Bir müəllimin dərsini cədvəldə tarazılaşdırmaq üçün yenidən dərs cədvəli qurmaq lazımdır. Ona görə də dərs cədvəlində cüzi dəyişiklik etmişdik. Lakin dərs cədvəlinin hazır olmaması kimi bir hal yoxdur. Əgər belə bir hal aşkar edilsəydi, ona tömət verilərdi, çünki dərs cədvəlini hazırlamaq mənim səlahiyyətimdədir və hazır olmaması ciddi nöqsandır. Başqa qüsurlar var idi. Lakin həmin qüsurlar Təsərrüfat müdirinə aid idi və həmin şəxsə töhmət də verildi. O, hətta Mingəçevir Regional Təhsil İdarəsinin hüquqşünası ilə əlaqə saxlayaraq ona töhmət verilib- verilmədiyini müəyyənləşdirdi və ona töhmət verilmədiyini aşkar etdi. Bu xəbər yayılandan sonra cavabdehlə telefonla əlaqə saxladı. Özü də buradadır, təsdiqləyə bilər və yazışmalar və zəngləri qalır. Ona bildirdi ki, bu yazışmanı silin, məhkəməyə müraciət edəcək və Ali Məhkəməyədək də gedəcək. Bunu da vurğulamışdır. Çünki araşdıra da onun adına indiyədək heç bir yerdə paylaşım olmamışdır. Onların də sektor və regional idarə və Təhsil Nazirliyi var. Müəllimlərin etik davranış qaydalarında açıq-aşkar göstərilir ki, əgər müəllim narazıdırsa sektora, Regional İdarəyə və Təhsil Nazirliyinə müraciət etməlidir. Kənardan bir şəxs, təhsillə əlaqəsi olmayan bir şəxs, olar bilər hər hansı qurumun nümayəndəsi, hər hansı təşkilatın rəhbəridir bu başqa məsələdir. Ancaq heç bir halda ona icazə verilmir ki, təhsil müəssisəsinə müdaxilə etsin. O xəbəri verən müəllimlər əgər təsdiqini taparsa ki, həmin müəllimlər vermişdir Nazirlik səviyyəsində onlar barəsində tədbir görüləcəkdir. O, bu barədə Regional İdarədə də olmuşdur. Oradan da ona bildirildi ki, müəllim bizə sözlə deyil, sənədlə yaxınlaşın. Nə vaxt o müəllim məhkəməyə gedər, şahidlik edər, onların sənədlərini gətirərsiniz o vaxt onlar barəsində tədbir görərlər. Yoxsa kimsə gəlib desin ki, hər hansı müəllim hər hansı işi edib, bu qaydada iş görə bilməzlər. O, dəfələrlə bildirdi ki, siz müəllimlərin sözü ilə yazmışsınızsa əsassız yazmışsınız. Orada 8 nəfər yazmışınız, kimdir onlar, ona adlarını bildirsin. Ona 1 nəfərin adını çəkdi. Həmin adam da deyir ki, onun məlumatı yoxdur. Əgər 8 nəfər yazmışdırsa, hanı o 8 nəfər müəllim?! Əgər 8 nəfər müəllim müraciət etmişdirsə, o müəllimləri tanımaq istəyir. Xahiş edir, həmin müəllimlər məhkəməyə gəlsinlər. Necə Cavabdeh yaza bilirdilər, müraciət edirdilər, əgər müraciət etmişdirlərsə. Facebook sosial şəbəkəsində xəbər verən müəllim hər halda məhkəməyə də gələ bilər. Onun əsas narazılığı ondan ibarətdir ki, o, ictimai bir şəxs deyil. Məktəb direktoru müavini balaca bir vəzifədir, o, kimdir ki, ictimai bir şəxs olsun. Onun şəxsi facebook istifadəçi səhifəsi var. Hansı ki, o, orada nə iş yerini qeyd etməmiş, nə də iş yeri barədə heç bir qeyd etməmişdir. O onun şəxsi səhifəsidir və orada öz şəkillərini paylaşmışdır. Niyə onun şəxsi səhifəsi oraya taq edilir və deyilir ki, İddiaçı cavab verin. Əvvəla onun cavab verəcəyi şəxs və ya qurum cavabdeh deyil. Onun cavabdehliyi rəhbərliyinə aiddir. Onlar da gəlib onu yoxladı, haqqında heç bir intizam tənbehi yoxdur. Nə töhmət, nə də xəbərdarlığı var. Amma cavabdehin ona qarşı etdiyi onun nüfuzunu tək məktəbdə deyil, bütün Mingəçevir şəhərində zədələdi. Çünki burada onu heç kim tanımır. O, buraya təyinatla gəlmiş bir müəllim idi, direktor müavini idi. Əgər müəllim ondan narazı idisə, bunu sektorda və ya regionalda da həll edə bilərdi. Cavabdeh onların məktəbin problemini və digər məktəbin problemini həll edən bir qurum və ya şəxs deyil. Onun barəsində intizam tənbeh tədbiri yoxdur. İndiyədək heç bir zaman barəsində intizam tənbehi tətbiq edilməmişdir. Bunu tam əminliklə bildirir. Çünki şəxsən Regional İdarə rəhbərliyinin qəbulunda olmuş və soruşmuşdur. İkincisi də tövsiyə başqadır, intizam tənbehi başqadır. Onları hər ay iclaslara dəvət edirlər və orada tövsiyə verirlər. İdarəçiliklə və ya məktəbdə şagirdlərlə bağlı tövsiyə ola bilər. Şəxsin yazdığına görə ki, guya nə isə intizam tənbehi tətbiq edilmişdir. Cavabdeh hər dəfə Bakı şəhərini vurğulayır. Oda hər iclas zamanı əmək haqqından tutulmasına razılıq verməklə ərizə yazıb məhkəmə iclasında iştirak edir və nə qədər əsası olmayan bir şeyə görə vəsait də itirir. Cavabdeh bildirir ancaq onun Regional İdarənin rəhbərliyi ilə heç bir problemi olmamışdır. Bunu deyirsə, sübut etsin. Bəli, adları çəkilən müəllimlər onların məktəbin müəllimləridir. Pərviz Həşimli onun əmisi oğludur. Cavabdeh vurğulayır rekert jurnalist X8 o rekert jurnalist deyil, Azərbaycan Respublikası Prezidentinin şəxsən medal təqdim etdiyi bir neçə saytın və televiziya kanallarının ortaqlığı olan bir şəxsdir. Onun qohumu azad və hüquqi şəxsdir. İctimai mövqeyini nümayiş etmişdir. O, qohumumun yazısı ilə bağlı cavabdeh deyil. “Yeni Xəbər” saytını qeyd etməyin məqsədi odur ki, cavabdeh onun adını işıqlandırmayana qədər heç bir şəbəkə, sayt, heç bir qurum onun adını heç bir yerdə yazmamışdır. İstinad olaraq “Aran Media” istinadla yazmışdır. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, o, ictimai fəaliyyətlə məşğuldur. Təhsil eksperti kimi ölkədə fəaliyyət göstərir. Həmçinin, Təhsil İşçilərinin Həmrəyliyi X18 Cəmiyyətinin sədri vəzifəsini icra edir. ## ####### 2025-ci il tarixində 8 nəfər müəllim tərəfindən məktəbdə sağlam təhsil mühitinin pozulması, həmçinin məktəbin tədris işləri üzrə direktor müavini iddiaçı İddiaçı İslam qızının fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı mənə müraciət edildi. Bu müraciət aidiyyəti üzrə şəxsi tərəfindən sosial media hesablarımda paylaşılmışdır. Heç bir silinmə olmamışdır, İddiaçı ## ####### 2025-ci il tarixindən etibarən whatsapp vasitəsi ilə onunla əlaqə saxlamış və bu işin gedişatı ilə bağlı məlumat vermiş və ona bir neçə müəllimin birləşərək ona oyun oynadıqlarını və s. kimi fikirlər söyləmişdir. O, isə iddiaçıya sosial şəbəkə platformasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyini, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini, Mərkəzi Aran Regional Təhsil İdarəsini və Mingəçevir şəhər Təhsil Sektorunu etiketləyərək məsələ ilə bağlı təcili araşdırmalar aparmağa səsləndiyini bildirdi. Yaxın vaxtlarda Mərkəzi Aran Regional Təhsil İdarəsindən əldə etdiyi məlumata görə, ## ####### 2025-ci il tarixində iddiaçı İddiaçı İslam qızı barəsində intizam-tənbeh tədbiri görülmüşdür. Bununla bağlı məhkəmədən Mərkəzi Aran Regional Təhsil İdarəsinə müvafiq sorğu göndərilməsini xahiş edir. Bu yaxınlarda eşitdiyinə görə, iddiaçıya yenidən töhmət verilmişdir. Lakin iddiaçıya verilmiş bu töhmətin bu işlə əlaqəsi olub-olmadığı barədə heç bir məlumat verə bilməyəcək. O, ictimai fəaliyyətlə məşğul olduğu üçün ictimaiyyətə mütəmadi olaraq təhsillə bağlı bir çox açıqlamalar verir, eyni zamanda müxtəlif təkliflər irəli sürür. Bununla bağlı iddiaçı iddia ərizəsində iddia etmişdir ki, onun paylaşımından sonra “ Yeni xəbər”, “Aran media” və s. kimi saytlar onun yazdıqlarını təhrif edərək paylaşmışdır. Əgər onun yazdığı fikirlər hər hansı bir sayt, dövlət qeydiyyatında olmayan saytlarda təhrif edilərək paylaşılırsa, o, bununla bağlı heç bir məsuliyyət daşımır. Paylaşım silinməyib. Ehtiyac olduğu halda linki məhkəməyə təqdim edə bilər. Təhsil eksperti kimi ictimai fəaliyyətlə məşğuldur. Təhsil işçilərinin peşəkar inkişafına dəstək olmaq, təlim və tədbirlərin təşkili istiqamətində işlər görmək və s. “xxxx” MMC-nin fəaliyyət istiqamətlərindədir. Həmin təşkilatda direktor vəzifəsində çalışır. Facebook sosial şəbəkəsində “Cavabdeh” adlı şəxsi səhifəmdə paylaşım etmişdir. Digər sosial şəbəkə platformalarında “ xxxx” MMC-nin rəsmi səhifəsi vardır. Ona müraciət edən 8 nəfər müəllim də R.Mirabov adına * nömrəli tam orta məktəbinin müəllimləridir. İddiaçı onu ittiham edərək həmin şəxslərin ad və soyadlarını ondan tələb etdi. Təbii ki, adları iddiaçıya təqdim etmədi və paylaşımında da bildirdiyi kimi, əgər aidiyyəti qurumlar işlə bağlı araşdırma aparsalar, həmin şəxslərin ad və soyadlarını təqdim edəcəyimi bildirdi. Onun iddiaçı və məktəb kollektivi ilə heç bir tanışlığı və mübahisəsi yoxdur. Müəllimlər tərəfindən onlara müraciət edildikdə bildirdilər ki, məktəbin tədris işləri üzrə direktor müavini, yəni iddiaçı İddiaçı İslam qızı jurnalları laborantlara yazdırır, dərs bölgüləri və dərs cədvəli isə yoxdur. Bununla bağlı o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və aidiyyəti qurumlara, həmçinin ictimaiyyətə müraciət etdikdən sonra həmin məktəbin direktor əvəzi işdən kənarlaşdırılmış və məktəbə yeni direktor əvəzi təyin olunmuşdur. Bununla bağlı məlumat da vardır. Əgər sorğu göndərilərsə, əldə edə bilər. Həmin məktəbə yoxlama gəldikdə, onlara müraciət edən həmin müəllimlər də öz iradlarını yoxlamaya bildirmişdirlər. İddiaçıya 2 dəfə töhmət verilmişdir. Lakin 2-ci dəfə töhmətin verilmə əbəbini bilmir. Fevral ayında verilmişdir yanlış etmirsə. Qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş edir. İddiaçı tərəfindən qaldırılmış iddia əsassızdır. Çünki onun yazısında iddiaçıya qarşı heç bir təhqir, şərəf və ləyaqətinə xələl gətirəcək heç bir söz və yazı qeydə alınmamışdır. Bununla bağlı linqvistik ekspertiza da təyin edilə bilər. İddiaçı tərəfindən onun şəxsi təhqir edilməmişdir. Lakin həm məktəb içərisində, həm də ictimaiyyətdə işgüzar nüfuzuma xələl gətirmişdir. O, Mingəçevir şəhərində yaşamır. Bakı şəhərində yaşayır. Onun istənilən halda Mingəçevir Şəhər Məhkəməsinə gəlib- getməyi bəzən mümkün deyildir. Qarşılıqlı iddia ərizəsindədə bütün lazımi xərclərin iddiaçı tərəfindən ödənilməsini qeyd etmişdir. Yeni xəbər” səhifəsi və “Aran media” səhifəsinin nümayəndələri burada iştirak etmirlər. Onların yazıları üçün onların nümayəndəsi buraya çağırılmalıdır. Bunların ona aidiyyəti yoxdur. O, Cavabdehdir. İlk məhkəmə hazırlıq iclasına gələn zaman elektron sistemə qəbzlə birlikdə siyahını yerləşdirmişdir. Hazırda da təqdim edə bilər. O, ilk məhkəmədən növbəti məhkəmələrdə iştirak etmədiyinə görə Bakı şəhərində çalışdığı üçün paylaşdığı mətni burada qeyd etmişdir və təqdim etmişdir. Bu mətndə şəxsin şərəf və ləyaqətini alçaldacaq bir söz belə işlədilməmişdir. Həmin məhkəmə prosesində şifahi şəkildə vəsatət qaldırmışam ki, onun yazısı ilə bağlı linqvistik və semantik ekspertiza təyin edilsin. Azərbaycan Respublikası Dilçilik İnstitutu var və orada onların dilçi alimləri var. Onun burada paylaşdığı mətndə hər hansı bir ifadə, söz şəxsin şərəf və ləyaqətini alçaldırsa bununla bağlı məhkəməyə müvafiq şəkildə rəy göstərsinlər. Şəxs deyir ki, o, məktəb rəhbər heyətində, ictimai şəxs deyil. Hər bir ümumtəhsil məktəbinin idarə heyətini direktor, direktor müavinləri, uşaq birlik rəhbəri məktəbin idarə heyətində təmsil olunduqlarına görə ictimai şəxs hesab olunurlar. Bunu şəxsin nəzərinə çatdırım, məlumatı olsun. İddia ərizəsində qeyd etdiyi kimi, “Yeni Avaz”, “Yeni xəbər”, “Aran media” kimi saytların adları çəkilir. Media saytlarının onunla Cavabdeh ilə əlaqəsi varmı bununla bağlı bir sübut təqdim etsinlər. O, Cavabdeh olaraq bu ölkənin ictimai xadimidir, ictimai şəxsidir, təşkilat sədridir və müstəqil ekspertdir. O, gündə 10-20 sayta təhsillə bağlı açıqlamalar verir. O, hər gün televiziya saytlarında, dövlət televiziyasında çıxış edir. Onun ictimai şəxs kimi çıxışını hər hansısa bir sayt və xüsusi qeyd etmək istəyir ki, dövlətin media reyestrində olmayan bir sayt onun açıqlamasını götürüb təhrif edib başqa cür paylaşırsa və şəxsin şəklini götürüb paylaşırsa bu onun məsuliyyətində deyil. İkinci məsələ onun paylaşımı hörmətli vəkil deyir ki, 20 noyabrda edilmişdir. Paylaşımı 20 oktyabrda olmuşdur, bununla bağlı tarixdə yuxarıda yazılmışdır. Yəqin ki, səhvliyə yol vermişdir. Növbəti məsələni qeyd etmək istəyir. İddia ərizəsində qeyd edilmişdir ki, təmir məsələləri. Bu məsələ ilə onun nə əlaqəsi var. O, bununa bağlı paylaşım etmişdir! Bununla bağlı sübutu varmı?! Onun paylaşımında nə təmir, nə pul yazılmamışdır, heç kimi pul və ya və sairlə bağlı ittiham etməmişdir. Bununla bağlı şikayəti vardırsa həmin saytın rəhbəri məhkəməyə verilməlidir. Demokratik ölkədə yaşayırlar. Növbəti məsələ odur ki, şəxs onu ittiham etdiyini bildirir. İttiham edən o, deyil, onun ailə üzvüdür. Şəxsin ailə üzvlərindən Pərviz Həşimov özü ilə kimisə qarışdıraraq deyir ki, guya Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar İsmayılovun tapşırığı ilə sifarişi ilə o, yazını yazmışdır. İş orasındadır ki, onun bələdiyyə sədri ilə heç bir tanışlığı yoxdur. O rekert jurnalist onu özü ilə səhv salmasın. O, 1000 dənə qanunsuzluq etsin, onu heç kim paylaşmasın, 5 aydan sonra kimsə onu işıqlandırırsa onda o, deməlidir ki onu niyə paylaşırsan?!. Məhkəmə prosesi vaxtı xanım guya məktəbdə məlumat yayıb ki, müəllimlərin verdiyi məlumata görə o, məhkəmədə nəbilim nə. Məhkəmə başladığı gündən etibarən ictimai şəxs kimi heç bir saytlarda və yaxud da öz sosial səhifəsində məhkəmə ilə bağlı, bu işin gedişatı ilə bağlı heç bir məlumat paylaşmamışdır. Onun tək paylaşımı bundan ibarətdir. Əgər burada siz şəxsin şərəf və ləyaqətini alçaldacaq, işgüzar nüfuzuna xələl gətirəcək, psixoloji gərginliyinə səbəb olacaq bir mesaj, bir ifadə görürsünüzsə təbii ki, qərar ədalət mühakiməsinindir. O, məhkəmədən tələb edir ki, onun xeyrinə qərar qəbul edilsin və şəxsin əsassız iddiası rədd edilsin. Telefonunu dəyişdiyi üçün yazışmalar silinmişdir. Günel xanımla olan yazışmalar da silinmişdir. Ancaq təbii ki, təsdiqləyir ki, Günel xanım onunla 2 dəfə danışmışdır. Hətta Zaur müəllim də qoşulmuşdur. Mesaj vasitəsi ilə danışmışdır. Məsələ orasındadır ki, Mərkəzi Aran Regional İdarəsinə sorğu ünvanlanmışdır. O, tarixi göstərilməklə dəqiq sorğu verilməsini istəmişdir. Mərkəzi Aran Regional Təhsil İdarəsinin direktor müavini və həmin müvafiq şöbənin əməkdaşının yazdığı mesajları təqdim edir. Orada da baxın xanıma inzibati tənbeh tədbiri verilmişdir. Anar adlı əməkdaşın səs yazısını dinlətdirə bilər. Sorğuya cavab məktubunda qeyd olunur ki, müəssisə rəhbərliyinə tövsiyə xarakterli məlumat verilmişdir. Tövsiyə xarakterli məlumat o zaman verilir ki, kiçik nöqsanlar vardır. Yekunda öz paylaşımına qayıdır və əgər yazısında şərəf və ləyaqəti alçaldacaq bir ifadə varsa, qərar qəbul edilsin, işilə əlaqədar artıq Bakı şəhərinə geriyə qayıtmalıdır. İddiaçı onu məhkəməyə vermişdir, hazırda da bununla bağlı vəsait itirdiyini bildirir. Bunun onunla əlaqəsi yoxdur. O, 8 nəfər şahidi məhkəmə iclasına gətirə bilərdi, ancaq o, heç kimi ittiham etməmişdir. Burada söhbət iddiaçı ilə onun arasındakı çəkişmədən gedir. Şahid istər qarşı tərəfin, istərsə də onun tərəfindən gəlib burada nə danışacaq?! İddiaçının Mingəçevir şəhər Bələdiyyəsi sədri ilə, Mərkəzi Aran Regional Təhsil İdarəsi sədri ilə çəkişmələri olmuşdur. Mingəçevir şəhər Bələdiyyəsi sədri Anar İsmayılov sədr keçməzdən öncə həmin məktəbin direktoru kimi çalışmışdır. Bundan başqa şahid ifadəsinə başlayan kimi dərs cədvəlini iddiaçının tərtib etdiyini bildirdi. Bu qanunsuzluqdur. Təhsil qanunvericiliyinə əsasən dərs cədvəlini yalnız məktəbin səlahiyyətli şəxsi, yəni direktoru tərtib edir. Xeyr, müəllimlər ona rəsmi müraciət etməmişdirlər, əlaqə saxlayıb müraciətlərini bildirmişdirlər. Yalnız telefon vasitəsi ilə müraciətlərini bildirmişdirlər. Zəng whatsapp sosial şəbəkəsi vasitəsi ilə edilmişdir, istəsəniz çağıra bilər, gəlib məhkəmədə iştirak edə bilərlər. Facebook sosial şəbəkəsində səhifənin adı Cavabdehdir. X1 Regional Təhsil İdarəsinin əməkdaşıdır. Günel xanım onunla telefon vasitəsi ilə əlaqə saxlayıb direktor əvəzi kimi çalışan Nigar xanımın dərs cədvəli qura bilmədiyinə görə cədvəlləri özünün qurduğunu, hər bir şeyi onun üzərinə yüklədiklərini və bu səbəbdən də cədvəldə uyğunsuzluqlar olduğunu bildirmişdi. Bununla bağlı Mingəçevir şəhər Təhsil sektoruna əvvəlki ərəfədə rəhbərlik edən Sevinc xanım Həsənova ilə əlaqəyə keçmişdir. Sevinc xanımda bildirib ki, bəli məktəbin dərs cədvəli ilə bağlı problem var. Regional Təhsil İdarəsinə bildirmişik. Bununla bağlı araşdırma aparılır. O, yazmışanı ki, dərs cədvəli tərtib olunmamışdır, deyir iddiadır. Məhkəmə iclasında şahid Məmmədova Könül İntiqam qızı izahat verərək bildirmişdir ki, * saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır. 2006-cı ildən həmin məktəbdə müəllim kimi çalışır. Oktyabr ayının 20-22-si olardı. Məktəbdə idi, gördü yazı paylaşılıb. Yazının altında Əmrah müəllimin nömrəsini görmüşdür. Həmin nömrəni yığdı və müəllim Məmmədova Könül olduğunu bildirib danışa istədiyini soruşdu. Yığdı dedi ki, Əmrah müəllim məktəbləri barədə belə bir məlumat getmişdir, ancaq orada bilindiyi kimi deyil. Onların cədvəli həmişəkindən daha tez hazır olmuşdur. Ümumiyyətlə onlarda əvvəlki rəhbərliklərin dönəmində də cədvəllər dekabr ayınadək demək olar ki, hazır olmurdu. Üst-üstə düşən dərslər, toqquşmalara görə hazır olmurdu. İstisna il bu il idi ki, cədvəlləri həmişəkindən daha tez hazır olmuşdur və qaydasında idi. 1-2 nəfər müəllim bölünmələrə görə aşağı-yuxarı oynamalar ola bilirdi, ancaq qaydaya salınırdı. Məktəbdə ciddi heç bir problem yox idi. Onda təəccübləndi ki, onladra helə bir şikayət yoxdur axı Əmrah müəllim. O da ona bildir ki, 8 nəfər müəllimin şikayəti var. Oda Əmrah müəllimə bildirdi ki, o məktəb 8 nəfər müəllimdən ibarət deyil. Məktəbin 60 nəfər müəllim kollektivi var. Niyə bir adamdan soruşulmadı ki, bu şikayət əsaslıdır ya yox. Bu yazıdan sonra məktəbdə təşviş yarandı. O yazıdan bəhrələnib bizimkilər artıq yazı yazmağı adət halına aldılar. O, uzun illər, müharibə dövrünədək facebook sosial şəbəkəsində dövlətçiliyin tərəfində duran biri kimi iştirak etmişdir. Özü III qrup əlildir. Süd vəzi xərçəngindən əziyyət çəkən övladı var. Dərsdən sonra qalan vaxtlarımda etik davranış qaydalarını pozmadan hər kəsdən soruşmuş, istənilən sosial şəbəkədə olma ixtiyarı var. Bu hadisədən sonra onların məktəbin adı hər yerdə hallanmağa başladı. Böyük qalmaqala səbəb oldu. İlk dəfə məktəbə ədalətli bir müəllim gəlmişdir. Hətta ona əlilliyinə görə bir gün güzəşt olunurdu. Günel müəllim ona bildirdi ki, belə olmaz sinif rəhbərisiniz və həftənin 5 günü məktəbdə olmalısınız. Cədvəlini də ona əsasən qurdu. Demədi ki, gətir görümbaxım et qaydasına qoyaq. Əvvəllər belə olurdu. Əlbəttə valideynlər arasında da bu hal təşvişə səbəb oldu. Onun özünə belə müraciət edən valideynlər oldu. Valideynlər hətta bu yazılardan sonra bu məktəbə uşaq gətirmək istəmədilər. Facebook sosial şəbəkəsi ciddi sosial şəbəkədir. Ona görə də valideynlərə də böyük təsir etdi. Əlbəttə həmin yazılardan sonra Günel xanıma qarşı aqresiya artmışdır. Məhkəmə iclasında şahid Əliyeva Xəyalə İlham qızı izahat verərək bildirmişdir ki, * nömrəli məktəbdə riyaziyyat-informatika müəllimi kimi çalışır. 20 ildir ki, orada işləyir. Facebook social şəbəkəsində yazılanlar əsassız və yanlışdır. Məktəbdə dərs cədvəlləri qaydasındadır. Dərs cədvəllərini Günel müəllim tərtib edir. Məktəbin dərs cədvəlini direktor müavini tərtib edir və təsdiq edir. Günel müəllim gələndən onların məktəbdə rüşvət halı aradan qaldırılmışdır. Hər şey yaxşıdır və qaydasındadır. Hazırda direktor vəzifəsini Coşqun müəllim əvəzedici olaraq icra edir. Məktəblərində qruplaşma gedir. 8 nəfər onların məktəbini alt-üst edir. Bu hal Anar müəllimin dövründə də var idi. Sadəcə olaraq həmin dövrdə Anar müəllim ciddi yanaşdığından onlar səslərini çıxarmırdılar. Anar müəllim Bələdiyyə sədri keçdikdən sonra onların məktəbdə özbaşınalıq halları artdı. Hazırda da həmin 8 nəfər müəllim istədiklərini edirlər. Məktəbdə 68 nəfər müəllim var. Yazıdan sonar Günel xanıma qarşı aqresiya artdı, valideynlər arasında müzakirələr artdı. Günel xanım haqqında pis danışmağa başladılar. Direktor müavini kimi səlahiyyətlərini yerinə yetirmir kimi fikirlər danışılmağa başladı. Yazını kütləvi şəkildə bütün məktəb müzakirə etdi. Əsasən də həmin 8 nəfər. O, bu halla bağlı cavabdehə etirazını bildirməmişdir. Onun facebook səhifəsi yoxdur, həmin yazını məktəbdə oxumuşdur. Hətta yalandan yazıldığı üçün öz-özünə əsəbləşdi. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi (hakim: E.Cəbrayılzadə) ilə, iddia və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh tərəfindən iddiaçının ünvanına işgüzar nüfuzu ləkələyəcək hər hansı bir ifadələr işlətməmişdir. İddiaçı cavabdeh tərəfin hərəkətləri nəticəsində psixi sarsıntı keçirdiyini bildirmiş, işgüzar nüfuzuna xələl gətirildiyini qeyd etsə də məhkəmə iclası zamanı bu hal heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının şəxsiyyətinin və ləyaqətinin alçalmasına, işgüzar nüfuzunun zədələnməsinə səbəb olan hər hansı bir hal mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş sənədlərə və sübutlara baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının ünvanına səsləndirilmiş ifadələr onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan ifadələr hesab edilmir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, “ona edilən müraciətə əsasən məktəbdə dərs cədvəlinin tam şəkildə formalaşdırılmaması və dərs bölgüsündə müəyyən uyğunsuzluqların mövcudluğu müəllim heyətində narahatlıq yaradıb. Həmçinin, bəzi hallarda jurnalların laborantlar vasitəsilə yoxlanılması və məktəbin tədris işləri üzrə direktor müavini Günel xanım Bəşirovanın müraciətlərə həssas yanaşmaması barədə iddialar səsləndirilmişdir” ifadəsi özü özlüyündə təhqir və ya alçaldıcı ifadə deyil, məhz tənqidi xarakter daşımaqla işgüzar nüfuzu ləkələyən ifadələr hesab edilmir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iclası zamanı ifadə vermiş şahidlər, iddiaçı tərəfin iş yoldaşları olmuş və hazırda da münasibətləri davam etmişdir. Ona görə də məhkəmə şahid ifadələrini mötəbər sübut qismində qəbul etmir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən iddiaçının onun ünvanına şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsi kimi halları bildirsə də, məhkəmə araşdırması və iclası zamanı bu hallar öz təsdiqini tapmamışdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı İslam qızı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh isə vəzifə öhdəliklərinin layiqincə yerinə yetirmədiyini paylaşımında eləcədə öz qarşılıqlı iddiasında qeyd etmişdir. Bu isə işgüzar nüfuzunun ləkələnməsi, şərəf və ləyaqətinin alçaldılması yəni onun haqqımda uyğun olmayan alçaldıcı məlumatların yayılmasıdır. Həmçinin birinci instansiya məhkəməsi belə hesab edir ki, bu paylaşım tənqidi fikirdir. Bundan başqa, bu paylaşım tiktok və digər qurumlarda istinad nöqtəsi olaraq ona qarşı çirkin kompaniyaya çevirilməsinə baxmayaraq bu halı nəzərə almamışdır və araşdırımamışdır. Cavabdeh yazılı və şifahi Linqvistik ekspetizanın keçirilməsini tələb etsəkdə birinci instansiya məhkəməsi bu paylaşımı yalan məlumat olmadığını qeyd etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh təhsil ekspertidir və onun səlahiyyəti çatır ki, onun fəaliyyətinə qiymət versin və onun haqqında yalan məlumatlar yaysın. Belə ki, guya ona hansısa Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları inzibati tənbeh verilməsi barəsində ona məlumat vermişdir. Əlavə olaraq məktəbə aid jurnallar və onun fəaliyyətinə aid ona məxsus sənədlər Cavabdeh tərəfindən elektron sistemə yerləşdilmişdir. Beləliklə qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən razılaşmır və şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı İddiaçı İslam qızı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf etdiyi paylaşımla onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. İddia tələbində qeyd edilmiş məbləğ isə ona vurulmuş mənəvi zərərdir. O dəfələrlə cavabdehdən paylaşımın silinməsini tələb etsə də, tərəf bundan imtina etmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsi işə ədalətli baxmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddiaçının şərəf və ləyaqətini pozmamış və ona qarşı hər hansı təhqiramiz ifadə işlətməmişdir. Paylaşımda da dəfələrlə qeyd edilmişdir ki, yazılmış məlumatlar iddia xarakterlidir. Əgər ona hər hansı müraciət edilməsəydi o həmin paylaşımıda etməzdi. Ona müraciət etmiş şəxslərin sayını dəqiq yadında olmadığı üçün iddiada o formada qeyd etmişdir. O ümumiyyətlə Bakı şəhərində yaşayır, əgər ona hər hansı müraciət olmasaydı o həmin şəxslərin kimliyini və ya işlədiyi vəzifənidə bilməzdi. Bir daha qeyd edir ki, paylaşımda məlumatların iddia xarakterli olduğu qeyd edilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 4 6 . Şərəf və ləyaqətin müdafiəsi hüququ. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 4 7 . Fikir və söz azadlığı. İ. Hər kəsin fikir və söz azadlığı vardır. II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 5 7 . Müraciət etmək hüququ. II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun ## ##### 2020-ci il il tarixli qərarında göstərilmişdir ki: “...hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir”. “...Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir”.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun ## ### 2002-ci il il tarixli qərarında göstərilmişdir ki: “...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “...hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, həmçinin mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı İslam qızı cavabdeh Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mənəvi zərərə görə cavabdeh Cavabdeh rəsmi facebook sosial şəbəkə istifadəçisi, olan “Cavabdeh" adı səhifəsində ##.##.2025-ci il tarixdə mənim haqqında yazdığı xəbərin silinməsi və təkzib edilməsini, ondan üzr istəməsini 1000.00 (on min) manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödədiyi 320 (üç yüz iyirmi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İslam qızından ona vurmuş olduğu mənəvi və maddi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun ondan alınaraq ona ödənilməsi, İddiaçı İslanı qızının ona qarşı qaldırmış olduğu mülki iddia tələbi qanunsuz və əsassız olduğu üçün iddianı təmin edilməməsi və iş üzrə çəkilmiş məhkəmə xərclərini iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı İslam qızından ona vurmuş olduğu mənəvi və maddi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pulun ondan alınaraq ona ödənilməsi, İddiaçı İslanı qızının ona qarşı qaldırmış olduğu mülki iddia tələbi qanunsuz və əsassız olduğu üçün iddianı təmin edilməməsi və iş üzrə çəkilmiş məhkəmə xərclərini iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddiaya münasibətdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, Şərəf – fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir. Ləyaqət – fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir. İşgüzar nüfuz – fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, hətta yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir. Bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. Odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. Kollegiya bildirir ki, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. İşgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar (işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır) başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. Şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən məlumatlardan fərqli olaraq, ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsini ehtiva edir. Yayılma dedikdə isə - məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyri-müəyyən şəxslər dairəsinə onun (onların) eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsi başa düşülür. Yayılma informasiya agentliklərində, audiovizual, çap, onlayn media subyektlərində, habelə sosial şəbəkələrdə yayımlanmaqla, əsərlərdə təsvir və ifadə edilməklə, yığıncaq və toplantılarda səsləndirilməklə (edilməklə), məlumatın və ya ifadənin məktub, ərizə, şikayət və digər sənədlərdə göndərilməsi yolu ilə və s. üsullarla edilə bilər. Hazırki işdən görünür ki, iş üzrə cavabdeh özünə məxsus Cavabdeh yazılan “facebook” sosial şəbəkəsində paylaşım edərək qeyd etmişdir ki, “Mingəçevir şəhəri * nömrəli tam orta məktəb barədə bir qrup müəllim tərəfindən Təhsil İşçilərinin Həmrəyliyi Alyansına çoxsaylı müraciətlər daxil olmuşdur. Ümumilikdə 8 nəfər təhsil işçisi məktəbdə müşahidə olunan müəyyən idarəetmə və təşkilati çətinliklərlə bağlı narahatlıqlarını ifadə etmişlər. Müraciətlərdə qeyd olunur ki, oktyabr ayının sonuna yaxınlaşmasına baxmayaraq, məktəbdə dərs cədvəlinin tam şəkildə formalaşdırılmaması və dərs bölgüsündə müəyyən uyğunsuzluqların mövcudluğu müəllim heyətində narahatlıq yaradıb. Həmçinin, bəzi hallarda jurnalların laborantlar vasitəsilə yoxlanılması və məktəbin tədris işləri üzrə direktor müavini Günel xanım Bəşirovanın müraciətlərə həssas yanaşmaması barədə iddialar səsləndirilmişdir. Qeyd olunan məsələlər təbii ki, hələlik iddia xarakteri daşıyır və onların obyektiv şəkildə araşdırılması vacib hesab olunur. Müəllimlərin fikrincə, əvvəlki yoxlama nəticələri onları tam qane etməmiş və bəzi problemlər hələ də davam etməkdədir. Bu səbəbdən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini, Mərkəzi Aran Regional Təhsil İdarəsini və Mingəçevir şəhər təhsil sektorunu məsələ ilə bağlı təcili şəkildə araşdırmalara başlamaya, obyektiv nəticə barədə ictimaiyyətə rəsmi məlumat təqdim etməyə çağırıram. Zəruri qeyd olaraq bildirmək istəyirəm ki, şikayət edən müəllimlərin ad və əlaqə məlumatları yalnız aidiyyəti qurumlar tərəfindən rəsmi araşdırma başladığı halda təqdim oluna bilər. Bu müraciətin məqsədi hər hansı şəxsi ittiham deyil, təhsil müəssisələrində sağlam idarəetmə və etik münasibətlərin bərpasına çağırışdır”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırda Mingəçevir şəhəri Rəşad Mirabov adına * nömrəli tam orta ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Cavabdeh isə ictimai fəal və təhsil eksperti olduğunu bildirərək “facebook” sosial şəbəkəsində özünəməxsus səhifəsində yuxarıda adı çəkilən məktəbdə idarəetmə və təşkilati çətinliklərlə bağlı, həmçinin dərs cədvəlinin tam şəkildə formalaşdırılmaması, bəzi hallarda jurnalların laborantlar vasitəsilə yoxlanılması və məktəbin tədris işləri üzrə direktor müavini Günel xanım Bəşirovanın müraciətlərə həssas yanaşmaması barədə iddialar səsləndirilmişdir. İddiaçı tərəf isə bu ifadələrin onun şərəf, ləyaqəti və ya işgüzar nüfuzu ləkləyən ifadələr olduğunu hesab edərək cavabdehə qarşı məhkəmə iddia qaldırmışdır. Kollegiya qeyd edir ki, cavabdeh Cavabdeh sosial şəbəkədə etdiyi paylaşım tənqidi xarakter daşısa da, həmin paylaşımda iddiaçının ünvanına onun şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyəcək hər hansı bir ifadələr işlədilməmişdir. Yəni, həmin paylaşım iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşımamaqdadır. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin barəsində tənqid, habelə qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələr onun şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olmadığından, bu əsasla şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələbləri istisna edilir. Belə məlumat və ya ifadələrin məzmununa qiymət verməmişdən əvvəl onların faktların təsvirini, yoxsa şəxsin məsələyə dair subyektiv qiymətləndirməsini ehtiva etməsinə diqqət yetirilməlidir. Belə ki, faktların təsviri məlumatların həqiqiliyinin sübuta yetirilməsini tələb etdiyi halda, qiymətləndirilmə sübutetməni tələb etmir. Qiymətləndirici fikir və mülahizələrin iddiaçının şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, təhqiredici formada ifadə edilməsi şəxsiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Bununla yanaşı, qiymətləndirici fikirlərin və mülahizələrin qəsdən pis niyyətlə (şəxsin cəmiyyətdə və ya kollektivdə nüfuzdan salınması və s.) və ya qarşı tərəfə zərər yetirmək məqsədi ilə işlədilməsi hüquqdan suiistifadə hesab olunmaqla, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilədir. Hazırki işdən isə, cavabdehin paylaşımının iddiaçının şərəf, ləyaqətini və işgüzar nüfuzunu alçaldan tərzdə, pis niyyətlə və zərər yetirmək niyyəti ilə edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının” 10-cu maddəsi (ifadə azadlığı) ilə bağlı bir sıra qərarlarında da vurğulanmışdır ki, “...məlumatlarla (faktlar) rəylər (qiymətləndirici mülahizələr) arasında dəqiq fərq qoyulmalıdır, belə ki, faktların mövcudluğunu sübut etmək mümkün olsa da, qiymətləndirici mülahizələri sübutlarla təsdiq etmək mümkün deyil....Qiymətləndirici mülahizələrə gəldikdə, bu tələbi təmin etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsinin təmin etdiyi hüququn mühüm tərkib hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur” (“Lingens Avstriyaya qarşı” iş). Avropa Məhkəməsi daha sonra vurğulamışdır ki, Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi kontekstində, ifadə azadlığı təkcə xoş qarşılanan, ziyansız sayılan “bilgi və ideyalara” deyil, həm də dövləti və ya əhalinin hər hansı bir bölümünü incidən, şoka salan və ya narahat edən “bilgi və ideyalara” da tətbiq edilir. Plüralizmin (çoxsəsliliyin), dözümlülüyün və geniş düşüncəliliyin tələbləri belədir. Bunsuz “demokratik toplum” yoxdur (“Həndisayd BK-ya qarşı” iş). Avropa Məhkəməsinin presedent hüququna görə, qanunların idarə etdiyi toplumda mətbuatın əvəzedilməz rolunu nəzərə almaq zəruridir (“Kastells İspaniyaya qarşı” iş). Kollegiya paylaşımla bağlı xüsusilə qeyd edir ki, həmin paylaşımda dəfələrlə səsləndirilən fikirlərin “iddia xarakterli olması” vurğulanmışdır. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, qeyd edilən paylaşım cavabdeh tərəfindən məhz Mingəçevir şəhəri Rəşad Mirabov adına * nömrəli tam orta məktəbinin bir qrup müəlliminin müraciətindən sonra edilmişdir. Məhkəmə digər bir vacib məqamıda qeyd edir ki, həmin paylaşımın sonunda iş üzrə iddiaçı İddiaçı İslam qızı adı qeyd edilsə də, paylaşımın ilk cümləsində “məktəbdə idarəetmə və təşkilatı çətinliklərin olduğu” vurğulanmışdır. Yəni, paylaşımda yalnız hazırki iş üzrə iddiaçı barəsində fikirlər səsləndirilməmiş, eyni zamanda “idarəetmə və təşkilatı çətinliklərdən” bəhs edilmişdir. Bilindiyi kimi, məktəblərdə idarəetmə və təşkilatı məsələlərə birbaşa rəhbərliyi (nəzarəti) direktor (o olmadıqda isə əvəzi) həyata keçirir. Məsələn, laboratın hansı vəzifə daşımasına və hansı işlə məşğul olmasına cavabdehliyi birbaşa drektor daşıyır. Direktor müavinlərinin isə müəyyən sahələrdə öz vəzifə səlahiyyətləri vardır. İşdən isə görünür ki, iddiaçı İddiaçı İslam qızı adı çəkilən məktəbdə direktor müavini vəzifəsində işləmişdir. Doğrudur dərs bölgüsü iddiaçının vəzifəsi olsa da, yenədə ümumi qaydada nəzarət direktorda olur. Yəni yuxarıda da qeyd edildiyi kimi, paylaşım birbaşa iddiaçı İddiaçı İslam qızına (adı qeyd edilsədə) yönəlməmiş, ümumi qaydada Mingəçevir şəhəri Rəşad Mirabov adına * nömrəli tam orta məktəb, onun rəhbərliyi və iddiaçı barəsində edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, publik şəxslərə münasibətdə yuxarı qurumlara və ya aidiyyəti orqanlara edilmiş şikayət xarakterli müraciətlər, habelə media subyektlərində və ya sosial şəbəkələrdə yayılmış tənqidi fikirlər aşkar surətdə şərəf və ləyaqəti alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzu ləkələyən hüquqazidd əməl kimi qiymətləndirilməməlidir. Bu zaman vəzifəli şəxslər digər şəxslərdən fərqli olaraq, publik vəzifə daşıyan şəxs kimi fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək fikirlərə qarşı daha çox dözümlülük nümayiş etdirməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi də müxtəlif qərarlarında göstərmişdir ki, Konvensiyanın 10cu maddəsinin 2-ci bəndi digərlərinin nüfuzlarını qorumaq məqsədi ilə söz azadlığının məhdudlaşdırıla bilməsini qəbul etsə də, bu sahə üzrə qanunvericilik dövlətin vəzifəli şəxslərinin qanuni şəkildə tənqid olunmasına və ya vəzifə pozuntularını və korrupsiya hallarını üzə çıxarmağa mane olmamalıdır. Məqbul hesab edilən tənqidin hüdudları özəl şəxslə müqayisədə vəzifəli şəxslərə münasibətdə daha genişdir. Sonuncu hər hərəkətinin və sözünün jurnalistlər və cəmiyyət tərəfindən tənqidi araşdırmaya məruz qalacağının qaçılmaz olduğunu bilməli olduğundan, daha çox dözümlülük nümayiş etdirməlidir. Öz vəzifələrini yerinə yetirən dövlət qulluqçuları da (və bu qəbildən olan digər şəxslər) özəl şəxslərdən fərqli olaraq, daha geniş tənqidlərə məruz qala bilərlər. Nəzərə alınmalıdır ki, publik şəxsə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli qərarının 2.2.22-ci bəndində göstərilən hədləri aşan, aşkar surətdə şərəf və ləyaqəti alçaldan məlumatlar və ya təhqiredici ifadələr, habelə onun publik səlahiyyətləri ilə bağlı olmayan yalan, ittihamedici məlumat və ifadələr hüquqazidd əməl hesab olunmaqla, şəxsə mənəvi zərərin vurulması əsasını təşkil edə bilər. Yayılmış həqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fiziki şəxsin şərəf və ləyaqətini alçaltmasa da, onun işgüzar nüfuzunun ləkələnməsinə səbəb ola bilər. Hazırki işdə də belə hallar müəyyən edilmməmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin maddi və prosessual normaların pozulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyator şikayətində ümumi qaydada maddi və prosessual normalarının pozulduğunu bildirsə də, konkret olaraq hansı normanın hansı qaydada pozulmasını bildirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehə müraciət etmiş səkkiz yox yeddi şəxsin adını açıqlaması və yazılı müraciətlərini təqdim etməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarından cavabdeh tərəfin ona müraciət etmiş şəxslərin adlarını açıqladığı görünür. Həmin şəxslərin yeddi və ya səkkiz olması isə iş üçün vacib əhəmiyyət daşımamaqdadır. Bundan başqa, kollegiya yazılı müraciətlərlə bağlı cavabdeh tərəfə sorğu ünvanlamış və cavabdeh tərəf məktəbin müəllimləri tərəfindən ona ünvanlanmış müraciəti məhkəməyə təqdim etmişdir. Kollegiya təqdim edilmiş həmin müraciətləri yeni sübut kimi də qiymətləndirmir. Belə ki, iddiaçı tərəf həm apellyasiya şikayətində həm birinci instansiya məhkəməsində həmin müraciətlərin ümumiyyətlə olmadığını bildirmiş, cavabdeh tərəf isə məhkəmə tələb edəcəyi təqdirdə təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə kollegiyası da öz növbəsində iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilini (müraciətin ümumiyyətlə mövcud olmaması ilə bağlı) nəzərə alaraq cavabdeh tərəfdən həmin sənədləri əldə etmişdir. Kollegiya əlavə olaraqda bildirir ki, işin əsas mahiyyəti elə həmin sənədə əsaslanır. Odur ki, onun nəzərə alınmamasından söz edilə bilməz. Bundan başqa həmin müraciətdən müəyyən edilir ki, Mingəçevir şəhəri Rəşad Mirabov adına * nömrəli tam orta məktəbinin bir qrup müəllimi (Hacıyeva Ruhiyyə N... qızı, X3, Səfərova Xəyalə İlham qızı, X6, İbrahimova M.. Zamir qızı, Əliyeva Vəfa ... qızı, X7 – bəzi adlar yaxşı oxunmadığından belə qeyd edilib) cavabdehə yuxarıda qeyd edilmiş məzmunda müraciət ünvanlamışlar. Göründüyü kimi, cavabdeh ona edilmiş müraciəti sosial şəbəkədə işıqlandırmışdır. Kollegiya bir məqamıda qeyd edir ki, əgər həmin yeddi nəfər şəxs (müəllim) cavabdehə müraciət ünvanlamasalardı tərəf həmin şəxslərin adlarını (ad, soyad, ata adı və imzaları) bilməzdi. Faktiki olaraq isə həmin yeddi şəxsin müraciəti məhkəməyə təqdim edilmişdir. Həmin şəxslərin sonradan isə hansısa formada yazılarını inkar etməsi hazırki işə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin şəxslər tabeçilik altında işlədiklərindən əlbətdəki yuxarı orqan qarşısında etdiklərini inkarda edə bilərlər. Bundan başqa, cavabdehə müraciət etmiş yeddi müəllimdən biri olan X3 yenə cavabdeh tərəfə göndərmiş olduğu izahatından görünür ki, o, sinif jurnallarının şəklini çəkib sosial şəbəkələrdə paylaşmaması ilə bağlı izahat vermişdir. Bundan əlavə, iddiaçı tərəf əvvəllər ümumiyyətlə belə müraciətin olmadığını bildirsə də, həmin müraciət məhkəməyə təqdim edildikdən sonra isə onun nəzərə alınmamasını (yeni sübut olduğu üçün) xahiş etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, kollegiya həmin müraciəti yeni sübut kimi qiymətləndirmir. Kollegiya keçmiş drektorun marağının olması ilə bağlı da qeyd edir ki, iş materialları ilə ümumiyyətlə belə bir hal öz təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin paylaşımın iddiaçının fəaliyyətində mənfi rəyin yaranmasına səbəb olması, ona qarşı çirkin kompaniyaya çevrilməsi, valideyn və uşaqların onun arxasınca danışması və s. ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, paylaşımın onun fəaliyyətində mənfi rəyin yaranmasına səbəb olması və yuxarıda sadalanan sair halları iddiaçı tərəf bildirdiyi halda, həmin halın əksini sübutetmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşə bilməz. Hazırki işdən isə görünür ki, iddiaçı tərəf qeyd edilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhəkəm kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya hazırki məqamda iddiaçının vəsatəti əsasında birinci instandiya məhkəməsində dindirilmiş şahid ifadələrinə münasibətdə aşağı instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Şahid iş üçün əhəmiyyət kəsb edən halları bilən və işin nəticəsində maraqlı olmayan şəxs olmalıdır. Lakin hazırki iş üzrə şahid qismində çıxış etmiş şəxslərin hər ikisi iddiaçı tərəfin iş yoldaşıdır və hazırda da münasibətləri davam etməkdədir. Doğrudur qanunvericiliyə əsasən şahidlərin iddiaçının yaxın qohumu, qonşusu və ya iş yoldaşı olması onların işdə şahid olmalarına mane deyildir lakin, həmin şahidlərin ifadələrin iş materilallarında mövcud olan digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmədən məhkəmə aktın əsaslı hesab edilə bilməz. İş materiallarında isə şahid ifadələrini təsdiq edə biləcək hər hansı sübuta rast gəlinmir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yeganə sübut olan şahid ifadələri hər hansı başqa sənədlərlə öz təsdiqini tapmadığından və şahidlər iddiaçı ilə eyni məktəbdə işləməklə (iddiaçının rəhbərliyi altında (drektor müavini olduğu üçün)) işdə maraqlı olduqlarından, kollegiya həmin şahid ifadələrini inandırıcı hesab etmir. Kollegiya xüsusilə bir məqamıda qeyd edir (həmçinin şahid ifadələrinə də bu səbəbdən tənqidi yanaşır) ki, dərs cədvəlinin hazır olmaması və ya iddiaçının müraciətlərə həssas yanaşmaması ifadəsi şagirdlərdə, valideynlərdə və sair şəxslərdə iddiaçıya münasibətdə hansı formada mənfi rəyin yaranması əsaslandırılmamışdır. Ümumiyyətlə isə həmin hal öz-özlüyündə şagird və ya valideynlər üçün elədə mühüm əhəmiyyət kəsb etməməkdədir. Bundan başqa, qeyd edilən paylaşımın iddiaçıya qarşı çirkin kompaniyaya çevrilməsi də iş materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda, məhz qeyd edilən paylşımdan sonra valideyn və uşaqların iddiaçının arxasınca danışmaları ilə bağlı da məhkəməyə bir fakt belə təqdim edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, paylaşımın iddiaçının fəaliyyətində mənfi rəyin yaranmasına səbəb olması, ona qarşı çirkin kompaniyaya çevrilməsi və s. ilə bağlı iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər sosial şəbəkələrdə iddiaçı barəsində yanlış məlumatların yayılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, cavabdeh tərəfindən ancaq bir dəfə yuxarıda qeyd edilən məzmunda paylaşım edilmişdir. Bundan başqa, iddiaçı tərəfin özü də cavabdehin başqa paylaşımın olduğunu bildirməmişdir. Belə olan halda, digər sosial şəbəkələrdə iddiaçı barədə təhrif olunmuş fikirlərin səsləndirilməsi (hətta cavabdehin paylaşımına istinad edilsə belə) cavabdehin məsuliyyətinə səbəb ola bilməz. Belə ki, cavabdehin paylaşımı tənqidi xarakterli olsa da, həmin paylaşımda iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən heç bir məlumat olmamışdır. Odur ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertizanın keçirilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, yayılmış məlumatların, ifadələrin və edilmiş hərəkətlərin şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaldan məzmunda olmasının müəyyənləşdirilməsi üçün buna yalnız xüsusi biliyin tələb olunduğu halda ekspertiza təyin etməlidirlər. İfadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla, hakimin özü tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olduğu halda, iş üzrə məhkəmə-linqvistik ekspertizaları təyin edilməməlidir. Ekspertiza təyin edildiyi halda isə xüsusi bilik tələb etməyən aydın anlaşılan söz və ifadələrlə bağlı (məsələn, “şərəfsiz”, “alçaq”, “dələduz”, “həyasız”, “qanmaz” və s.) şərəf və ləyaqətin, habelə işgüzar nüfuzun ləkələnməsi məsələsinə dair suallar, o cümlədən hüquqi xarakterli və ekspertin xüsusi biliyindən kənar məsələlərə dair suallar qoyulmamalı, habelə nalayiq şəkildə ifadə olunan sözlər və açıq söyüşlərdən ibarət materiallar (şifahi və ya yazılı şəkildə) təqdim edilməməlidir. Hazırki işdən isə görünür ki, cavabdeh tərəfindən edilmiş paylaşımda (məzmununda işlədilən hər hansı ifadədə) məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə əsas ola biləcək söz və ya ifadə olmamaqdadır. Odur ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işgüzar nüfuzun zədələnməsi ilə bağlı dəlillərinə münasibət bildirərkən yuxarıda sadalananlardan əlavə olaraq qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarında qeyd edilmişdir ki, işgüzar nüfuzun müdafiəsi, habelə mənəvi zərərin kompensasiyası əsasları bu qərarda əks olunmuş şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ümumi qaydalara (hüquqi əsasları, dispozisiya şərtləri, əməlin hüquqazidliyini aradan qaldıran hallar, prezumpsiya və sübutetmə, hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulları və s.) uyğun həyata keçirilməli, habelə işgüzar nüfuza aid aşağıdakı özünəməxsus xüsusiyyətlər də nəzərə alınmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, işgüzar nüfuzun ləkələnməsindən doğan maddi zərərin tutulması əsasları da bu qərarda əks olunmuş ümumi qaydalara tabedir. Hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar, habelə vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşə sahibləri də işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər. Hüquqi şəxslərin işgüzar nüfuzlarının pozulması isə yalnız maddi zərərlə nəticələnə bildiyindən, onlar işgüzar nüfuzun müdafiəsinə yönəlmiş tələblərlə yanaşı, Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilərlər. İşgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır. Bu məlumatlar bir qayda olaraq aid olduğu fiziki və ya hüquqi şəxs tərəfindən qanunvericiliyi pozmasına, sui-istifadə hallarına, haqsız rəqabətə yol verməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes tərəfdaşlarının və istehlakçıların hüquqlarının və maraqlarının, işgüzar davranış qaydalarını pozması kimi mənfi xarakterli informasiya hesab olunur. Həqiqətə uyğun olan məlumatların yayılması isə işgüzar nüfuzun ləkələnməsinə səbəb olmasa da, bu hal qanunla qorunan kommersiya və peşə sirri kimi digər qeyri-əmlak hüquqlarına hüquqazidd müdaxilə hesab olunduğu və ya haqsız rəqabətlə nəticələndiyi halda, həmin hüquqların müdafiəsi ilə bağlı məlumatların silinməsi, reklam yayımının qadağan edilməsi, maddi zərərin tutulması, habelə fiziki şəxslərə münasibətdə mənəvi təzminat tələbindən istifadə oluna bilər. Hazırki işdə isə yuxarıda sadalanan hallar müəyyən edilməməkdədir. Bundan başqa, şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı işlərə baxarkən, məhkəmələr xüsusilə yayılan məlumatların məzmununa və onların ictimai şüurda təsirinin ağırlığına, iddiaçının keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların dərəcəsinə, digər mənfi nəticələrin yaranıb-yaranmamasına, məlumatların yayılma müddəti, üsulu, yeri və zərərçəkmiş şəxs haqqında mənfi ictimai fikrin formalaşdırılmasındakı roluna, iddiaçının işgüzar nüfuzuna, habelə şəxsiyyətinə, onun ictimai mövqeyinə, vəzifəsinə təsir edib-etməməsinə və digər əhəmiyyətli hallara diqqət yetirməlidirlər. Eyni zamanda da, şəxsin söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Odur ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası mənəvi zərərin tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddiaçı bu tələbini şərəf, ləyaqət və işgüzar nüfuzunun zədələnməsi və sair hallarla əsaslandırmışdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə isə bildirir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab isə şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar). Kollegiya daha sonra qeyd edir ki, mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il ## ######## tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən edilmiş paylaşımın iddiaçıya mənəvi zərərin ödənilməsi üçün əsas (mənəvi sarsıntı, iztirab və s. keçirməsi müəyyən edilmədiyindən) ola bilməz. Məhkəmə kollegiyası vəkil xərcinin tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, ilk iddia üzrə iddiaçı iddiasında 320 manat vəkil xərcinin cavabdehdən tutulmasını tələb etmişdir. Kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X22 ## #### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən, bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Hazırki işdən isə görünür ki, iddiaçı vəkil xərcləri ilə bağlı məbləğin ödənildiyini təsdiq edəcək sübutları (müqavilə, qəbz və.s) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən tələb həmin hissədə təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Cavabdeh" adı səhifədən iddiaçı İddiaçı İslam qızı haqqında yazılmış paylaşımın silinməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, konstitusion mənada şəxsi toxunulmazlıq şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını (ad, səs, təsvir, şəxsi, ailə və yazışma sirrinin qorunması, unudulmaq hüququ və s.) nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir. Kollegiya daha sonra qeyd edir ki, rəqəmsal platformalarda yayılımış şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi, şəxsə həmin məlumatların (paylaşımların) silinməsini tələb etmək hüququ verir. Hazırki işdən də görünür ki, “Cavabdeh" adı sosial platformada edilmiş paylaşım heç bir ictimai maraq doğurmamaqdadır. Bundan başqa işdən eyni zamanda müəyyən edilir ki, iddiaçı İddiaçı İslam qızı gənc müəllimə olmaqla yanaşı məktəbdə direktor müavinliyi vəzifəsində də çalışır və o kariyerasının başlarıdadır. Belə olan halda, şəxsin hazırkı vəziyyətinə təsir göstərən internet şəbəkəsində mövcud olan paylaşımın silinməsi həmin şəxsin marağına (gələcəkdə iş axtararkən və s. baxımından) söykənir. Nəzərə alınmalıdır ki, həmin paylaşımın hazırda cəmiyyət üçün hər hansı maraq və əhəmiyyət daşıması da müəyyən edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək cavabdeh Cavabdeh tərəfindən facebook sosial şəbəkəsində özünə məxsus olan “Cavabdeh" adı səhifəsindən ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı İslam qızı haqqında yazdığı paylaşım silinməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

İddiaçı İddiaçı İslam qızının apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi qismən yəni, ilk iddia tələbinin cavabdeh Cavabdeh facebook sosial şəbəkədə özünə məxsus olan “Cavabdeh" adı səhifəsindən ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı İslam qızı haqqında yazdığı paylaşımın silinməsinə aid hissədə ləğv edilsin və ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin (ləğv edilmiş) hissədə təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən facebook sosial şəbəkəsində özünə məxsus olan “Cavabdeh" adı səhifəsindən ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı İslam qızı haqqında yazdığı paylaşım silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar