Məhkəmə qərarları › İş №2(3-9)-1243/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1243/2026

24.09.2026 · Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1243/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailəsinə vurulmuş mənəvi zərərə görə cavabdehdən 20000 manat məbləğdə kompensasiyanın tutulmasını, Cavabdeh sosial şəbəkələrdə yaydığı məlumatların həqiqətə uyğun olmayan, təhqiredici və şərəf və ləyaqəti alçaldan məlumatlar kimi tanınmasını, həmin məlumatların sosial şəbəkələrdən silinməsinin və eyni platformalarda təkzib verilməsinin cavabdehin üzərinə qoyulmasını, cavabdehin rəsmi qaydada üzr istəməsinin təmin olunmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə əməl edilməklə tərtib edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında müəyyən edilmişdir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. MPM-in 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. İş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti verilərkən dövlət rüsumu cəmi 50 manat ödənilmiş, dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə tam həcmdə ödənilməmişdir. Qeyd edilməlidir ki, MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 263-264, 366, 402.2.1-ci və 403-cü maddələrinin tələblərini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363.1.2-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar