Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1259/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2(049)-429/2021 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-429/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. İddiaçı apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2(049)-429/2021 nömrəli qətnaməsi iddiaçının xx.xx.2025-ci il tarixli müraciətindən sonra məhkəmənin xx.xx.2025-ci il tarixli məktubu ilə "xxxx" ASC-nə göndərilmişdir. Həmin məktubda məhkəmə qətnaməsinin surətinin işdə iştirak edən şəxslərə, o cümlədən, iddiaçıya (iddia ərizəsində qeyd edilən AZ 1065, ünvan 1 ünvanına) rəsmi qaydada göndərildiyi qeyd edilmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən 2(049)-429/2021 nömrəli mülki işin materiallarına baxış keçirilmiş və qətnamənin surətinin iddiaçıya rəsmi qaydada verilməsini təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Qeyd etdiklərinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-429/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin iddiaçıya münasibətdə bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2(049)-429/2021 saylı qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin vəsatəti təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(049)-429/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-429/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin xx.xx.2025-ci il tarixli 2(049)-429/2021 nömrəli qərardadından şikayət vermişdir. İddiaçı şikayətində məhkəmənin xx.xx.2025-ci il tarixli 2(049)-429/2021 nömrəli qərardadını qanunsuz və əsassız hesab etdiyini qeyd etmiş, həmin qərardadın ləğv edilərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin iddiaçı "xxxx" ASC-nə münasibətdə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli 2(049)-429/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. İş materiallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin elektron poçt ünvanına rəsmi qaydada (nümayəndəsi Lalə Neymatova vasitəsilə) müraciət edərək bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 429/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin iş “Elektron Məhkəmə” informasiya sistemində olmadığı üçün nəticəni görmək mümkün deyildir. Ona görə həmin apellyasiya şikayətinin nəticəsi barədə elektron qaydada "xxxx" ASC-nə məlumat verilməsi xahiş edilmişdir. İddiaçının qeyd olunan müraciətinə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda həmin mülki işin materiallarında qətnamədən apellyasiya şikayəti verilmiş olması ilə bağlı hər hansı məlumat aşkar edilmədiyi, qeyd olunan qətnamənin qanuni qüvvəyə mindiyi bildirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə rəsmi qaydada müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-429/2021 nömrəli qətnaməsinin "xxxx" ASC-nə daxil olmadığını bildirməklə həmin qətnamənin surətinin ünvan 3 ünvanına göndərilməsini xahiş etmişdir. Həmin müraciət əsasında məhkəmə qətnaməsi yenidən və qeyd olunan ünvana göndərilmişdir. Halbuki iddiaçı özü də ilk dəfə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin elektron poçt ünvanına rəsmi qaydada müraciət edərkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-429/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin nəticəsi ilə maraqlanmış, yəni həmin qətnamə barədə, hətta qətnamənin məzmunu (iddianın təmin edilmədiyi) barədə məlumatlı olmuşdur, Həmin vaxtdan sonra, yəni xx.xx.2024-cü il tarixdən sonra keçən 9 aydan artıq müddət ərzində iddiaçı qətnamə ilə bağlı hər hansı prosessual hərəkət etməmiş, o cümlədən, apellyasiya şikayəti verməmiş, bununla yanaşı, qətnamənin surətini almadığını iddia etməmiş, qətnamənin surətinin verilməsini xahiş etməmişdir Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi iddiaçının qətnamədən məlumatlı olmuş, hətta xx.xx.2024-cü il tarixdə etdiyi müraciət zamanı qətnamədən apelyasiya şikayəti verdiklərini bildirmişdir. Bundan sonra iddiaçı 9 ay ərzində hər hansı prosessual hərəkət etməmiş, daha sonra qətnamədən məlumatsız olduqlarını bildirərək yenidən apelyasiya şikayəti vermişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi ərizəni müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. İddiaçının ərizəsində göstərdiyi hallar apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2(049)-429/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1259/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1259/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver