Məhkəmə qərarları › İş №2(106)-1273/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1273/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1273/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2024-ci il tarixli 2(073)- 88/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X1 Natiq Yağub oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X7 ərizə verərək, mübahisə predmeti olmuş nəqliyyat vasitəsinin mülkiyyətçisinin İddiaçı olduğunu bildirərək, onun (iddiaçının) əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı X2 Həsənqulu İbad oğlu ilə əvəz edilmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh ilə aralarında Lənkəran RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, onun (iddiaçının) adına verilmiş uçot kartoçkasının (şəhadətnamənin) ləğv edilməsinə və cavabdehdən 21000 (iyirmi bir min) manat pulun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2024-ci il tarixli 2(073)-88/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, DİN BDYPİ Lənkəran RQİ və TBŞ-də Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli, BD 388996 saylı nəqliyyat vasitəsinin uçot kartoçkasının (qeydiyyat şəhadətnaməsi) ləğv edilməsi, Cavabdeh 20800 manat pul və 153 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddiaçı ilə razılığa gəldiyini, mübahisəli avtomobili satdıqlarını bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 369.1 və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsidir. Buna görə də, apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Habelə iş materiallarında olan xx.xx.2024-cü il tarixli 206 saylı telefonoqramdan müəyyən edilir ki, Cavabdeh istifadəsində olan mobil telefonla əlaqə saxlanılmış, ona apellyasiya şikayətindən imtinanın apellasiya icraatına xitam verilməsinə səbəb olacağı və bunun doğuracağı hüquqi nəticələr ona izah edilmişdir. Cavabdeh isə apellyasiya şikayətindən imtina etdiyini qeyd edərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda, apellyasiya şikayəti üzrə icraata xitamın doğuracağı hüquqi nəticələrin ona aydın olmasını bildirmişdir. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2024-ci il tarixli 2(073)-88/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Habelə qeyd edilməlidir ki, MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2024-ci il tarixli 2(073)-88/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar