Məhkəmə qərarları › İş №2(106)-1290/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1290/2022

09.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1290/2022 09.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X22 Əsədov (sədrlik edən və məruzəçi), Zaur Mirzağa oğlu Allahyarov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, qarşılıqlı iddia üzrə cavabdeh F.Mirzəyevin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh X26 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X16 Biləsuvar rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh2 cavabdeh X23 qarşı 25 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Biləsuvar Rayon Məhkəməsinin (hakim R.Əliyev) 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə X16 ilkin iddiası təmin edilmiş, Biləsuvar rayon Notariat Ofisində təsdiq edilmiş, Cavabdeh2 adına olan, reyestrdə 2V-159 nömrəsi ilə qeyd edilmiş, 09 mart 2021-ci il tarixli, 96 nömrəli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş 18 mart 2021-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının qismən təmin edilməsi, X26 ilə X12 arasında 25 dekabr 2006-cı il tarixdə bağlanmış və Biləsuvar rayon dövlət Notariat Kontorunda 4Ə-2-317 reyestr nömrəsi ilə təsdiq olunmuş müqavilənin, həmin müqavilə üzrə alqı-satqının predmeti olan 0,25 hektar torpaq sahəsinin Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan 1/7 (yeddidə bir) hissəsinin X2 dair hissədə, etibarsız hesab olunması, Cavabdeh2 qarşılıqlı iddiasının qalan hissədə rədd edilməsi, iş üzrə ilkin iddia və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq X23 və Cavabdeh2 aid edilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin X13, 50 (əlli) manat məbləğində məbləğində pul vəsaitinin Biləsuvar rayon Notariat Ofisindən, 25 (iyirmi beş) manat məbləğində məbləğində pul vəsaitinin isə Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X26 apellyasiya şikayəti vermişdir. İşinhalları 25 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Ə.Cəbrayılov Biləsuvar rayonunun Zəhmətabad kəndində yerləşən, tam mülkiyyət hüququ ilə özünə məxsus 0,25 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini X3. X12 06 iyun 2020-ci il tarixdə ölmüşdür. Bundan başqa, Cavabdeh2 adına, atası- X5 miras qalmış Biləsuvar rayonunun Zəhmətabad kəndində yerləşən 93,7 kvadrat metr sahədən ibarət fərdi yaşayış evi və 0,25 hektar paylı torpaq sahəsinə dair 09 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında mülkiyyət hüququnu təsdiq edən 18 mart 2021-ci il tarixli çıxarış verilmişdir. X26 cavabdehlər Biləsuvar rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı Biləsuvar rayon notariat ofisində tərtib edilərək, təsdiq edilmiş Cavabdeh2 adına olan, reyestrdə 2V-159 nömrəsi ilə qeyd edilmiş, 96 nömrəli, 09 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. F.Mirzəyev sonra iddia tələbinin dəqiqləşdirmiş, Biləsuvar rayon notariat ofisində təsdiq edilmiş, Cavabdeh2 adına olan, reyestrdə 2V-159 nömrəsi ilə qeyd edilmiş, 96 nömrəli, 09 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 mart 2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, Cavabdeh2 cavabdeh X23 qarşı, qarşılıqlı iddia ilə müraciət edərək 25 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı F.Mirzəyev tələbini əsaslandırarkən göstərmişdir ki, X12 ilə aralarında olan razılığa əsasən sonuncuya məxsus yaşayış evini, altındakı 0,25 hektar torpaq sahəsi ilə birlikdə satın almışdır. Onlar öz aralarında razılaşmış və 18 avqust 2006-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətii başçısının Zəhmətabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində onunla Ərşad arasında 6.000 ABŞ dolları məbləğində pulun Ə.C.Cəbrayılova verilməsinə dair müqavilə bağlanmış, hər ikisi imzaladıqdan sonra Biləsuvar RİHB-nın Zəhmətabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi X36 tərəfindən təsdiq olunmuşdur. Bundan sonra, Ərşad Cəbrayılov ona bilmişdir ki, evin boşaldılması ilə bağlı ona vaxt versin. Çünki Ə.C.Cəbrayılovun Bakı şəhərində inşa etdirdiyi evin təmir işləri başa çatmamışdır. Sonra Ə.Cəbrayılov ailə üzvləri ilə birdə mülkiyyətində olan evin, həmin evin altındakı torpaq sahəsi ilə birlikdə ona satılmasına dair ailə üzvlərinin razılıq ərizələrinin alınması üçün Biləsuvar RİHB-nın Zəhmətabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə getmiş, orada Ə.C.Cəbrayılov və onun ailə üzvləri həmin evin altındakı torpaq sahəsi ilə birlikdə ona satılmasına razılıq ərizələrini təqdim etmiş və Biləsuvar rayon İcra Hakimiyyətii başçısının Zəhmətabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi həmin ərizələri təsdiq etmişdir. Daha sonra onlar Biləsuvar rayon notariat ofisində onunla Ərşad Cəbrayılov arasında fərdi yaşayış evinin və onun yerləşdiyi 0,25 hektar ölçüdə torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış və o, həmin evin altındakı torpaq sahəsi ilə birlikdə ona satılmasına görə borclu qaldığı puldan 3.000 ABŞ dolları məbləğində pul vəsaitini Ə.Cəbrayılova vermişdir. Lakin həmin vaxt maddi imkanı olmadığına görə o, fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında öz adına qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad ərazi idarəsinə müraciət etməmiş və mülkiyyət hüququnu qeydə aldırmaqla müvafiq çıxarış ala bilməmişdir. 2021-ci ildə o, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad ərazi idarəsinə müraciət etdikdə qurumun əməkdaşları ona bildirmişlər ki, X4 X21 rayon notariat ofisinin 22 fevral 2021-ci il tarixli vərəsəlik məktubuna əsasən 22 fevral 2021-ci il tarixdə ərizə ilə müraciət edərək 26 fevral 2021-ci il tarixdə X6 adına reyestrdən çıxarış almışdır. Halbuki, o, həmin daşınmaz əmlakı alqı-satqı müqaviəsi əsasında 2006-cı ildən əldə etmiş, əmlaka mülkiyyət hüququ ilə 2006-ci ildən etibarən sahiblik edərək həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh2 həmin vaxtdan bundan məlumatı ola-ola mərhum atası tərəfindən 2006-cı ildə ona satılmış daşınmaz əmlaklara qanunazidd şəkildə təkrar mülkiyyət hüququ əldə etmək üçün atasının vəfatından sonra notariusdan 2006-cı ildə atası tərəfindən ona satılmış daşınmaz əmlaklara 09 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa nail olmuşdur. 2006-cı ildə o, evi aldıqdan sonra Ə.Cəbrayılov və ailə üzvləri heç vaxt Zəhmətabad kəndində ona aid olan evdə yaşamamış, həyətyanı torpaq sahəsinin heç bir hissəsindən istifadə etməmişlər. Ə.Cəbrayılov vəfat etdikdən sonra isə heç bir vərəsəsi miras qalan əmlakı, yəni onun yaşadığı evi və ya 0,25 hektar ölçüdə torpaq sahəsini qəbul etməmişlər və qəbul edə bilməzdilər. Buna görə də, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanusuzdur. Cavabdeh2 ilkin iddiaya qarşı öz etirazını bildirmiş, qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 dekabr 2006-cı ildə onun atası X12 ilə X26 arasında bağlanmış və Biləsuvar rayon dövlət kontorunda təsdiq edilmiş 236358 saylı alqı-satqı müqaviləsi ciddi qanun pozuntusu ilə tərtib edilmişdir. Belə ki, anası X24, bacıları X17, X18, qardaşı X27, onun oğlu X25 və özü Cavabdeh1na, habelə Zəhmətabad kənd icra nümayəndəliyinə getməmiş və ərizə verməmişlər. Notariat işində olan həmin imzalar isə saxtalaşdırılmışdır. O, mərhum atası Ə.C.Cəbrayılovun fərdi yaşayış evinin satılmasına razılıq verməməsi ilə əlaqədar 14 il müddətində küsülü olmuş, Ə.C.Cəbrayılovun ölümündən bir qədər əvvəl, yəni 2019-cu ildə barışmış və onunla birlikdə yaşamağa başlamışdır. Buna görə də, heç vaxt atasının əmlakı ilə əlaqədar olan məsələlərə müdaxilə etməmiş və bu barədə atasından soruşmamış, atasının öülümündən sonra F.T.Mirzəyevin məhkəməyə təqdim etdiyi 25 dekabr 2006-cı il tarixli alqısatqı müqaviləsinin mövcudluğundan xəbərdar olmuşdur. 22 dekabr 2021-ci il tarixdə dublikat ərizə ilə müraciət edərək 26 dekabr 2021-ci il tarixdə X6 adına reyestrdən çıxarış almağı qanuni və əsaslıdır. Qanuni vərəsə kimi o, 09 mart 2021-ci ildə Biləsuvar rayon notariat ofisinə ərizə təqdim edərək Ə.C.Cəbrayılovdan sözügedən daşınmaz əmlakın miras qalmasını, digər vərəsələr isə ərizə verərək atalarından miras qalmış əmlakın onlara düşən hissəsini qəbul etmədiklərini, hazırda da qəbul etmək istəmədiklərini və gələcəkdə də müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. Vərəsəlik üzrə mülki qanunvericiliyin prosedur qaydalarını və bu sahədə müvafiq icra hakimiyyəti orqanının təlimat və göstərişlərini rəhbər tutaraq Biləsuvar rayon notariat ofisi tərəfindən ona Ə.C.Cəbrayılovun qanun üzrə vərəsəsi kimi miras əmlakdan 1/1 hissədə pay almaq hüququ verən 09 mart 2021ci il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmişdir. O, vərəsəlik işi üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən heç bir saxta sənəd almamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Biləsuvar rayon Notariat Ofisinin notariusu məhkəməyə ərizələrlə müraciət edərək, ilkin iddianı qəbul etmədiyini bildirmiş, onun rədd olunmasını və mülki işə Biləsuvar rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini tam, qarşılıqlı iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 324.1, 324.2, 1133.1, 1133.2, 1151.1, 1151.2, 1134, 1145, 1243.2, 1248.1, 1159, 1274-cü maddələrinə, “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1, 9.2-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı F.Mirzəyev apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin- qarşılıqlı iddia tələbinin təmin olunmasına dair hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. F.Mirzəyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, yaşayış evini və 0,25 ha həyətyanı torpaq sahəsini mülkiyyətçi Ərşad Mirzəyevdən dəyəri ödənilməklə əldə etmişdir. Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız sayarkən birgə mülkiyyət hüququnu təsdiq edən şəhdətnaməyə əsaslanmışdır, halbuki alqı-satqı müqaviləsi məhkəmənin istinad etdiyi kimi, şəhadətnamə əsasında yox, DƏDRX tərəfindən verilmiş çıxarış əsasında rəsmləşdirilmişdir. Alqı-satqı predmeti olan əmlak tam mülkiyyət hüququ ilə Ə.Mirzəyevə məxsus olmuşdur. Alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl Ərşad Cəbrayılovun arvadı və övladları ərizə təqdim edərək birgə mülkiyyətdə olan hüquqlarından- torpaq sahəsinin onlara aid olan hissələrindən imtina etmişlər. Məhkəmənin istinad etdiyi Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 nömrəli qərarı əsasında verilmiş şəhadətnamə alqı-satqı müqaviləsi bağlanarkən qüvvədə olmamışdır. Həmin vəziyyətdə Cavabdeh2 və başqaları birgə mülkiyyətçi olmamışlar. İzahatlar,prosessualməsələlər Apellyasiya baxışında iddiaçı F.Mirzəyevin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin olunmasına dair hissədə ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnaməni, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair hissədə mübahisələndirmişdir. Ona görə Kollegiya işə apellyasiya şikayəti hədində baxır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı ilə Biləsuvar rayonunun Zəhmətabad kəndində 0,25 hektar həyətyanı torpaq sahəsi əvvəlcə X6, X9, X10, Cavabdeh2, X11, X19 və X14 mülkiyyətinə verilmiş, bu barədə onların adına 22 noyabr 2000-ci tarixli şəhadətnamə verilmiş, sonradan həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X6 adına qeydə alınmış, onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2006-cı il tarixli çıxarış verilmişdir. 25 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Ə.Cəbrayılov Biləsuvar rayonunun Zəhmətabad kəndində yerləşən, tam mülkiyyət hüququ ilə özünə məxsus olan, 0,25 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini X3. X12 06 iyun 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bununla yanaşı, Cavabdeh2 adına, atası- X5 miras qalmış Biləsuvar rayonunun Zəhmətabad kəndində yerləşən 93,7 kvadrat metr sahədən ibarət fərdi yaşayış evi və 0,25 hektar paylı torpaq sahəsinə dair 09 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında 18 mart 2021-ci il tarixli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş, mülkiyyət hüququnun təsdiq edilməsi barədə çıxarışın etibarsız hesab edilməsinə dair hissədə mübahisələndirilməmişdir. Mübahisələndirilə hissə- X26 ilə X12 arasında 25 dekabr 2006-cı il tarixdə bağlanmış və Biləsuvar rayon dövlət Notariat Kontorunda 4Ə-2-317 reyestr nömrəsi ilə təsdiq olunmuş müqavilənin, həmin müqavilə üzrə baş vermiş alqı-satqının predmeti olan 0,25 hektar torpaq sahəsinin Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan 1/7 (yeddidə bir) payına dair hissədə etibarsız hesab olunmasıdır. Qarşılıqlı iddia tələbində Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, torpağın alqısatqısına dair 25 dekabr 2006-cı il tarixli müqavilə saxtadır. Belə ki, torpağın satılmasına razılıq verilməsinə dair ərizədə onun imzası saxtalaşdırılmışdır. Cavabdeh2 tələbinin qanuni əsasını Mülki Məcəllənin 329-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Birinci instansiya bu nəticəyə gələrkən o əsasdan çıxış etmişdir ki, torpaq sahəsi birgə mülkiyyətdə olmuşdur. Məhkəmənin istinad etdiyi, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 2006-cı ilin dekabr ayında verilmiş 969 saylı arayışa görə, Ə.C.Cəbrayılovla F.T.Mirzəyev arasında fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə bağlanarkən Ə.C.Cəbrayılovun, X7, Cavabdeh2, X8 və X15 ibarət ailə tərkibi olmuşdur. Məhkəmənin istinad etdiyi, notariat işində olan X20, Cavabdeh2, X17 və X27 tərəfindən verilmiş 22 dekabr 2006-cı il tarixli ərizələrin surətlərindən görünür ki, X20, Cavabdeh2, X17 və X27 Ə.C.Cəbrayılovun mülkiyyətində olan fərdi yaşayış evinin və paylı mülkiyyətdə olan 0,25 hektar torpaq sahəsinin satılmasına razılıq vermişlər. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 4/1639 saylı rəyinə görə, ekspertizaya təqdim edilmiş, Cavabdeh2 adından olan 22 dekabr 2006-cı il tarixdə təsdiq edilmiş ərizənin əlyazma mətni və ərizədə “Cəbrayılova” yazısı qarşısındakı imza– Cavabdeh2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi 25 dekabr 2006-cı il tarixli müqaviləni etibarsız hesab edərkən ona əsaslanmışdır ki, Cavabdeh2 razılığı alınmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Əvvəla, qeyd edilməlidir ki, torpaq sahəsinin alqı- satqısına dair 25 dekabr 2006-cı il tarixli müqavilə təsdiq edilərkən torpaq sahəsi birgə mülkiyyətdə olmamışdır. Mübahisəli alqı-satqı müqaviləsi 1997-ci ildə verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əsasında yox, 2006-cı ildə reyestr xidməti tərəfindən verilmiş mülkiyyət hüuqunu təsdiq edən çıxarışa əsasən aparılmışdır. Çünki torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində X6 adına qeydə alınmış, onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2006cı il tarixli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən həm yaşayış evi, həm də 0.25 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Ərşad Cəbrayılova məxsus olmuşdur. Həmin vəziyyətdə Cavabdeh2 və başqaları birgə mülkiyyətçi olmamışlar. Ona görə ailə üzvlərindən (övladlarından) hər hansı birinin razılığının alınmasına zərurət olmamışdır. Digər tərəfdən, torpaq sahəsinin satılmasına Cavabdeh2 razılığının alınmaması yenə də həmin müqavilənin hissəvi etibarsız hesab edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352-ci maddəsinə əsasən, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Ona görə də Kollegiya hesab edir ki, hər bir halda torpaq sahəsinin alqı- satqısına dair 25 dekabr 2006-cı il tarixli müqavilənin hissəvi etibarsız hesab edilməsi qanuni olmamışdır. Bundan başqa, işin hallarından görünür ki, sözügedən alqı-satqı müqaviləsindən sonra X26 torpaq sahəsini və həmin sahədə yerləşən yaşayış evini əldə etmiş, əmlaka 2006-cı ildən faktiki sahiblik etməklə həmin evdə 2006-cı ildən də ailə üzvləri ilə birgə yaşayır. (Biləsuvar rayon İcra hakimiyyəti başçısının yanında Zəhmətabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 26 aprel 2021-ci il tarixli, 311/2 nömrəli arayışı- i.v səh. 11) Qarşılıqlı iddia üzrə iddiaçı müqavilə üzrə tərəf deyil. O, sözügedən əmlakın atasının adına qeydə alınmasını qanunsuz hesab etməklə təxminən 14 ildən sonra torpağın alqısatqısına dair əqdi mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməklə torpaq sahəsinin alqı-satqısına dair 25 dekabr 2006-cı il tarixli müqaviləni qismən etibarsız sayarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarını pozulması qətnamənin ləğv edilməsi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin edilməsinə dair hissədə, yəni X26 ilə X12 arasında 25 dekabr 2006-cı il tarixdə bağlanmış və Biləsuvar rayon dövlət notariat kontorunda 4Ə-2-317 reyestr nömrəsi ilə təsdiq olunmuş müqavilənin, 0,25 hektar torpaq sahəsinin 1/7 hissəsinin X1 etibarsız hesab olunmasına dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 15 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq X23 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: X16 apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(022)-29/2022 saylı qətnaməsi- qarşılıqlı iddianın təmin edilməsinə dair hissədə, yəni X26 ilə X12 arasında 25 dekabr 2006-cı il tarixdə bağlanmış və Biləsuvar rayon dövlət notariat kontorunda 4Ə-2-317 reyestr nömrəsi ilə təsdiq olunmuş müqavilənin, 0,25 hektar torpaq sahəsinin 1/7 hissəsinin X1 etibarsız hesab olunmasına dair hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 15 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq X23 ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əsədov Hakimlər: Zaur Allahyarov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar