Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1291/2024 23.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı su yolunun açılması, su yolundan istifadəyə maneənin qadağan edilməsi və zərər tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Quliyev X7 rayonu Aşağı Çəmənli kəndində yaşayan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X1 birgə mülkiyyətində olan və KOD: 60700038 JN- 151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsindən əvvəllər təbii yola onun və ailə üzvlərinin mülkiyyətində olan, KOD: 60700038 JN=150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsinə gələn su arxının açılması, həmin su yolundn istifadəyə cavabdehlər Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneələrin qadağan edilməsi, yol xərci üçün ödədiyi 100 (bir yüz) və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, qardaşı, yəni İddiaçı Beyləqan rayonu Aşağı Çəmənli kəndində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 ilə qonşuluqda yaşayır və həyətləri sıra ardıcıllığı ilə qonşudur. Qardaşı Əfqanın həyətinə gələn su arxı qonşuların həyətindən keçərək onun həyətinə daxil olur. 2020-ci ildə qonşular qonşuluq qaydalarına zidd olaraq Əfqanın həyətinə daxil olan su arxının qarşısını bağlayaraq həyətinə su daxil olmasını əngəlləmişdir. Əfqanın həyətinə suyun gəlmədiyinə görə bu müddət ərzində həyətində heç nə əkib becərə bilməmişdir. Qardaşı da məcbur olub həyətinə gələn su yolunun bərpası üçün bələdiyyəyə müraciət etmiş, bələdiyyə isə öz növbəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri, Aşağı Çəmənli bələdiyyəsi və Beyləqan RİHB-nın Aşağı Çəmənli inzibati Ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə avqust 2020-ci il tarixdə mübahisəli torpaq sahələrində ölçmə işlərinə başlamış, lakin digər tərəf ölçmə işlərinin aparılmasına mane olaraq, öz həyətinin ölçülməsinə razılıq verməyərək, su arxının yerinin müəyyən edilməsinə imkan verməmişdirlər. Mütəxəssislər ölçmə işlərinin aparılmasının mümkün olmaması səbəbindən işlərini dayandıraraq akt tərtib edərək getmişlər və 02 sentyabr 2022-ci il tarixli məktubla həyətyanı torpaq sahələri arasında olan su yolunun müəyyən olunması üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Hal-hazırki vaxtadək qardaşının həyətinə əvvəllər olan su arxı ilə su gəlmir, cavabdeh həmin su arxını dolduraraq onun həyətinə su buraxmır. Ouna görə də, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan cavabdehlərin birgə mülkiyyətində olan və KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsindən əvvəllər təbii yola qardaşının və ailə üzvlərinin mülkiyyətində olan, KOD: 60700038 JN=150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsinə gələn su arxının açılması, həmin su yolundan istifadəyə cavabdehlər Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneələrin qadağan edilməsi, yol xərci üçün ödədiyi 100 (bir yüz) və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin vəkili Vəkil2 məhkəmə ərizə göndərərək 30 aprel 2024-cü il tarixdə təyin edilmiş məhkəmə iclaslarına Bakı şəhərində başqa məhkəmə iclasları ilə üst-üstə düşdüyündən işin başqa vaxta təyin edilməsini xahiş etmiş, lakin Bakı şəhərində başqa məhkəmə iclaslarında iştirakı ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Hənçinin o, məhkəməyə vəsatətlə müraciət edərək təkrar ekspertiza təyin edilməsini xahiş etmiş, onun həmin vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər və onların vəkili məhkəmə iclasına gəlmədilklərindən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramiz Nurullayev), iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X3 tərəfindən KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, torpaq sahəsinə gedən (65 kv.m) su arxı açılsın, həmin su yolundan istifadəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfindən olan maneənin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manatın cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyərini təşkil edən 95 manat və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manatın cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı verilməsi, iddianın 100 (yüz) manat yol xərci tələbinə dair hissədə rədd edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi və vəkili Həsənov X8 Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”. Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşununmülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinəvə xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park,meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamədən görünür ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair KOD:607000** JN ***A saylı şəhadətnamədən görünür ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Cavabdeh3,Cavabdeh2 , Cavabdeh1, X2 birgə mülkiyyətinə 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı vəsatəti əsasında məhkəmənin 15 may 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2024-cü il tarixli, 10/941 saylı ekspertiza və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141 F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Cavabdeh3.Cavabdeh2, Cavabdeh1, X2 birgə mülkiyyətində olan və KƏD:607000** JN ***A saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0.11 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən başqa su yolu mövcud deyildir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 141F, kod 60700038 saylı şəhadətnamə ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə alınmış ekspertizanın rəyinə əsasən Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən X4 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN141F, kod 60700038 saylı şəhadətnamə ilə mülkiyyətində olan 09 ha həyətyanı torpaq sahəsinə gedən su yolu (65 kv.m) cavabdehlər tərəfindən bağlanmışdır və həyətyanı torpaq sahəsinin suvarılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir. Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşununmülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinəvə xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park,meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X3 tərəfindən KOD: 60700038 JN-151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, torpaq sahəsinə gedən ( 65 kv.m) su arxı açılmalı, həmin su yolundan istifadəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneə aradan qaldırılmalıdır.” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,; QƏT ETDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2024 saylı, 30 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1291/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1291/2024
23.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver