Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1294/2024 23.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın cavabdehlər X1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinova - cavabdehlər X1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12-4/1 nömrəli qərarına əsasən Torpağa mülkiyyət hüququna dair 90904018 kod nömrəli Dövlət Aktı ilə Günəş Usmanova və onun ailə üzvləri olaraq onlara kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 8.88 hektar torpaq sahəsinə dair Sabirabad rayon Ağammədli kəndi sakini X1 ilə Sabirabad rayon Bala-Həşimxanlı kənd sakini Cavabdeh2 arasında X5 Xidmət Mərkəzində bağlanılmış xx.xx.2022-ci il tarixli, reyestrdə 4Ə-304 nömrə ilə qeydə alınmış alqı-salqı müqaviləsinin və həmin torpaq sahəsinə dair Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(056)-1161/2023 saylı qətnaməsi (hakim Səlim Allahverdiyev) ilə, iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 05 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1294/2024 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 15 iyul 2024-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1294/2024 saylı, 15 iyul 2024-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 23 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. İşin apelyasiya baxışı zamanı Sabirabad Rayon Məhkəməsini tərəfindən göndərilmiş 23 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı5 və X2 və onların nümayəndəsi Vəkil tərəfindən apelyasiya şikayəti verildiyindən apelyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş materiallarının Sabirabad Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı5 və X2 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar MPM-nin 361-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1294/2024 saylı, 15 iyul 2024-cü il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla Sabirabad Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 22(106)1294/2024 saylı, 15 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. Sabirabad Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(056)-1161/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı5 və X2 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-1294/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1294/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver