Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1306/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, İddiaçı X6, X4, X1, X8 və X3 maraqlı şəxs qismində cəlb edilməklə, cavabdehlər Cavabdeh və Astara Notariat ofisinə qarşı “miras əmlakda məcburi payın pozulmasına görə 19 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın verilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(018)-1019/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədova X5 Tarif Himmətəli oğlu, X4, X1, X8 və X3 maraqlı şəxs qismində cəlb edilməklə, cavabdehlər Cavabdeh və Astara Notariat ofisinə qarşı “miras əmlakda məcburi payın pozulmasına görə 19 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakda məcburi payın pozulmasına görə 19 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın vərəsələrə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(018)-1019/2025 saylı qərardadına əsasən İddiaçı X6, X4, X1, X8 və X3 maraqlı şəxs qismində cəlb edilməklə, cavabdehlər Cavabdeh və Astara Notariat ofisinə qarşı “miras əmlakda məcburi payın pozulmasına görə 19 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması, iddiaçı tərəfindənxx.xx.2025-ci il tarixində Astara Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. Cavabdeh məhkəməyə elektron qaydada şikayət ərizəsi ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(018)-1019/2025 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən belə ərizə verildikdən sonra məhkəmə ondan işə mahiyyəti üzrə baxılmaq barədə fikrini soruşmadan iddia ərizəsini geri qaytarmışdır. Halbuki iddiaçı hər dəfə ona qarşı əsassız iddialar qaldırır və daha sonra isə iddia ərizəsini geri götürür. Sonuncu dəfə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə də iddiaçının eyni məzmunlu iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Odur ki, o, iddiaçının hər dəfə əsassız iddialar qaldırmasından əziyyət çəkir və işə mahiyyəti üzrə baxılmasında maraqlıdır. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-1019/2025 saylı (Hakim: Şəfiqə Meybullayeva) qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı X6, X4, X1, X8 və X3 maraqlı şəxs qismində cəlb edilməklə, cavabdehlər Cavabdeh və Astara Notariat ofisinə qarşı “miras əmlakda məcburi payın pozulmasına görə 19 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın verilməsi” tələbi barədə mülki iş üzrə Astara Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(018)-1019/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri) . Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hazırlıq iclasında iddiaçı X2 nümyəndəsi və vəkili “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, iş materialları və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Astara Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(018)-1019/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(018)-1019/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1306/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1306/2025
18.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver