Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1323/2024 29.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X4 ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadından Maraqlı şəxs7 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X41, Rəcəbova (Koçiyeva) Təhminə Ənvərovna, Maraqlı şəxs6, DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə), mülkiyyətçi kimi adı, soyadı və ata adı X2 göstərilən Torpağa mülkiyyət hüququna dair JN- 178, KOD 91004018 saylı Dövlət aktının Ərizəçi (o cümlədən, digər maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X45, Rəcəbova (Koçiyeva) Təhminə Ənvərovna və Maraqlı şəxs6) məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, mülkiyyətçi kimi adı, soyadı və ata adı X2 göstərilən Torpağa mülkiyyət hüququna dair JN-178, KOD 91004018 saylı Dövlət aktının Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs7 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Orxan Bayramov) özünü işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edən – Maraqlı şəxs7 iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qətnaməsindən 11 iyun 2024-cü il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, işin hallarından aydın olur ki, Maraqlı şəxs7 işə baxılarkən məhkəmə prosesinə cəlb olunmamışdır, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi onun hüquq və vəzifələrinə toxunmur. Çünki Mürvətov X1 rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 saylı qərarına əsasən verilmiş JN-178, KOD 91004018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona torpaq sahəsinin ayrılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Hacıqabul rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 saylı qərarına əsasən verilmiş JN-178, KOD 91004018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Hacıqabul rayonu, Kalinovka kənd sakinləri X30, X5, X20, X31, X11, X12 və X43 cizgidə göstərilən sərhədlər daxilində 7,27 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ümumi birgə mülkiyyət kimi verilmişdir. Yəni, JN-178, KOD 91004018 saylı Dövlət aktı əsasında verilmiş torpaq sahələrinin X21 aidiyyəti yoxdur. Məhkəmə X21 məxsus olan torpaq sahəsinə dair qərar qəbul etməmişdir. Göründüyü kimi, Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 nömrəli qətnaməsi Maraqlı şəxs7 hüquq və vəzifələrinə toxunmur. Çünki Hacıqabul rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş JN-178, KOD 91004018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktlarında Maraqlı şəxs7 adı qeyd edilməmiş və Maraqlı şəxs7 həmin torpaq sahələrinin ona məxsus olmasını və ya Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 nömrəli qətnaməsinin onun hüquqlarını pozmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri, mülki işin materiallarını araşdıraraq hesab edir ki, Maraqlı şəxs7 iş üzrə tərəf, üçüncü şəxs deyildir, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 357.2-ci maddəsində nəzərdə tutulmuş işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edilmir. Bu səbəbdən özünü işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edən Maraqlı şəxs7 iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ yoxdur və onun verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır. Qərardaddan narazı qalan Maraqlı şəxs7 şikayət vermiş, şikayətində Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadının ləğv edilməsini və verdiyi apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Maraqlı şəxs7 şikayətini onunla əsaslandırmışdır ki, JN-176, KOD 91004018 saylı 14 noyabr 1997-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X6 və onun beş nəfərdən ibarət ailə üzvlərinin (X13, X22, X23, X7 və X24) mülkiyyətinə Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5,75 ha torpaq sahəsi verilmişdir. JN-178, KOD 91004018 saylı 14 noyabr 1997-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X25 və onun altı nəfərdən ibarət ailə üzvlərinin (X26, X36, X37, X32, X33, X51) mülkiyyətinə Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 7,27 ha torpaq sahəsi verilmişdir. Hacıqabul rayon Meyniman kənd X65 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən, torpaq islahatı zamanı Meyniman inzibati ərazi vahidində qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət aktları etibarsız hesab edilmiş, Meyniman kənd sakini Maraqlı şəxs7 ərizəsi nəzərə alınmaqla həmin 9,89 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Daha sonra Meyniman kənd inzibati ərazi vahidi üzrə nümayəndə M.Vəliyev, nümayəndəlikdə mühasib N.Gözəlov və Meyniman kənd sakini Maraqlı şəxs7 tərəfindən 05 sentyabr 2001-ci il tarixdə tərtib edilmiş akta əsasən, torpaq islahatı zamanı torpaq payı almayan Maraqlı şəxs7 mərz nişanları vurulmaqla 9,89 ha torpaq sahəsi təhvil verilmişdir. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli iclas protokolundan çıxarışa əsasən, Meyniman kənd X65 Komissiyasının müraciətinə baxılaraq qərara alınmışdır ki, Hacıqabul rayon Meyniman kənd X65 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclasında qəbul edilmiş, o cümlədən Meyniman kənd sakini Maraqlı şəxs7 ərizəsini nəzərə almaqla ona pay torpağı şəklində 9,89 ha torpaq sahəsi mülkiyyətinə verilməsi təsdiq olunmuş, Hacıqabul rayon Torpaq və Xəritəçəkmə şöbəsinə bu məsələ ilə bağlı olan sənədlərin işlənib hazırlanması tapşırılmış və qəbul edilmiş qərarın icrasına nəzarət Aqrar Məsələlər üzrə şöbəyə həvalə edilmişdir. Həmin torpaq sahəsindən Maraqlı şəxs7 uzun müddət istifadə etdiyi bir vaxtda, həmin torpaq sahəsinin bir hissəsi kənd sakini tərəfindən zəbt edildiyi üçün o, cavabdeh X27 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi) qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş, Hacıqabul rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən JN- 176 KOD, 91004018 saylı və JN-178 KOD, 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, 1997-1998-ci illərdə aqrar islahatlar zamanı torpaq ayrılarkən o pay torpağı ala bilməmişdir. Buna görə də o, 2001-ci ildə pay torpağın ayrılması ilə əlaqədar Hacıqabul rayon Meyniman kənd X65 Komissiyasına ərizə ilə müraciət etmiş və ona orada bildirmişlər ki, yaxın zamanlarda torpaq payının ayrılması ilə bağlı müraciətini təmin edəcəklər. Meyniman kənd X65 Komissiyasının araşdırması nəticəsində müəyyən olmuşdur ki, torpaq islahatları zamanı Meyniman İnzibati Ərazi Vahidliyində qeydiyyatda olaraq torpaq payı alan Özbəkistan Respublikasından məcburi köçüb gələn Mesxeti türkləri X14 Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 5,75 ha və X34 Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 7,27 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi ayrılmışdır. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, X35 və X44 onlara islahat zamanı ayrılmış torpaqdan ümumiyyətlə istifadə etməmiş və uzun müddətdir ki, ailələri ilə birlikdə yenidən Özbəkistan Respublikasına köçüb getmişlər. Buna görə də 02 sentyabr 2001-ci il tarixdə Meyniman kənd X65 Komissiyasının iclasında qərara alınmışdır ki, torpaq islahatı zamanı Meyniman İnzibati Ərazi Vahidliyində qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş X8 adına verilmiş JN- 176, KOD 91004018 saylı və X28 adına verilmiş JN-178, KOD 91004018 saylı Dövlət aktları etibarsız hesab edilsin və Meyniman kənd sakini kimi onun ərizəsi nəzərə alınmaqla həmin etibarsız hesab edilmiş aktlarda göstərilən torpaqlardan 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilsin. 2001-ci ildən hal-hazırkı günədək ona ayrılmış həmin 9,89 ha torpaq sahəsindən o istifadə etmiş, orada əkin-biçin işlərini aparıb ailəsini dolandırmışdır. 9,89 ha torpaq sahəsindən daimi və səmərəli istifadə etmişdir. Həmin torpaqda əkdiyi məhsullara quluq edib bəhrəsini görmüşdür. Vaxtında həmin torpağın vergisini ödəmişdir. Hal-hazırda iş üzrə cavabdeh həmin torpaq sahəsini mənimsəyərək onun həmin torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmişdir. Bu səbəbdən də o, məcbur olub bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X38 iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, həmin torpaq sahəsindən 3 ha hissəsini bu il öz şəxsi vəsaiti hesabına şumlamış və buna qədər isə bilməmişdir ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla onun istifadəsində olmuşdur. Ona görə də iddianın təmin olunmasına heç bir etirazı olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Hacıqabul rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən JN-176, KOD 91004018 saylı şəhadətnamənin L hissəsinə tam, K hissəsindən isə 1,2 ha torpaq sahəsinə və JN-178 KOD 91004018 saylı şəhadətnamənin L və K hissələrinə bütöv torpaq sahəsinə iddiaçı Maraqlı şəxs7 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi 05 sentyabr 2001-ci il tarixli akta əsasən 9,89 ha torpaq sahəsinin mərz nişanları vurulmaqla ölçülüb Maraqlı şəxs7 təhvil verilməsini və işdə olan digər sübutları əsas götürərək, iddiaçının torpaq sahələrinə mülkiyyət hüququnun tanınmalı olması barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 14 fevral tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Qətnamədən 05 iyul 2022-ci il tarixdə həmin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X39 (Vəkil) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 iyul 2022-ci il tarixli qərardadı ilə özünü işdə iştirak etməyə cəlb edilməyən, qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edən X15 iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti qəbul edilmiş qətnamənin Azər Zərbalıyevin hüquq və vəzifələrinə toxunan şəxs hesab edilməməsi əsası ilə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan X39 (Vəkil) tərəfindən verilmiş şikayət Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 29 iyul 2022-ci il tarixli qərardadı, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1850/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, birinsi instansiya məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən 03 may 2023-cü il tarixdə həmin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X18 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı torpaq sahəsini dövləti və məhkəməni aldadaraq əldə etmişdir. O, həmin torpağı pay torpağı kimi əldə etməmiş, nə də Aqrar İslahat Komissiyası tərəfindən mübahisəli ərazidə pay torpağı ayrılmamışdır. Mülkiyyətlərini başqasının qanunsuz istifadəsindən tələb etməkləri xeyli gecikmiş olsa da, buna iddia müddəti şamil olunmamalıdır. Məhkəmə işə baxarkən iddiaçının mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış tələb etməmiş, sadəcə köhnə və etibarsız sənədlərə istinad etmişdir. Halbuki, ölkə ərazisində daşınmaz əmlakın vahid reyestri mövcuddur. İddiaçı iddia ərizəsində qabaqcadan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi qoymuş və iddiasını cavabdehə və müstəqil tələb irəli sürməyən 3-cü şəxsə qarşı vermişdir. İddiaçı iddia ərizəsində qabaqcadan ƏMDX yanında DƏDRX publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi qoymaqla həmin qətnamə əsasında çıxarışın verilməsi öhdəliyini daşıyan qurumun işə dair iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin icrasını tələb etmək hüquqları məhdudlaşdırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1201/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə qətnamə hüquq və maraqlarına toxunan şəxs Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan sayılır. Bu səbəbdən, qətnamə hüquq və maraqlarına toxunan şəxs Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilməli, həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bütün bunlardan sonra Maraqlı şəxs7 həmin qərardaddan narazı qaldığı üçün aidiyyəti üzrə Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-4389/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1201/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-450/2024 saylı qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardadda məhkəmə kollegiyası iş materiallarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(102)-4389/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, Ərizəçi hazırda mümkünlüyü yoxlanılan apellyasiya şikayətindən görünür ki, o, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin onun hüquq və vəzifələrinə toxunmasını təsərrüfat rəhbəri kimi atası X28 adına verilmiş JN-178 KOD 91004018 saylı Dövlət aktına istinad etməklə əsaslandırır. Lakin işdə surəti olan Hacıqabul Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(071)-737/2018 saylı qətnaməsinin məzmunundan görünür ki, Meyniman kənd X65 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan göründüyü kimi, X28 adına verilmiş JN-178, KOD 91004018 saylı Dövlət aktı etibarsız hesab edilmişdir. Belə olan halda isə həmin akta istinad edərək Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin onun hüquq və vəzifələrinə toxunmasına dair Ərizəçi dəlili əsaslı hesab edilə bilməz. Bütün bunlardan sonra Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(071)-180/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, mülkiyyətçi kimi adı, soyadı və ata adı X2 göstərilən Torpağa mülkiyyət hüququna dair JN-178, KOD91004018 saylı Dövlət aktının ərizəçi X19 məxsus olması hüquqi faktının müəyyən edilməsi qərara alınmışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)- 180/2024 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Hesab edir ki, apellyasiya şikayətində göstərdiyi işin faktiki halları, hüquqi qüvvəsi olan məhkəmə aktları və AİK-nın qəbul etdiyi qərar nəzərə alınmadığı açıq-aşkar görünür. Odur ki, apellyasiya şikayətində göstərilən dəlillər nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilərək, xüsusi icraat qaydasında qəbul edilmiş qətnamə ləğv edilməli, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birincisi ona görə ki, Meyniman kənd YAİK-nın xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışın “qərara aldı” hissəsindən görünür ki, torpaq islahatı zamanı Meyniman İƏV-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elimdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət aktları etibarsız sayılmışdır. Meyniman kənd sakini Maraqlı şəxs7 ərizəsi nəzərə alınmaqla 9,89 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2001-ci il tarixdə akta əsasən həmin torpaq sahəsinə mərz nişanları qoyulmaqla onun qanuni istifadəsinə verilmişdir. Göründüyü kimi, Meyniman kənd YAİK-nın xx.xx.2001-ci il tarixli protokolundan çıxarışa əsaən torpaq islahatı zamanı Meyniman İƏV-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elimdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət aktları etibarsız sayılmışdır. Həmin islahatların aparılması üçün müvafiq qərar əsasında Aqrar İslahat Komissiyasının nizamnamə və təsis qərarında onların həmin qərarları qəbul etmək səlahiyyələri olduğu açıq-aşkar görünür. Həmin sənədlər artıq hüquqi qüvvəsini itirmişdir. Həmin qərarlar bugünə kimi ərizəçi tərəfindən mübahisələndirilməmiş, qərar qanuni qüvvəsindədir. İkincisi ona görə ki, JN-178, KOD 91004018 saylı Dövlət aktı Meyniman kənd YAİK-nın xx.xx.2001-ci il tarixli qərarı ilə etibarsız hesab edilmişdir. Yəni, bugün hüquqi əhəmiyyəti qalmamışdır. Hüquqi əhəmiyyəti olmayan dövlət aktınında hər hansı bir şəxsə xüsusi icraat qaydasında məxsus olmasının heç bir əhəmiyyəti yoxdur və ola da bilməz. Ona görə ki, bununla bağlı müvafiq qərarlarla və qanuni qüvvəsini almış məhkəmə qərarları vardır. Üçüncüsü ona görə ki, həmin torpaq sahəsinə Maraqlı şəxs7 mülkiyyət hüququ tanınmış, 23 ildir ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla qanuni istifadə edir. Həmin hüquqlar DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış, ona müvafiq çıxarış və plan ölçü verilmişdir. Yuxarıda göstərdiyi işin faktiki halları, sübutlar və apellyasiya şikayətinin dəlilləri əsasında hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 saylı (xüsusi icraat qaydasında baxılan) qətnaməsi ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bütün bunlardan sonra o, həmin işə cəlb edilməsi barədə Hacıqabul Rayon Məhkəməsinə ərizə ilə (mülkiyyətini təsdiq edən müvafiq çıxarış və digər hüquqmüəyyənedici sənədlərlə birlikdə) müraciət etsə də, işə cəlb edilməmişdir. Məhkəmə tərəfindən qət edilmiş qətnamə isə ona rəsmi qaydada poçt vasitəsi ilə təqdim edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versə də, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad ona rəsmi poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Həmin qərardadı qanunsuz və əsassız hesab edir. Ona görə ki, mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən bütün sənədlərin işə cəlb edilməsi, apellyasiya şikayətinə əlavə edildiyi təqdirdə, məhkəmə nədənsə qərardadda əsaslandırmışdır ki, guya o, sənədləri təqdim etməmişdir. Qeyd edir ki, məhkəmə bütünlüklə vermiş olduğu şikayəti nəyin bahasına olursa olsun, apellyasiya şikayətinə baxılmasının qarşısını geri qaytarmaqla almaq istəyir. Odur ki, işin bütün faktiki halları, qanuni qüvvəsini almış məhkəmə qətnamələri və digər sübutlar nəzərə alınmalıdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə Maraqlı şəxs7 mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və müvafiq çıxarış verilmişdir. Lakin ərizəçinin mülkiyyətinə AİK tərəfindən verilən bu torpaq sahəsinin Dövlət aktı həmin komissiyanın müvafiq qərarı əsasında ləğv edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi 23 ildir ki, Maraqlı şəxs7 qanuni istifadəsindədir. Ərizəçinin hüquqi əhəmiyyəti olan fakt hüquqi əhəmiyyətini itirdiyi üçün təsdiq edilə bilməz. Bundan başqa, əgər həmin sənədlərdə olan hüquqi əhəmiyyəti müəyyən edilirsə, bu, onun qanunla maraqlarına toxunur. Odur ki, onun şikayəti qəbul edilib qərardad ləğv edilməli və apellyasiya şikayəti aidiyyəti üzrə göndərilməlidir. Göründüyü kimi, ərizəçinin xahişi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə olan tələbdir. Bu tələb, Maraqlı şəxs7 hüquqi maraqlarına toxunması barədə işdə olan qanuni qüvvəsini alan məhkəmə qətnamələrində mübahisə olduğunu biləbilə, onu həmin işə cəlb etmədən hüquqi əhəmiyyətini itirmiş Dövlət aktının həmin şəxsə məxsus olması barədə qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, ərizəçi bütün bu AİK-nın və məhkəmənin qanuni qüvvəsini almış qərarlarından xəbərdar olduğu təqdirdə, bunları məhkəməyə təqdim etməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin faktiki hallarına uyğun gəlmir. Əgər o, işə cəlb edilmiş olsaydı, apellyasiya şikayətinə əlavə etdiyi sübutları həmin məhkəməyə təqdim edəcəkdi. Hal-hazırda işdə sonradan maraqlarına toxunan şəxs kimi cəlb edilib, apellyasiya şikayəti verdiyi üçün təqdim etdiyi sübutların iş üçün əhəmiyyət kəsb etdiyi açıq-aşkar görünür. Odur ki, yeni sübutların məhkəmə tərəfindən qəbul edilməsini zəruri hesab edir. Hacıqabul Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-180/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 2(071)-180/2024 saylı mülki işin şikayət ərizəsi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan JN-178, KOD 91004018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Hacıqabul rayonu Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 7,27 hektar torpaq sahəsi Hacıqabul rayonu, Kalinovka kənd sakinləri X25 və onun ailə üzvləri X3, X16, X17, X9, X10 və X40 mülkiyyətinə verilmişdir. Hazırkı iş üzrə Ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiqi ilə bağlı xüsusi icraat qaydasında ərizə verməklə, mülkiyyətçi kimi adı, soyadı və ata adı X2 göstərilən Torpağa mülkiyyət hüququna dair JN-178, KOD 91004018 saylı Dövlət aktının ona (o cümlədən, digər maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X45, Rəcəbova (Koçiyeva) Təhminə Ənvərovna və Maraqlı şəxs6) məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qətnaməsi ilə mülkiyyətçi kimi adı, soyadı və ata adı X2 göstərilən Torpağa mülkiyyət hüququna dair JN-178, KOD 91004018 saylı Dövlət aktının Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Həmin qətnamədən narazı qalan işdə iştirak etməyə cəlb edilməsə də, qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu hesab edən Maraqlı şəxs7 apellyasiya şikayəti vermiş, lakin Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadı ilə onun apellyasiya şikayəti qətnamənin onun hüquq və vəzifələrinə toxunmaması əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs7 şikayət vermiş, lakin Hacıqabul Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(071)- 180/2024 saylı qərardadı ilə o, təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 180/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməmiş və mülki işin şikayət ərizəsi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Maraqlı şəxs7 hazırda işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxs sayılmasını 2 əsas hala istinad edərək əsaslandırır: 1) mübahisəli dövlət aktı üzrə torpaq sahəsinə onun mülkiyyət hüququ tanınmışdır; 2) ərizəçinin ona məxsus olması faktının müəyyən edilməsini tələb etdiyi Dövlət aktı etibarsız hesab olunmuşdur. Hazırda iş materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsi ilə Meyniman kənd X65 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən JN-178, KOD 91004018 saylı şəhadətnamənin L və K hissələri bütöv, JN-176, KOD 91004018 saylı şəhadətnamənin L hissəsi tam, K hissəsindən isə 1,2 ha torpaq sahəsinə Maraqlı şəxs7 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən ayrı-ayrılıqda X15 və Ərizəçi adından verilən apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmişdir. İşdəki Hacıqabul rayon Meyniman kənd X65 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışın surətindən görünür ki, həmin iclasda torpaq islahatı zamanı Meyniman İ.Ə.V.-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş dövlət aktlarının etibarsız sayılması və Meyniman kənd sakini Maraqlı şəxs7 ərizəsi nəzərə alınmaqla həmin 9,89 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası bildirir ki, Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qətnaməsi ilə sadəcə mülkiyyətçi kimi adı, soyadı və ata adı X2 göstərilən Torpağa mülkiyyət hüququna dair JN-178, KOD 91004018 saylı Dövlət aktının Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Bu nəticə, yəni mülkiyyətçi kimi adı, soyadı və ata adı X2 göstərilən Torpağa mülkiyyət hüququna dair JN-178, KOD 91004018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı isə özlüyündə Maraqlı şəxs7 hüquq və vəzifələrinə toxunmur. Belə ki, həmin Dövlət aktının şəxsə məxsus olmasının müəyyən edilməsi həmin aktın yenidən hüquqi qüvvəsinin yaranmasına gətirib çıxarmır. İşdə surəti olan Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(120)- 911/2024 saylı qərardadından görünür ki, Şirvan İnzibati Məhkəməsinin icraatında iddiaçı Ərizəçi cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon Meyniman kənd X65 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışın və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli iclas protokolundan çıxarışın ləğv edilməsi tələbinə dair” inzibati iş var. Göründüyü kimi, hazırkı iş üzrə ərizəçinin marağı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi ilə inzibati məhkəmə icraatı qaydasında baxılan iddiasının qeyri-mümkünlüyünün qarşısını almaqdan ibarətdir və əslində hər hansı əlavə hüquqi nəticəyə səbəb olmur. Hazırkı iş üzrə qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamə daşınmaz əmlakın dövlət reyestrində əmlak üzərində Maraqlı şəxs7 qeydə alınmış mülkiyyət hüququnun və ya Hacıqabul rayon Meyniman kənd X65 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışın ləğvinə səbəb olmur. Bu səbəbdən də Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qətnaməsinin Maraqlı şəxs7 hər hansı hüquq və vəzifəsinə toxunması halı müəyyən edilmir. Məhkəmə kollegiyası Maraqlı şəxs7 bildirir ki, yalnız Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon Meyniman kənd X65 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışın və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003cü il tarixli iclas protokolundan çıxarışın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə çıxarılacaq yekun məhkəmə aktı Maraqlı şəxs7 hüquq və vəzifələrinə toxuna bilər. MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs7 apellyasiya şikayətini qətnamənin onun hüquq və vəzifələrinə toxunmaması və bu səbəbdən də onun apellyasiya şikayəti vermək hüququnun olmaması əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 357-363, 397, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(071)-180/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1323/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1323/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver