Məhkəmə qərarları › İş №2(106)-133/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-133/2024

14.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-133/2024 14.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və İmişli Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mirasın qəbul edilmə müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, mirasın qəbul edilmə müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması və mirasdan payın müəyyən edilməsi X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi X36, üçüncü şəxs X16 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və İmişli Regional Maraqlı şəxsndə Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mirasın qəbul edilmə müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması və mirasdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(036)-1039/2023 saylı qətnaməsindən (hakim Ülvi Qənbərov) iddiaçıların nümayəndəsi X36 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar, İddiaçı2 və İddiaçı1 cavabdehlər, Cavabdeh və İmişli Regional Maraqlı şəxs notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmə müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması və mirasdan payın müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq 05 iyul 2012-ci il tarixdə vəfat etmiş X17 miras qalmış İmişli şəhəri, H.Əliyev prospekti 91-də yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin vərəsələr sırasından Cavabdeh tərəfindən qəbul edilməsinə dair İmişli Regional Maraqlı şəxs notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mirasın qəbul edilmə müddətinin gecikdirmənin üzürlü sayılaraq uzadılması, vərəsəlik hüquqlarının tanınması və mirasdan hər birinə düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır o, 1989cu ildə X37 ilə faktiki surətdə evlənərək sonuncuya məxsus olan İmişli şəhəri, H.Əliyev prospekti 91-də yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçmüş, onların İddiaçı2 və İddiaçı1 adında iki uşaqları olmuş və həmin ünvanda 20 ildən artıq müddətdə qeydiyyatsız yaşamışdır. X21 başqa qadından doğulmuş övladı, Cavabdeh da onlarla birlikdə yaşamış və 2008-ci ildə Rusiya Federasiyasına köçərək evin yaşayış sahəsindən çıxmışdır. 2011-ci ildə X37 aralarında torpaq üstündə yaranmış mübahisə zamanı qonşuluqda yaşayan əmisi oğlu Mahir Cavadovu öldürdüyü üçün 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və o, daha həmin ünvada qala bilməyərək uşaqlarla birlikdə İmişli rayonu Yalavac kəndinə köçüb qardaşına məxsus olan evdə yaşamışdır. X37 05 iyul 2012-ci il tarixdə vəfat etmiş, miras qalmış İmişli şəhəri,H.Əliyev prospekti 91-də yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki iki mərtəbəli fərdi yaşayış evi sənədsiz olduğundan vərəsələr tərəfindən rəsmi qaydada qəbul edilməsi mümkün olmamışdır. Cavabdeh miras əmlaka dair sənədləri gizli surətdə əldə etdikdən sonra mirası qəbul etməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almış və əmlaka təkbaşına yiyələnmişdir. Ona görə də, 05 iyul 2012-ci il tarixdə vəfat etmiş X17 miras qalmış İmişli şəhəri, H.Əliyev prospekti 91-də yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin vərəsələr sırasından Cavabdeh tərəfindən qəbul edilməsinə dair İmişli Regional Maraqlı şəxs notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, digər vərəsələrin mirası qəbul etmə müddətinin gecikmənin üzürlü sayılaraq uzadılması, İddiaçı2 və İddiaçı1 vərəsəlik hüquqlarının tanınması və mirasdan onlara düşən payın müəyyən edilməsi barədə iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, X37 və X12 törəmiş və onlarla birlikdə İmişli şəhəri, H.Əliyev prospekti 91-də yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşayaraq həddi buluğa çatmışdır. X37 və X13 ondan başqa, X27 və X28 adında övladları olmuş və hər biri evlənərək yaşayış yerini dəyişmişdir. İmişli şəhəri, H.Əliyev prospekti 91-də yerləşən iki mərtəbəli fərdi yaşayış evi ötən əsrin 70-ci illərində tikilmiş və valideynlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olmuşdur. X23 1981-ci ildə vəfat etmiş, 1984-cü ildə X8 Elmira Seyidağa qızı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onların X45 adında uşaqları olmuşdur. X18 ailənin digər üzvləri ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospekti 91-də yerləşən fərdi yaşayış evində bir müddət yaşamış və boşandıqdan sonra evdən çıxaraq başqa ünvana köçmüşdür. Bundan sonra X9 Əntiqa Həzi qızı iilə qeyri-rəsmi qaydada evlənmiş, onların İddiaçı2 və İddiaçı1 adında uşaqları olmuşdur. Nümayəndə İmişli şəhəri, H.Əliyev prospekti ev 91-ə köçməmiş, övladları ilə birlikdə X37 tərəfindən tikilmiş İmişli rayonu Yalavac kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. 2011-ci ildə X37 aralarında torpaq üstündə yaranmış mübahisə zamanı qonşuluqda yaşayan əmisi oğlu Mahir Cavadovu öldürdüyü üçün 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 05 iyul 2012-ci il tarixdə həbsxanada ölmüşdür. Həmin vaxt o, Rusiya Federasiyasında olmuş və 2014-cü ildə qayıdaraq İmişli şəhəri, H.Əliyev prospekti ev 91-ə yaşamağa davam etmişdir. İmişli şəhəri, H.Əliyev prospekti 91-də yerləşən fərdi yaşayış evi 0,043 ha torpaq sahəsində yerləşmiş və qəzalı vəziyyətdə olmaqla sənədsiz olmuşdur. Həmin ev və torpaq sahəsi vahid daşınmaz əmlak obyekti kimi xx.xx.2022-ci il tarixdə onun səyləri nəticəsində X21 adına qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə İmişli Regional Maraqlı şəxs notariat ofisi tərəfindən adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra şəxsi mülkiyyətinə keçmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İmişli Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(036)-1039/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə iddiaçıların vərəsə kimi mübahisəli əmlakdan pay almaq hüquqları vardır. Vəfat edən X37 iddiaçıların atası olmuşdur. Belə olan halda da, iddiaçıların mübahisəli evdə payları vardır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıların nümayəndəsi X36 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, miras qoyan 4 dəfə ailəli olmuşdur. Belə ki, miras qoyan X37 ilk dəfə X23 ilə nikaha girmiş və həmin nikahdan Cavabdeh, X27 və X28 adında övladları anadan olmuşdur. Qeyd edilən hər üç vərəsə hazırda da yaşayırlar. X23 1981-ci ildə vəfat etmişdir. X37 ikinci dəfə X18 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onların X45 adında uşaqları olmuşdur. X37 ilə X18 arasındakı nikah xx.xx.2007-ci ildə ləğv edilmişdir. X18 hazırda vəfat etmişdir. Cavabdeh X4 onunla faktiki olaraq ailə qurmuş və həmin nikahdan hazırkı iddiaçılar Cavid və İddiaçı2lar anadan olmuşdur. Bundan sonra X56 Abdullayeva ailə qurmuş, həmin nikahdan övladları olmamışdır. Aralarındakı nikah isə xx.xx.2010-cu ildə pozulmuşdur. Bildirmişdir ki, hazırda miras qoyanın Hafiz, Vüsalə, Sevinc, Yaqut, Cavid və Cavaddan ibarət 6 vərəsəsi qalmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, birinci instansiya məhkəməsində vermiş olduğu izahata oxşar olan izahat vermişdir. Apellyasiya baxışında Ağayeva (Cavadova) Vüsalə Vəli qızı, İbadova (Cavadova) Sevinc Vəli qızı, X29 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya baxışında iştirak edən üçüncü şəxs X30 bildirmişdir ki, atası Vəli 4 dəfə ailə qurmuşdur. Həmin nikahlardan 3-ü rəsmi, 1-i isə qeyri-rəsmi nikah olmuşdur. Atasının birinci nikahdan 3 – Hafiz, Vüsalə, Sevinc, 2-ci nikahdan o özü anadan olmuşdur. Anası hələ sağlığında yəni, xx.xx.2007-ci ildə atasından boşanmışdır. Sonradan anası vəfat etmişdir. Atası sonradan Əntiqə Usubova ilə faktiki ailə qurmuş və onların Cavid və Cavad adında uşaqları olmuşdur. Atası sonradan Nuriyyə Abdullayeva adlı şəxslə ailə qursa da xx.xx.20210-cu ildə aralarında olan nikahları pozulmuşdur. O da öz növbəsində atasından qalan miras əmlakdan öz payının ayrılaraq verilməsini xahiş etmişdir. Digər üçüncü şəxslər apellyasiya baxışında iştirak etməmişlər. İmişli Regional Maraqlı şəxsndə Notariat Ofisinin xüsusi notariusu Seymur Nəsirov məhkəməyə məktub göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında nümayəndələrinin iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onlarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçılara münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM-nin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1. 1-ci maddəsinə əsasən birinci növbədə -ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə gəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və miras əmlak üzərinə hər bir vərəsinin 1/6 hissədə payları müəyyən edilməlidir. Məhkəmə tərəfindən iş üzrə aşagıdakı sənədlər tədqiq edilmişdir. İşdə olan AZ-İ 547690 nömrəli «ölüm haqqında» şəhadətnamənin surətinə əsasən X37 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 814358 nömrəli «ölüm haqqında» şəhadətnamənin surətinə əsasən X19 xx.xx.1981-ci ölmüşdür. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışa əsasən X22 ilə X21 nikahı xx.xx.1974-cü il tarixdə 35 saylı akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Cavadova soyadı verilmişdir. İşdə olan XV-JQ 464021 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.1990-cı il təvəllüdlü İddiaçı2 Nümayəndə və X17 törəmişdir. İşdə olan İ-JQ 333046 nömrəli «atalığı müəyyən etmək haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı1 Nümayəndə və X17 törəmişdir. İşdə olan İV-JQ 437170 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh X10 və X17 törəmişdir. İşdə olan İİİ-JQ 423076 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.1975-ci il təvəllüdlü X2 Solmaz Bəylər qızından və X17 törəmişdir. İşdə olan V-JQ 418386 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.1978-ci il təvəllüdlü X3 Solmaz Bəylər qızından və X17 törəmişdir. İşdə olan X-JQ 451325 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən 1xx.xx.1975-ci il təvəllüdlü X5 Elmira Seyidağa qızından və X17 törəmişdir İşdə olan AZE 14488169 nömrəli Ş/V-nin surətinə əsasən Cavabdeh İmişli şəhəri, H.Əliyev pr-ti ev 91-də daimi yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən İmişli şəhəri, H.Əliyev pr-ti 133-də ( əvvəlki İmişli şəhəri, H.Əliyev pr-ti 91) yerləşən 0,043 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 120,9 kv/m olan fərdi yaşayış evi **********15-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində X21 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan 1/218 invertar nömrəli Fərdi Yaşayış evinin Texniki pasportunun surətinə əsasən X21 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış İmişli şəhəri, H.Əliyev pr-ti 133-də (əvvəlki İmişli şəhəri, H.Əliyev pr-ti 91) yerləşən ümumi sahəsi 120,9 kv/m olan 4 taqlı 2 mərtəbəli fərdi yaşayış evi 1971-ci ildə tikilmişdir. İşdə olan İmişli rayonu 2 saylı NK-nın Xüsusi X11 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-28 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən vərəsələr sırasından Cavabdeh 05 iyul 2012-ci ildə vəfat etmiş X17 miras qalmış AR ƏƏSMN DSMF Qaradağ rayon şöbəsində olan 2702,73 manat məbləğində nağd pul vəsaitini əldə etmək hüququ verilmişdir. İşdə olan İmişli Regional Maraqlı şəxs notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-441 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən vərəsələr sırasından Cavabdeh 05 iyul 2012-ci ildə vəfat etmiş X17 miras qalmış İmişli şəhəri, H.Əliyev prospekti 133 ( əvvəllər: İmişli şəhəri, H.Əliyev pr-ti 91) ünvanda yerləşən 0,043 ha torpaq sahəsini və yaşayış sahəsi 64,0 kv/m, köməkçi sahəsi 56,9 kv/m, ümumi sahəsi 120,9 kv/m olan 2 mərtəbəli fərdi yaşayış evini tam hissədə pay almaqla əldə etmək hüququ verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən İmişli şəhəri, H.Əliyev pr-ti 133-də ( əvvəllər: İmişli şəhəri, H.Əliyev pr-ti 91) yerləşən 0,043 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 120,9 kv/m olan fərdi yaşayış evi **********15-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 05 iyul 2012-ci il tarixdə vəfat etmiş X17 miras qalmış İmişli şəhəri, H.Əliyev prospekti 91-də yerləşən 0,0430 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki yaşayış sahəsi 64,0 kv/m, köməkçi sahəsi 56,9 kv/m, ümumi sahəsi 120,9 kv/m olan 2 mərtəbəli fərdi yaşayış evini miras açıldıqdan sonra faktiki surətdə idarə edərək vahid daşınmaz əmlak obyekti kimi hüquqi statusunu tanıtmış, o cümlədən miras qalmış 2702,73 manat məbləğində nağd pul vəsaitini xx.xx.2017-ci il tarixdə rəsmi qaydada əldə etmişdir; İddiaçı2 və İddiaçı1 X21 vəfatından sonra miras qalmış İmişli şəhəri, H.Əliyev prospekti 91 ünvanda yaşamamış və mirasa daxil olan heç bir əmlakı idarə etməmişlər. Buna görə də birinci instansiya hesab etmişdir ki, Cavabdeh 05 iyul 2012-ci il tarixdə vəfat etmiş X17 miras qalmış İmişli şəhəri,H.Əliyev prospekti 91-də yerləşən 0,0430 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki yaşayış sahəsi 64,0 kv/m, köməkçi sahəsi 56,9 kv/m, ümumi sahəsi 120,9 kv/m olan 2 mərtəbəli fərdi yaşayış evini faktiki surətdə qəbul edərək, o cümlədən miras qalmış 2702,73 manat məbləğində nağd pul vəsaitini rəsmi qaydada əldə edərək mülkiyyətinə keçirmiş, İddiaçı2 və İddiaçı1 isə mirasa daxil olan heç bir əmlaka faktiki surətdə yiyələnməmiş və ötən müddətdə mirasdan pay almaq üçün cəhdlər etməyərək mirası qəbul etmə müddətini üzrsüz səbəbdən gecikdirmişlər. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin yuxarıda gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, miras qoyan X17 qalmış -İmişli şəhəri, Heydər Əliyev prospekti (keçmiş Heydər Əliyev prospekti, ev 91) ev 133 ünvanında yerləşən fərdi yaşayış evi üzərində onun vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh, İbadova (Cavadova) Sevinc Vəli qızı, Cavadova (Ağayeva) Vüsalə Vəli qızı və Xəmmədova (Cavadova) Yaqut Vəli qızının 1/6 hissədə payları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında şərh edilən və gəlinən nəticələri əsas götürmüşdür. Vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, miras qoyan V.Cavadov xx.xx.1974-cü il tarixdə X23 ilə rəsmi nikaha daxil olmuş, nikahın bağlanmasından sonra arvada Cavadova soyadı verilmişdir. V.Cavadovun bu nikahdan Hafiz, Vüsalə və Sevinc adında övladları anadan olmuşdur. X24 1981-ci ildə vəfat etmişdir. Bundan sonra miras qoyan V.Cavadov X14 ilə rəsmi nikaha daxil olur və bu nikahdan onun Yaqut Xəmmədova (Cavadova) adlı bir qızı anadan olur. V.Cavadovla E.Cavadova arasındakı nikah xx.xx.2007-ci ildə pozulur. X44 vəfat etmişdir. Miras qoyan V.Cavadov sonradan hazırkı iddiaçıların anası Əntiqə Usubova ilə faktiki nikaha daxil olur və onların Cavad və Cavid adlarında uşaqları anadan olur. Daha sonra V.X1 ilə rəsmi nikaha daxil olsa da onların uşaqları olmur və onlar arasındakı nikah xx.xx.2010-cu ildə pozulur. Miras qoyan X37 xx.xx.2012-ci ildə vəfat edir. Miras qoyan vəsiyyətnamə qoymamışdır. Göründüyü kimi MM-nin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanın vəfatından sonra onun Cavabdeh, İbadova (Cavadova) Sevinc Vəli qızı, Cavadova (Ağayeva) Vüsalə Vəli qızı, Xəmmədova (Cavadova) Yaqut Vəli qızı, İddiaçı1 və İddiaçı2 adlarında birinci növbə vərəsələri qalmışdır. Miras qoyandan İmişli şəhəri, Heydər Əliyev prospekti (keçmiş Heydər Əliyev prospekti, ev 91) ev 133 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.043 ha olan torpaq sahəsi qalmışdır. Cavabdeh atasından qalmış əmlakla bağlı notariusa müraciət etmiş İmişli Regional Maraqlı şəxs notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-441 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən vərəsələr sırasından Cavabdeh 05 iyul 2012-ci ildə vəfat etmiş X17 miras qalmış İmişli şəhəri, H.Əliyev prospekti 133 ( əvvəllər: İmişli şəhəri, H.Əliyev pr-ti 91) ünvanda yerləşən 0,043 ha torpaq sahəsini və yaşayış sahəsi 64,0 kv/m, köməkçi sahəsi 56,9 kv/m, ümumi sahəsi 120,9 kv/m olan 2 mərtəbəli fərdi yaşayış evini tam hissədə pay almaqla əldə etmək hüququ verilmişdir. Bundan sonra Cavabdeh atasından miras qalmış İmişli şəhəri, H.Əliyev pr-ti 133-də ( əvvəllər: İmişli şəhəri, H.Əliyev pr-ti 91) yerləşən 0,043 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 120,9 kv/m olan fərdi yaşayış evini öz adına rəsmiləşdirərək Çıxarış almışdır. Göründüyü kimi miras qoyanın ölümündən sonra onun 6 övladı – vərəsəsi qalmışdır. İşdə miras qoyanın 6 vərəsələrini əks etdirən xx.xx.2022-ci il tarixli arayış olmasına baxmayaraq notarius digər vərəsələri də işə cəlb etmədən və bununla da vərəsələrin dairəsini qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirməmişdir. Bu isə sonda qanuna uyğun olmayan qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsinə səbəb olmuşdur. Belə ki, MM-nin 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras qoyanın bütün birinci növbə vərəsələri müəyyən olunaraq qanunvericiliyə uyğun olaraq verilməli olduğu halda, həmin vərəsələrdən yalnız miras qoyanın ilk nikahdan olan vərəsələri vərəsəliyə cəlb edilmiş və ona miras qoyanın əmlakı barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da Notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh İmişli Regional Maraqlı şəxs notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-441 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(036)-1039/2023 saylı qətnaməsi ləğv edilməli, İş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilərək İmişli Regional Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə vəfat etmiş- X21 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almasına dair 28 noyabr 2022-ci il tarixli, 2V-441 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, 28 noyabr 2022-ci il tarixli, 2V- 441 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən İmişli şəhəri, Heydər Əliyev prospekti (keçmiş Heydər Əliyev prospekti, ev 91) ev 133 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X17 miras qalmış - İmişli şəhəri, Heydər Əliyev prospekti (keçmiş Heydər Əliyev prospekti, ev 91) ev 133 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,043 ha torpaq sahəsi üzərində İddiaçı1 1/6 hissədə, İddiaçı2 1/6 hissədə, Cavabdeh 1/6 hissədə, İbadova (Cavadova) Sevinc Vəli qızının 1/6 hissədə, Cavadova (Ağayeva) Vüsalə Vəli qızının 1/6 hissədə, Xəmmədova (Cavadova) Yaqut Vəli qızının 1/6 hissədə payları müəyyən edilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

İddiaçıların nümayəndəsi X36 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(036)-1039/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İmişli Regional Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə vəfat etmiş- X21 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almasına dair 28 noyabr 2022-ci il tarixli, 2V-441 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İmişli şəhəri, Heydər Əliyev prospekti (keçmiş Heydər Əliyev prospekti, ev 91) ev 133 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X17 miras qalmış -İmişli şəhəri, Heydər Əliyev prospekti (keçmiş Heydər Əliyev prospekti, ev 91) ev 133 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,043 ha torpaq sahəsi üzərində İddiaçı1 1/6 hissədə, İddiaçı2 1/6 hissədə, Cavabdeh 1/6 hissədə, İbadova (Cavadova) Sevinc Vəli qızının 1/6 hissədə, Cavadova (Ağayeva) Vüsalə Vəli qızının 1/6 hissədə və Xəmmədova (Cavadova) Yaqut Vəli qızının 1/6 hissədə payları müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar