Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1349/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin ləğv olunması, avtomobilin saz vəziyyətdə təhvil verilməsi və 2000 manat pul” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(073)- 271/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin ləğv olunması, avtomobilin saz vəziyyətdə təhvil verilməsi və 2000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair bağlanmış 01 sentyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə ona qaytarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə görə, 2023-cü ilin avqust ayında iddiaçı özünə məxsus “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili “Turbo.az” saytında satışa çıxararaq elan yerləşdirmişdir. Bu elanla əlaqədar Cəlilabad rayonu Həziabad kənd sakini Cavabdeh2 ilə tanış olmuşdur. Belə ki, cavabdeh elanı görüb ona zəng edib "Niva"nı almaq istədiyini bildirmişdir. Bununla əlaqədar onunla Lənkəranda görüşmüşlər. “Chevrolet Niva GLC” markalı avtomobili gətirib göstərmiş, Cavabdeh2 avtomaşını sürüb yoxlamış, xoşuna gəlmişdir. O, cavabdehə 9500 manat qiymət demişdir. Lakin Cavabdeh2 bildirmişdir ki, nağd pulu yoxdur, əvəzində ona "Mersedes C klass" markalı minik avtomaşını təklif etmiş və qiymətini 6000 manata deyərək əlavə 3200 manat da ona verəcəyini bildirmişdir. Razılaşdıqları kimi, "Mersedes C klass” markalı avtomaşını ondan alıb baxmış, lakin xoşuna gəlməmiş, Cavabdeh2 bunun əvəzində ona “Ford Transit” markalı yük avtomaşını təklif etmişdir. Avtomaşını ona göstərmiş və xoşuna gələrsə alacağını bildirmişdir. Bundan bir neçə gün sonra - 01 sentyabr 2023-cü il tarixdə Cavabdeh2 ilə Lənkəranda imtahan qeydiyyat şöbəsində görüşmüşdür. Ora Cavabdeh2 “Ford Transit” markalı, 99-RK-l10 dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş, onunla razılaşmışlar ki, həmin avtomaşını 2 il müddətinə 24000 manat ödəmək şərtilə iddiaçı alır, ilkin ödəniş olaraq iddiaçının adına olan 8000 manat dəyərində olan “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili və əlavə olaraq ona 2000 manat pul verməyə razılaşmışlar. Elə həmin günü “Chevrolet Niva GLC” markalı avtomobilin satışına dair Cavabdeh2 anası olan digər Cavabdeh1 ilə aralarında Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X2 İmtahan və X6 01 sentyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan başqa, Niyaza 1400 manat da nağd şəkildə ödəmiş, əvəzində Niyaz ona “Ford Transit” markalı avtomobili idarə etmək haqqında etibarnamə vermişdir, 2 ay ərzində hissə-hissə Cavabdeh2 600 manat da vermiş və bununla da ümumilikdə Niyaza 10000 manat ödəmişdir. Sonradan Niyazın ona satdığı “Ford Transit” markalı avtomobilin yük götürmə mexanizmi zəif olduğu üçün aldığı yük avtomaşınını geri qaytarmaq istəmişdir. Bu barədə Niyazla telefon əlaqəsi saxlayıb ona maşını qaytarıb 10.000 manat pulunu geri istəmişdir. Niyaz isə ona bildirmişdir ki, maşını Göytəpə şəhərinə gətirsin, istəyən var. Həmin maşını Masallıdan İntizar adlı şəxslə danışıb ona satacaqdır və həmin alıcıdan pulu alıb 10000 manatını qaytaracaq. Bu məqsədlə aralarında olan razılığa əsasən, qardaşı Nümayəndə1lə birlikdə xx.xx.2023-cü ildə “Ford Transit” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsinə, mərkəzi avtovağzala gəlmişlər. Orada Cavabdeh2 ilə görüşüb avtomobili geri qaytarmaq istəyərkən Niyaz bildirmişdir ki, onlara 5000 manat pul və əlavə “Mersedes 190” markalı avtomaşın verəcək. O, isə qardaşı Rahil ilə ondan tələb etmişlər ki, Niyaz 10.000 manat pulu tam ödəsin, lakin Niyaz həmin pulu ödəməkdən imtina etmişdir. Niyaz avtomobili geri götürməkdən və 10.000 manat pulu ona qaytamaqdan imtina etdiyi üçün qardaşı Rahil istifadəsində olan mobil telefonla DİN-in “102” xidməti-zəng mərkəzinə məlumat vermiş və bundan sonra məsələnin həlli üçün “Ford Transit” markalı avtomobili idarə edərək Cəlilabad RPŞ-nin Göytəpə PB-nə gətirib saxlamışdır. Müraciətləri əsasında X4 dəfələrlə araşdırma aparılsa da sonda 31 avqust 2024-cü il tarixli qərarla cinayət hadisəsi olmaması səbəbi ilə cinayət işinin başlanılması rədd edilmiş və iddiaçıya izah olunmuşdur ki, mülki icraat qaydasında məhkəməyə müraciət etsin. Bundan sonra da o, dəfələrlə Cavabdeh2 pulunu tələb etsə də cavabdeh onun pulunu verməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək iddianı müdafiə etmişdir. Onun etibarnamə üzrə nümayəndəsi, qardaşı Nümayəndə1 da məhkəmə baxış iclasında, həmçinin məhkəmənin əvvəlki hazırlıq iclaslarında iddianın məzmununa uyğun izahat vermişdir. Bildirmişdirlər ki, cavabdehlərə məxsus “Ford Transit” markalı avtomobili az müddət sürdükdən sonra onda ciddi nasazlıqların olduğunu müəyyən etmişlər, həmin nasazlıqlar üçün özləri tərəfindən müəyyən qədər vəsait də xərclənmişdir. Beləliklə, avtomobilin onlar üçün yararsız olduğunu müəyyən etdiklərinə görə bu barədə Cavabdeh2 bildirmişlər və avtomobili geri götürüb onun da onlara məxsus “Chevrolet NİVA” markalı avtomobili və 2 min manat pulu qaytarmasını tələb etmişlər. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 aid hissədə iddianı əsassız hesab edir və həmin hissədə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, iş materiallarında iddiaçıya məxsus “Chevrolet NİVA” markalı avtomobilin alğı-satqısına dair müqavilə var və orada göstərilən 8 min manat pul cavabdehlər tərəfindən iddiaçıya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-271/2025 nömrəli qətnaməsi ilə (Hakim: Osman Vəliyev) iddia təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Nəqliyyyat vasitəsinin alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilənin predmeti olan “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin, olmadığı halda onun dəyəri kimi müəyyən edilmiş 8000 (səkkiz min) manat pul və 2000 (iki min) manat pulun, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı avtomobilin pulunu almaması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmədə sübut etməli idi ki, həmin pulu Cavabdeh1 nəğd şəkildə almayıb. Cavabdeh1 ilə İddiaçı arasında "Chevrolet Niva GLC" markalı avtomobilin alğı-satqı müqaviləsini təsdiq edən məsul şəxsin izahatı alınmamışdır. Hansı ki, həmin şəxsin izahatı alınardısa avtomobilin alğı-satqısı zamanı 8000 manat pulun iddiaçı tərəfindən alınması öz təstiqini tapardı. Bu fakt alğı-satqı müqaviləsi ilə də təstiq edilir. Belə ki, həmin müqavilədə iddiaçı həmin məbləği almasını öz imzası ilə də təsdiq edir. Cavabdeh1 ilə İddiaçı arasında "Chevrolet Niva GLC" markalı avtomobilin alğısatqı müqaviləsinin formal olaraq bağlanması, yəni digər avtomobilin alğı-satqısının ödənişinin bir hissəsi kimi qiymətləndirilməsi də iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, Cavabdeh1 pulunu iddiaçıya verərək avtomobili almışdır. Digər şəxslərlə gedən proses və razılaşmadan heç bir məlumatı olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin qətnaməsindən belə çıxır ki, Cavabdeh1 8000 manat pul ödədiyi halda yenidən həmin məbləğin müəyyən hissəsini iddiaçıya ödəməlidir. Bu hal isə məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-271/2025 saylı qətnaməsinin Cavabdeh1 ilə İddiaçı arasında "Chevrolet Niva GLC" markalı avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin olmadığı halda onun dəyəri kimi müəyyən edilmiş 8000 manat və 2000 manat pulun Cavabdeh1 tutulması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(073)-271/2025 nömrəli qətnaməsinin Cavabdeh1 ilə İddiaçı arasında "Chevrolet Niva GLC" markalı avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin olmadığı halda onun dəyəri kimi müəyyən edilmiş 8000 manat və 2000 manat pulun Cavabdeh1 tutulması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(073)-271/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(073)- 271/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(073)-271/2025 nömrəli qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyindən Cavabdeh1 qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(073)-271/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında, əslində, eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər, əslində, bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər ana - oğul qohumluq münasibətindədirlər, “Ford Transit” markalı yük maşını rəsmi olaraq Cavabdeh1 xüsusi mülkiyyətində olsa da və “NİVA” markalı avtomobil alğı-satqı müqaviləsi ilə ona satılsa da, müqavilənin əsl tərəfinin digər Cavabdeh2 olması, işin mübahisələndirilməyən halıdır. Bu hal iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda yer alan cavabdehlərin hər ikisinin izahatından da aydın olur. Həmçinin 68 yaşlı (xx.xx.1957-ci il təvəllüdlü) qadının “NİVA” markalı avtomobili və ya “Ford Transit” markalı yük maşınını faktiki sahib kimi idarə etməsi ağlabatan deyildir. Odur ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi” etibarsız hesab edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, işin hallarından göründüyü cavabdehlər ana - oğul olmaqla yaxın qohumluq münasibətindədirlər. Birgə yaşamaqla təsərrüfatı idarə edirlər. Eyni zamanda “NİVA” markalı avtomobil alğı-satqı edilərkən tərəflər “Ford Transit” markalı yük maşınını nisyə alğı-satqı əsasında iddiaçıya satmaq barədə razılıq əldə ediblər. Sözügedən yük maşını isə həmin vaxt Cavabdeh1 mülkiyyətində olmuş, sonuncu tərəfindən iddiaçıya nəqliyyat vasitəsini idarə etməyə dair etibarnamə verilmişdir. Hətta Cavabdeh1 apellyasiya şikayətində pulunu iddiaçıya verərək avtomobili aldığını göstərmişdir. Göründüyü kimi, tərəflər arasında etibarlı alğı-satqı münasibətləri olmuş, Cavabdeh1 prosesdə iştirakı formal olmamış, cavabdehlər birgə fəaliyyət göstərmişlər. Bu zaman Cavabdeh1 avtomobili faktik sahib kimi idarə edibetməməsinin hər hansı əhəmiyyəti yoxdur. Ona görə də məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli “Nəqliyyyat vasitəsinin alğı-satqı müqaviləsi”ni etibarlı əqd kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda tərəflərin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməməsi aydınlaşdırılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili dəyəri 8000 manat qiymətləndirilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satmış, sonuncular isə X1 xüsusi mülkiyyətində olan "FordTransit" markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini dəyəri 26000 manat qiymətləndirilməklə iddiaçıya satmağı öhdələrinə götürmüş, bu zaman 26000 manata münasibətdə “Chevrolet Niva GLC" markalı avtomobil 8000 manat qiymətləndirildiyindən iddiaçı qalan 16.000 manatı isə 2 il müddətində aybaay ödəməyə razılaşmış, cavabdeh X3 tərəfindən yük maşınını idarə etmək üçün iddiaçıya etibarnamə verilmiş, iddiaçı 2 ay ərzində ümumilikdə cavadehlərə 2000 manat pul ödəmişdir. Daha sonra tərəflər arasında münaqişə yarandığından iddiaçı "FordTransit" markalı yük maşınını cavabdehlərə geri qaytardığından və “Chevrolet Niva GLC" markalı avtomobil də hazırda cavabdehlərdə olduğundan (cavabdeh tərəf apellyasiya baxışı zamanı hər iki avtomobilin onlarda olmasını təsdiq etmişdir) iddiaçı hazırda "Ford- Transit" markalı yük maşınını müqavilə şərtləri pozulduğu üçün cavadehlərə geri qaytardığına görə alğı-satqı müqaviləsinin ləğv edilərək avtomobilin və ödədiyi 2000 manat pulun ona qaytarılmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də cavabdehlər tərəfindən öhdəliyə əməl edilmədiyindən iddiaçı öz tələbində haqlıdır. Belə ki, cavabdeh tərəf “Chevrolet Niva GLC" markalı avtomobili xx.xx.2023-cü il tarixli “Nəqliyyyat vasitəsinin alğı-satqı müqaviləsi” əsasında aldıqlarını və həmin müqavilədə də avtomobilin dəyərinin 8000 manat qiymətləndirildiyini və iddiaçıya ödənildiyini göstərirlər. İşdə olan xx.xx.2023-cü il tarixli “Nəqliyyyat vasitəsinin alğı-satqı müqaviləsi”ndən də görünür ki, İddiaçı mülkiyyətində olan “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı markalı avtomobili Cavabdeh1 satmışdır. Həmin müqavilənin 2-ci bəndində 8000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yəni Cavabdeh1 alındığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.9-cu bəndinə əsasən, bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surətinin təqdim edilməsi zəruridir. Göründüyü kimi, qeydiyyat idarəsində alğı-satqı aparılarkən avtomobilin dəyərinin həqiqətən də ödənilməsi ilə bağlı müvafiq təsdiqedici sənədi təqdim etmək öhdəliyi yalnız hüquqi şəxslərin nəqliyyat vasitələrinin alğı-satqısı hallarına şamil olunur, fiziki şəxslər arasında alğı-satqı baş tutarkən isə avtomobilin dəyərinin artıq alğı-satqıya qədər ödənilməsi prezumpsiyası müvafiq orqan tərəfindən rəhbər tutulur Cavabdeh tərəfin həm polis şöbəsində aparılmış araşdırma zamanı, həm də apellyasiya baxışı zamanı verdikləri izahatlarından, eləcə də iddiaçının izahatından bir daha aydın olur ki, xx.xx.2023-cü il tarixli “Nəqliyyyat vasitəsinin alğı-satqı müqaviləsi” bağlanarkən cavabdehlər tərəfindən iddiaçıya hər hansı məbləğdə pul verilməmiş, pul məbləği “kağız üzərində” ödənilmiş olaraq göstərilmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehlərə məxsus "FordTransit" markalı yük maşınını 26000 manata almağa razılaşdığı üçün “Chevrolet Niva GLC" markalı avtomobil iddiaçı tərəfindən sadəcə olaraq dəyəri 8000 manat qiymətləndirilməklə cavabdehə satılmışdır. Belə olan halda cavabdeh tərəfin “Nəqliyyyat vasitəsinin alğı-satqı müqaviləsi”nə istinadən avtomobilin pulunun ödənilməsini bildirməsi tələbdən yayınmaq üçün özünümüdafiə kimi qiymətləndirilməlidir. Yəni tərəflərin faktiki münasibətləri, iradə ifadələri və işdə olan sübutları nəzərə almadan yalnız müqavilədəki "pul alınıb" qeydinə istinad yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(073)-271/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(073)-271/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ilə arasında “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 01 sentyabr 2023-cü il tarixli “Nəqliyyyat vasitəsinin alğı-satqı müqaviləsi” ləğv edilsin. “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə İddiaçı qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 manat pul müştərək qaydada tutulub İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1349/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1349/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver