Məhkəmə qərarları › İş №2(106)-1355/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1355/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1355/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətin (ASC) və "xxxx" ASC-nin X1rşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 2(018)-313/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin X1rşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən tərtib edilmiş 04 avqust 2023-ci il tarixli R№051785 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1015.30 manat borcun **********5 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər bir vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə elektrik enerjisindən istifadə edir. Lakin 2023-cü il avqust ayında "xxxx" ASC-nin Astara xidmət sahəsinin əməkdaşları Astara rayonu Şiyəkəran yerləşən fərdi dülgər sexinə aid **********5 nömrəli sayğaca baxış keçirmiş, sayğacın alt qapağ hissəsini qırılması ilə, 2-ci və 3-cü fazasında olan cərəyan şuruplarının açılması, qriflərdən elektrik yükünün axması və sayğaca daxil olmuş 0 xəttini birbaşa qoşularaq sayğacdan kənar elektrik enerjisinin istifadə edilməsi səbəbindən sayğacı açıb aparmışlar. Bu barədə 04 avqust 2023-ci il tarixli R№051785 nömrəli akt tərtib edilmiş və 1015.30 manat məbləğdə borc hesablanmışdır. O, sayğaca heç bir müdaxilə etməmişdir. Əsassız olaraq "xxxx" ASC tərəfindən 04 avqust 2023-ci il tarixli R№051785 nömrəli aktda sayğacın sayğacın alt qapağ hissəsini qırılması ilə, 2~ci və 3-cü fazasında olan cərəyan şuruplarının açılması, qriflərdən elektrik yükünün axması və sayğaca daxil olmuş 0 xəttini birbaşa qoşularaq sayğacdan kənar elektrik enerjisinin istifadə edilməsi göstərilmişdir. Bunun nəticəsində isə guya elektrik sayğacına müdaxilə olunduğu üçün itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 1015.30 manat məbləğdə dəymiş ziyan hesablanmışdır. Həmin akt imzası olmadan və onun iştirakı olmadan tərtib edilmişdir. Əlavə olaraq, o, istifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay davamlı olaraq ödəmişdir. Qeyd olunanlara əsasən elektrik sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da, onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Tərəfindən elektrik sayğacına müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın alt qapaq hissəsinni qırılması ilə, 2-ci və 3-cü fazasında olan cərəyan şuruplarımn açılması, qriflərdən elektrik yükünün axması və sayğaca daxil olmuş 0 xəttini birbaşa qoşularaq sayğacdan kənar elektrik enerjisinin istifadə edilməsi müəyyən edilmədiyi halda ona əlavə borc hesablanmışdır. “Azərişıq“ ASC-nin istehlakçının barəsində tədbir görməsi və istehlakçını məsuliyyətə cəlb etməsi kimi səlahiyyəti yoxdur. Buna görə də, qeyd olunan akt tərtib edildiyi andan etibarsız əqddir. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 04 avqust 2023-ci il tarixli R№051785 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1015.30 manat məbləğində borcun **********5 saylı abonent kodundan silinməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş edir. Astara Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 2(018)-313/2024 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, videogörüntülərdəki sayğac ona məxsusdur. Sayğac həyətdə yerləşir və ona nəzarəti özü həyata keçirməli deyil. Belə ki, cavabdeh qurumun əməkdaşları hər ay gəlib sayğaca baxış keçirir. Əgər sayğacda bir qüsur mövcud idisə, bunu onlar aşkar edə bilərdilər. Özünə məxsus VÖEN-i xx.xx.2024-cü il tarixdən aktivdir. Fərdi dülgər sexi var və ona məxsus mübahisəli sayğac yalnız sexin qazla təmin edilməsi üçündür. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası “AZEMİS”-dən (Elektron Məhkəmə İnformasiya Sistemi) İddiaçı vergi məlumatlarının Çıxarışından müəyyən etmişdir ki, İddiaçı vergi ödəyici olan fiziki şəxsdir (VÖEN: **********). Habelə "xxxx" ASC-də vergi ödəyicisi olan hüquqi şəxsdir (VÖEN: **********). İşdən də göründüyü kimi, hazırkı iş üzrə mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlıdır və onlar sahibkarlıq subyektidir. Kollegiya eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsində iddiaçı tərəfindən cavabdeh qismində "xxxx" ASC ilə yanaşı "xxxx" ASC-nin X5 də göstərilmişdir ki, MPM-in 50.1, 50.3 və 50.5-ci maddələrinin tələbinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə, yəni mülki-prosessual hüquq qabiliyyətinə malikdir. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti olaraq mülki-prosessual fəaliyyət qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş materialları məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 2(018)-313/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin X1rşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar