Məhkəmə qərarları › İş №2(106)-1394/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1394/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1394/2023 15.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh5, Cavabdeh7 qarşı “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-ci il tarixli, 2(049)-844/2023 saylı qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 "xxxx" MMC - yə ümumilikdə 9445 (doqquz min dörd yüz qırx beş) manat (352 manat 80 qəpik penya 6062 manat cərimə və 3031 manat əsas borc) və 115 manat dövlət rüsumunun, Cavabdeh2 "xxxx" MMC-yə 16849 (on altı min səkkiz yüz qırx doqquz) manat (88 manat penya, 11174 manat cəriməvə 5587 manat əsas borc) və 141 manat dövlət rüsumunun, Cavabdeh3 GSTC” MM - yə 9045 (doqquz min qırx beş ) manat (774 manat penya. (5514 manat cərimə və 2757 manat əsas borc) və 111 manat dövlət rüsumunun, Cavabdeh4 "xxxx" MMC - yə 7776 (yeddi min yeddi yüz yetmiş altı manat) ) manat (468 manat penya 4872 manat cərimə və 4872 manat əsas borc) və 98 manat dövlət rüsumunun, Cavabdeh5 "xxxx" MMC -yə 9210 (doqquz min iki yüz on manat) ) manat (408 manat penya, 5868 manat cərimə və 2934 manat əsas borc)və 113 manat dövlət rüsumunun, Cavabdeh6 "xxxx" MMC yə 17212 (on yeddi min iki yüz on ik ) manat (808 manat penya 10948 manat cərimə və 5470 manat əsas borc) və 142 manat dövlət rüsumunun, Cavabdeh7 İsgəndər oğlunun "xxxx" MMC yə 1533 (bir min beş yüz otuz üç) manat (600 manat penya 622 manat cərimə və 311 manat əsas borc) və 36 manat dövlət rüsumunun, Cavabdeh8 "xxxx" MMC - yə 1800 (bir min səkkiz yüz) manat (300 manat penya 1000 manat cərimə və 500 manat əsas borc) və 39 manat dövlət rüsumunun Cavabdeh9 “GSTC" MMC yə 1854 (bir min səkkiz yüz əlli dörd) manat (90 manat penya, 1176 manat cərimə və 588 manat əsas borc) və 39 manat dövlət rüsumunun tutulub "xxxx" MMC - yə ödəniməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(049)844/2023 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 3031 manat əsas borc, 352.80 manat penya – cəmi 3383.80 manat borc və 39.12 manat dövlət rüsumu, X1 5587 manat əsas borc, 88 manat penya –cəmi 5675 manat borc və 47.49 manat dövlət rüsumu, Cavabdeh3 2757 manat əsas borc, 774 manat penya-cəmi 3531 manat borc və 43.33 manat dövlət rüsumu, Cavabdeh4 4872 manat əsas borc, 468 manat penya-cəmi 5340 manat borc və 67.29 manat dövlət rüsumu, Cavabdeh5 2934 manat əsas borc, 408 manat penya – cəmi 3342 manat borc və 40.73 manat dövlət rüsumu, Cavabdeh6 5470 manat əsas borc, 808 manat penya – cəmi 6278 manat borc və 51.79 manat dövlət rüsumu, Cavabdeh7 İsgəndər oğlundan 311 manat əsas borc, 600 manat penya – cəmi 911 manat borc və 21.39 manat dövlət rüsumu, Cavabdeh8 500 manat əsas borc, 300 manat penya-cəmi 800 manat borc və 17.33 manat dövlət rüsumu, Cavabdeh9 588 manat əsas borc, 90 manat penya –cəmi 678 manat borc və 14.26 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh7 İsgəndər oğlu qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh7 İsgəndər oğlunun apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Apellyasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdeh X2 apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu tam həcmdə ödəməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasənn Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, Cavabdeh7 İsgəndər oğlu tərəfindən 12 manat məbləğində ödəniş edilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinin tələbinə əsasən cavabdeh 115 manat dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödəməli idi ki, bu da 57.50 manat təşkil edir. Göründüyü kimi Cavabdeh7 İsgəndər oğlu qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən, 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi Cavabdeh7 İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan onu əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh7 İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanınmümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363; 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(049)844/2023 saylı qətnaməsindən Cavabdeh7 İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar