Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1401/2023 02.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı1, iddiaçılar vəkili Vəkil və Cavabdeh Şəmməd oğlunun vəkili Nümayəndə iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçılar X8 və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 02 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçılar İddiaçı1 və X10 Cavabdeh Şəmməd oğluna qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən onlara məxsus torpaq sahəsində qanunsuz istifadə etdiyi gediş-gəliş yolun bağlanmasını və qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilini sökülməsi və həmin tövlədə yerləşdirdiyi ot və saman bağlamalarının, xırda və iri boynuzlu heyvanlarını çıxarılması, istifadə edilməsinə qadağa qoyulması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və hüquqi yardıma görə ödədiyi 210 manat pulu alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onları şəxsi mülkiyyətlərində 0,17 ha yaşayış məntəqələrinə dair torpaq sahələri vardır. Həmin torpaq sahəsi Lənkəran rayonu, Kərgəlan kəndin ərazisində yerləşir. Torpaq onların mülkiyyətlərində olsa da Cavabdeh Şəmməd oğlu özbaşına hərəkətləri ilə onların faktiki olaraq mülkiyyətlərində olan torpaq sahəsindən razılıqları olmadan gediş-gəliş yolu kimi istifadə edir və torpaqlarına yaxın məsafədə olan su arxın üzərində qanunsuz xırda buynuzlu heyvanların saxlanması üçün tövlə tikmişdir. Həmin tövlənin tikilməsinə razılıq verilməsə də, cavabdeh heç bir orqanın razılığı almadan yaşayış yerinə və su arxına yaxın bir yerdə qanunsuz tövlə tikmişdir. Həmin tövlədə iki yüz başdan çox xırda boynuzlu heyvan saxlayır. Cavabdehin yaşayış evi onların evindən 400-500 metr aralıda yerləşir. Cavabdeh özünə məxsus torpaq sahəsində heç bir toyuq hini də tikməmişdir. Cavabdehin sözü gedən tikilidə qoyun sürüsünün iyindən və mələmə səsindən evlərində yaşamaq mümkün deyildir. Onlar rahat yaşa bilmir, yuyulmuş paltarlar, əgər həyətdə asıldıqda, həmin paltardan qoyun iyi gəlir. Bundan əlavə həyətlərində oturmaq mümkün deyildir və evin pəncərəsini üfünət iyindən aça bilmirlər. Bu səbəbdən ekoloji cəhətdən əziyyət çəkdiylərinə görə nəvəsi və ailəsi əziyyət çəkir. Hətta həkim müayinəsindən də keçmişlər. Cavabdeh iradını bildirən zaman o, onları təhqir etdiyi üçün DİN-nin 102-nin xidmətinə zəng olunmuşdur. Lənkəran rayon polis şöbəsində bu barədə geniş izahat da vermişdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciətlər olunmuşdur. Sözü gedən əraziyə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, yaşadığları fərdi həyətyani sahəsinin qarışısında yerləşən tövlədə saxlanılan iri buynuzlu mal-qaradan əmələ gəlmiş ifrazatlar borular ilə gediş gəliş yoluna axıdılması və sözü gedən həyətinin önündəki kənd təsərrüfat təyinatlı paybəli torpaq sahəsində olan tövlədə və ətrafı çəpərlənmiş dəmir torda saxlanılan xırda buynuzlu mal-qaradan yaranan ifrazatlar isə bir neçə kiçik diametrli borularla birbaşa torpağa axıdılması müəyyən olunmuşdur. Hər iki tövlənin ətraflarına heyvan peyini və ifrazatları atıldığından ərazidə antisanitar vəziyyət mövcüddur. Lənkəran rayonu Kərgələn kənd sakini Cavabdeh məxsus iri və xırda buynuzlu mal-qaranın yaşadıqları fərdi həyətyani torpaq sahəsinin qarşısında yerləşən tövlələrdən çıxarılaraq uzaq ərazidə yerləşdirilməsi üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Bundan əlavə baxış zamanı qanuna müvafiq qaydada akt tərtib olunmuş və nöqsanları arandan qaldırılması üçün 31,03.2022-ci tarxində icrası müddətli olan Məcburi Göstəriş verilmişdir. Bundan əlavə onlara məxsus heyvan tövləsində və ot damında razılıqları olmandan anasına məxsus heyvanları da saxlayır. Sözü gedən tövlədə heyvan saxlamaması barədə iradını bildirsələr də cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdehin bu qanunsuz və özbaşnalıq hərəkətlərindən onlar müxtəlif orqanlara şikayət etmişdir. Araşdırma apardıqdan sonra onlara yaranmış mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinə müraciət etmələri tövsiyyə olunmuşdur. İndinin özündə də dəfələrlə cavabdehə qanunsuz olaraq zəbt etdiyi tövlədən çıxması və ot damını buraxması barədə iradlar etsələr də cavabdeh öz əməlindən əl çəkməyərək, yəni qanunsuz olaraq istifadə edir. Bundan əlavə cavabdeh onları təhqir və küçə söyüşləri söyməkdən çəkinmir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X10 hər biri ayrı-ayrılıqda iddianı müdafiə edib, iddia ərizələrində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişlər ki, sökülməsini tələb etdikləri tikili, yəni tövlələr 1975-ci ildə ataları tərəfindən inşa edilmişdir. Cavabdeh də həmin tövlələrdən istifadə edərək onların yaşamalarına mane olur. Mal-qaranın qoxusundan həyətdə yaşamaq mümkün deyildir. Buna görə də həmin tikililər sökülməlidir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmişdir. Məhkəmə iclasında Cavabdeh Şəmməd oğlunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, iddianın heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, sökülməsi tələb olunan tövlələr 1975-ci ildə iddiaçı və cavabdehin ataları tərəfindən inşa edilmişdir. Həmin tövlələr iddiaçılar tərəfindən müvafiq yaşayış evləri tikilməmişdən əvvəl mövcud olmuşdur. Tövlələrdə mal-qaranın saxlanmasından yaranan qoxular olsa da, cavabdeh həmin halları aradan qaldırmışdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh Şəmməd oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi ərizə üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi (hakim R.Məmmədov) ilə, iddiaçılar İddiaçı1 və X3 Cavabdeh Şəmməd oğluna qarşı «Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən onlara məxsus torpaq sahəsində Cavabdeh Şəmməd oğlunun qanunsuz istifadə etdiyi gediş-gəliş yolunun bağlanması və qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilinin sökülməsi və həmin tövlədə yerləşdirdiyi ot və saman bağlamalarının, xırda və iri boynuzlu heyvanlarını çıxarılması, həmin tikililərdən X4 istifadə edilməsinə qadağa qoyulması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və hüquqi yardıma görə ödədiyi 210 manat pulu alınıb verilməsinə dair» tələbinə dair iddiası rədd edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat iddiaçılara aid edilməklə iddiaçılar İddiaçı1 və X2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, hesab edir, Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi ədalətsiz, prosessual və maddi hüquq normalarının pozulması ilə çıxarıldığından və qərəzli olduğundan ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən İddiaçı2 nümayəndəsi İddiaçı1 təmsil etdiyi şəxsin adından apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, hesab edir, Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi ədalətsiz, prosessual və maddi hüquq normalarının pozulması ilə çıxarıldığından və qərəzli olduğundan ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh İddiaçı1 tərəfindən iddiaçıların apellyasiya şikayətlərinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı1 apellyasiya icraatı zamanı verdiyi izahatında vermiş olduğu apellyasiya şikayətininin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi ədalətsiz, prosessual və maddi hüquq normalarının pozulması ilə çıxarıldığından və qərəzli olduğundan ləğv edilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 və Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı X5 və Cavabdeh iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı1 apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 47.1-ci maddəsinə əsasən Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır; 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 Cavabdeh Şəmməd oğluna qarşı «Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən onlara məxsus torpaq sahəsində Cavabdeh Şəmməd oğlunun qanunsuz istifadə etdiyi gediş-gəliş yolunun bağlanması və qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilinin sökülməsi və həmin tövlədə yerləşdirdiyi ot və saman bağlamalarının, xırda və iri boynuzlu heyvanlarını çıxarılması, həmin tikililərdən X4 istifadə edilməsinə qadağa qoyulması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və hüquqi yardıma görə ödədiyi 210 manat pulu alınıb verilməsinə dair» tələbinə dair iddiası rədd edilməsi qənaətinə gələrkən, iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etsə də, digər İddiaçı2 münasibətdə iddia ərizəsi üzrə nümayəndənin İddiaçı2 adından iddia ərizəsini imzalamaq səlahiyyətinin olub-olmamasını müəyyən etmədən iddia ərizəsini ona münasibətdə icraata qəbul etmiş və bununla da əsassız məhkəmə çəkişməsinin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən də, Şirvan Apellyasiya Məhkəməsinin iş № 2(106)-1401/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə ona münasibətdə Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı X3 Cavabdeh Şəmməd oğluna qarşı “Lənkəran rayonu Kərgəlan kəndində yerləşən bizə məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyi gediş-gəliş yolun bağlanmasını, bizə məxsus həyətyanı torpaq sahəsinin sərhəddində yerləşən heyvan tövləsini, qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilinin sökülməsini, həmin tövlədə yerləşdiyi ot və saman bağlamalarını və xırda və iri buynuzlu heyvanların çıxarılmasını, Cavabdeh tərəfindən törədilən maneəlin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır.. Kollegiya hesab hesab edir ki, İddiaçı1 Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən edir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan və «Texniki Pasport»dan görünür ki, Lənkəran rayonu Kərgəlan kəndində yerləşən 0,17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 101,2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 məxsusdur. İş materiallarında olan Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ci il tarixli arayışdan görünür ki, Kərəmov X7 rayonu Kərgəlan kəndində yaşayır və qeydiyyatdadır. Lənkəran ŞİHB-nın Kərgəlan kənd İƏD-də nümayəndəliyi tərəfindən verilmiş ci il tarixli Aktdan görünür ki, Kərgəlan kənd sakini mərhum X12 vəfat etmiş, mərhuma məxsus 3 otaqlı fərdi yaşayış evi, mal-qara üçün tikilmiş tövlə, ot damı və həyətdə olan digər tikililər hal-hazırda oğlu İddiaçı2 məxsusdur. Cavabdeh həmin evdə yaşamır, onun atasının evindən təqribən 500 metr uzaqda şəxsi evi və həyətyanı torpaq sahəsi vardır ki, ailə ilə həmin evdə yaşayır. İş materiallarında olan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan, məcburi göstərişdən və 12 may 2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı1 yaşadığı fərdi həyətyanı sahəsinin qarşısında yerləşən tövlədə saxlanılan iri buynuzlu mal-qaradan əmələ gəlmiş ifrazatlar borular ilə gediş-gəliş yoluna axıdılması və sözügedən həyətin önündəki kənd təsərrüfatı təyinatlı paybəlli torpaq sahəsində olan tövlədə və ətrafı çəpərlənmiş dəmir torda saxlanılan xırda buynuzlu malqaradan yaranan ifrazatların isə bir neçə kiçik diametrli borularla birbaşa torpağa axıdılması müəyyən olunmuşdur. Hər iki tövlənin ətrafına heyvan peyini və ifrazatları atıldığından ərazidə antisanitar vəziyyət yaranmışdır. Araşdırma zamanı akt tərtib edilmiş bə nöqsanları aradan qaldırmaq üçün barəsində şikayət olunan Cavabdeh xx.xx.2022-ci il tarixində icrası müddəli olan məcburi-göstəriş verilmişdir. Göstərişdə həmin nöqsanların xx.xx.2022-ci il tarixədək aradan qaldırılması və İdarəyə məlumat verilməsi xahiş olunmuşdur. 12 may 2022-ci il tarixdə keçirilmiş baxış zamanı qeyd olunan nöqsanların aradan qaldırıldığı müəyyən edilmişdir. İş materiallarında olan ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli X1 mülkiyyətində olan Lənkəran rayonu Kərgəlan kəndi ərazisində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edildi. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı İddiaçı2 mülkiyyətində olan sözügedən 0,17 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olundu. Eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı digər İddiaçı1 və ailə üzvlərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyələrində olan 0,07 ha hyəətyanı torpaq sahəsinin də Cavabdeh tərəfindən istifadə edilməməsi Seyran Şamməd oğlu tərəfindən istifadə olunan tikilinin (tövlənin) iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan sözügedən həyətyanı torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olundu. Eyni zamanda mülki işin digər mübahisə predmeti olan, Cavabdeh tərəfindən gediş gəliş yolu kimi istifadə edilən torpaq sahəsinin də iddiaçıların mülkiyyətlərində olan sözügedən həyətyanı torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olundu. Baza məlumatlarına əsasən Cavabdeh istifadəsində olan həmin tövlənin yerləşdiyi torpaq sahəsinin gediş-gəliş yolunun bələdiyyə mükiyyətinə aid torpaq sahəsi olması müəyyən olundu. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Cavabdeh sözügedən mübahisəli ərazidə mülkiyyətində 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin gedişgəliş yolunun mübahisə predmeti oaln ərazidən deyil, həmin torpaq sahəsinin cənub istiqamətində olması müəyyən olundu. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/735 №-li, 07 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, 3- 21-3-43/2-599/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli X1 mülkiyyətində olan Lənkəran rayonu Kərgəlan kəndi ərazisində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olundu. Eyni zamanda digər İddiaçı1 və ailə üzvlərinin və ailə üzvlərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsinin də Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən istifadə olunan tikilinin (tövlənin) iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Eyni zamanda mülki işin digər mübahisə predmeti olan, Cavabdeh tərəfindən gediş gəliş yolu kimi istifadə ediln torpaq sahəsinin də iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Baza məlumatlarına əsasən Cavabdeh istifadəsində olan həmin tövlənin yerləşdiyi torpaq sahəsinin və gediş gəliş yolunun bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Cavabdeh sözügedən mübahisəli ərazidə mülkiyyətində olan 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin gediş gəliş yolunun mübahisə predmeti olan ərazidə deyil, həmin torpaq sahəsinin cənub istiqamətində olması müəyyən olundu. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq onun iddia tələbini təmin etməmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı1 iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, o, hazırki iddianı irəli sürərkən tələbinin əsasını «Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən ona məxsus torpaq sahəsində Cavabdeh Şəmməd oğlunun qanunsuz istifadə etdiyi gediş-gəliş yolunun bağlanması və qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilinin sökülməsi və həmin tövlədə yerləşdirdiyi ot və saman bağlamalarının, xırda və iri boynuzlu heyvanlarını çıxarılması, həmin tikililərdən X4 istifadə edilməsinə qadağa qoyulması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını onun mülkiyyət hüququna müdaxilə olması və mülkiyyət hüququnun pozulması izah etmişdir. Halbuki Mülki Məcəllənin 146-cı maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin eyni Məcəllənin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Göründüyü kimi qanunvericilikdə “zəbt” torpaq sahələrinə münasibətdə subyektlərə hər hansı hüquqlar verilməmişdir. Belə olan halda isə mübahisələndirilən cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsində tikilmiş tövlənin kimin mülkiyyətində olması, həmin (tövlənin) tikilinin iddiaçının hüquq və mənafelərinə hər hansı formada toxunmasının müəyyən olunması, həmçinin iddiaçı tərəfindən iddia olunan gediş-gəliş yolunun bağlanması tələbinin irəli sürməyə subyektiv hüququnun olması xüsusi əhəmiyyət kəsb etmişdir. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi iş üzrə xüsusi bilik tələb edən mütəxəsis və ekspertlərin köməyindən istifadə etmək üçün iddia tələbi üzrə ekspertiza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/735 №-li, 07 aprel 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-599/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli X1 mülkiyyətində olan Lənkəran rayonu Kərgəlan kəndi ərazisində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olundu. Eyni zamanda digər İddiaçı1 və ailə üzvlərinin və ailə üzvlərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 aprel 2022ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsinin də Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən istifadə olunan tikilinin (tövlənin) iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Eyni zamanda mülki işin digər mübahisə predmeti olan, Cavabdeh tərəfindən gediş gəliş yolu kimi istifadə ediln torpaq sahəsinin də iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Baza məlumatlarına əsasən Cavabdeh istifadəsində olan həmin tövlənin yerləşdiyi torpaq sahəsinin və gediş gəliş yolunun bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Cavabdeh sözügedən mübahisəli ərazidə mülkiyyətində olan 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin gediş gəliş yolunun mübahisə predmeti olan ərazidə deyil, həmin torpaq sahəsinin cənub istiqamətində olması müəyyən olundu. Göründüyü kimi cavabdeh tərəfindən istifadə edilən tikililərin mövcudluğunun iddiaçının hüquq və mənafelərinə hər hansı formada toxunması müəyyən olunmur. Birinci instansiya məhkəməsi İddiaçı1 Cavabdeh qarşı iddia tələbinin təmin olunmaması qənaətinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları müəyyənləşdirmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. O, ki, qaldı iddiaçının iddia ərizəsinin məzmununda istifadə etdiyi və apellyasiya şikayətinin dəlillərində göstərdiyi “yaşadığımız fərdi həyətyanı sahəmizin qarşısında yerləşən tövlədə saxlanılan iri buynuzlu mal-qaradan əmələ gəlmiş ifrazatlar borular ilə gediş-gəliş yoluna axıdılması və sözü gedən həyətin önündəki kənd təsərrüfatı təyinatlı paybəlli torpaq sahəsində olan tövlədə və ətrafı çəpərlənmiş dəmir torda saxlanılan xirda buynuzlu mal-qaradan yaranan ifrazatlar isə bir neçə diametrli borularla birbaşa torpağa axıdılması, hər iki tövlənin ətrafında heyvan peyni və ifrazatları atıldığı ərazidə antisanitar vəziyyətin mövcud olmasını, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 1 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinə müraciət etmələri barədə cavabdehin hərəkətlərinə etiraz olaraq bildirməsinə”, kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının bu barədə (misal üçün iddia növü kimi seçilə bilər--- xırda və iri buynuzlu mal-qaranın saxlandığı tövlədə saxlanılan mal-qaradan yaranan ifrazatların birbaşa torpaq sahəsinə axıdılmasının qarşısının alınması, ətraf mühitə təsir etməyən və sanitar tələblərə cavab verən şəraitdə saxlanılması yaxud yerinin dəyişdirilməsi və ya xırda və iri buynuzlu mal-qaranın saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması) məhkəmə qarşısında iddiası olmamışdır. Məhkəmə tərəfindən iddianın predmeti olmayan tələblərə baxılmasına prosesssual məcəllənin tələblərinə görə yol verilmir. Belə ki, Аzərbаycаn Respublikаsı MPM-nın 218.3-cü mаddəsinə əsаsən hаkim işdə iştirаk edən şəхslərin verdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Hаzırkı iş üzrə iddiа tələblərindən kənаrа çıхmаq üçün hər hаnsı müstəsnа hаl оlmаdığındаn və birinci instаnsiyа məhkəməsi haqlı olaraq iddia ərizəsinin məzmununda iddiaçının cavabdehin qanunsuz hərəkətlərinə etirazları ilə bağlı araşdırma aparılmasına zərurət görməmiş və bu barədə sübutlar toplamamışdır. Əks halda məhkəmə Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı, iddiaçının cavabdehin qanunsuz hərəkətləri ilə bağlı iddia ərizəsinin məzmununda cavabdehin hərəkətlərinə etirazları barədə sübutların toplanmaması, məhkəmənin işin faktiki hallarının tam araşdırılmaması kimi qiymətlənlirilə bilməz. Odur ki, kollegiya İddiaçı1 iddiasının əsassız olduğundan təmin edilməməsi barədə birinci instasniya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi İddiaçı2 Şəmməd oğlunun Cavabdeh Şəmməd oğluna qarşı “Lənkəran rayonu Kərgəlan kəndində yerləşən bizə məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyi gediş-gəliş yolun bağlanmasını, bizə məxsus həyətyanı torpaq sahəsinin sərhəddində yerləşən heyvan tövləsini, qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilinin sökülməsini, həmin tövlədə yerləşdiyi ot və saman bağlamalarını və xırda və iri buynuzlu heyvanların çıxarılmasını, Cavabdeh tərəfindən törədilən maneəlin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə ayrıca qərardadla iddia ərizəsi baxılmamış saxlanılmalı, digər İddiaçı1 münasibətdə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)85/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi iddiaçı X3 Cavabdeh Şəmməd oğluna qarşı “Lənkəran rayonu Kərgəlan kəndində yerləşən bizə məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyi gediş-gəliş yolun bağlanmasını, bizə məxsus həyətyanı torpaq sahəsinin sərhəddində yerləşən heyvan tövləsini, qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilinin sökülməsini, həmin tövlədə yerləşdiyi ot və saman bağlamalarını və xırda və iri buynuzlu heyvanların çıxarılmasını, Cavabdeh tərəfindən törədilən maneəlin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1401/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1401/2023
02.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver