Məhkəmə qərarları › İş №2(106)-1424/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1424/2025

27.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1424/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçılardan Nümayəndə1, İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh X2 iştirakları ilə, İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-642/2025 saylı qətnaməsindən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X3 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10775 ha torpaq sahəsinin hər birinə 1/7 (yeddidə bir) hissəsi üzərində onların, yəni Nümayəndə1, Kəlbiyeva (Abasova) Gülnarə İbrahim qızı, Abbasova (Abasova) Aynur İbrahim qızı, Əliyeva (Abasova) Elnarə İbrahim qızı, İsmayılova (Abasova) Təranə İbrahim qızının payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı mülki mübahisə üzrə cavabdehlər Abasova (Əhmədova) Aygün İbrahim qızı bacısı, Cavabdeh2 isə qardaşıdır. Mərhum X1 mərhum anası X18 faktiki nikah münasibətlərinə daxil olub ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahından Nümayəndə1, Abasova (Kəlbiyeva) Gülnarə İbrahim qızı, Abasova (Abbasova) Aynur İbrahim qızı, Abasova (Əliyeva) Elnarə İbrahim qızı, Abasova (İsmayılova) Təranə İbrahim qızı, Abasova (Əhmədova) Aygün İbrahim qızı və Cavabdeh2 dünyaya gəlmişlər. X1 01 fevral 2017-ci il tarixdə, anası isə 15 may 2023-cü il tarixdə vəfat etmişlər. Mərhum atasından isə onlara miras ünvan 2 ünvanda fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.110775 ha torpaq sahəsi qalmışdır. Birinci növbə vərəsələr olaraq onlar Nümayəndə1, Abasova (Kəlbiyeva) Gülnarə İbrahim qızı, Abasova (Abbasova) Aynur İbrahim qızı, Abasova (Əliyeva) Elnarə İbrahim qızı, Abasova (İsmayılova) Təranə İbrahim qızı, Abasova (Əhmədova) Aygün İbrahim qızı, Cavabdeh2 hesab olunurlar. Həmin vərəsələrdən Nümayəndə1, Abasova (Kəlbiyeva) Gülnarə İbrahim qızı, Abasova (Abbasova) Aynur İbrahim qızı, Abasova (Əliyeva) Elnarə İbrahim qızı, Abasova (İsmayılova) Təranə İbrahim qızı arasında miras əmlakın bölgüsü ilə heç bir mübahisə olmadığından vərəsəlik işinin notariat ofisi vasitəsilə həll etmək istəsələr də bacı və qardaşı olan hazırkı iş üzrə cavabdehlər Abasova (Əhmədova) Aygün İbrahim qızı və Cavabdeh2 notariat ofisində miras əmlakdan paylarını onlara düşən paydan artıq pay istədikləri üçün mübahisə yarandığından notariat ofisi tərəfindən vərəsəlik işinin aparılması dayandırılmış və xx.xx.2024-cü il tarixli, 1046 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi və həmin işin aparılmasından ötrü məhkəməyə müraciət edilməsinin tövsiyə edilməsi barədə məktub verilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-642/2025 saylı (hakim N.Ağabəyov) qətnaməsi ilə iddia rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Nümayəndə1 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3060 №-li arayışdan görünür ki, X12 və X4 nikahı 18 iyul 1974-cü il tarixdə 18 №-li akta qeyd edilmişdir. Nikah Lənkəran rayon, Portiliç şəhər icra nümayəndəliyi tərəfindən qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. AZ-İİ 244962 №-li “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə beyin infarktından Lənkəran rayonu Liman şəhərində ölmüşdür. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 300 №-li arayışdan görünür ki, xx.xx.2017-cü il tarixdə vəfat etmiş X12 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 birgə nikahından Nümayəndə1, Kəlbiyeva (Abasova) Gülnarə İbrahim qızı, Abbasova (Abasova) Aynur İbrahim qızı, Əliyeva (Abasova) Elnarə İbrahim qızı, İsmayılova (Abasova) Təranə İbrahim qızı, Abasov Cavabdeh2(Əhmədova) Aygün İbrahim qızı adlı uşaqları doğulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” Arayışdan görünür ki, ünvan 1 ünvanda 0.10775 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə X3 adına tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2852 №- li arayışdan görünür ki, X12 xx.xx.2017-ci il tarixdə kaxeksiya səbəbindən Lənkəran rayonu Liman şəhərində ölmüşdür. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, Nümayəndə1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 1666 №-li arayışdan görünür ki, Cavabdeh2 anası X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Abasov X8 rayonu, Liman şəhəri, R.Rza küçəsi ev 97 ünvanda təsərrüfat başçısıdır və tək yaşayır. Arayış ASAN Xidmət "xxxx" ASC-yə təqdim etmək üçün verilir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 1666 №-li arayışdan görünür ki, Cavabdeh2 anası X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Abasov X8 rayonu, Liman şəhəri, R.Rza küçəsi ev 97 ünvanda təsərrüfat başçısıdır və tək yaşayır. Arayış X5 İdarəsinə təqdim etmək üçün verilir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 563 №-li arayışdan görünür ki, Abasov X8 rayonu, Liman şəhəri, R.Rza küçəsi ev 97 ünvanda arvadı X6 və oğlu X19 ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə qeyd etmişdir ki, iddiaçıların mirası qəbul edib-etməməsi araşdırılmalıdır. Çünki miras iddiaçılar tərəfindən qəbul ediləcəyi halda onun iddia tələbləri üzrə subyektiv hüququ yaranmış olacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında mövqe ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mərhum atası İbrahim Abasovdan miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Hətta məhkəmə onu da göstərmişdir ki, iddiaçıların valideynlərinin yas mərasimində iştirak etməsi belə mirası qəbul etməyə yönələn hərəkət olmayıb, ölmüş şəxsin yas mərasimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkətdir. İddiaçıların bu hərəkətini, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddiaçıların mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçılar tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişlər. X10mış miras əmlak onun oğlu Cavabdeh2 tərəfindən faktiki qaydada qəbul edilmişdir. Miras əmlakın qorunub saxlanılması cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçılar isə mərhum atasından qalmış miras əmlakın qorunub saxlanılmasında iştirak etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən miras əmlak nə faktiki olaraq, nə də qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə qəbul edilməmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1151, 1133, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1245-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarı, «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119, 217.1, 217.2, 217.3, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, miras qoyan, yəni iddiaçıların ataları X12 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra vərəsələrin heç biri vərəsəlik açılması üçün notariusa müraciət etməmişdir. Vərəsələr ailə münasibətlərinə xələl gətirməmək üçün belə bir addım atmışlar. Çünki, X12 xx.xx.2017-ci il tarixdə vəfat edəndə vərəsələrin anaları X18 həyatda olmuşdur. Miras qoyan X12 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra sözügedən miras əmlakda X18 ilə birlikdə iddiaçı Nümayəndə1 yaşamışdır. Sevər Abbasova xəstə olan anasının qayğısına qalmış və eyni zamanda miras əmlaka sahiblik və istifadə etmişdir. Həmçinin digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 da mütəmadi olaraq valideynlərinə baş çəkmiş və miras əmlakda yaşamışlar. Hətta onu da qeyd etmək olar ki, hal-hazırda həmin mübahisəli fərdi yaşayış evində Nümayəndə1 və digər iddiaçılara (eyni zamanda bacısı İddiaçı3 qızının cehiz əşyaları) məxsus əmlaklar qalmışdır. Təkcə onu qeyd etmək olar ki, vərəsələrdən İddiaçı3 qızı X13 2015-ci il tarixində həm orta məktəbi, həm də universiteti Lənkəran şəhərində oxumuş və atasına məxsus miras əmlakda Nümayəndə1 ilə birlikdə yaşamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə X18 vəfat etmişdir. X18 vəfat etdikdən bir müddət sonra Cavabdeh2 Nümayəndə1 yaşadığı miras əmlak olan ünvan 2 ünvanda fərdi yaşayış evinə gələrək zorla iddiaçını döyərək onun miras əmlakdan çıxmasına nail olmuş və hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşamaqdadır. Yuxarıda göstərilən qanunvericilik normalarını rəhbər tutaraq, iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birinci növbə vərəsələr olaraq mərhum atalarından onlara qalan miras ünvan 2 ünvanda fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.110775 ha torpaq sahəsinə vərəsəlik hüquqlarını təmin etmək məqsədi ilə vərəsəliyin açılması üçün notariusa müraciət etmişlər. Lakin notariat ofisi tərəfindən vərəsəlik işinin aparılması dayandırılmış və xx.xx.2024-cü il tarixli 1046 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi və həmin işin aparılmasından ötrü məhkəməyə müraciət edilməsinin tövsiyə edilməsi barədə məktub verilmişdir. Məhkəmənin qətnaməni əsaslandırarkən qeyd edilən yanaşması həm Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə, həm də edilən dəyişikliklərdən sonra Mülki Məcəllənin normalarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında xüsusilə vurğulamışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu həmin Məhkəmənin 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarının tətbiqi ilə bağlı onu da qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarı (“Respublika” qəzeti, 28 dekabr 2023-cü il, № 285) ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən mövqeyinə, həmçinin edilən dəyişikliklərdən sonra Mülki Məcəllənin normalarına zidd olaraq qəbul olunduğundan iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ pozulmuşdur. İstinad olunan normaya əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsi imperativ norma olaraq göstərilən vəzifəni birinci instansiya məhkəməsi pozaraq, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli qərarlaında qeyd edilmiş hüquqi mövqeyinin əksinə qətnamə qəbul etmişdir. Qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmənin bu mövqeyi ilə bağlı əvvəla qeyd edilməlidir ki, miras əmlak faktiki olaraq iddiaçılar tərəfindən miras qoyan X3 ölüm tarixindən (xx.xx.2017-cü il tarixdə) miras qoyanın arvadı X9 ölüm tarixinədək (xx.xx.2023-cü il tarixinədək) sahiblik və istifadə etmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, mülki iş birinci instansiya məhkəməsində araşdırılan zaman iddiaçılardan Abasova X11 Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək “2010-cu ildən X9 vəfat etdiyi xx.xx.2023-cü il tarixədək miras əmlak olan ünvan 1 ünvanda miras qoyan X12 və arvadı X18 ilə birlikdə kimlərin yaşaması (vərəsələr və onların övladları ilə) barədə arayış verilməsinə” xahiş etmişdir. Lakin sözügedən nümayəndəlikdən iddiaçıya bugünədək cavab verilmədiyindən iddiaçı həmin arayışı üzrlü səbəbdən birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Bu səbəbdən tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təkrar olaraq Vəkil sorğusu ünvanlamış və həmin sorğuda “2010-cu il tarixdən miras qoyan X12 vəfat etdiyi xx.xx.2017-ci il tarixədək və miras qoyan X12 vəfat etdiyi xx.xx.2017-ci il tarixdən, miras qoyanın arvadı X9 vəfat etdiyi xx.xx.2023-cü il tarixinədək miras əmlak olan ünvan 4 ünvanda hansı vərəsələrin yaşaması (faktiki sahiblik və istifadə etməsi) barədə məlumatı verilməsi” xahiş edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sorğuya verdiyi xx.xx.2025-ci il tarixli, 12-12/110 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “X14 2010-cu il tarixdən övladları ilə birlikdə Liman şəhəri, R.Rza küçəsi ev 97 ünvanda yerləşən mərhum X1na məxsus fərdi yaşayış evində valideynlərinin himayəsində yaşamışdır. X1 xx.xx.20217-ci il tarixdə dünyasını dəyişmiş , onun vəfatından sonra da uzun illər anası X16 ilə bir evdə yaşamış, və hətta bir neçə il yataq xəstəsi olan anasının qulluğunda durmuşdur. Eyni zamanda bacısı X17 da xəstə anasına qulluq etmək üçün onunla birgə 3 (üç) il orada qalmışdır. Anası vəfat edəndən sonra qardaşı X15 həmin ünvana köçmüşdür və ailə üzvləri ilə birgə hal-hazıradək orada yaşayır. S.Abbasova isə anasının ölümündən sonra o evdən köçərək kirayə yaşayır.” Göründüyü kimi məhkəmə işi araşdıran zaman, mülki işə səthi yanaşmış, cavabdehin formal mülahizələri əsasında qeyri obyektiv və birtərəfli qətnamə qəbul etmişdir. Hətta hesab edilsə ki, vərəsələrin hər hansı biri tərəfindən miras qəbul edilməsə də vərəsə mirasdan imtina etməmişdirsə o vərəsəlik hüququnu saxlayır. Bu barədə yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı mövqeyi ətraflı şəkildə göstərilmişdir. Buna baxmayaraq, məhkəmə əsassız olaraq hesab etmişdir ki, əgər vərəsə mirası faktiki olaraq qəbul etməmişsə bu onu buna baxmayaraq, məhkəmə əsassız olaraq hesab etmişdir ki, əgər vərəsə mirası faktiki olaraq qəbul etməmişsə bu onu rəsmiləşdirilməmişdir, eyni zamanda onlar vərəsəliyə çağırılmamışlar. Məhkəmə hesab etmişdir ki, iddiaçılar atalarından qalmış mirası qəbul etmələrini sübuta yetirə bilməmişlər. Halbuki, vərəsəliyin açılması üçün ilk olaraq iddiaçılar notariat orqanına müraciət etmişlər. Əksinə iş materialları ilə öz təsdiqin tapır ki, X10mış miras əmlak onun oğlu Cavabdeh2 tərəfindən faktiki qaydada qəbul edilmişdir. Cavabdeh2 əslində miras əmlakdan daha çox pay almaq üçün zor tətbiq edərək iddiaçıları miras əmlakdan çıxarmış və guya miras əmlaka sahiblik və istifadə etməkdədir. Məhkəmə öz qətnaməsini Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 1666 nömrəli və xx.xx.2025-ci il tarixli, 563 nömrəli arayışlarına əsasən əsaslandırmış, lakin cavabdehin hansı tarixdən mübahisəli ünvan 1 ünvanda yaşamağa başlaması, əvvəldən hansı vərəsələrin miras əmlakda yaşaması faktını müəyyən etməmişdir. Həmin faktı isə sadəcə cavabdehin şifahi məlumatı əsasında təsdiq etmişdir. Məhkəmə iddiaçılar tərəfindən iddia ərizəsində göstərilən iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunanlara əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-642/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə1 saxta sənədləri məhkəməyə təqdim etmişdir. Qarşı tərəfin iddia etdiyi heç bir hal sübuta yetirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-642/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-642/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-642/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X15 apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-642/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi hazırkı mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-642/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarı; «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 2(049)- 642/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 642/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X3 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10775 ha torpaq sahəsinin hər birinə 1/7 (yeddidə bir) hissəsi üzərində onların, yəni Nümayəndə1, Kəlbiyeva (Abasova) Gülnarə İbrahim qızı, Abbasova (Abasova) Aynur İbrahim qızı, Əliyeva (Abasova) Elnarə İbrahim qızı, İsmayılova (Abasova) Təranə İbrahim qızının payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların mərhum atası İbrahim Abasovdan miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Hətta iddiaçıların valideynlərinin yas mərasimində iştirak etməsi belə mirası qəbul etməyə yönələn hərəkət olmamış, ölmüş şəxsin yas mərasimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkətdir. İddiaçıların bu hərəkətini, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddiaçıların mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçılar tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişlər. X10mış miras əmlak onun oğlu Cavabdeh2 tərəfindən faktiki qaydada qəbul edilmişdir. Miras əmlakın qorunub saxlanılması cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçılar isə mərhum atasından qalmış miras əmlakın qorunub saxlanılmasında iştirak etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən miras əmlak nə faktiki olaraq, nə də qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə qəbul edilməmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prossessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayəti ilə işin faktiki hallarını qarşılıqlı tədqiq edərək aşağıdakıları qeyd edir: Apellyator Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək apellyasiya şikayətini əsaslandırmış və qeyd etmişdir ki, vərəsələrin hər hansı biri tərəfindən miras qəbul edilməsə də vərəsə mirasdan imtina etməmişdirsə o vərəsəlik hüququnu saxlayır. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlili əsassız hesab edir. Belə ki, apellyatorun istinad etdiyi Konstitusiya Məhkəməsi qərarının özündə açıq və birmənalı şəkildə göstərilir ki, qəbul edilmiş hüquqi mövqe geri şamil olunmur, yalnız qərarın qəbul edildiyi tarixdən sonra yaranan vərəsəlik münasibətlərinə tətbiq edilir (qərara aldı: Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.) Konstitusiya Məhkəməsi xüsusi olaraq hüquqi müəyyənliyin pozulmaması, artıq formalaşmış hüquqi münasibətlərin yenidən qiymətləndirilməməsi və mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə bu məhdudiyyəti qoymuşdur. Hazırkı iş üzrə vərəsəlik münasibətləri 2017-ci ildə-miras qoyanın ölüm anında yaranmışdır. Mülki Məcəlləyə görə, mirasın açıldığı an vərəsəlik hüququ münasibətlərinin başlanğıcıdır və bütün hüquqi nəticələr həmin tarixə bağlanır. Bu o deməkdir ki, vərəsələrin mirası qəbul edib-etməməsi məsələsi də 2017-ci il qanunvericiliyinin və mövcud hüquqi yanaşmanın prizmasından qiymətləndirilməlidir. Belə olan halda, 26 dekabr 2023-cü il tarixli Konstitusiya Məhkəməsi qərarının bu mübahisəyə tətbiqi hüquqi baxımdan mümkün deyil və apellyatorun istinad etdiyi müddəalar hazırkı mülki işlə əlaqələndirilə bilməz. Həmçinin hazırkı mübahisə xx.xx.2025-ci il tarixdə məhkəmə icraatına qəbul edilmişdir. Yəni qərar qəbul edilən zaman bu iş məhkəmənin icraatında olmamışdır. Apellyatorun istinad etdiyi 26 dekabr 2023-cü il tarixli Konstitusiya Məhkəməsi qərarı bu işə şamil edilə bilmədiyi halda, əlaqələndirilməsi mümkün olan və hazırkı işlə eyni hüquqi mahiyyət daşıyan Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli qərarı mövcuddur. Bu qərarda qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilməlidir ki, Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə tərkibi yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçılar vərəsə olaraq miras əmlaka sahiblik etməməklə və həmin əmlakı idarə etməyə faktiki başlamamaqla, mirası qəbul etməmişdir. Məhkəmə tərkibi işin bu halına münasibətdə qeyd edir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Göründüyü kimi «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulmaqla sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçılar isə miras əmlaka faktiki sahiblik etmələrinə dair (xüsusən iddiaçılardan Nümayəndə1 2010-cu ildən 2023-cü ilə kimi mərhum atasının evində yaşayaraq (atasının ölümündən sonra da) miras əmlaka faktiki sahiblik etdiyini qeyd etsə də) məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçılardan Nümayəndə1 birinci instansiya məhkəməsində verdiyi izahatına diqqət yetirdikdə aydın olur ki, o özü də işin bu halı ilə bağlı sübutunun olmadığını vurğulamışdır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə tərkibi iddiaçının nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yekun məhkəmə qətnaməsi çıxarıldıqdan sonra 23 iyul 2025-ci il tarixli sorğusuna əsasən alınmış, AR Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli sorğuya cavab məktubunun sübut qismində qəbuledilməsinin yolverilməzliyi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Göründüyü kimi qanunverici sübutların yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki iddiaçı tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında-birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Məlum olur ki, iddia ərizəsi 27 dekabr 2024-cü il tarixində hazırlanmış, xx.xx.2025 tarixində məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayətində xx.xx.2025 tarixində sorğu verildiyi iddia olunsa da, cavab verilməməsi faktı özü-özlüyündə sübutun vaxtında təqdim edilməməsinin tərəfdən asılı olmayan səbəblərlə bağlı olduğunu təsdiq etmir. Tərəflər iddia tələblərini sübut etmək öhdəliyinin (MPM-in 77-ci maddəsi) birbaşa öz üzərlərində olduğunu bilməli idilər və sübutların toplanması üçün lazımi prosessual fəallıq göstərməli idilər. Bu mənzərədə iddiaçı tərəfindən təqdim edilən 29 iyul 2025-ci il tarixli cavab məktubunun birinci instansiya məhkəməsində təqdim edilməsinin qarşısının alınmasına dair heç bir obyektiv, ondan asılı olmayan maneə sübuta yetirilməmişdir. Buna görə də həmin sənədin apellyasiya mərhələsində yeni sübut kimi qəbul edilməsi üçün qanuni əsas mövcud deyildir. Bundan başqa iddiaçıların miras qoyan xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra vərəsələrin heç birinin vərəsəlik açılması üçün notariusa müraciət etməmələrinin səbəbi kimi ailə münasibətlərinə xələl gətirməmək məqsədi daşıması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, bu dəlil notariusa vaxtında müraciət etməməyi pərdələmək məqsədi daşıyan subyektiv arqumentdir. Ailə münasibətlərinə xələl gəlməməsi kimi subyektiv fikir vərəsəlik hüququnun rəsmiləşdirilməməsinin üzrlü səbəbi hesab edilməməklə Mülki Məcəllənin tələblərinə görə hüquqi nəticə doğurmur. Həmçinin apellyator verilən arayışlar əsasında cavabdehin mübahisəli ünvan 5 ünvanında hansı tarixdən yaşamağa başladığının naməlum olmasını əsas gətirməklə iddia tələbini və apellyasiya şikayətini əsaslandırmağa çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, vərəsəlik hüququnun yaranması və mirasın qəbul edilməsi iddiaçının öz öhdəliyidir, yəni iddiaçı təqdim etdiyi faktları sübut etməli idi. Qanunvericilik və Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirasın qəbul edilməsi formal (notariusa ərizə vermə) və faktiki (əmlaka sahiblik və idarə etmə) üsulla həyata keçirilir. İddiaçıların arayışlarda cavabdehin nə vaxtdan yaşadığını göstərilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili əsassız olmaqla, iş üzrə əsas həlledici məqam-iddiaçıların öz sübutetmə yükünü yerinə yetirmədiyi vurğulanmalıdır. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-642/2025 saylı qətnaməsi iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-642/2025 saylı qətnaməsi iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar